Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün214
DünənDünən2223
Bu həftəBu həftə7596
Bu ayBu ay39139
Bu günə qədərBu günə qədər7527356

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstanın sabiq Prezidenti Baş Prokurorluğa çağırılmışdır

altGürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili dindirilmək üçün Baş Pokurorluğa çağırılmışdır.
Çağırış vərəqəsi eks-prezidentin anası Giuli Alasaniyaya verilmişdir.
Bununla əlaqədar Gürcüstan Baş Prokurorluğunda xüsusi brifinq keçirilmişdir. Prokuror Koka Katsitadze sabiq Prezidentin bir neçə cinayət işi ilə əlaqədar şahid qismində dindirilməyə çağırıldığını, hələlik onun barəsində başqa tədbirlərin həyata keçirilməyəcəyini bildirmişdir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili M. Saakaşvilinin istintaqla əməkdaşlıq etməyə, bütün suallara ətraflı cavab verməyə borclu olduğunu vurğulamışdır. O demişdir ki, heç kəs qanundan yüksəkdə dura bilməz və əgər o, gəlməsə, prokurorluq qanunamüvafiq tədbir görəcək, barəsində axtarış elan olunacaqdır.

Ronaldonun oğlunun müalicəsinə 60 min avro lazımdır

alt

Madrid "Real"ının və Portuqaliya milli komandasının futbolçusu Kristiano Ronaldonun oğlnun müalicəsinə 60 min avro tələb olunur.

ANS PRESS-in məlumatına görə, ağır beyin xəstəliyindən əziyyət çəkən uşağın müalicəsinin xərclərini ödəmək üçün 29 yaşlı portuqaliyalı bir neçə çüt forma və butsilərini hərraca çıxaracaq. Onların satışından gələn gəlirlər 9 aylıq Erikin müalicəsi üçün sərf olunacaq.

2012-ci ildən Portuqaliya millisinin kapitanı kimi top qovan Ronaldo bu ağır xəstəlik səbəbindən oğlunu 9 yaşınadək müalicə etdirməlidir.

WhatsApp-da gözlənilən oldu

altDünyanın ən populyar və böyük sosial şəbəkəsi olan Facebook-un 19 milyard dollara satın aldığı WhatsApp messenceri Android əməliyyat sistemi əsasında çalışan smartfonlar üçün olan versiyasını yeniləyib.

Milli.Az The Next Web-ə istinadən bildirir ki, yenilənmiş WhatsApp-da istifadəçinin yollaya biləcəyi ismarıcların maksimal həcmi artırılıb. Bundan başqa, göndərişi sürətləndirmək üçün kamera yarlığı əlavə olunub. WhatsApp vicetinin əsas ekranında oxunmamış mesajlara da baxmaq olar.
Yeniliklər arasında istifadəçinin bu proqramdan istifadə edən dostları üçün WhatsApp-a abunə ödənişini reallaşdıra bilmək imkanı da var.

Ən başlıcası isə odur ki, istifadəçi WhatsApp-dan son istifadə zamanı, onun profil fotosu və durumunu kimlərin görüb-görməyəcəyini özü seçəcək.
Fəqət istifadəçi "son görünmə vaxtı"nı qapadırsa, siyahıdakı digər istifadəçilərin də "son görünmə vaxtı"nı görə bilməyəcək.

WhatsApp-ın Android əməliyyat sistemi üçün yeni, 2.11.186 adlı versiyasında proqramın əsas səhifəsində oxunan mesajların sayı artırılıb.
Yeniliklərdən yalnız Android-in ən azı 3-cü versiyası olan smartfon və ya planşet sahibləri yararlana bilərlər.

Yenilənmələr bunlarla bitmir.

Sony smartfonlarındakı "emoji" problemi aradan qaldırılıb, Samsung Note 3 və Sony smartfonlarındakı səsli mesaj funksiyasındakı fəsadlar çözülüb.

Ən nəhayət, noutbuk və desktop kompüterlərdə WhatsApp-dan yararlanmaq istəyənlər "BlueStacks App Player" adlı proqramdan istifadə edə biləcəklər.

Günün fotosu: Şokolad şousu

alt10 mart günün fotosu Belçikanın paytaxtı Brüsseldə keçirilən şou zamanı lentə alınıb. "Salon du Chocolat" şousundan çəkilən fotonu təqdim edirik.

Bakıda yeni hava limanı açılır

alt"Azərbaycan Hava Yolları" QSC 2014-cü ilin mart ayında Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin sınaq rejimində istismara verilməsinə başlamağı planlaşdırır.

Onun sözlərinə görə, indiki halda söhbət yeni kompleksin yalnız bir sahəsindən gedir: "Test işlərinin aparılması üçün həmin sahəyə daxili aviareyslər həyata keçiriləcək. Martın ortalarında yeni binanın sahələrindən birini işə salmaq planlaşdırılır. Həmin sahə yerli istiqamətlər, xüsusilə Naxçıvan Muxtar Respublikası üzrə təyyarələrin göndərilməsinə görə cavabdeh olacaq". Mənbə qeyd edib ki, bu, bütün sistemləri sınaqdan keçirməyə və yeni obyektin istismara tam hazır olmasını müəyyənləşdirməyə imkan verəcək. Mənbə daha əvvəl bildirmişdi ki, yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər. Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Kompleksin sahəsi 58 min kvadratmetr təşkil edəcək. Yeni təyyarə vağzalının dördmərtəbəli binası üçbucaq formasında olacaq. Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə edilən ən son elmi-texniki nailiyyətlər tətbiq ediləcək. Yeni təyyarə vağzalında sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlara uyğun təşkil ediləcək

Ən varlı adamlarının siyahısı açıqlandı

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

alt

Dalğa TV-nin Trend-ə istinadən verdiyi məlumata görə, "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır.

Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olub. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlayıb.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Rza Zərrabın azadlığa buraxılması ilə bağlı ilginc məlumatlar

alt

İş adamından azərbaycanlı general haqda şok ifadə; Türkiyə mətbuatı Zərrabın Azərbaycan məmurlarına məxsus qara pulları Avropaya necə daşıdığından və rüşvət əməliyyatının ölkəmizə uzandığından yazdı; “Bakıda bir sıra çevrələr narahatdır”...

Türkiyədə dekabrın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatında həbs olunan nazir övladlarının, yüksək vəzifəli məmurların, məşhur iş adamlarının cinayət dosyesində bir sıra Azərbaycan məmurlarının da adları yer alır.

Bu barədə Türkiyənin onedio.com saytı (http://onedio.com/haber/riza-zarrabin-azerbaycandaki-bir-general-ile-iliskileri-ortaya-cikti-259692) məlumat yayıb. Xəbərdə iddia olunur ki, həmin əməliyyat zamanı həbs olunan məşhur azərbaycanlı iş adamı Rza Zərrab ötən həftə istintaqa ifadəsində bununla bağlı konkret adlar çəkib. R.Zərrab bildirib ki, 2013-cü il yanvarın 18-də içərisində 1500 kiloqram qızıl olan təyyarə İstanbul Atatürk Hava Limanında saxlanılarkən o zaman Türkiyənin iqtisadiyyat naziri olan Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanla danışıb. Çağlayan isə mart ayında onunla görüşməyə cəhd edib.

alt

Daha sonra R.Zərrab Türkiyə və Azərbaycanda yüksək vəzifəli şəxslərlə, nazirlərlə əlaqələrinin olduğunu, Azərbaycanda əvvəllər təhlükəsizlik orqanlarında yüksək vəzifə tutmuş, hazırda anti-korrupsiya istiqamətində vəzifə alan bir generalla iş birliyinin mövcudluğunu deyib.

Onedi.com-un “Türkiyədəki rüşvət əməliyyatı Azərbaycana qədər uzanır” yarımbaşlığı ilə təqdim etdiyi yazıda həmçinin bildirilir ki, Zərrabın liderlik etdiyi cinayət təşkilatı para transferini iki formada həyata keçirib. Birinci yol kimi böyük pullar kuryerlərlə və çamadanlarla daşınıb. Ancaq 2011-ci ildə kuryerlərlə və çamadanlarla Rusiyaya daşınan qeyri-leqal 150 milyon dollar ələ keçib.

Bundan sonra bir nazirin təşkilatçılığı ilə rüşvət qarşılığında “Halk Bankası” üzərindən İrana külli miqdarda məbləğlər transfer olunub

Məqalədə həmçinin bildirilir ki, R.Zərrabın həbsi Bakıda da bəzi dairələri narahat etməyə başlayıb. Yazıda qeyd olunur ki, Azərbaycanda yüksək vəzifə tutan bir generalın öz inşaat işindən əldə etdiyi çirkli pulları R.Zərrab vasitəsilə Türkiyəyə, oradan da Avropaya daşıdığı üzə çıxıb. (Məqalənin orijinalında həmin generalın adı çəkilir - red.)

Məqalədə daha sonra yazılır: “Dindirilmə zaman Rza Zərrabın ”Əmrləri Azərbaycandan alıram" deməsi də bu əlaqələrin mövcudluğuna işarədi. Hazırda İstanbul polisi Azərbaycan tərəfinə həmin generalın şübhəli əlaqələri haqda məlumat göndərib".

Qeyd edək ki, Türkiyədəki 17 dekabr həbslərindən sonra hələ ilk günlərdəcə Azərbaycan mətbuatı bu əməliyyatın Bakıya qədər uzanacağı ehtimalından yazmışdı. Çünki həm həbs olunanların əksəriyyətinin Azərbaycan məmur-oliqarxları ilə əlaqələri olub, həm də Azərbaycanın bu qədər böyük məbləğli para transferlərindən kənarda qalması mümkünsüz görünürdü.

Həm də Türkiyədəki həbslər dalğasında Sədərək Gömrük Xidmətinin rəisi Mirməhəmməd Seyidov Qarsda Türkiyə polisi tərəfindən həbs olunub. M.Seyidovun Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanıldığı bildirilir. Onun Türkiyə istintaqçılarına şok ifadələr verməsi və 17 dekabr əməliyyatında tutulanlarla Azərbaycan məmurlarının əlaqələri haqda bir çox sirləri açması barədə iddialar var.

alt

Bu baxımdan, Türkiyədəki 17 dekabr əməliyyatının Azərbaycana uzanacağı gözlənilən idi və artıq bu baş verməkdədir. Bunun nə ilə nəticələnəcəyi, Azərbaycanda hüquqi müstəvidə araşdırmaların aparılıb-aparılmayacağı isə hələlik bəlli deyil. Amma İstanbul polisi Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat və sorğu veribsə, hər halda, buna bir cavab olmalıdır.

Dünən R.Zərrabın sensasion ifadəsi haqda xəbər yayıldıqdan bir qədər sonra Türkiyə mətbuatı onun, sabiq daxili işlər naziri Muəmmar Gülərin oğlu Barış Gülərin, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın azadlığa çıxması barədə məlumat yayıb. Onlarla bərabər daha iki nəfər azadlığa çıxıb.

Qeyd edək ki, 17 dekabr həbslərindən sonra M.Gülər, Z.Çağlayan şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa vermişdi.

Çox ciddi ittihamlarla həbs olunan bu şəxslərin qəfil azadlığa buraxılmasının səbəbi bilinməsə də, belə ehtimallar var ki, Türkiyə istintaqçıları onlardan istədikləri bilgiləri və ifadələri alıblar. Bundan sonra onlar azadlıqda olarkən də istintaq davam etdirilə bilər.

Mursi “İran casusu“ elan olundu

altMisirin devrilmiş prezidenti Məhəmməd Mursinin fevralın 16-da keçirilmiş məhkəməsinin ittihamnaməsi ortaya çıxıb.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Mursi və 35 nəfər milli müdafiə sirlərini yaymaqda və Misirin sabitliyini pozmaq məqsədilə İran İnqilab Keşikçiləri Korpusuna hesabatlar verməkdə ittiham olunurlar.

Növbəti məhkəmə prosesi fevralın 27-nə təyin olunub.

Qeyd edək ki, Məhəmməd Mursi ötən ilin iyulunda ordunun çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq, həbs olunmuşdu.

Uşağını zibil qutusuna atdı - DƏHŞƏT

alt

Türkiyənin Mersin şəhərində dəhşətli hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, nikahdan kənar hamilə qalan A.K. müayinə olunmaq üçün anası tərəfindən xəstəxanaya gətirilib.

19 yaşında olan A.K həkimlərin ona hamilə olub-olmadığı barədə təkrar-təkrar verdiyi suala “xeyir” cavabını verib. Daha sonra qadın bəzi analizləri həkimlərə vermək üçün ayaqyoluna gedib. A.K-nın ayaqyolundan çıxması xeyli vaxt çəkib. Bu isə mühafizə xidmətinin işçilərini şübhələndirib. Mühafizəçilər qapını sındırıb içəri daxil olarkən zibil qutusunda yeni doğulmuş qız uşağını və A.K-nı görüblər. Hər ikisi xəstəxanaya yerləşdirilib. Polis qızın anası və dayısını saxlayıb. .

Nəvəsi üçün Lamborghini hazırlayıb

altÇinin Zhengzou şəhərindəb yaşayan Guo altı ay ərzində nəvəsi üçün mini Lamborghini hazırlayıb.

Dalgatv Acunn.com-a istinadən xəbər verir ki, avtomobilin hazırlanmasına 821 doolar xərcləyən Guo onu hərəkətə gətirmək üçün elektrik enerjisindən istifadə edir. Avtomobil tam enerji yığdıqda 60 kilometr yol gedə bilir.

Saakaşvilinin partiya yoldaşı Kiyevdə güllələnib

altKiyevdə odlu silahdan açılan atəş nəticəsində iki ildir ailəsi ilə Ukrayna paytaxtında yaşayan Gürcüstan vətəndaşı Dato Kipiani ölüb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Kipianini snayper güllələyib. Məlumatda qeyd edilir ki, Dato Kipiani Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvü idi.

“Dato partiyanın üzvü idi. Amma Kiyevə siyasi, yaxud partiya maraqları ilə bağlı getməmişdi”, - Saakaşvili facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Facebook” sosial şəbəkəsi “WhatsApp” mobil ismarıc proqramını satın almışdır

altDünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” “WhatsApp” mobil ismarıc proqramını 19 milyard dollara satın almışdır.
“WhatsApp” mobil ismarıc proqramının alınması “Facebook” sosial şəbəkəsinin tarixində ən böyük saziş olmuşdur. Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyudadakı (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcəkdir.
Bütün məşhur platformalar üçün mobil messencer yaratmış “WhatsApp” 55 işçidən ibarətdir. Şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. Proqramın göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından çoxdur.
“Facebook” sosial şəbəkəsinin “WhatsApp”ı satın almasına səbəb hazırda şəbəkənin yeni istifadəçilərə və bazara kəskin ehtiyacının olmasıdır. “WhatsApp”ın yeni auditoriyanı sürətlə cəlb etməsi, sosial şəbəkə və messencerlər arasında rekordçu olması isə növbəti səbəb kimi göstərilir.
“WhatsApp” mobil ismarıc sistemi 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanmışdır. Hazırda ismarıc sisteminin gündə təxminən 50 milyard mesaj emal edilir. Şirkətin ştatında 32 mühəndis işləyir və proqramın yeganə gəlir mənbəyi illik 99 sent ödənişdir.

Saytda Axtarış

Son xəbərlər