Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün110
DünənDünən2223
Bu həftəBu həftə7492
Bu ayBu ay39035
Bu günə qədərBu günə qədər7527252

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Ata yeni doğulan qızını diri-diri basırdı

alt

Ata öz yeni doğulan qızını diri-diri basdırıb. Tükürpədici hadisə Kamboçada yaşanıb. Kişi yeni doğulan və hələ adı belə qoyulmayan qızını xəstəxanadan qaçıraraq diri-diri dəfn edib.

Polisin məlumatına görə, uşaq dövşan dodaq xəstəliyindən əziyyət çəkib. Məhz buna görə atası Konq Sok onu istəməyib. O, uşağı qaçıraraq xəstəxananın yanındakı məbədin həyətinda basdırıb.

Lakin buddist rahiblər hadisəni görüblər. Onlar dərhal uşağı torpağın altından çıxarıblar. Körpə yenidən xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsi olmadığı bildirilir.

Səddam Hüseynin tank məzarlığı tapıldı

alt

Səddam Hüseynin Küveyt ərazisində yerləşən tank və top məzarlığı tapılıb.

1991-ci ildə Körfəz müharibəsi zamanı Küveyt ərazisində müharibə aparan İraq ordusunun tankları müharibə bitdikdən sonra da elə buradaca qalıb. Bunun səbəbi hələ də heç kimə məlum deyil. Qeyd edək ki, aşkar olunan bu qəbiristanlığa gəlmək istəyənlərin sayı gündən-günə artır. Amma maraqlı olan odur ki, bu tanklara maksimum 20 dəqiqə baxmaq olar. Çünki həmin ərazidə temperatur 50 dərəcəyə çatır. Bundan başqa metalın da qızdığını nəzərə alsaq, orada durmaq müşkül məsələyə çevrilir. Son günlərdə aşkarlanan bu məzarlığın fotolarını təqdim edirik.

İlham Əliyevin oğlu: “Burada elə bil xaricdə oxuyuram“

alt

ADA Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev dərsləri barədə jurnalistlərə müsahibə verib.

Dalgatv  SalamNews-a istinadən xəbər verir ki, o, hər səhər saat 7:30-da yuxudan durmağın bir qədər çətin olduğunu deyib: "Təzə-təzə universitetə daxil olanda çox maraqlı olmuşdu. Çünki məktəblə fərqi çox böyükdür. Xeyli vaxtdır burada oxuyuram. Dərslər maraqlıdır. Məktəbdən daha çox maraqlıdır, oxumaq istəyirəm. Mən imtahan verib, bura daxil olanda ingilis dilini bilirdim. Dedim ki, burada oxuyub biliyimi daha da möhkəmlətmək istəyirəm. Bu, məndə deyəsən alındı və indi ingilis dilini daha yüksək səviyyədə bilirəm."

Gələcəkdə daha maraqlı dərslərin olacağını deyən H.Əliyev bir neçə xarici ölkələrdə olduğunu söyləyib: "Burada təhsil sistemi xaricdəki təhsilə bənzəyir və heç bir fərqi yoxdur. Orta məktəbdə bir qədər fərqli idi. Amma burada elə bil xaricdə oxuyuram. Praktik olaraq fərq yoxdur. Burada heç kim özünü ağır hiss etmir. Dərsə gələndə kiminsə özünü pis hiss etdiyini görməmişəm. Hər kəs normal gəlir dərsə. Boş vaxtlarım olanda, dərslərdən sonra burada qalıram. Dostlarımla gəzirəm, yemək yeyirəm, sonra da evə gedirəm. Dincəlirəm, dərslərə hazırlaşıram."

Prezidentin oğlu qiymətləri ilə bağlı verilən suala səmimi cavab verib: "Qiymətlərim yaxşıdır. Razıyam, amma əla deyil. Gələcəkdə yüksəldəcəm. Atam dərslərimlə hər gün maraqlanır. Hər gecə məndən soruşur, dərslərin necə keçib, dostlarınla necə gəzmisən? Hara getmisən? Dərslərin ağırdır? Çətindir? O da mənə çox yaxşı təsir edir. Çünki məni fikirləşir."(13.14)

“Titanik” gəmisinin məktubu auksionda - 150 min dollara

alt

“Titanik” gəmisindən göndərilən məktub 150 min dollara auksiona çıxarılır.

AzNews.az-ın İngiltərə mediasına istinadən verdiyi məlumata görə, bu gün “Titanik” gəmisinin qadın sərnişinin məktubu Böyük Britaniyada təşkil olunacaq auksionda 150 min dollara satıla bilər. Məlumatda bildirilib ki, məktub gəmi batmazdan bir neçə saat öncə “Titanik”in xanım sərnişini Ester Xart tərəfindən yazılıb. O, məktubunu Londonda yaşayan anasına yazıbmiş. Məktub isə qəzadan sonra Ester Xartın ölən həyat yoldaşının paltosunun cibindən tapılıbmış. Çünki isinmək üçün o paltonu xanımına vermişdi.

Xatırladaq ki, Ester Xart və onun yeddi yaşlı qızı qəzadan sağ qala bilən azsaylı sərnişinlərdən olublar.

Acun Adriana Lima ilə müqavilə imzalayıb

altTürkiyəli teleaparıcı, bir çox layihənin rəhbəri Acun Ilıcalı, keçən il satın aldığı "TV8" kanalında yeni müsabiqə proqramı hazırlayır.

Teleaparıcı artıq bununla bağlı braziliyalı model Adriana Lima ilə danışıqlara başlayıb.

Dalgatv-nin  Axşam.az-a istinadən verdiyi xəbərə görə, Acun Ilıcalı ilə görüşən Adriana Lima və meneceri müqaviləni imzalamağa razılıq veriblər.
Supermodel ingilis dilində aparıcılıq edəcək. Proqramın dublyaj olunacağına, yoxsa subtitrlərlə yayımlanacağına hələ qərar verilməyib. Ancaq Adriana Lima artıq türk dilini öyrənməyə başlayıb.

Layihənin formatı isə müsabiqədi. Amma bu dəfə gənc modelyerlər yarışacaqlar. Qalib modelyerin libaslarını ilk dəfə Adriana Lima geyinəcək.

İtmiş təyyarədən xəbər var

alt

İtmiş Malayziyaya məxsus Boeinq barədə yeni müəmmalı xəbər yayılıb.

Dalgatv KXR - in "Sinxua" agentliyinin yaydığı xəbərə istinadən bildirir ki, Çin hərbi - dəniz xidməti Hind okeanının cənubunda siqnal impulsları tutublar. Bu siqnalların itmiş təyyarəyə dəxli olub - olmaması hələ ki, dəqiqləşdirilməyib. Amma tutulan radiodalgaların tezlik göstəricilərinə görə, Çin mütəxəssisləri bu siqnalların məhz axtarılan Boeinqin qara qutularından gəldiyiunə əmin olduqlarını bildiriblər.
Xatırladaq ki, Kuala - lampurdan Pekinə uçan avialayner 8 mart gecəsi radarların ekranından yoxa çıxıb.
O vaxtdan təqribən bir ay keçsə də, 26 dövlətin axtarmasına baxmayaraq təyarədən hələ də soraq əldə edilməyib.

“WhatsApp” messencerində rekord qeydə alınıb

altTezliklə “Facebook”un nəzarətinə keçəcək “WhatsApp” messencerində istifadəçilərinin fəallığını göstərən yeni rekord qeydə alınıb.

Dalgatv ICTnews-a istinadən bildirir ki, “WhatsApp” istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.

Xatırladaq ki, “WhatsApp”in aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür.

“Titanik“in taleyi 14 il əvvəl yazılıbmış - İnanılmaz fakt

alt

"Titanik" gəmisinin batmamışdan 14 il əvvəl kitabı yazıldığı ortaya çıxıb.

"Axar.az" xəbər verir ki, 1898-ci ildə yazılan bu maraqlı kitabın müəllifi Morqan Robertsondur. Həmin illərdə nə Robertson, nə də bir başqasının "Titanik"in var olacağı barədə məlumatı vardı.

Həmin kitabdakı hekayə və real hadisə arasındakı inanılmaz bənzərliklər aşkar olunub. Kitabın adı "Titanın qalıqları" adlanır və kitabdakı gəmini isə yazar "Titan" adlandırıb.

"Titanik" gəmisi barədə səsləndirilən "Bu gəmi heç vaxt batmaz" sözləri, kitabda da qeyd olunub. Kitabda "Titan" gəmisinin İngiltərənin Sauqtempton limanından ABŞ-a doğru səfərə çıxdığı əks olunmuşdu və 14 il sonra "Titanik" gəmisi də eyni limandan ABŞ-a doğru yol almışdı.

Ən önəmlisi isə hər iki gəminin tutumu 3000 nəfər idi. Müəllifin kitabda qeyd etdiyinə görə, "Titan" gəmisi aprel ayında gecə yarısına doğru bir aysberqə çarparaq batmışdı. İllər sonra Titanik də 14 apreldə saat 23:40 ərəfələrində aysberqə çırpılmışdı. Hər iki gəmi də sağ tərəfindən parçalanmışdı və gəmilərin batdığı koordinatlar da eyni idi.

Hər iki gəmidə də kifayət qədər xilasedici qayığlar olmadığı üçün ölü sayısı kifayət qədər olmuşdu və hər ikisində də Avropanın sayılıb-seçilən zənginləri, məşhur ailələri var idi.

Kitabı yazan Robertson isə 1915-ci ildə bir otel otağında ölü tapılmışdı və yaşadığı ərazidə kimsə onun fərqinə varmamışdı. Ancaq 1980-ci ildə faciə ilə bağlı araşdırmalar aparılarkən bu inanılmaz bənzərlik üzə çıxmışdı.

Twitter” qadağasının aradan qaldırılması barədə qərar

altTürkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

7/24news-un APA-ya istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb.

“Facebook” 3,1 milyard dollar itirib

alt"Facebook"un 29 yaşlı qurucusu Mark Zukerberq bir həftədə 3,1 milyard dollar dəyərində itki ilə üzləşib. "Facebook"un virtual reallıq texnologiyaları istehsal edən "Oculus VR"-ni aldıqdan sonra birjada enişi müşahidə olunur.

7/24news Anspress-ə istinadən xəbər verir ki, həftəlik itkisi 11%-ə çatan "Facebook" hissələri Zukerberqin sərvətindən 3,1 milyard dolları "buxarlandırıb".

Şirkətin birjada birdən-birə bu qədər eniş yaşamağının səbəblərindən biri kimi Rusiyanın Krıma müdaxiləsindən sonra investorların banklarla əlaqələrini zəiflətməsi göstərilir.

Qeyd edək ki, ziyana düşən təkcə "Facebook" deyil. Bu sıraya "Google" qurucuları olan Sergey Brin və Leri Peyc də daxildir. Onların ümumi itkiləri 3 milyard dollara çatıb. "Amazon"un qurucusu Ceff Bezos üçün də vəziyyət yaxşı olmayıb. O isə 1,9 milyard dollar itirib.

Günün fotosu: Küçə lifti

alt

Valideynlər oğlanlarını 30 il daş qəfəsdə saxladılar

altÇində valideynlər ğz doğma övladlarını 30 il daş qəfəsə məhkum ediblər.

AzNews.az xəbər verir ki, Britaniyanın The Mirror dərgisinin jurnalistlərinin suallarına oğlanlarını öz əlləri ilə həbs edən çinli valideyn - qulyabanılar belə cavab veriblər: "Biz belə etdik ki, o başqalarına ziyan verməsin"
30 il valideynləri tərəfindən məhbəsə atılan 46 yaşlı çinli Xay Donqu Çinin cənub - şərqindəki Fuçzyan əyalətində bağ evlərinin birindən tapıblar. Doğma ata və ana oğlanları üçün xüsüsi olaraq daş qəfəs tikiblər ki, o "heç kəsə ziyan verməsin".
Oğlanın 16 yaşı olanda valideynləri onun əqli çatışmamazlığından utanaraq bu addıma əl atıblar. Valideynlərin sözlərinə görə onlar oğlanlarını həkimlərə göstəriblər, amma heç kim xəstəyə kömək edə bilməyib. Sonra isə ailənin pulu qurtarıb. O zaman ata - ana qərara alıblar ki, oğlanlarını ətraf aləmdən həmişəlik təcrid etsinlər.

Çete Vatau və Syao Xun Donqlar 70 yaşı haqlayıblar. Yaşadıqları yerin yaşlı şəxslərinin dediyinə görə onları öləndən sonra oğlanlarının taleyi narahat edir.

Saytda Axtarış

Son xəbərlər