Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1120
DünənDünən2699
Bu həftəBu həftə6279
Bu ayBu ay37822
Bu günə qədərBu günə qədər7526039

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Dünyanın ən gözəl qadını (FOTO)

daltDünyanın ən gözəl və cazibədar qadınlarından biri Monika Beluççi ad günün qeyd edir. 
İtaliyalı aktrisa Monika Anna Beluççi 50 il öncə İtaiyanın Umbriya əyalətində doğulub.
Onun anası rəssam, atası isə yük daşıyan idi.

Model kimi işə başlayan dünya şöhrətli aktrisanın kino kariyerası isə 26 yaşında başlayıb. Onun ilk rolu filmlərdən birində epizodik rol olub. Amma maraqlıdır ki, gözəl aktrisanı ən maraqlı rollar doğulduğu İtaliyada deyil, Fransada gözləyirdi.
Ən maraqlı rolu isə 200-ci ildə çəkildiyi "Malena" filmində Malena obrazı oldu. Monika Beluççi artıq 50-dən çox filmə çəkilib.

İndi 50 yaşlı Monika iki uşaq anasıdır. Aktyor Vensan Kasseldə ailəli olan dünya ulduzu bundan öncə də ailəli olub. 1990-cı ildə o fotoqraf Kladuio Karlosla evlənib.
2004-cü ildə Belluçinin aktyordan qızı Deva, 2010-cu ildə ikinci bir qızı Leoni doğuldu.

"Mən həmişə gec ana olmaq istəmişəm. İlk qızım 39, ikinci 45 yaşımda doğulub. Mən 44 yaşımda hamilə qaldığım üçün çox xoşbəxt idim. Uşaqlarım sayəsində mən hər gün xoşbəxt oyanıram".

Gözəlliyi dillər əzbəri olan Beluççi bir dəfədə olsun plastik əməliyyat etdirməyib. Müsahibələrində o deyib ki, ancaq nəmləndirici kremdən vitamin inyeksiyalarından istifadə edir. "Gənclik gedir. Amma təbii gözəllik daimidir".

Onun sözlərinə görə, makiyaj qadını gözəlləşdirmir, əksinə plastmas kimi edir. Aktrisa ancaq gözlər üçün qara tuş və rəngarəng dodaq boyalarından istifadəni sevir. "Bizim, qadınların dodaq boyasına sevgisi ana, nənələrimizdən gəlir".

Dünyanın ən gözəl qadını haqqında bilmədiklərimiz:
1) boyu 178 sm.
2) çəki 63-68 kq
3) ölçüləri 92-62-92
4) ayaqqabı nömrəsi 40-41
5) aktrisa bir necə dəfə çılpaq rollarda çəkilib.
6) Beluççi Dolce&Gabbana"nın ilham pərisidir. Onların əməkdaşlığı 26-ildir ki, davam edir.
7) hər iki hamiləliyi zamanı çılpaq şəkildə jurnalın üz qabığına çəkilib
8) üzgüçülük və yoqa ilə məşğul olur
9) onun şərəfinə "Dolce&Gabbana" dodaq boyası kolleksiyası var
10) kinoda dübütü 1990-cı ildə olub. "Oğullarla həyat" filmində rol alıb.
11) ilk uğuru "Drakula" filmindən sonra gəlib.
12) tərəzi bürcündədir
13) onu "ikinci Sofi Loren" adlandırırlar.

alt

101 il gözlənilən körpə

alt

1913-cü ildən gözlənilən körpə doğulub. İngiltərədə 1/10 000 ehtimalı olan hadisə gerçəkləşib.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, İngiltərədəki Silverton ailəsində 101 ildən sonra ilk dəfə qız uşağı doğulub. Bu qeyri-adi ailədə 4 nəsil ancaq oğlan uşaqları doğulub.

Körpə 43 yaşlı Ceremi Silverton və 36 yaşlı Daniella Andresin ailəsində doğulub. Poppi adlandırılan körpə ölkənin gündəminə düşüb.
Körpənin atasının sözlərinə görə, ultrasəs müayinəsi zamanı həkim körpənin cinsiyyətini açıqlayanda onlar qulaqlarına inanmayıblar. Ailə başçılarını qız nəvələrinin doğulacağına inandırmaq da elə asan olmayıb.

Bu illər ərzində ailədə bir dənədə olsun qız uşağı dünyaya gəlməyib. Ailənin ən axırıncı qızı doğulanda İngiltərə kralı 6. Corc olub. O zaman ölkədə qadınların səsvermə hüququları yox idi və I Dünya müharibəsi hələ başlamamışdı.

Prezidentlər futbol meydançasında

alt

Dünyanın ən məşhur futbolçularının belə, dövlət başçısı olması müşkül məsələdir. Çünki dövləti ayaqla idarə etmək olmaz. Amma prezidentlərin futbolçu olması o qədər də çətin iş deyil. Meydançada onlar populyarlıq qazana bilməsələr də, hər halda topun arxasınca qaçmağı bacaracaqlar. Bunu sübut etmək üçün siyasi liderlər arabir öz məharətlərini göstərməyə vaxt tapırlar.

 

45 kiloluq tısbağa tıxac yaratdı

alt

45 kiloqramlıq tısbağa Amerikanın Sarasota (Florida ştatı) şəhərində tıxaca səbəb olub.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, sürücülər hadisə yerinə polis çağırıblar.

Şerif Ron Lokkun sözlərinə görə, heyvanı yolun hərəkət hissəsindən götürmək üçün bir neçə güclü kişi səy göstərməli olub. Bundan sonra tısbağanı yük maşınına yükləyib və polis bölməsinə aparıblar.

Hüquq-mühafizə orqanları heyvanın sahibini sosial şəbəkə vasitəsilə tapmağa çalışıblar. Tapılan tısbağa barədə elanın dərc edilməsindən bir neçə saat sonra onun sahibi Rayan Adams səhifədə şərh yerləşdirib. Həmin şəxs heyvanın adının Buldozer olduğunu bildirib. Tısbağa evin arxa həyətində yaşayırmış və hasarın altından lağım ataraq qaça bilib.

Tısbağa sentyabrın 20-də sahibinə qaytarılıb.

"Eurovision-2015"də dəyişiklik oldu

altDekabrın 1-dən Estoniyada “Eurovision-2015” mahnı müsabiqəsi üzrə “Eesti Laul 2015” milli seçim turu başlayacaq.

Dalgatv  Axşam.az-a istinadən xəbər verir ki, milli seçimin “super final”ı fevralın 21-nə nəzərdə tutulub. Estoniyanın ERR yayım şirkəti əvvəlki illərdən fərqli olaraq, bu dəfə ölkə təmsilçisinin televiziya tamaşaçıları tərəfindən seçiləcəyini təsdiqləyib.

Digər dəyişiklik isə finalda milli seçimə üç namizəd və üç mahnının təqdim edilməsi ilə bağlıdır. Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Prezidentlərin uşaqlıq illəri - FOTOLAR

alt

Bu şəkillər onların uşaqlıq illərində çəkilib. Yəqin ki, həmin vaxtlar bu uşaqların ağıllarına da gəlməyib ki, nə vaxtsa onların iri portretləri prezidentləri olduqları ölkələrin ən gözəgəlimli yerlərindən asılacaq.

Beləliklə, Dalgatv  dövlət rəhbərlərinin uşaqlıq illərindən yadifar qalan şəkilləri təqdim edir.

altAzərbaycanın hazırki prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıq illəri də Bakıda keçib...
İlham Əliyev

altRusiya Federasiyasının prezidenti Vladimir Putinin baxışları uşaqlıq illərindən sərt və amansızdır.

altAmerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama o vaxt bilsəydi prezident olacaq, bir az ciddi dayanardı, heç olmasa ən azı dişlərini göstərməzdi.

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu şəkildəki baxışları hazırda Amerikadan Gürcüstana baxdığı baxışlarından heç də fərqlənmir.

Şeyxin qardaşının sensasion açıqlamasına YAP-dan – REAKSİYA

alt

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deputat həmkarı, Şeyxin qardaşı Cavanşır Paşazadənin yas mərasimlərindəki israfçılıq halları ilə bağlı sərt açıqlamasına münasibət bildirib.

Millət vəkili AzNews.az-a açıqlamasında bildirib ki, yas mərasimlərinin neçə keçirilməsi ilə bağlı hələ ki, dövlət səviyyəsində qanun qəbul olunmayıb.

Söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələrindən gedir. Deputatın sözlərinə görə, bu tövsiyə ictimaiyyətdə müzakirə olunub və müxtəlif fikirlərə gətirib çıxarıb. Yas mərasimlərinin sadələşdirilmiş şəkildə keçirilməsi ictimai müzakirələrdən gəlinən qənaətdir: “Müzakirələr heç də kimisə yaxınlarına hansısa formada yas mərasimi təşkil etməsinə qadağa qoya bilməz. Deputat həmkarımla razıyam ki, kiminsə yas mərasimi keçirməsi onun şəxsi işidir. Bununla bağlı dövlət heç kimə müdaxilə etmir. Azərbaycan dövləti heç bir zaman bunu qarşısına məqsəd qoymayıb. Söhbət ictimai müzakirələrdən, Azərbaycan cəmiyyətində əksəriyyətin bu məsələyə münasibətin müəyyənləşdirilməsindən gedir. Lakin kimsə öz yaxının yas mərasimini hansı formada keçirməsi onun hüququdur. Hesab edirəm ki, onu nə məsuliyyətə cəlb etmək, nə də qınaq obyekti etmək olar”.

O, İcra Hakimiyyətlərinə bununla bağlı verilən qeyri-rəsmi göstərişə də münasibət bildirib. Deputatın sözlərinə görə, bu, aparılan işlərə mənfi təsir edir: “Biz polis dövlətində yaşamırıq, hüquqi dövlətdə yaşayırıq. Hətta oradan yığılan ərzağın hansısa xeyriyyə məqsədilə istifadəsi belə, düzgün deyil. Yas sahibi nə cür hesab edərsə, yasını da o cür yola verməlidir. Sadəcə, yas mərasimlərinin sadə keçirilməsi arzuolunandır”.

Qeyd edək ki, Millət vəkili Cavanşir Paşazadə hüzr mərasimlərinə qoyulan qadağadan sonra “Təzə Pir” məscidində yenə də təmtəraqlı ehsanların verilməsi faktına sərt reaksiya verib. O, Qafqazinfo-ya açıqlamasında bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu və belə söhbətlərə tələbat olmadığını bildirib: “Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? Təzə Pirdə ehsan verilməsinə gəlincə özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz”.

“Heç kim mənə tapşırıq verə bilməz”- Şeyxin qardaşı

alt

Millət vəkili Cavanşir Paşazadə hüzr mərasimlərinə qoyulan qadağadan sonra “Təzə Pir” məscidində yenə də təmtəraqlı ehsanların verilməsi faktına münasibət bildirib.
AzNews.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü “Qafqazinfo”ya açıqlamasında bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu və belə söhbətlərə tələbat olmadığını bildirib: “Buna qaşınmayan yerdən qan çıxarmaq deyirlər. Azərbaycan xalqını başqa xalqlarla eyni tutmaq olmaz. Biz təkcə rəhmətə gedən yaxınlarımıza deyil, imamlarımız, şəhidlərimiz üçün də ehsanlar veririk. 90-cı illərdə, müharibə dövrlərində Azərbaycanda o qədər çadırlar quruldu. Kimlər üçün verilirdi o ehsanlar? Allah göstərməsin, amma hər kəsin başına gəlir. Mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. “Təzə Pir” məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz”.

Millət vəkili bəzi rayonlarda icra nümayəndəliyinin yas mərasimlərinə müdaxilə etməsi ilə bağlı yayılan xəbərlərə etirazını bildirib: “Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? Təzə Pirdə ehsan verilməsinə gəlincə özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz”.

C.Paşazadə yeni dərs ilində Sumqayıtda hicablı tələbələrin dərsə buraxılmamasına da toxunub və bildirib ki, dövlətin belə bir qadağası yoxdur. Bu cür qadağa qoyan insanların dövlətçiliklə əlaqəsi ola bilməz: “Bu məsələlərdə mətbuatın da rolu az deyil. Mətbuat bu tip xəbərlərlə bağlı elə mövqe nümayiş etdirir ki, elə bil müxalifət tərəfdarlarıdırlar. Demək istəyirəm ki, bu məsələləri şişirtmək olmaz”.

Ziya Məmmədovun oğluna məxsus şirkətin lisenziyası dayandırıldı

alt

“16 sentyabr 2014-ci il  tarixində  Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb”.
Modern.az saytı xəbər verir ki, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektoru bəyan edib.

Rəsmi məlumatda qeyd olunur ki,  hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir. 

“Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.

"Qarant İnvest"ə sonuncu dəfə lisenziya  25 noyabr 2011-ci il tarixində 5 illik müddətə verilmişdi.

"Qarant İnvest" Anar Məmmədovun rəhbərlik etdiyi "Qarant Holdinq"in törəmə şirkətlərindən biridir.

Barak Obama 2 yeşik pivə uduzdu - Mərcdə

alt

ABŞ prezidenti Barak Obama Belçikanın baş naziri Elio di Rupoya mərcdə 2 yeşik pivə uduzub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mərc bu yay Braziliyada keçirilən Dünya Çempionatı zaman iki ölkə yığmalarının 1/8 final mərhələsindəki oyunu ilə bağlı bağlanıb. Hətta oyun öncəsi belçikalı nazir Di Rupo ABŞ prezidentinə tvitter mesajı da atıb: “Ey, Obama mən “qırmızı şeytan”ların sizin yığmanızı məğlub edəcəyini əla Belçika pivəsi ilə mərc edirəm”.

Həmin oyun isə Belçikanın 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Sentyabrın 12-də isə ABŞ-ın Belçikadakı səfirliyi Di Rupoya 2 yeşik pivənin çatdırılması ilə bağlı tvitterdə mesaj yerləşdirib.

Hədiyyə ilə yanaşı Belçika baş nazirinə Obamanın məktubu da göndərlib: “Amerikalılar olaraq belçikalılarla hər bir sahədə əməkdaşlıq etməyə hazırıq. Yalnız futbol meydançası istisna təşkil edir. 2018-ci ildə görüşərik”.

Putinin sevgilisi deputatlıqdan imtina etdi

altDövlət Dumasına “Vahid Rusiya” partiyasından üzv olan Alina Kabayeva öz arzusu ilə deputat mandatından imtina edib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dumanın nizam-intizam komissiyasının sədri Sergey Popov açıqlama verib.
“Deputat ərizə ilə müraciət etdi, biz də müsbət cavab verdik”-deyə Popov deyib. Komitə sədri Alina Kabayevanın sentyabrın 15-də ərizə ilə müraciət etdiyini və başqa işə keçməsi ilə əlaqələndar deputat mandatına xitam verilməsini xahiş etdiyini söyləyib.
Alina Kabayevanın mandatına xitam verilməsi məsələsi sentyabrın 16-da müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, tanınmış gimnast, 2004-cü il Afina Yay Olimpiya Oyuunlarının qalibi Alina Kabayeva daha çox Rusiya prezidenti Vladimir Putinin məşuqəsi olması ilə bağlı yayılan şayiələrlə məşhurdur.

Tatlıses müflis oldu

altMüğənni İbrahim Tatlısesin maddi vəziyyəti ağırlaşır. 


Dalgatv Türkiyə mediasına istinadən xəbər verir ki, otellərini satışa çıxaran sənətçi, Seyrantəpədəki yaşayış binasını satmaq üçün tikinti şirkətləri ilə görüşüb.

Əməliyyatdan sonra 62 yaşlı sənətçi səsiylə əlaqədar yaşadığı problemlərə görə albom, səhnə və TV layihələrini həyata keçirə bilmir. Maddi problemləri olan Tatlıses ABŞ-da yeni əməliyyata hazırlaşır. İqtisadi baxımdan bahalı olan əməliyyat üçün müğənni Bodrum və Quşadasındakı otellərini də satışa çıxarıb

Saytda Axtarış

Son xəbərlər