Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün450
DünənDünən2699
Bu həftəBu həftə5609
Bu ayBu ay37152
Bu günə qədərBu günə qədər7525369

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

11 yaşında milyonlar qazanır

altİngiltərənin Norfolk şəhərində yaşayan 11 yaşlı rəssam Kieron Williamson indiyə qədər satdığı tablolarından 1.5 milyon sterlinq qazanıb. (təqribən 2 milyon AZN)

Dalgatv  Hurriyet-ə istinadən xəbər verri ki, mütəxəssislər peşəkar rəssamların əsərlərindən seçilməyən Kieronun rəsmlərinə əsasən gələcəkdə onun 21-ci əsrin önəmli rəssamlarından olacağını deyirlər. Atası Keith Williamson oğlunun əməyinin sayəsində yeni ev aldıqlarını, lakin onu heç vaxt rəsm çəkməyə məcbur etmədiklərini deyib.

Günün fotosu: Bakıda gözlənilən qar

alt

31 yanvar günün fotosu Bakıda çəkilib.

AzNews.az xəbər verir ki, dünən gecə saatlarından yağmağa başlayan qar şəhəri iflic edib. Qeyri-sabit hava şəraitinin bir neçə gün də davam edəcəyi gözlənilir.

Xaricə göndərilən 100 tələbənin faciəvi taleyi - Foto

alt

“Məmməd Əmin Rəsulzadənin xaricə göndərdiyi tələbələrin taleyi çox faciəvi olub”.

Bu sözləri “Axar.az”a açıqlamasında professor Vaqif Sultanlı deyib.

O, bununla bağlı Azərbaycanda ən yaxşı araşdırma aparan şəxsin Mövsüm Əliyev olduğunu, lakin onun həyatda olmadığını bildirib: “Bununla bağlı materialları Mövsüm Əliyev toplayırdı. Onların bioqrafiyasını yığırdı, çünki onların hamısını müəyyənləşdirmək mümkün deyildi. Onların taleyi necə olub, hara gediblər, bəlli deyil. Yalnız onu deyə bilərəm ki, onların bir qismi gəlib Azərbaycana, bir qismi də çıxıb gediblər. Məsələn, mənim yadımdadır, o vaxt Mövsüm Əliyev Rəsulzadənin iki məktubunu tapmışdı. O, məktublarda iki tələbənin adı keçirdi”.

V.Sultanlı həmçinin Məmməd Əmin Rəsulzadə ilə bağlı tədqiqatçının tapdığı bütün sənədlərin itdiyini qeyd edib. O, M.Əliyevin bu tələbələrin faciəvi taleyi ilə bağlı yalnız mətbuatda çap etdirdiyi materialların qaldığını bildirib:
“Hə, sonradan onun evini buldozerə verdilər. Kimsə oranı alıb ev tikmək istəyirdi. Ona görə də hamısı batıb getdi. Yəni nə çap etdiribsə, o qaldı... Bu tələbələrin taleyi çox faciəvi olub. Pulları olmadığından kiminsə evində, bağında işləyiblər ki, yaşaya bilsinlər. Azərbaycan hökuməti onlara pul göndərə bilmirdi vaxtı-vaxtında...

Son olaraq onu deyə bilərəm ki, tələbələr Cümhuriyyət işğala uğrayana qədər M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova müraciət ediblər”.

Ermənistandan sığınacaq istəyən ailənin kimliyi açıqlandı

alt

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi azərbaycanlı ailənin bu ölkədən siyasi sığınacaq istəməsi barədə məlumatlara aydınlıq gətirib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Baqrataşen rayonunda baş verib. Nazirlik bildirib ki, erməni-gürcü sərhəddində Bakı sakini 1976-cı il təvəllüdlü Cavid Orucov özü, həyat yoldaşı və 3 uşağı ilə bərabər müraciət edib.

Nazirliyin açıqlamasında bildirilir ki, C.Orucov bu istəyinin səbəbini erməni əsilli R.Mirzoyeva ilə evləndikdən sonra qarşılaşdığı təzyiqlərlə əlaqələndirib. Bakı sakini olan R.Mirzoyeva 1983-cü ildə dünyaya gəlib. C.Orucov iddia edib ki, bu evlilikdən sonra xüsusi xidmət orqanlarının təzyiqlərinə davam gətirməyərək bu qurumlarla əməkdaşlığa razılıq verib. C.Orucov həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və diaspor haqqında məlumatlar toplamalı olduğunu deyib.

Erməni mətbuatının yazdığına görə, hazırda BMT-nin bu ölkədəki nümayəndəliyi və Ermənistan Miqrasiya Xidməti ailənin müraciətini araşdırır.

Obamanın qardaşı İsrailin yer üzündən silinməsini istəyir - FOTO

alt

ABŞ prezidenti Barak Obamanın Keniyada yaşayan ögey qardaşı Malik Obamanın "Həmas"ın maliyyə dəstəkçisi olduğu iddia edilib.

ANS PRESS-in məlumatına görə, Barak Obama adına yaradılan fondun rəhbəri olan və ABŞ prezidentinin 1992-ci ildəki toyunda sağdışlığını edən Malik Obamanın 2010-cu ildə iştirak etdiyi bir konfransda fələstinlilərə məxsus yaylıq taxdığı və İsrail əleyhinə ifadələr işlətdiyi irəli sürülüb.

"Qüds bizimdir, biz gəlirik" - deyə Yəməndəki konfransda ABŞ prezidentinin qardaşı qeyd edib. Malik Obamanın, həmçinin İordaniya çayı ilə Aralıq dənizi arasında qalan torpaqların hamısının fələstinlilərə aid olduğunu ifadə edərək "İsrail yer üzündən silinməlidir" dediyi də iddia edilib.

Rus memarı "üzən otel" hazırlayıb

altRus memarı Aleksandr Remizov zəlzələ və selə qarşı otel layihəsi hazırlayıb.

Dalgatv-nin Hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Remizovun "Ark" adını verdiyi üzən otel, şüşədən deyil, alüminium lövhələrdən ibarət olacaq. Remizov layihə mərhələsində olan dizaynını həyata keçirmək üçün sərmayəçilər gözləyir.

alt

Obama bu ili iqtisadiyyatda "hərəkət ili" elan edib

altABŞ prezidenti Barak Obama Konqressdə çıxış edərək, qanunverici orqalnlarla məsləhətləşmələrsiz özünün maaşların və təqaüd sığortalarının artırılması üçün çalışacağını deyib.

Prezident Konqressi Ağ evin yeni iş yerlərinin yaradılması üçün təşəbbüslərini dəstəkləməyə çağırıb.

Dalgatv İnterfax-a istinadən xəbər verir ki, 2014-cü ili iqtisadiyyat sahəsində "Hərəkət ili" elan edən Obama: "Sərbəst addım ata biləcəyim sahələrdə qanunvericilərlə məsləhətləşmədən qərarlar qəbul edəcəyəm. Amerika ailəsinin rifahını təmin etmək üçün mən bu addımı atmağa söz verirəm" deyib.

Obama, həmçinin, önəmli məsələlərdən birinin ölkədə son illərdə varlılar və kasıblar arasında yaranmış kəskin fərqin "yumuşaldılması" olduğunu bildirib.

"Samsung" yeni smartfonunu təqdim edib

alt“Samsung” şirkəti “Galaxy Grand Neo” smartfonunu təqdim edib.

Dalgatv-nin ICTnews-a istinadən verdiyi xəbərə görə, aparat beş düyümlük 480×800 piksel təsvir ölçülü ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, bir QB əməli və 16 QB daxili yaddaş, “microSD” slotu, beş meqapiksel təsvir ölçülü kamera, 2100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

“Galaxy Grand Neo” smartfonunun avtonom iş vaxtı danışıq rejimində 11 saat, gözləmə rejimində isə 18 saat təşkil edir. Aparat “Android” mobil əməliyyat sisteminin 4.2 versiyası ilə işləyir. Model artıq Avropa ölkələrinin mağazalarında 260 avroya satılır.

Gürcüstan məmurlarına bahalı maşın qadağası

alt

Gürcüstanda dövlət ehtiyacları üçün avtomobillərin alışı yeni qaydalarla tənzimlənəcək.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, hökumət dövlət avtomobil parkının bölüşdürülməsi, avtomobillərin təsnifatı və alışı-dəyişdirilməsi qaydalarını təsdiq edib. Qaydalar dövlət büdcəsi hesabına avtomobillərin alınması, dəyişdirilməsi və bölüşdürülməsi prosesini tənzimləyir.

Qaydalara əsasən, dövlət təşkilatlarının tender təkliflərində təkcə avtomobilin ilkin dəyəri deyil, həm də onun il ərzində saxlanılmasına görə məbləğ göstəriləcək. Söhbət yanacaq sərfiyyatından, göstərilən xidmətdən və s. gedir. Bu da öz növbəsində, büdcə vəsaitlərinə xeyli qənaət etməyə imkan verəcək.

Yeni qaydalara görə, avtomobil parkı 4 kateqoriyaya bölünüb. Ən aşağı - 4-cü kateqoriyadan olan avtomobillər kuryer və feldyeger xidmətləri və şəhərin daxilində sərnişinlərin daşınması üçün istifadə olunur. Onların maksimum qiyməti 15 400 dollar məbləğində müəyyənləşdirilib.

Birinci kateqoriyaya nazirlərin müavinləri və bu rütbədən olan digər vəzifəli şəxslərə xidmət göstərən avtomobillər daxildir. Avtomobilin maksimum qiyməti 31 500 dollar həcmində müəyyən olunub.

İkinci sinif avtomobillər departament rəhbərləri, onlara bərabər tutulan vəzifəli şəxslər və bu rütbədən olan digər vəzifəli şəxslərə şamil edilir. Minik avtomobilinin dəyəri 21 min dolları, yüksək hərəkət etmə qabiliyyəti olan avtomobillərin dəyəri isə 26 500 dolları ötməməlidir.

Üçüncü kateqoriyadan olan avtomobillərə gəlincə, onlar hökumət dəftərxanasının struktur şöbələrinin, regional və rayon strukrtur vahidlərinin rəhbərləri, Baş nazirin müşaviri və bu rütbədən olan digər vəzifəli şəxslər üçün nəzərdə tutulub. Minik avtomobilinin dəyəri 16 800 dollar, yüksək hərəkət qabiliyyəti olan avtomobillərin qiyməti isə 24 300 dollardır.

Bill Gates bir dəqiqəyə “mat” oldu

Dünyanın ən yaxşı şahmat ustası ilə şahmat oynayan Bill Gates sadəcə 1 dəqiqəyə şah mat olub.
alt
Norveçin TV proqramlarından birinə qatılan Gates dünya miqyasında bir çox mükafatın sahibi olan norveçli Magnus Karlsen ilə qısamüddətli şahmat matçı keçirib.

Lakin işlər Gatesin gözlədiyi kimi getməyib və sadəcə 1 dəqiqə ərzində məğlub olub.

Gürcü rejissoru Azərbaycanın qalmaqallı serialından danışdı – Müsahibə

altGürcü rejissoru İrakli Apakidzenin AzNews.az-a müsahibəsi:


- "Ultra Prodakşn”ının istehsalı olan “Həyat çiçəyi” teleserialının çəkilişləri 10 seriyadan sonra dayandırıldı. Qəribəsi odur ki, serialın nə üçün dayandırılması yaradıcı heyətə hələ də açıqlanmayıb. “Həyat çiçəyi” niyə donduruldu?


- Bu sualı mənə yox, bu layihəyə məsul olan şəxslərdən soruşmaq lazımdır. Mən bu serialın yaradıcılıq məsələləri ilə məsul olmuşam. Baxmayaraq ki, problemlər yarandı, amma mən problemlər aradan qalxdıqdan sonra filmin çəkilişlərini davam etdirilməsinə hazıram.

- Layihəyə məsul şəxslər deyəndə kimləri nəzərdə tutursuz?


- Əvvəlcə onu bildirim ki, bu müstəqillik dövründən sonra iki ölkə arasında incəsənət nümayəndələrinin ilk layihəsi idi. Hesab edirəm ki, həm çəkilişlər, həm də tamaşaçı marağı baxımından serial uğurlu alındı. Mən bu layihəni həyata keçirən insanlara öz təşəkkürümü bildirirəm. Mənə bildirilmişdi ki, serial dövlət sifarişi əsasında çəkilir. Milli Televiziya və Radio Yayımı Şurası tərəfindən də dəstəklənib.

-Deyirsiniz ki, serial dövlət sifarişidir. Dövlət sifarişi olan serialın çəkilişinin dayandırılması “çıxın, getdik, sabahdan gəlməyin” deməklə olmur. Yəni, hər halda bunun ciddi bir səbəbi olmalıdır…


- Əlbəttə ki, serialın çəkilişinin dayandırılması hansısa problemlə bağlı oldu. Ancaq çəkilişlərin normal getdiyi bir zamanda prosesin dayandırılması mənə də maraqlı gəldi. Çünki məndə olan məlumata görə, çəkilişlərə məsul olan şirkətlə hər hansı bir problem yox idi. Mənə deyilib ki, hazırda problemin həlli üçün tərəflər arasında danışıqlar aparılır.

- Tərəflər deyərkən kimi nəzərdə tutursunuz?


- Tərəflərdən biri də serialın yayımlandığı ATV kanalıdır. Hansısa maliyyə məsələləri ilə bağlı müzakirələr gedir. Yaranmış bu və ya digər problemlərə, maliyyə suallarına mən tamamilə qarışmıram. Mən bu layihənin müəllifi olsam da, məsələnin tam yaradıcı tərəfləri ilə məşğul olan rejissoram. Əgər təşkilatçılar təkrar olaraq, serialın çəkilişlərinin nə vaxtsa başlanılacağını mənə bildirsələr, Bakıya qayıdıb çəkilişlərə yenidən başlayacağıq.

Mən və bütün çəkiliş qrupu buna hazırıq. İnanıram ki, yaranmış bütün suallar cavabını tapacaq və bu uğurlu layihə davam etdiriləcək. Çünki bu hələ layihənin əvvəlidir. Ssenaridə əsas maraqlı məqamlar irəlidəki seriyalarda görüləcək. Bilirəm ki, Azərbaycan tamaşaçısı üçün filmin ilk 10 seriyası maraqla qarşılanıb.

Ümid edirəm ki serialın çəkilişləri bu baxımından davam etdiriləcək. Filmin çəkilməsinə məsul şəxslər yaranmış bütün problemlərin aradan qaldırılmasına nail olacaqlar.

-Deyilənə görə, ATV kanalı layihənin dayandırılmasına əsas səbəb kimi serialın reytinqinin aşağı olmasını bildirib. Yəni, guya serial kanalın reytinq cədvəlində son sırada olub?


- Serialın dayandırılması ilə bağlı aktyorların təəssüflənməsini anlayıram. Mən fürsətdən istifadə edib orada çalışan bütün aktyor heyətinə təşəkkürümü bildirirəm. Açıq şəkildə deyim ki, mən həmin aktyorlarla birgə işləməkdən zövq aldım. O ki qaldı serialın reytinqi ilə bağlı yayılan söhbətə, yəni guya reytinqin aşağı olmasına bu məsələ ilə tamamilə razı deyiləm. Serial reytinqinə görə öncül yerlərdən birini tutub.

Bu açıqlamanı verən adamın kimliyi mənim üçün çox maraqlıdır. Əgər bunun da dəqiqliyini yoxlamaq istəyirsinizsə telekanaldan filmin reytinqi ilə bağlı rəqəmləri rəsmi olaraq tələb edin. Serialın reytinqi çox yüksək faizlə davam etmişdir. Serial ATV kanalının yalnız bir serialından geri qalırdı. Yəni, reytinqin aşağı olması ilə bağlı iddiaları tam ciddi olaraq təkzib edirəm. Əgər telekanal bunu serialın dayandırılması üçün əsas gətirirsə buna çox təəssüf edirəm.

-“Həyat çiçəyi” bundan əvvəl hansı ölkənin layihəsi olub?

-3 il bundan əvvəl bu layihə Gürcüstanda mənim tərəfimdən həyata keçirilib. Çox uğurlu alınıb. “Rustavi-2” kanalında yayımlanıb. Orada bu layihə 67 seriya, Azərbaycanda isə 47 seriya olmalı idi. Hər halda olanlara çox üzülürəm…

2 yaşlı körpə faciəvi şəkildə öldü

alt

Bu gün gecə saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlunun üzərinə qaynar su dağılıb.

O, dərhal Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 2 yaşlı xəstəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.

Onun vəziyyəti ağır olduğundan paytaxtakı tibb müəssisələrindən birinə göndərilib. Lakin o, yolda dünyasını dəyişib. Hazırda fakt araşdırılır.

Saytda Axtarış

Son xəbərlər