Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün360
DünənDünən2223
Bu həftəBu həftə7742
Bu ayBu ay39285
Bu günə qədərBu günə qədər7527502

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Azərbaycanlı dünya çempionunun Suriyada ölüm xəbəri yayılıb

alt

Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb. Modern.az saytının xəbərinə görə, bu haqda Dağıstan mətbuatı məlumat yayıb. Məlumatda Bəxtiyar Arzumanovun Suriyada hökumət əleyhinə döyüşən müxalif hərbi birləşmələrin tərkibinə qatıldığı iddia olunur. Amma onun Suriyaya nə vaxt getdiyi açıqlanmır.

Modern.az-ın məlumatına görə, Dağıstandakı mənbələr Youtube-da da bu haqda məlumat paylaşıblar.

Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşdən 6-da qələbə, 2-də isə məğlub olmuşdu.

Bəxtiyar Arzumanov daha çox keçirdiyi döyüşlərdən birindəki alicənab hərəkətinə görə “xeyirxah ləzgi” adı ilə tanınırdı.

Ziya Məmmədovun oğlu Rauf Arifoğlunu məhkəməyə verdi

altNəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib. İddia ərizəsində A. Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb. İttiham ərizəsi və qarşı tərəfin iddiaları ilə bağlı “Yeni Müsavat” qəzetinin 12 sentyabr tarixli sayında geniş məlumat dərc olunacaq.

Musavat.com oxucuları üçün A.Məmmədovun bu addımına Rauf Arifoğludan rəy öyrəndik. Baş yazar bildirdi ki, məhkəmə 8 sentyabra təyin edilib: “ Bizim bundan xəbərimiz olmayıb, ona görə də iştirak etməmişik. Bu gün öyrəndik ki, qarşı tərəf də 8 sentyabrda məhkəmə prosesinə gəlməyib. İddia ərizəsi ilə tanış oldum. Bunlar rəsmən məni susdurmaq istəyirlər. Məmmədovlar müxbirimizi döydürüb, indi də məni həbslə hədələyirlər. Anar Məmmədov şəxsən Cinayət Məcəlləsinin 3 maddəsi ilə mənə cinayət işi açmağı məhkəmədən tələb edir. Bunların gözünü kin, nifrət, qəzəb elə örtüb ki, nə etdiklərinin fərqində belə deyillər. Azərbaycan dövlətini yenə də bütün dünyanın “Diffomasiya demoqoqiyası”na hədəf edəcəklər.

Ölkə rəsmiləri israrla dünyaya bəyan edirlər ki, diffomasiyaya görə həbslər yoxdur, neçə ildir ki, heç məhkəmə prosesi də keçirilmir; bunlar isə tam əksini edir və Azərbaycan iqtidarını arqumentsizləşdirirlər.

Lakin düşünürəm ki, bəlkə də belə yaxşıdır. Bu proses ölkəmizdə “Diffamasiya haqda qanun”un qəbul olunmadığını yenidən gündəmə gətirəcək və problemli yerimizi nümayiş etdirəcək. Rauf Arifoğlu deyir ki, bu cür proseslər onun üçün adi haldır: “Mənimlə bir çox nazirlər illərlə mübarizə aparıblar, məhkəməyə veriblər, pislik ediblər, zərər vurmağa çalışıblar. Onlardan sonuncusu da Səfər Əbiyev idi... Kimsənin mənimlə düşmənçilikdən xeyir tapdığını görmədim. Bu qəzet 25 il tarixi olan bir Azərbaycan əfsanəsidir; həm də sehrli bir energetikaya malikdir. Özünü oraya pis niyyətlə toxuyan zərər çəkir; yaxşı niyyətlə yaxınlaşan fayda tapır ”. Baş redaktor bildirir ki, onlar gələn həftədən etibarən müdafiə taktikası quracaqlar: “Anar Məmmədov gənc iş adamıdır. Gedir, Amerikada yabançılarla münasibət qurur, lobbi təşkilatları ilə təmas yaradır və sair. Amma ölkə daxilində hər zaman media ilə gərginlik içindədir, işini və münasibətlərini qura bilmir. Amerikalılara gələndə, başqa üzlərini göstərirlər, bizimlə isə hər zaman zor dilində danışmağa çalışırlar, əzmək, bitirmək niyyəti güdürlər. Necə münasibət göstərəcəklər, o cür də münasibət görəcəklər”.

Hüquqşünas Vaqif Hüseyn deyir ki, iddia ərizəsində göstərilən maddələr Rauf Arifoğlu üçün həbs təhlükəsi yaradır.

Putin və Yanukoviçin ataları satqın olub - FOTO

altRusiya prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin Hitler Almaniyası ilə əməkdaşlıq etməsi barədə məlumatlar dolaşır. Modern.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, ata Putin 1941-ci ilə qədər NKVD daxili qoşunlarının zabiti olub və Böyük Vətən Müharibəsinin ilk vaxtlarında özünü almanlara təslim edib. Belarusun Vitebsk şəhəri ətrafında əsir düşən Vladimir Spiridonoviç Putin sonradan faşistlərin nəzarəti altında Andrey Vlasovun yaratdığı könüllü orduya qatılıb.

Polşanın “Anqora” jurnalında bu iddilarla çıxış edən publisist Jozef Zanyavski yazısında sovet kəşfiyyatının İsveçrədəki rezidenti Viktor Suvorova (əsl adı Boqdan Rezun) istinad edir. Suvorov 1978-ci ildən Britaniya kəşfiyyatına işləməyə başlayıb və London arxivlərində 8-ci Britaniya ordusunun gizli sənədlərində imzalı fotoya rast gəlib.
Fotoda 6 zabit təsvir olunub. Onlardan 3-ü kazak mundirində, 2-si alman zabiti, 1-i isə Rusiya Azadlıq Ordusunun zabiti formasındadır. Suvorovun sözlərinə görə, zabit mundirli kazaklar Almaniya tərəfdə vuruşan general Vlasovun yaratdığı ordunun üzvləridir.
Şəkildə solda 1-ci şəxs isə Rusiya prezidentinin atası Vladimir Putindir.

1945-ci ildə isə prezident atası digər “vlasovçu” silahdaşları ilə birlikdə SSRİ-yə təhvil verilir. Bütün bu faktları Zanyavski Viktor Suvorova istinadla məqaləsində işıqlandırır.

Qeyd etmək lazmdır ki, analoji informasiya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin atası Fyodor barəsində də yayılmışdı. Regionlar Partiyasının 2004-cü ildə yaydığı məlumata görə, Viktor Yanukoviçin atası Fyodor Vladimiroviç müharibəyə yollanaraq ağır yaralanıb. Lakin bəzi yerli jurnalistlər gizli arxiv materialları əsasında müəyyən etmişdilər ki, Fyodor Yanukoviç yaraları sağaldıqdan sonra fərarilik edərək, alman işğalçıları ilə əməkdaşlığa başlamışdı.

Prezidenti körpüdən aşıran rus arağı - MARAQLI

alt

Rus arağı dünyanın əksər ölkələrində məşhurdur. Bu içkinin məşhur olmasının əsas səbəbi bəlkə də rusların arağa olan hədsiz istəyinin nəticəsidir. Daha dəqiq ifadə etsək, ruslar öz içkilərinə aludə olmaqlarını o qədər həvəslə büruzə veriblər ki, bu “iştaha” xarici ölkə vətəndaşlarında da böyük maraq yaradıb.

Modern.az saytının məlumatına görə, tarix boyu rusların 40 dərəcəlik ehtirasının qarşısını heç nə ala bilməyib. Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib. Maraqlı faktlardan biri odur ki, həmin tədbirlər ərəfəsində dövlət başçıları özləri də qədəhlərdən imtina edə bilməyiblər. Tarixdən Leninin, Stalinin, Malenkovun, Xruşovun, Brejnevin içki məclisləri, spirt qoxusu verən süfrələri hamıya yaxşı məlumdur. Gecə yarıyadək uzanan məclislər, Kreml məmurlarının əyləncələri heç də az olmayıb.

Rus arağından daha çox təsirlənən, sərxoş vəziyyətə düşüb özünü və ölkəsini xoşagəlməz vəziyyətə qoyan isə Boris Yeltsin olub. Yeltsinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı gecə yarısı kefli vəziyyətdə alt paltarında pitsa almağa getməsi, Almaniyada orkestrin qarşısında drijorluğu və rəqsi, arağın təsirindən oyana bilməyib təyyarədə yataraq dövlər tədbirinə getməməsi və bu kimi bir çox hallar uzun illər kütləvi informasiya vasitələrinin ən oxunaqlı materiallarına çevrilib.

28 sentyabr 1989-cu ildə Boris Yeltsinlə bağlı baş vermiş qeyri-adi hadisə isə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb.

Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı?

Məhz həmin günü Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb

Gürcüstan Prezidenti rəsmən evlənmək niyyətindədir

altGürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmən evlənmək niyyətindədir. Trend-in məlumatına görə, nikah mərasimi yaxın günlərdə baş tutmalıdır.

G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.

 

Cütlük yeni filmlərinin çəkilişinə başlayacaq

altHollivudun tanınmış cütlüyü Ancelina Coli və Bred Pitt yeni filmlərinin çəkilişinə başlamaq niyyətindədir.

Dalgatv-nin  Axşam.az-a istinadən verdiyi xəbərə görə, Fransada nikah masasına oturan sevgililər bal ayına getməməyə razılaşıblar.

Onlar nikah mərasiminin baş tutduğu Fransadakı malikanədə 2-3 gün birlikdə vaxt keçiriblər. Amma buna baxmayaraq bal ayına getməməyə qərar veriblər. Yeni evlilər artıq iş başına keçməyin vacib olduğunu düşünürlər.

Avropaya vizanın qiyməti 35 avro oldu

altAvropa İttifaqı ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişləri bu gün qüvvəyə minir.


Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Aİ ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi (VRSS) və Readmissiya Sazişi (RS) Bakıda və Brüsseldə 4 rəsmi danışıqlar raundu çərçivəsində baş tutub.

İndi sazişlər 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minir. Böyük Britaniya, İrlandiya və Danimarka saziş çərçivəsində öz üzərinə öhdəlik götürməyib.

Saziş Azərbaycan vətəndaşlarının, xüsusilə də tez-tez səfərdə olan vətəndaşların Aİ ölkələrinin əksəriyyətinə sərbəst şəkildə səfər etmələrinə şərait yaradan qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Qısa müddətli viza ilə 180 günü əhatə edən müddətdə 90 günədək qalmaq mümkündür. Sazişə əsasən viza haqları €60-dan €35-dək azalıb, bəzi vətəndaş kateqoriyaları isə tamamilə haqlardan azad olmalıdır. Üzv dövlətlər tərəfindən tez-tez səfərdə olan şəxslərin bəzi kateqoriyaları üçün bir ildən beş ilədək müddəti olan çoxgirişli vizaların veriləcəyi planlaşdırılır. Diplomatik pasportu olan şəxslər viza öhdəliklərindən azaddırlar. Sazişlə həm də müəyyən kateqoriyadan olan ərizəçilər, o cümlədən rəsmi nümayəndə heyətləri, 12 yaşdan aşağı uşaqlar, təqaüdçülər, tədqiqatçı və tələbələr üçün viza haqqının alınmaması təmin edilir. Saziş müddəalarının həyata keçirilməsi sazişlərin bütün tərəflərinin qarşılıqlı prinsipləri tam şəkildə tətbiq etməsindən asılıdır.

Readmissiya sazişləri Aİ-na üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar tək hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir. Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı İnsan Hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.

Azərbaycanda saxlanılan erməni əsir üçüncü ölkəyə verildi

altAzərbaycanda əsir saxlanılan Ermənistan Ordusunun hərbçisi Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.

Modern.az xəbər verir ki, bu haqda Ermənistanın “Razminfo” saytı məlumat yayıb. Sayt xəbəri əsirin qardaşına istinadən yayıb.
İnciqulyan Akop Gevorkoviç 8 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində könüllü şəkildə Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib və saxlanılıb. A.İnciqulyanın üçüncü ölkəyə göndərilməsi barədə Azərbaycan hökumətinə müraciət edib və onun xahişi BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına göndərilib.

Azərbaycanlı girovların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verildi

altErmənistanın baş prokuroru Qevorq Kostanyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin cinayət işlərinin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verildiyini bildirib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokuror bu barədə bölgələrə səfəri zamanı deyib. Onun sözlərinə görə, nazirliyin tərkibində yaradılan istintaq qrupu “terrorçuluq” və “diversiya törətməkdə” ittiham olunan azərbaycanlıların işini yekunlaşdıracaq.

Daha sonra isə istintaq materialları məhkəməyə göndəriləck və proses başlanacaq. Lakin Kostanyan istintaqın nə vaxt yekunlaşacağı ilə bağlı suala cavab verməyib.

Səfər Əbiyev: “Mən Bakıdayam” - ÖZƏL

altAzərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ölkəni tərk etməsi haqda mövzu yenidən gündəmə gəlib. Bəzi KİV-lər eks-nazirin ölkəni tərk etdiyini iddia edirlər.
Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün Səfər Əbiyevin özü ilə əlaqə saxlayıb. Sabiq müdafiə naziri yayılan məlumatları təkzib edib.
“Bu cür xəbərləri ilk dəfə deyil yayırlar. Mən Bakıda, öz evimdəyəm”,-deyə eks-nazir qısaca olaraq bildirib.

“Rusiya Ermənistanı tanınmamış ölkələr siyahısına salmışdı“

altAbxaziya Belarus və Qazaxıstana müraciət edərək onun müstəqilliyini tanısınlar və o, sonradan Avrasiya İttifaqına girə bilsin. Anspress-in məlumatına görə, Belarus və Qazaxıstanın onsuz da Abxaziyanın müstəqilliyini tanımayacağını bəri başdan proqnozlaşdıran bir sıra erməni şərhçilər məsələnin bir çalarının da Ermənistan üçün təhqiramiz olduğunu vurğulayıblar. 

“Görəsən, Avropa İttifaqına girmək üçün müraciət etmiş və statusu, demək olar ki, Abxaziyaya bərabər olan Ermənistan hansı addımı atacaq?”, - deyə erməni şərhçi Akop Badalyan sual verir. 

Şərhçi bütün günahları Moskvada görür və Rusiyanın bundan əvvəl də Ermənistanı tanınmamış ölkələr siyahısına saldığını vurğulayır: “Hələ Medvedev prezident olanda təşkil etdiyi cıdır yarışlarında Serj Sarkisyan Abxaziya və Cənubi Osetiya prezidentləri ilə bir yerdə idi, MDB ölkələrindən heç bir prezident tədbirə gəlməmişdi”,- deyə Badalyan vurğulayır.

Ərəb şəhzadəsi indi də Yunanıstanın adasını almaq istəyir

alt“Forbes”in milyarderlər siyahısında 21 milyard dollarlıq sərvətilə 32-ci sırada yer alan Səudiyyə şahzadəsi Əl Vəlid bin Talal mülkiyyətini genişləndirməkdən doymur. 

Anspress-in məlumatına görə, Yunanıstanın Girit adasına axırıncı ziyarətindən sonra oradakı adalardan birini çox bəyənən şahzadə Talal oranı almaq qərarına gəlib. O, bu barədə istəyini Yunanıstanın turizm naziri Olqa Kefaloqianniyə çatdırıb. 

Talalın almaq istədiyi Dia adası Misirin Heraklion şəhərindən təxminən 6 dəniz mili (təqxminən 11 km) şimalda yerləşir. 5 kilometr uzunluqda, 3 kilometr genişlikdə olan adada bir liman və sadəcə çimərlik var. 

Maksimum 220 metr yüksəkliyə sahib olan ada, orta əsr və antik dövr dənizçiliyində əhəmiyyətli rol oynayıb. 

Qeyd edək ki, dünyanın ən varlı biznesmenlərindən biri olan Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid bin Talal ötən il “Forbes” jurnalını onun sərvətini az göstərdiyi və 10-luğa salmadığı üçün məhkəməyə vermişdi.

Saytda Axtarış

Son xəbərlər