Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1610
DünənDünən2699
Bu həftəBu həftə6769
Bu ayBu ay38312
Bu günə qədərBu günə qədər7526529

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Dəniz altında beş min illik meşə-Foto

altBöyük Britaniyanın Uels bölgəsində olan fırtınalardan sonra dənizin çəkilməsi nəticəsində beş min illik meşə qalıqları üzə çıxıb.

Dalgatv-nin Radikal-a istinadən verdiyi xəbərə görə, arxeoloqlar Borth qəsəbəsinin sahilində meydana çıxan və Tunc Dövrünə aid olduğu düşünülən meşənin, Galler əfsanelərindəki itkin şəhər Cantrer Gwaelodla əlaqəli ola biləcəyini açıqlayıblar.

alt

Rza Zarrab xəstəxanaya aparıldı

alt

Rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunan Rza Zarrab xəstəxanaya yerləşdirilib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Metris həbsxanasında yatan Zərrab böyrəküstü nahiyəsində yaranan şişlərin müayinəsi üçün Şişli Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Zərrab həbsxanada olduğu müddətdə şişin böyüdüyünü və təcili olaraq müalicəyə başlanması haqda həbsxana həkiminə müraciət etdiyi iddia edilir. İş adamının xəstəxanada nə qədər qalacağı hələ ki, bəlli deyil.

Günün fotosu: 43.9 milyon dollara satılan portret

alt

18 fevral günün fotosu kimi malayziyalı rəssam Vins Lounun qələmi kağızdan ayırmadan çəkdiyi portreti təqdim edirik.

Qeyd edək ki, bu əsər 43.9 milyon dollara satılıb.

Dünyanın sonuna 4 gün qaldı?- Həyəcan

altQədim mayalıların təqviminə görə, 2012-ci ildə dünyanın sonu olmalıydı. Fəqət, bu təxmin gerçəkləşmədi. İndi növbə vikinqlərin təqviminə çatıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qədim vikinqlərin törəmələri bu il 30-cu dəfə keçiriləcək Yorvik Vikinq Festivalına axışırlar. İngiltərənin Yorkşir qraflığındakı Raqnarök qəsəbəsində təşkil edilmiş festivala yığışanlar sidq-ürəkdən inanırlar ki, fevralın 22-də "Raqnarök", yəni dünyanın sonu olacaq.

Həmin gün qiyamət və məhşərin olacağına, Günəşin və Ayın tutulacağına inananların dediklərinə görə, şər tanrısı Loki zəncirlənmiş oğlu, canavar Fenriri azad edəcək.

Kökləri yerin ən dərin qatlarına qədər uzanan Dünya Ağacını yeraltı əjdaha Nidhoqq gəmirməyə başlayacaq və qurudacaq. Nəhəng Jormungand ilanı dənizdən çıxacaq, yer yarılacaq, Hel tanrısının qorxunc məxluqları üzə çıxacaqlar.

Vikinq mifologiyasına görə, fevralın 22-də dünyanın sonunun çatacağını tanrılar tanrısı Odinin məzardan çağırdığı ölü öncəgörən Velva deyib.
Vikinqlərin "Vaftrudnirin kəlamları", "Böyük Edda" və "Balaca Edda" dastanlarında vurğulanır ki, Raqnarökdən əvvəlki 3 ildə Yer üzündə Fimbulvinter adlı çox soyuq qış ayları yaşanacaq.

Ranqarök günü nəhəng canavar Fenrir Günəşi udacaq, daha sonra alovlu qılıncı olan nəhəng Surt yeraltı dünyanın tanrısı Hel və məkrli alov tanrısı Loki, habelə qarlı nəhənglər olan qrimtursenlər və yotunlarla birləşərək insanlara divan tutacaqlar.

Onlara içi ölülər dolu gəmi ilə Hölheymdən gələn şər ruhlar da qatılacaqlar, Naqlfar qoşunu yaradacaqlar.

Muspelheymin oğullarının qoşunları Bivröst körpüsündən çaparaq keçəcəklər və həmin körpü də dağılacaq.

Tanrılar tanrısı Odin böyük Qyallarhorn buynuzunu çalaraq Heymdalldakı tanrıları və mühafizləri çağıracaq, mimira ilə məsləhətləşəndən sonra Vikridr çölündə döyüşə yollanacaq.

Fenrirlə döyüşən Odini nəhəng canavar öldürəcək. Lakin Odinin oğlu Vidar canavarı öldürəcək. Tor isə Yormunqand ilanı ilə döyüşərək onu məhv edəcək, amma özü də zəhərdən öləcək.

Freyr tanrısı Surtla döyüşəcək və həlak olacaq. Heymdall Loki ilə, Tyur köpək Harm ilə qarşılaşacaq.

Xeyrin Şərə qalib gələ bilmədiyini görən nəhəng Surt alovları toplayaraq yerə yollayacaq, insanlar məhv olacaqlar.

Lakin çox az sayda adam sağ qalacaq və onlar Asqardın mərkəzindəki İdavollda məskunlaşacaqlar.

Yeni bəşəriyyətin baniləri Liv və Livtrasir olacaqlar.

Təbii, bütün bunlar mifologiyadır və reallıqla əlaqəsi olan təxminlər sayıla bilməz.

Azərbaycanla Serbiya arasında saziş imzalanıb

altBelqradda Serbiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, saziş Serbiya müdafiə naziri Neboyş Rodiçin azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı imzalanıb.

N.Rodiç bildirib ki, bu saziş Serbiya və Azərbaycana hərbi-iqtisadi, hərbi-tibbi və hərbi təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək üçün hüquqi əsas yaradır.

Şeyx dünya birliyinə müraciət edib

alt

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə regiondakı müsəlmanlar adından dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə rəsmi müraciət ünvanlayıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, müraciət müraciətdə bildirilir: “Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalıb, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmayıb. Nəticə etibarilə 150 nəfər də itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, şəhid edilənlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilib. Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və maddi-mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çeviriblər. Təəssüflər olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə belə məhəl qoymayıblar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir. Azərbaycan illərdir Xocalı soyqırımı faktının lazımi səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanıyıb və tanımaqdadır. Bu gün geniş vüsət alan “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır. Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs kitablarında, o cümlədən “Qurani-Kərim”də bir günahsız insanın qətlə yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər tutulur. Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq. Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”

İlin fotosu müəyyən edilib

altAfrika mühacirlərinin foto şəkili “World Press Photo” müsabiqəsində ilin fotosu seçilib. 

Amerika fotoqrafı Con Stenmeyerin çəkdiyi şəkildə kişilər Cibuti çimərliyində mobil telefon tutduqları əllərini göyə uzadıblar.

Dalgatv Anspress-ə istinadən bildirir ki, bununla onlar qonşu Somalidən gələn ucuz telefon siqnalını tutmağa çalışırlar.

"Bunlar sadəcə öz yaxınlarına zəng etmək istəyən insanlardır", - deyə fotoqraf bildirib. Yaxşı həyata can atan minlərlə afrikalı bu yolla Avropaya və Yaxın Şərqə getməyə çalışırlar, yüzlərlə insan yolda ölür.

Telefon dinlənilməsi ilə bağlı cinayət işi açılıb

alt

Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənilməsi ilə bağlı cinayət işi açılıb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, cinayət işi çərçivəsində artıq dörd nəfər dindirilib.

Türkiyə kəşfiyyatı ölkənin Baş naziri Recep Tayyip Erdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib. Bir il əvvəl İstanbul polisinə korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.

Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.

Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.

Azərbaycan ərazisində zəlzələ olub

altAzərbaycan ərazisində zəlzələ olub.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, zəlzələ fevralın 10-da Şamaxı rayonu ərazisində qeydə alınıb.

30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.80 olub.

Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

İsrail prezidenti «Ginnes»-in kitabına düşüb

alt

İsrail prezidenti Şimon Peres İnternet vasitəsi ilə yəhudi dövləti ərazisindəki 215 məktəbin 9 min şagirdi üçün ictimaiyyətdən dərs keçib.

Dalğa TV-nin «İTAR-TASS»-a istinadən məlumatına görə, bu göstərici ilə o, «Ginnesin rekordları» kitabına düşüb.

Peres Təl-Əvivin şimalında, Netaniya şəhərində yerləşən kompüter şirkətlərindən birinin mənzil-qərargahından dərs verib. Dərs

prosesini izləmək üçün «Ginnesin rekordları» kitabının prezident müavini Marko Friqatti İsrailə səfər edib.

«Rekord üçün 5 min şagird yetərli idi»-deyə, o, bildirib

“Facebook”- un 10 yaşı oldu

Bu gün “Facebook”un yaranma günüdür .
alt
Hazırda Azərbaycanda bu sosial şəbəkədə 1 milyondan artıq istifadəçi qeydiyyatdan keçib.

Azərbaycanda “Facebook”dan əhalinin 11.53 %-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir. Şou-biznes nümayəndələrindən isə prodüser Tolik bu sosial şəbəkənin ən aktiv istifadəçisidir. “Facebook” sosial şəbəkəsi haqqında Tolik, belə söyləyir:


“Bu gün "facebook" dediyimiz, amma əslində kimlərinsə milyonlar qazandığı sosial şəbəkənin yaranma günüdür.

Amma bu şəbəkə hansısa gəncin özünə intihar edəcəyi xəbəri paylaşdığı, hansisa qruplaşmanın yaratdığı səyfə ucbatından Azərbaycandan Suriyaya müharibəyə getməyə vadar etdiyi şəbəkədir.

Hansı ki, bəzi anaları, bacıları gözü yaşlı qoyub. Yalançı muxalifətçilər ki, həyatda özləri heçnəyə qadir ola bilməyiblər.

Gənclərin ağıllarını öz yaratdıqları yalançı, uydurma faktlarla doldurub, mitinqlərə çixardan şəbəkədir. Bəs sənə nə verib bu şəbəkə? Hirsdən, kədərdən başqa? “

Günün fotosu: Dayanacaqda dalaşan əfqan qadını

alt3 fevral günün fotosu Əfqanıstanın Kabul şəhərində çəkilib.

Həddindən artıq makiyajı ilə diqqəti cəlb edən əfqan qadın avtobus dayanacağında ona irad bildirən piyadalarla dalaşır.

Saytda Axtarış

Son xəbərlər