Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1028
DünənDünən2699
Bu həftəBu həftə6187
Bu ayBu ay37730
Bu günə qədərBu günə qədər7525947

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Rza Zərrabın adı səfirə sui-qəsd planında

alt

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil Əl-Cübeyriyə qarşı 2011-ci ildə hazırlanan sui-qəsddə azərbaycanlı iş adamı Rza Zərrabın da adı hallanır.


 Dalgatv Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsdi hazırlayan İran əsilli Amerika vətəndaşı Mənsur Ərbabsiarı araşdıran Federal Təhqiqatlar Bürosu həmin şəxsə göndərilən 1,5 milyon dolların izini axtararkən Rza Zərrabın adına rast gəlib. Pulu göndərən iki firma R.Zərrabın istifadə etdiyi Rococo İş Mərkəzindəki “Azra” İdxal-İxrac şikrəti və “Həcər” zərgərlikdir.

Ərbabsiar polisə ifadəsində bomba partaladaraq sui-qəsdi həyata keçirəcəyini bildirib. O, “Qüds Gücləri”də təmsil olunan Qulam Şakuriyə işlədiyini və onun təlimatı ilə hərəkət etdiyini deyib. Ərbabsiar saxlanılsa da, Q.Şakuri qaçıb.

Araşdırmalar göstərib ki, hadisədən az əvvəl Ərbabsiara Türkiyədəki bu iki iki şirkət tərəfindən külli miqdarda pul göndərilib. Həcər Zərgərliyin ortaqları arsında Rza Zərrabın yaxın adamı, onunla birlikdə rüşvət qalmaqalına görə saxlanılan Abdulla Həppaninin yaxın qohumu Əbdülqadir Həppaninin adının olması diqqətləri azərbaycanlı iş adamına çəkib.

Adıçəkilən firmalarla bağlı araşdırmalar göstərib ki, hər iki şirkətin qapısı daim bağlı olur, pəncərələr rəngli olduğundan içərini görmək mümkün deyil. Qonşuluqda yerləşən şirkətlərin sahibləri hər iki şirkətin iranlı iş adamlarına məxsus olduğunu bildirib.

Araşdırmalar zamanı mağazalardan birində R.Zərrabın adamı Ə.Həppaninin adına bir telefon nömrəsi tapılıb. Zərrabın Türkiyə-İran arasında qeyri-leqal yollarla pul transferində İranın keçmiş prezidenti Əhmədinejadın şəxsi katibi İsfəndiyar Rahim Məşayinin də adı hallanır. Məşayi R.Zərrab və Ebru Gündeş İrana getdiyi zaman onları xüsusi olaraq qarşılayıb.

Səfirə sui-qəsd hazırlayan şəxlə bağlı da maraqlı məlumatlar var. Ərbabsiar əvvəllər Texasda köhnə maşınların satışı ilə mşğul olub. Hazırda 58 yaşı var. Amerikadakı dostları onu “Cek” deyə çağırır.

2011-ci ildə ABŞ-ın Ədliyyə naziri Erik Holder mətbuat konfransı keçirərək İranla bağlı olan şəxslərin Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazrladığını bildirib.

O zamandan bəri davam edən araşdırmalarda Rza Zərrabın da adı ortaya çıxıb.

İlham Əliyev “Microsoft International”ın prezidenti ilə görüşüb

alt

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb.

İlham Əliyev: “Biz təkcə azadlığa qovuşmamışıq,...”

alt

Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: "Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım.

Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm".

Qəbulda çıxış edən Prezident İlham Əliyev əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığını bildirib: "Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır".

Prezident bildirib ki, Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır: "Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq".

Gülər Əhmədova: “Hamı elə bildi, mən qatiləm“

altBakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırıb.

Gülər Əhmədova Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları barəsində xoşagəlməz sözlərin deyilməsini istəmədiyini bildirib: “Prokuror da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam. Lakin həmin vaxt elə bir ajiotaj qalxdı ki, pul vermək məsələsi bir kənarda qaldı. Ayxan Məmmədov məndən iyirmi min manat borc almışdı. Düşdü ortaya ki, həmin pulu qaytarmasın. O elə bir oyun çıxardı ki, hamı elə bildi, mən qatiləm. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mən demirəm ki, mənə iş verməsinlər, eləsinlər, əgər hökm çıxarılmalıdırsa, çıxarılsın. Mən qorxmuram. Amma bütün bunlar qanunla olsun. Mən on iki il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır, qanunsuz heç nə yoxdur. Axı bu hökm qanunsuzdur. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər”.

Ə. Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması barədə vəsatətlər qaldırıb.

G. Əhmədova daha sonra bunları deyib: “ Hamı bilir ki, mən hansı fəaliyyətlə məşğulam. O vaxt dedim ki, imkan verin, gedim Fransada Elşad Abdullayevin məsələsini qaldırım. Onun üstündə bir neçə cinayət işi var. Demokratiyanın beşiyi olan Avropa bir cinayətkarı ölkəsində saxlamaz. Elşad Abdullayev, sən ömür boyu YAP-ın üzvü, imkanlı adam olmusan, indi necə oldu ki, siyasi mühacir oldun?”

Vəkil Ə. Talıbov isə Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması barədə vəsatətlər verib.

Hakim vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin sabaha kimi təxirə salındığını deyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Bakıda yüksək rütbəli zabit həbs edildi

alt

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib.


Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb

"Azərbaycan Cənubi Qafqazda liderdir"

alt

"Azərbaycan Cənubi Qafqaz ölkələri arasında insan kapitalı indeksi üzrə liderlik edir".

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya İqtisadi Forumunun yaydığı "Human Capital Report-2013" hesabatında deyilir.

Hesabata görə, Azərbaycan 122 dövlət arasında -0,157 ballıq nəticə ilə 64-cü yeri tutur. Ermənistan 73-cü yerdə qərarlaşıb (-0,218 bal). Regionda -0,258 ballıq nəticə ilə 77-ci yer Gürcüstana məxsusdur.

Reytinq hesablanarkən dörd əlavə göstərici üzrə analizin nəticələri nəzərə alınıb. O cümlədən, Azərbaycan "Təhsil" göstəricisi üzrə -0,153 ballıq nəticə ilə 71-ci, "Sağlamlıq və səhiyyə" üzrə 94-cü (-0,414 bal), "İşçi qüvvəsi və məşğulluq" üzrə 55-ci (-0,016 bal) və "Əlverişli mühitin yaradılması" üzrə 55-ci (-0,016 bal) yeri tutub.

Reytinqin liderləri müvafiq olaraq 1,455, 1,406 və 1,232 ballıq nəticələrlə İsveçrə, Finlandiya və Sinqapurdur.

“Cin çıxarma“ faciəsi: ana 2 övladını öldürdü

alt

ABŞ-da yaşanan qorxunc olay ölkəni şoka salıb. Övladlarının vücudundan "cin çıxarmağa" çalışan ana 1 və 2 yaşlı uşaqlarını bıçaqlayaraq qətlə yetirib, iki övladını da ağır yaralayıb.

Milli.az bildirir ki, olay ABŞ-ın Merilend ştatındakı Cermantaun şəhərində yaşanıb.

28 yaşlı Zakeya Letris Eyveri 1,2, 5 və 8 yaşlı dörd övladının vücudlarına "cinlərin yerləşdiyi"ni düşünürdü. O, ekzorsizm, yəni "cin çıxarma" ayini keçirmək qərarına gəlib.

Bu "ayin" zamanı 1 yaşlı Norel Harris və onun 2 yaşlı bacısı Zyana Harris aldıqları bıçaq zərbələri nəticəsində həlak olublar.

5 yaşlı Tanya və 8 yaşlı Martello Harrislər isə çox ağır bıçaq yaraları ilə xəstəxanaya aparılıblar.

Zakeya Letris Eyveriyə "cin çıxarma ayini"ndə rəfiqəsi, 21 yaşlı Monifa Denis Senfordun yardım etdiyi deyilir.

Polis qatil ana ilə onun rəfiqəsini həbs edib.

Uşaqlar gecə saatlarında, otaqlarında yatanda qətlə yetiriliblər.
"Övladlarımın davranışında çox ciddi dəyişikliklər vardı. Onlar sürəkli qışqırır, bağırırdılar. Əmin oldum ki, balalarımın vücudlarına cinlər yerləşib. Həmin cinləri çıxarmaq istədim. Alınmadı", - Zakeya Letris Eyveri polisdə verdiyi ifadəsində bildirib.

Polisi dəhşətli olayın yaşandığı evə qonşular çağırıblar.

Zakeya Eyverinin qaynanası Silviya Ueyd The Washington Post-a verdiyi açıqlamasında deyib: "Gəlinim normal, sakit, təvazökar və səmimi insan idi. Onun belə davranmasının səbəbini bilmirəm. Düşünürəm ki, o, övladlarını öldürəndə ağlı başında olmayıb. Cin elə gəlinimin vücuduna yerləşibmiş".

Zakeya Letris Eyverinin 4 övladının atası qadının sabiq məşuqu, 30 yaşlı filadelfiyalı Harrisdir.

Harris indi Los-Anceles şəhərində yaşayır.

“Yaşamaq istəyən Tehranı tərk etsin“- SOS

alt

"Yaşamaq istəyirsinizsə Tehranı tərk edin".

Bu sözləri İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri xanım Məsumə Ebtekar bu gün Tehranın Şəhər Şurasında keçirilən iclasda çıxışı zamanı deyib.

Bu barədə "Mehr News" agentliyi məlumat verir.

Ebtekar deyib ki, Tehranda və digər şəhərlərdə havanın çirklənməsinin əsas səbəbi standarta uyğun olımayan və keyfiyyətsiz benzindən istifadədir: "Xəstə və körpə uşaqları olan ailələrə və yaşlılara məsləhətim budur ki, çirkli havadan qorunmaq üçün Tehranı tərk etsinlər. Biz hamımız xəstə uşaqlara görə narhatıq və tez bir zamanda həll yolu onların Tehrandan çıxarılmasıdır".

İran KİV-nin məlumatına görə, İranın paytaxtı Tehran şəhərinin Hava Keyfiyyətinə Nəzarət Şirkətinin statistikasına əsasən, son 25 gün ərzində Tehranda cəmi 2 saat təmiz hava olub, qalan vaxtlarda havanın çirklilik dərəcəsi kritik həddə çatıb.

Tehran şəhərində, Rey və Şimiranatda havanın həddən artıq çirkli olması ilə əlaqədar müxtəlif vaxtlarda bütün idarə, təşkilat və məktəblərdə tətillər olur.

"NYC Partnershir Consulting" beynəlxalq reytinq şirkəti 2013-cü ilin əvvəlində planetin ən çirkli şəhərlərinin siyahısını açıqlayıb. Şirkətin mütəxəssisləri dünyanın 245 iri şəhər və paytaxtını müqayisə edərək ən çirkli 30 şəhərin siyahısını hazırlayıb. Bu zaman havanın çirklənməsinin səviyyəsi, içməli suyun yararlılıq dərəcəsi, tullantıların istifadə və emal olunmasının dərəcəsi, tibbi xidmətin və avadanlığın səviyyəsi, infeksion xəstəliklərin mövcudluğu faktorları nəzərə alınıb. Siyahıda Tehran 29-cu yerdədir.

Artıq paytaxt Tehranla yanaşı, Kərəc, İsfahan, Məşhəd və Təbriz şəhərlərində də hava həddən artıq çirkli olur və kritik vəziyyətə çatır.

6 litrlik viski 632 min dollara satıldı

alt

Honkonqda keçirilmiş "Sotheby’s" hərracında 6 litrlik "Macallan Imperiale M Decanter" viskisi rekord qniymətə satılıb.

Içkini 4,9 milyon Honkonq dollarına (632 min dollar) satın alıblar.

Dünyada cəmi 4 şüşəsi olan bu viskini alanın adı açıqlanmır.

Satışdan əldə edilən məbləğ Honkonqdakı xeyriyyə təşkilatlarının hesablarına keçiriləcək.

1824-cü ildən bəri elitar viski istehsal edən "Macallan" şirkəti içkini heres çəlləklərində saxlayır.

Motorola taxta üzlüklü smartfon təqdim edib

altMotorola şirkəti "Moto X." modelində smartfonlarını yeni dizaynla bazara çıxarıb. Belə ki, adətən metal və plastik örtüyə malik smartfonların taxta üzlüklü modellərini hazırlanıb.

7/24news Shiftdelete.net-ə istinadən xəbər verir ki, taxta modellər alıcılara digərləriylə müqayisədə 75-100 dollar baha başa gələcək. Moto X 4.7 inç 1280 x720 ekranı və Android 4.4 Kitkat əməliyyat sistemiylə satıa çıxarılıb.

Nejat İşlerin vəziyyəti ağırlaşıb

altTürk aktyor Nejat İşler Bodrumda Acıbadem özəl xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan serroz xəstəsi olan aktyorun vəziyyətinin kritik olduğu bildirilib.
Baş həkim Aydın Aksoy xəstənin müalicəsinin reanimasiyada davam etdiriləcəyini açıqlayıb.

Azərbaycan alimləri dünyada ilkə imza atdı

Azərbaycan alimləri dünyada ilk dəfə olaraq planetdəki palçıq vulkanlarının atlasını hazırlayıblar.

alt

Bu atlasın hazırlanması zamanı dünyadakı palçıq vulkanları ilə bağlı yeni məlumatlar da əldə edilib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

İndiyə qədər dünya üzrə belə atlasın olmadığını deyən A.Əliyev deyib ki, məlumatların yenilənməsi zamanı əsas mənbə kimi dünyadakı elmi ədəbiyyat götürülüb.

Alimin sözlərinə görə, əvvəllər dünyada 700-800, daha sonra isə 900 palçıq vulkanının olduğu hesab edilirdi. Həmin vulkanların 300-ü Azərbaycanda idi. Atlasın hazırlanması zamanı aparılan tədqiqatlar nəticəsində isə məlum olub ki, hazırda dünyada 2000-dən artıq palçıq vulkanı var: "Dünya elminə bu rəqəmi biz vermişik. Qabaqlar çox müxtəlif rəqəmlər deyilirdi. Bəziləri dünyada 10 min, bəziləri 20 min vulkanın olduğunu deyirdi. Biz artıq 4-cü ildir ki, bu sahədə tədqiqatlar aparırıq. Bu müddətdə 600-ə yaxın xarici ədəbiyyatı, məqalələri ingilis dilindən tərcümə etmişik və həmin məlumatlardan istifadə etmişik. Qabaq bizim məlumatımız belə idi ki, Cənubi Xəzərdə 170 dəniz vulkanı var. Sonra seysmik tədqiqatlar aparıldı, kosmosdan çəkilişlər oldu və nəticədə məlumatlar yeniləndi".

A.Əliyev deyib ki, bu gün Cənubi Xəzərdə 230 sualtı palçıq vulkanı, 10 ada vulkanı var. Bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.

İnstitutun şöbə müdirinin sözlərinə görə, demək olar ki, bütün qitələrdə palçıq vulkanları var. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilib. Vulkanların bir çoxu son 10-15 ildə məlum olub. Bundan başqa, Xəzər, Qara, Aralıq dənizlərində suyun dərin qatlarında palçıq vulkanları aşkar edilib.

A.Əliyev bildirib ki, 2003-cü ildə Azərbaycanın palçıq vulkanlarının yeni xəritəsi tərtib edildikdən sonra kosmik fotoşəkillərdən istifadə edilərkən bir necə palçıq vulkanı və palçıq vulkanlarının təzahürləri aşkar edilib: "Bu barədə qabaqlar bizim məlumatımız olmayıb. Yeni aşkar edilən vulkanların çoxu gömülmüş vulkanlardır, yerin altındadır. Vaxtilə dənizdə olan palçıq vulkanlarının sayı az olub, sonralar artıb. Lakin quruda olan palçıq vulkanlarının sayı gərək dəyişilməsin".

Onun sözlərinə görə, yeni atlas demək olar ki, hazırdır. Böyük həcmdə olacaq bu atlasın 3 dildə - Azərbaycan, rus, ingilis dillərində bu ilin ortalarında çap ediləcəyi gözlənilir.

Saytda Axtarış

Son xəbərlər