Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün827
DünənDünən2847
Bu həftəBu həftə827
Bu ayBu ay58988
Bu günə qədərBu günə qədər7486322

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Minlərlə insanı öldürən 5 fəlakətdən sağ qurtardı

altKompüter mühəndisi Burak Altundal dünyada minlərlə insanı öldürən 5 fəlakətdən sağ qurtulub. ANS PRESS-in məlumatına görə, avtomobil qəzası, qatara qoyulan bomba, zəlzələ, təyyarə qəzası ona zərər verməyib.

39 yaşlı Burak Altundalın həyatında bir neçə silsilə təhlükəli hallar baş verib. Belə ki, o, 5 yaşında olanda avtomobil qəzasına uğrayıb, universitet tələbəsi ikən mindiyi vaqona bomba qoyulub, əsgərlikdə ikən zəlzələ baş verib.

Ən sonuncu dəfə 2003-cü ildə 75 nəfərin həlak olduğu təyyarə qəzasından sağ çıxan Altundal bir neçə gün əvvəl də avtobus sürücüsü ilə dalaşıb. Hirslənən sürücü isə stəkanla onu boğazından yaralayıb. Sadəcə xəsarət alan komputer mühəndisi bununla beşinci dəfə Əzrailin “hədəfindən yayınıb”.

Tbilisidə universitet müəllimi öldürülüb

altTbilisidə fəaliyyət göstərən İlya Universitetinin lektoru öldürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qətl səbəbindən tədris dayandırılıb, hadisə yerinə patrul polisi və təcili yardım maşını gəlib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, universitetdə məruzə oxuyan ingilis dili müəllimi Maka Tsivsivadzeni keçmiş əri, 33 yaşlı Karen Tsivsivadze silahdan 3 dəfə atəş açaraq öldürüb, sonra bıçaqla qadının boğazını kəsib və özünü də öldürüb. İlkin versiya kimi K.Tsivsivadzenin arvadının başqa kişi ilə evlənməsinə dözə bilməyərək cinayət törətdiyi bildirilir. O, qətl törətməmişdən əvvəl telefonla arvadına mesaj yazıb. Hadisə auditoriyada tələbələrin gözü qarşısında baş verib.

Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

Aygün Kazımova məmur oğlu ilə nişanlandı (FOTO)

altXalq artisti Aygün Kazımova nişan üzüyünün fotosunu paylaşıb.

ANS PRESS-in məlumatına görə, Aygün Kazımova sosial şəbəkədə nişan üzüyünün fotosunu paylaşıb.

Sənətçi paylaşdığı fotoşəkildə bunları yazıb: "Bu da mənim nişan üzüyüm. Canlarım, nişanlandım".

Xatırladaq ki, Xalq artisti Aygün Kazımovanın yeni sevgilisinin adı Fikrətdir. Onun atasının məmur olduğu və hazırda Almaniyada yaşadığı bildirilir.

Aygün Kazımovanın qardaşına 12 il iş kəsildi

altBakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, K.Kazımov 12 il, Y.Kiyasov 10 il, O.Polkova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Kazım Ələsgər oğlu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bundan əvvəl digər cinayət işi də mövcud olub. Həmin cinayət işi üzrə K.Kazımov 10 il, Y.Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O.Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün hökm oxunan zaman onların azadlıqdan məhrumetmə illəri toplanılaraq barələrində yeni hökm çıxarılıb.

K.Kazımov xalq artisti Aygün Kazımovanın qardaşdır.

İlin selfisi (FOTO)

alt

Rusiyanın tanınmış rep ifaçısı Timati ilin selfisini çəkdirib. ANS PRESS-in məlumatına görə, dövlət rəsmiləri və məşhurlar Soçidə keçirilən "Formula 1"in təsnifat mərhələsi yarışlarını izləmək üçün bu şəhərə gəliblər. Ölkə prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də bu tədbirə qatılanlardan olublar.

Repper Timati isə ancaq yarışı izləməklə kifayətlənməyib. O, həm də ilin selfisini çəkib. Timati ilə birlikdə fotoda ölkənin lideri Putin və Medvedev də yer alıb.

Sosial şəbəyə yerləşdirilən foto qısa zamanda rekord vurub. Belə ki, 3 saata fotonu 120 000 insan bəyənib. Timati isə dövlət başçıları ilə fotolarına görə, məşhur olub. Belə ki, bundan öncə o "qardaşım" adlandırdığı Ramzan Kadırovla fotosunu paylaşmışdı.

Qorbaçov ölüm yatağında

alt

SSRİ-nin sabiq prezidenti, Nobel mükafatı laureatı Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Qorbaçovun özü Rusiya mətbuatına açıqlama verib.

Sabiq prezident bildirib ki, onun vəziyyəti dünəndən pisləşib.

"Son 7 gündə mənim vəziyyətim gah yaxşı olurdu, gah da pisləşirdi. İndi mən xəstəxanadayam. Vəziyyətim kəskinləşib. Nəzarət altındayam. Bütün bədənim sistemə qoşulub. Çox ağır haldayam", deyə Qorbaçov bildirib.

Qeyd edək ki, son vaxtlar Qorbaçovun vəziyyəti tez-tez pisləşir. Hətta bir müddət əvvəl sosial şəbəkələrdə onun öldüyü barədə xəbərlər də yayılmışdı.

Facebook-da yenilik

altFacebook yeniliyə hazırlaşır. Bu dəfə sosial şəbəkənin yeni proqramı vasitəsi ilə anonim şəkildə ünsiyyət həyata keçirmək mümkün olacaq. Yenilik mobil telefonlar üçün tədbiq ediləcək. Bu funksiya müxtəlif adlarla ünsiyyət qurmağa şərait yaradacaq.
Funksiyanın yaxın gələcəkdə istifadəyə veriləcəyi gözlənilir.

Bu funksiyanın hazırlanmasına səbəb bir müddət öncə ABŞ-da cinsi azlıqları təmsil edədn LGBT nümayəndələrinin uydurma adları ilə açdıqları səhifələrinin bağlanması olub. Bu hadisədən sonra sosial şəbəkə rəhbərliyi istifadəçilərdən üzr istəyib.

Yeni funksiyanın tədbiqindən sonra şəbəkə istifadəçilərinin müxtəlif adlarla dostları ilə necə ünsiyyət quracağı, yeni dostlar əlavə edəcəyi haqqında şirkət təmsilçiləri hələ açıqlama verməyib.

Qeyd edək ki, bu şirkət tərəfindən istifadəçilərin təhlükəsizliyinin qorunması üçün atılan ilk addım deyil.

İstirahət üçün 10 cənnət (FOTO)

Fransa, ABŞ, İspaniya, İtaliya, Türkiyə dünya turistlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Bu ölkələrə ildə milyonlarla turist üz tutur. Belə ölkələrdə məşhur məkanları gəzmək üçün minlərlə dollar pul xərclənilir. Lakin dünyada turistlərin diqqətini cəlb tməyə və daha ucuz başa gələ biləcək minlərlə yeni gizli məkan var.

Ağ qumlu çimərliklər, mavi sular, fərqli mədəni kolorit, möhtəşəm mənzərə...

BMT-nin turizm idarəsi ən yaxşı halda bir necə min turistin diqqətini çəkən 10 məkanın siyahısını hazırlayıb. 

Palau (Sakit okean)
Palau respublikası ada dövlətdir. Fillipin dənizindəki bu dövlət 328 adadan ibarətdir. Ada mərcan rifləri, batan gəmi qalıqları, sualtı mağaralarla zəngindir. Bu mağaralarda sualtı gəzintini sevənlər tropik balıqlar, nəhəng molyuskalar tapa bilərlər. Quruda isə eqzotik quşlar, orxideyalar, timsahlar, dostcanlı yerli xalq insanı valeh edir.

alt

 Moldova 
Şərqi Avropada yerləşən bu ölkə Rumıniya ilə Ukrayna arasındadır. Əslində bura iqtisadi cəhətdən o qədərdə güclü inkişaf etmiş region deyil. Amma mədəni-tarixi baxımdan çox zəngindir. Lakin bu gözəl ölkəni ötən il cəmi 96 min turist ziyarət edib.

alt

Şərqi Timor
Timor adasının şərq hissəsini tutan eyniadlı dövlətdir. Keçmiş Portuqaliya müstəmləkəsi olan bu adada günəş,dəniz, dağlar turistlərin vazkeçilməzlərindən ola bilər.

alt

İngiltərə
Mərcan lifli məkanlarda turistlər fərqli hisslər keçirə bilərlər.

alt

Kiribati (Sakit okean)
Kribati resbublikası 33 kişik adadan ibarətdir ki, onların 20-i kəşf edilməyib. 1979-cu ildə Britaniya müstəmləkəsindən azad edilib.

alt

 

Ağalarovun “partisi“ - Fotolar

altRusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və müğənni-bəstəkar Emin rəhbərlik etdikləri alış-veriş mərkəzinin 2 yaşını təmtəraqlı şəkildə keçiriblər.
AzNews.az axşam.az-a istinadən xəbər verir ki, həmin gün eyni zamanda “Muz tv”nin də yaranmasının ildönümü qeyd olunub. Rusiya şou-biznesinin tanınmış simalarının qatıldığı gecədə təşkilatçılar qonaqlar üçün bir çox sürprizlər hazırlayıblar.

Gecəyə Lera Kudryavseva və Andrey Razıqrayev aparıcılıq edib. Maraqlı anların yaşandığı mərasimdə nostalji məkan, əyləncəli parti, fotosessiya kimi hissələr olub.

alt

14 yaşlı qızı qaçırmaq istəyən 21 yaşlı azərbaycanlı öldürülüb

altQaraçöpün (Saqareco rayonu) azərbaycanlıların kompakt yaşadığı Qazılar kəndində 21 yaşlı gənc öldürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qazılar kənd sakini Ülfüqar Quliyev bir ailənin üzvləri tərəfindən döyülüb və hadisə yerində ölüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən qəsdən adam öldürmə faktı ilə cinayət işi qaldırılıb: "Hazırda qızın atası, 1972-ci il təvəllüdlü Novruz Kərimov saxlanılıb. İstintaq müəyyən edib ki, öldürülən 21 yaşlı Ülfüqar Quliyev gecə gizlincə həddi-buluğa yetməyən qızı evlənmək üçün qaçırmaq istəyi ilə Novruz Kərimovun evinə gəlib. Nəticədə o, möhkəm döyülüb və xəstəxanaya aparılarkən aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib. Gəncin ölümündən bir neçə dəqiqə sonra Kaxeti bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Novruz Kərimov günahını boynuna alıb”.

Gürcüstan mətbuatının məlumatına görə, ölüm hadisəsi iki gəncin bir-birinə sevgisinin faciə ilə bitməsinə səbəb olub: “Qazılar kəndinin gənc sakinləri bir-birini seviblər. Lakin qızın atası bu sevgiyə mane olub. Qız oğlana mesaj yazıb ki, gəl məni apar. Oğlan gecə radələrində sevdiyi qızın evinin qarşısına gəlib və maşınında onu gözləyib. Atasının evdə olmamasından istifadə edən qız tez gələrək oğlanın maşınına minib. Onlar maşını işə salan anda qızın atası onları görüb və balta ilə maşının şüşələrini sındırıb. Daha sonra oğlanı ailə üzvləri ilə birlikdə saxlayıb, əl-qolunu və ayağını bağlayaraq evə gətiriblər. Sonra oğlanı qızın ata-anası və iki qardaşı möhkəm döyüblər. Gecə yarısından səhər saat 5:00-dək döyülən oğlan ona verilən işgəncələrdən ölüb”.

Hadisənin Qazılar kəndində baş verdiyini adının çəkilməyini istəməyən sakin də təsdiqləyib. Lakin o, APA-ya açıqlamasında hadisənin Gürcüstan mətbuatında yazıldığı kimi olmadığını deyib: "Hadisə oktyabrın 3-dən 4-nə keçən gecə baş verib. Qaçırılan qızın - Nərgizin heç telefonu olmayıb və o, oğlana mesaj da yazmayıb. Amma Ülfüqar Quliyevin ailəsi 7-8 dəfə Nərgiz üçün elçi gəlib. Qızın atası Novruz Kərimov qızının azyaşlı olduğunu deyərək, elçilərə razılıq verməyib. Bundan sonra Ülfüqar Quliyev və onun adamları oktyabrın 3-dən 4-nə keçən gecə saat 2.00 radələrində Novruz Kərimovun evinə giriblər. Onlar qapıbir qoşudur. Gecə Novruz Kərimov yatan otağın qapısını arxadan bağladıqdan sonra 14 yaşlı Nərgizi yatağından götürüb maşına gətiriblər və qız ayılaraq qışqırıb. Səsə ata-anası və qardaşları oyanıb. Novruz Kərimov arxadan bağlanan qapını güclə açaraq maşına tərəf qaçıb. Bu vaxt maşın işə düşməyib. Kərimov əlinə gecə vaxtı nə keçibsə, maşına atıb və maşında olanlar qaçıblar. Yalnız Nərgizi qaçırmaq istəyən oğlan - Ülfüqar Quliyev qalıb. Novruz Kərimov daşla və yaxud başqa bir şeylə onun qulağının dibinə vurub. Oğlan özündən gedib. Onu tutub əl-qolunu bağladıqdan sonra evə gətiriblər. Sonra Novruz Kərimov təcili yardıma və polisə zəng vurub, özü isə polisə təslim olub. Xəstəxanaya aparılarkən yolda oğlan ölüb".

Qaçırılan qızın dayısı Qafqaz Kərimov APA-ya açıqlamasında hadisə barədə ətraflı məlumat verib: "Nərgiz mənim bacım qızıdır, 14 yaşı var. 3-cü sinfə qədər məktəbə gedib, lakin sonra oxumayıb. Onun telefonu da olmayıb. Hara gedibsə, anası ilə gedib. Biz tərəflər - Qaraçöp eli çöl adamıyıq, mal-qara saxlayırıq. Bizdə qızlar böyüyən kimi məktəbə getmirlər. Hadisə ilə bağlı bildirim ki, 5-6 ay bundan əvvəl Ülfüqar Quliyevin anası Nərgizə elçi düşüb. Lakin qızın ailəsinin razılığı olmayıb. Bu yaxınlarda qıza başqa bir oğlanın ailəsi elçi gəlib. Ülfüqar bunu eşidəndə elə hesab edib ki, Nərgizi həmin oğlana verəcəklər. Buna görə də plan qurublar ki, qızı qaçırsınlar. Ülfüqarla birlikdə 5 oğlan Novruz Kərimovun evinin giriş-çıxışını və kimin hansı otaqda yatdığını dəqiq öyrəndikdən sonra gecə bacımın evinə gəliblər. Maşını bir tərəfdə saxlayaraq, divardan aşmaqla darvazanı açıblar. Sonra işıqları söndürüblər. Qızı qaçıran gənclərdə məlumat olub ki, qızın atası həmin gün evdə olmayacaq. Lakin Novruz Kərimov axşam evə qayıdıb və yatıb. Bunu bilməyən gənclər Nərgizin yatdığı otağa girib, onun ağzını tutub və yorğana bükərək maşına gətiriblər. Nərgiz bir dəfə qışqıra bilib. Ata-ana və 15-16 yaşlı iki qardaşı yuxudan oyanaraq Nərgizə köməyə qaçıblar. Ana maşının qarşısına keçib ki, sürüb qaçmasınlar. Ata qızı qaçırmaq istəyən Ülfüqarı tutub, maşında olan 5 nəfərdən üçü qaçıb. Novruz oğlanları ilə birgə Ülfüqarı evə gətirib və evdə döyüb. Sonra təcili yardıma və polisə zəng vurub. Bildiyimə görə, Ülfüqar Quliyev təcili yardımla xəstəxanaya yola salınanda sağ olub. Mən bundan başqa heç nə bilmirəm".

Rusiyanın əlil yerli sakini Azərbaycan vətəndaşını güllələdi

alt

Rusiya Federasiyasının Samara şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı güllələnib. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə sentyabrın 27-də baş verib. Adı açıqlanmayan 33 yaşlı Azərbaycan vətəndaşı yaşadığı evdə - Buyanova küçəsi 106 ünvanında güllələnib. Onu dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayan şəxs saxlanılıb. Onun 56 yaşlı ikinci qrup əlil, əvvəllər məhkumluq həyatı yaşamış biri olduğu bildirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə baş verməzdən əvvəl hər iki şəxs evdə oturub yeyib-içirmişlər. Sonra onların arasında mübahisə düşüb. Nəticədə ikinci qrup əlil Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məşhur müğənni Kutsi hamilə həyat yoldaşını tərk etdi

alt

Türkiyəli müğənni Kutsi 5 aylıq hamilə həyat yoldaşı Sinəm Bayraktutarı tərk edib.

ANS TV-nin məlumatına görə, müğənni qanuni həyat yoldaşını keçmiş sevgilisi, “Huzur sokağı” serialında tanış olduğu Feyza Çıpana görə ataraq onun yanına dönüb.

Bu Kutsinin həyat yoldaşına vurduğu ilk xəyanət zərbəsi deyil. Daha əvvəl də xanımına aktrisa ilə xəyanət edən Kutsi sonradan peşman olduğunu söyləmiş və ailəsinin yanına geri dönmüşdü. Lakin hamilə Sinəm Bayraktutar ötən gün evə gedərkən qarşılaşdığı mənzərədən şoka düşüb. O, ərinin bütün əşyalarını yığaraq sevgilisinin yanına qayıtdığını görüb.

Bu xəyanətdən dərin sarsıntı keçirən Sinəm qəzetə açıqlama verib. “Kutsi doğulacaq körpəsini və qızımızı tərk edib sevgilisinə döndü. Məni çətin vəziyyətdə qoydu, üstəlik borc içində idik. Daha dayana bilmirəm. Uşaqlarıma özüm baxacam. Kutsini də, Feyzanı da Allaha tapşırıram. Qoy gedib xoşbəxt olsunlar” deyib.

Qeyd edək ki, müğənninin Ceylin adlı bir qızı var.

Saytda Axtarış

Son xəbərlər