Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün546
DünənDünən2699
Bu həftəBu həftə5705
Bu ayBu ay37248
Bu günə qədərBu günə qədər7525465

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Azərbaycanın qadın hərbçiləri

altHazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, qadınlar Silahlı Qüvvələrdə müxtəlif - tədris, tibb, kadr, kargüzarlıq, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, rabitə, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər: "Hazırda Silahlı Qüvvələrdə "baş leytenant", "kapitan", "mayor", "polkovnik-leytenant" və "polkovnik" zabit hərbi rütbələrinə kimi yüksələ bilən qadın hərbi qulluqçular xidmət edir".

Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

Trend-in cəbhə xəttinə ezam olunmuş əməkdaşına cəbhə bölgəsində xidmət edən qadın hərbçilərimizdən biri deyib ki, qadın hərbçilərimiz təkcə arxa cəbhədəki xidməti ilə kifayətlənmək istəmir, ön xətdə, düşmənlə döyüşə can atırlar.

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

- əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Bakıda dəhşət: ana və qızı özlərini 9-cu mərtəbədən atdılar

altBakı şəhərində dəhşətli intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

****

Yasamal rayonunda ana və qızının ölümü ilə nəticələnən faciə barədə bəzi məqamlar da məlum olub. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, özünü 9-cu mərtəbədən atan 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyevanı anası xilas etmək istəyib. Lakin qızın anası Kifayət Abbasova balasını xilas edə bilməyib. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdən 9-cu mərtəbədən yıxılıb.

Hazırda ananın intihar edib-etməməsi məlum olmasa da, qızın nə səbəbdən özünü öldürməsi məlumdur.

Bildirilir ki, qızın kiçik bacısı bir müddət əvvəl evdən yoxa çıxıbmış. Sonradan qız tapılıb. Bu hadisə 17 yaşlı qıza pis təsir edib. Qızın bu səbəbdən də özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Afrikalılar Həcc ziyarətinə buraxılmayacaqlar

altSəudiyyə Ərəbistanı Syerra-leone, Liberiya və Qvineyada Ebola xəstəliyinin yayılması ilə bağlı bu ölkələrin vətəndaşlarına Həcc ziyarəti üçün viza verməməyi qərara alıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, Krallığın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin bütün liman və aeroportlarına cəlb edilən mütəxəssislər ölkəyə daxil olan əcnəbilərdə bu qorxulu xəstəliyin simptomlarını müəyyən etməyə hazırdır.

Səudiyyə Ərəbistanında indiyədək Ebola xəstəliyinə bir yoluxma halı qeydə alınıb. Syerra-Leoneyə səfəri zamanı yoluxan bu şəxs Ciddə şəhərindəki xüsusiləşdirilmiş xəstəxanada ətraf mühitdən tam təcrid edilib.

Alsu və həyat yoldaşı ən modern cütlük seçildi-Foto

alt

"Hello" jurnalının apardığı sorğu nəticəsində rus müğənnisi Alsu və həyat yoldaşı, biznesmen Yan Abramov ən modern və gözəl tərzə sahib cütlük seçilib.

Dalgatv-nin  Axşam.az-a istinadən xəbər verir ki, səkkiz ildi, evli olan ikili birlikdə fotosessiya etdirməyə ilk dəfə razılıq verib.

Bakıdakı erməni avtomobilinin sirri

alt

Bakıda Ermənistan nömrəsi ilə maşının peyda olduğu iddia edilir.

“AzerFax” xəbər verir ki, həmin maşını əks etdirən foto Milli.az-da yayılıb.

E 001 KX nömrəli "Range Rover"in dayandığı küçə və ətrafdakı maşınlardan müəyyən etmək olur ki, foto Bakıda lentə alınıb.(21/36)

***
Bakı şəhərində peyda olunan Ermənistan nömrəli maşına aydınlıq gəldi.

Anspress-in məlumatına görə, E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.

Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.

Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir.

2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.

Milyard dollara başa gələn boşanma

altMüğənni Beyonce reper həyat yoldaşı Jay-Z ilə boşanmağa hazırlaşır.

Dalgatv-nin  Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, boşanma tanınmış cütlüyə bir milyard dollara başa gələcək.

Qeyd edək ki, Beyons və Jay-Z cütlüyünün Blue İvy adlı qızı var.

Xərçəng xəstəsi özünü güllələdi

alt

Bakıda sağalmaz xəstəliyə düçar olan kişi ondan yaxa qurtarmağın yolunu ölümdə tapıb. Binəqədi rayonunda 55 yaşlı kişi öz ağrılarına güllə ilə son qoyub.

Natiq Xudiyev yaşadğı evdə dünən özünü güllələyib. Binəqədi Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, N.Xudiyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən kişi odlu silahı başına sıxıb və atəş açıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Xəbər 485 dəfə ox

Konçita prezidentlə görüşdü

alt“Eurovision 2014” ün qalibi Konçita Vurst Avstriya prezidenti Haynts Fişerlə görüşüb.

Axşam.az-ın məlumatına görə, prezident ölkəsinə qalibiyyət gətirən transseksual iştirakçını təbrik edərək əlini sıxıb və “Konçitanı təbrik edirəm. O, həm də Avropa üçün yenilik oldu. Bu, təkcə Konçitanın yox, gələcəyə və azadlığa inananların qələbəsidir” deyib.

Gürcüstan 300 nəfər suriyalı qaçqını qəbul edib

altBu il Gürcüstan Suriyadan qaçqın düşmüş 300 nəfəri qəbul edib.

Gürcüstanın məcburi köçkün və qaçqınlar üzrə naziri David Daraxvelidze 2013-cü ildə Suriyadan Gürcüstana 700 nəfərdən çox qaçqının gəldiyini bildirib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, David Daraxvelidze: “Suriyada baş verən hadisələr ölkəmizə qaçqın axınını sürətləndirib. 2013-cü ildə onların sayı 700 nəfərdən çox olub, bu il isə biz 300 nəfəri qəbul etmişik. Qaçqınlar üçün sığınacaqlar inşa etmək haqda qərar verilib. Martkopi rayonunda qaçqınlar üçün 60 yerimiz var. Onlara qaçqın statusunun verilməsi və sığınacaq ayrılması məsələləri müzakirə olunur”, - deyə vurğulayıb.

Nazirin sözlərinə görə, Gürcüstan BMT-nin qəbul etdiyi qaçqınlar haqqında status Konvensiyasına qoşulub və BMT qarşısında, Ali Komissar qarşısında qaçqınlara aid beynəlxalq öhdəlik götürüb. Buna görə də beynəlxalq normalara uyğun olaraq biz məcburi xarici qaçqınların hüquqlarını müdafiə edirik.”

Bu yaxınlarda Polşada olduğunu deyən nazir bildirib ki, bu ölkədə 4 min nəfər gürcü qaçqını var: “Polşa dövləti bizim qaçqınların hüquqlarını müdafiə edir. Buna görə biz də başqa dövlətlərdən gələn qaçqınlara qayğı və yardım göstəririk”.

Hamilə idmançı 97,5 kq ağırlıq qaldırdı

alt33 yaşlı idmançı Meghan Umphres Leatherman ağırlıq qaldırmada rekorda imza atıb.

7/24news xəbər verir ki, həyat yoldaşı Chad ilə məşqləri heç vaxt atmayan Leatherman doğuşa 2 gün qalmış əyalət yarışında iştirak edib. 97,5 kq ağırlığı qaldıran idmançı, öz sahəsində rekord qırıb. Mükafatını aldıqdan iki gün sonra doğulan körpənin sağlam dünyaya gəldiyi bildirilib.

Tbilisidə çoxprofilli “Lantset” Azərbaycan-gürcü klinikası istifadəyə verilmişdir

altGürcüstan paytaxtında pasyentlərə yüksək səviyyəli tibbi xidmət göstərəcək çoxprofilli “Lantset” Azərbaycan- gürcü tibb mərkəzi istifadəyə verilmişdir.
Onmərtəbəli klinika 25 milyon ABŞ dollarına başa gəlmişdir. Burada gürcü mütəxəssislərlə yanaşı, Türkiyə, Fransa, Avstraliya və İsraildən dəvət olunmuş yüksək ixtisaslı həkimlər nadir cərrahiyyə əməliyyatları aparacaqlar.
Tibb mərkəzinin açılış mərasiMində iştirak edən Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, ən müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı münasibətilə Azərbaycan və gürcü xalqlarını təbrik edirəm. Bu, xalqlarımızın, dövlətlərimizin mehriban münasibətlərinin daha bir təsdiqidir və tibb mərkəzinin bütün bölgə üçün əsl müalicə ocağına çevriləcəyinə ümidvaram.
Vitse-spiker heç kimə xəstələnməyi arzulamadığını bildirmiş, ancaq lazım gəldiyi təqdirdə qabiliyyətli mütəxəssislərin çalışdıqları klinikadan hamının sevinə-sevinə qayıdacağına əmin olduğunu bildirmişdir.
Gürcüstan parlamentinin sabiq deputatı, akademik Fridon Todua çoxprofilli böyük bir tibb mərkəzinin Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edildiyi günlərdə istifadəyə verilməsini təqdirəlayiq saymışdır. O, dahi şəxsiyyət Heydər Əliyevi şəxsən tanıdığını vurğulamışdır.
Akademik demişdir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Gürcüstana ağır vaxtlarda həmişə kömək etmiş və onun uzaqgörən siyasəti sayəsində çoxlarının ağlına sığmayan əsrin qlobal layihələrinin Gürcüstandan keçməklə reallaşdırılması ölkənin rifahının yüksəldilməsi ilə yanaşı, təhlükəsizliyinə də təminat vermişdir.
F. Todua bu nadir klinikanın Tbilisidə fəaliyyətə başlamasını böyük hadisə adlandırmış, əməkdaşlara uğur diləmişdir. O, eyni taleli ölkələrimizin tezliklə separatizmdən xilas olub ərazi bütövlüklərini təmin edəcəklərinə əmin olduğunu qeyd etmişdir.

“Coca-Cola” tərkibindən mübahisəli qatqını çıxarır

altDünyada ən böyük içki istehsalçısı “Coca-Cola” alıcılarda narahatlıq doğuran qatqını məhsulunun tərkibindən çıxarmağı qərara alıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, burada söhbət içkinin tərkibində olan bromlu bitki yağından gedir. Bu məhlul içkidə dad stabilizatoru kimi istifadə olunur. Həmçinin yağ məhsulu yanmadan qoruyur.

Şirkətin nümayəndəsi Con Qold qeyd edib ki, tərkibin içkidən çıxarılması təhlükəsizlik məqsədilə qərara alınmayıb: ““Coca-Cola”nın bütün kimyəvi kompanentləri beynəlxalq səviyyədə bəyənilib. Qərar ictimaiyyət tərəfindən narahatlığın və təzyiqlərin artması nəticəsində qəbul edilib”.
Məlumatda o da qeyd edilib ki, qatqının içkidən çıxarılmasına dair petisiyanı bir neçə min insan imzalayıb.

Saytda Axtarış

Son xəbərlər