Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün478
DünənDünən2699
Bu həftəBu həftə5637
Bu ayBu ay37180
Bu günə qədərBu günə qədər7525397

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

18 yaşlı oğlan avtobusdan yıxılaraq öldü

altBakıda 18 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Baksol yolu” adlanan ərazidə qeydə alınıb.

Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İdris oğlu Cəfərov 71 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusundan yıxılaraq ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bakıda dövlət qulluqçuları arasında kütləvi dava - TƏFƏRRÜAT

altBakının Binəqədi rayonunda qonşular arasında mübahisə kütləvi davaya səbəb olub. 

Anspress-in məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31 ünvanında baş verib.

Belə ki, avqustun 17-də günorta saatlarında qeyd edilən ünvanda 5-ci mərtəbədən yaşayan Həmidovlar ailəsi ev təmiri edərkən, artıq zibilləri balkondan aşağıda dayanan yük maşınının içinə atıblar. Bu da qonşuların narazılığına səbəb olub.

Qonşulara etiraz edən ev sahibi Məhəmməd Həmidov təmir işlərini davam etdirəcəyini və zibilləri istədiyi kimi atacağını bildirib. Bu zaman həmin binanın 3-cü mərtəbəsində yaşayan İlham Yusif oğlu Əliyev qonşu ilə mübahisə edib. Mübahisəyə Məhəmməd Həmidovun qardaşı Tarıyev Həmidov da qatılıb. Daha sonra məsələyə evi təmir edən digər usta, ev sahibinin yeznəsi də qatılıb. Mübahisə zamanı Məhəmməd Həmidovla İlham Əliyev əlbəyaxa dava ediblər. Bu zaman davaya Tarıyev Həmidov və yeznə də qarışıb.

Daha sonra davaya İlham Əliyevin qardaşı Namiq Əliyev də qarışıb. Dava zamanı Məhəmməd Həmidov qışqıraraq bildirib ki, Müdafiə Nazirliyinin zabitidir. Ona heç kim heç nə edə bilməz.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyən Məhəmməd Həmidov və qohumları birləşərək Namiq Əliyevi döyüblər. Dava zamanı İ. Əliyev də müəyyən xəsarətlər alıb. 

Hadisədən təxminən 5 dəqiqə sonra davaya daha bir neçə nəfər həyət sakini də qoşulub. Dava zamanı Məhəmməd Həmidov da sol qaş nahiyyəsindən xəsrət alıb.

Davadan sonra Məhəmməd Həmidov Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə şikayət ərazisilə müraciət edib. O, Namiq Əliyev və qardaşı tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazıb. Bundan sonra qarşı tərəf bölməyə çağırılaraq dindirilib.

Hadisəni araşdıran 6-cı bölmənin təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Elvar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır. Onun sözlərinə görə, dava salanlar dövlət qulluqçuları olduqları üçün iş Prokurorluğa göndəriləcək.

“Dava iştirakçıları dövlət qulluqçularıdır. Bu səbəbdən də iş Binəqədi rayon prokurorluğunda araşdırılacaq. Hazırda zərərçəkmiş və cavabdeh tərəfdən izahatlar alınıb”, - deyə Elvar Quliyev bildirib.

Qeyd edək ki, davanın digər iştirakçıları da dövltə qulluqçularıdır.

Məzuniyyətə gələn əsgər Nabranda boğuldu

altÖtən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. 
Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.

Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş. 

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən anspress-in bölgə müxbirinə təsdiqlənib.

Azərbaycanda nənə 2 yaşlı nəvəsi ilə birlikdə özünü Kürə atıb

altAzərbaycanda nənə və nəvə intihara cəhd edib. 

Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.

Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir.

Hazırda hadisənin səbəbləri araşdırılır. 

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsindən 700 m sola nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özünü körpüdən çaya atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

İtaliyadan Ermənistan və Azərbaycana çağırış

altİtaliya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “Bu il iyulun 14-də Azərbaycan prezidenti İlham Əliyevin Romaya səfəri zamanı iki ölkə adından qəbul olunmuş bəyanatda siyasi, iqtisadi və mədəni sahədə ikitərəfli münasibətlərin gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Əməkdaşlığın çoxtərəfli aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanmasına sadiqlik də əksini tapıb.

İtaliya tərəfi ənənəvi mövqeyinə və Avropa Birliyinin mövqeyinə uyğun olaraq, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, habelə Fransa, Rusiya və ABŞ-ın himayəsi altında aparılan danışılar prosesinə əsaslanaraq dinc yolla həll edilməlidir.

İtaliya regionda baş verən son insidentlərdən ciddi narahatlıq keçirdiyini bəyan edir, Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə, həmçinin problemin siyasi yolla həlli üçün Soçidə keçirilmiş Sarkisyan-Əliyev görüşündən yararlanmağa çağırır”.

Bəyanatda İtaliyanın da ATƏT-in Minsk qrupunun üzvü olduğu da xatırladılıb.

Təyyarədə heç kim onun yanında oturmaq istəmədi (FOTO)

altTürkiyə Hava Yollarına məxsus təyyarədə qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, təyyarədə olan sərnişinlərdən biri hər kəsi qorxuya salıb. Bədənində 453 ədəd pirsinqi olan alman vətəndaşı Bukxholzun yanına heç kim oturmaq istəmədiyi üçün təyyarə 1 saat gec uçuş edib. 

Maraqlı hadisə dünən İstanbuldan Dubaya səfər edən təyyarədə baş verib. Dubayda keçiriləcək "Freak show" adlı nümayişə qatılmaq üçün İstanbula gələn alman vətəndaş Dubaya gedəcək təyyarəyə minməklə gərgin anlara səbəb olub. Dünyanın ən çox pirsinqinə sahib olan alman Ginnessin Rekordlar Kitabına düşüb. 

Alman rekordçu xarici görünüşü ilə təyyarədəki insanları şoka salıb. Xeyli səylərdən sonra bir sərnişin, alman rekordçunun yanında oturmağı qəbul edib və təyyarə gec də olsa uçuş edə bilib. 

Qeyd edək ki, Bukxholzun dodaq ətrafında 94, əzələlərində 25, burnunda 8 və digər yerlərində 278 olmaq üzrə ümumilikdə 453 pirsinqi var.

ŞOK: ABŞ-da 23 yaşlı azərbaycanlı qızı tikə-tikə doğradılar(FOTO)

altABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində 52 yaşlı seksual manyak Azərbaycan vətəndaşı, bir neçə ildir bu ölkədə yaşayan və işləyən 23 yaşlı qızı xüsusi qəddarlıqla öldürüb və cəsədini oğurlayıb.

ANS PRESS-in məlumatına görə, bu dəhşətli qətl hadisəsi barədə Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzeti yazır.

Qətl hadisəsi təxminən 3 il əvvəl - 2011-ci il iyulun ortalarında Boston ətrafında yerləşən Kuinsi şəhərində baş verib. Lakin o vaxtdan bəri cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.

Yalnız indi prokurorluq bu dəhşətli qətl üzrə əsas şübhəli şəxsi müəyyən edib və qətlin 9 yaşlı qızı zorlayaraq öldürdüyünə görə əvvəllər məhkum edilən seksual manyak tərəfindən törədildiyini bildirib.

Qəzet yazır ki, 23 yaşlı Azərbaycan vətəndaşı Evelin Vəlibəyova Kuinsi şəhərində yaşadığı mənzildən yoxa çıxıb. Onun yaşadığı mənzildə dəhşətli qətlin izlərinə rast gəlinib, evdəki xalça və əşyalar büsbütün qan içində olub.

E.Vəlibəyovanın görüntüləri sonuncu dəfə 2011-ci il iyulun ortalarında Kuinsi şəhərinin “North Quincy” metro stansiyasından çıxıb evə gedərkən metronun videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Qızın öldürüldüyü məlum olsa da onun cəsədi indiyədək tapılmayıb və qətlin kim tərəfindən törədildiyi də məlum deyildi.
Yalnız indi prokurorluq bildirir ki, qızın yataq otağından qətlin kim tərəfindən törədildiyini müəyyən etməyə əsas verən dəlil tapılıb.

Bu həftə Norfolk Dairə Prokurorluğundan yayılan rəsmi açıqlamada deyilir ki, qətl üzrə şübhəli şəxs 1986-cı ildə Rod-Aylend ştatının Vunsoket şəhərində 9 yaşlı qızı aldadaraq meşəyə aparan və orada zorlayaraq qəddarlıqla öldürən seksual manyak Con D.Castonqaudur.

C.Castonqau törətdiyi qəddar cinayətə görə 1987-ci ildə 25 il həbsə məhkum edilib, 2006-cı ildə isə şərti azadlığa çıxıb.

Manyakın işinə baxan hakim Mark Volf deyir ki, o, C.Castenqauya 75 il həbs cəzası tələb etmişdi, çünki onun olduqca təhlükəli və hiyləgər adam olduğunu, azadlığa çıxandan sonra yenidən bu cür cinayət törədəcəyini bilirdi.

Lakin məhkəmə heyəti C.Castenqauya minimal cəza - 25 il həbs verib, üstəlik o, məhkumların cəzasının üçdə ikisini çəkəndən sonra şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququndan faydalanaraq 2006-cı ildə həbsxanadan çıxıb.

Prokurorluq rəsmiləri deyirlər ki, seksual manyaka yüngül cəza verilməsinin və onun vaxtından əvvvəl azadlığa çıxmasının nəticələri E.Vəlibəyova üçün ölümcül olub. Belə ki, C.Castenqau azadlığa çıxandan sonra usta işləyib. İstintaq müəyyən edib ki, o, qətldən əvvəl E.Vəlibəyovanın yaşadığı mənzildə təmir işi görüb.

E.Vəlibəyova dostları və ailə üzvləri tərəfindən olduqca ünsiyyətcil, ambisiyalı, çalışqan, Amerika xəyallarını reallaşdırmaq üçün gecə-gündüz çalışan qız kimi xarakterizə edilir.
“Gözəl, qara gözlü, qara saçlı, olduqca xarizmatik və olduqca ağıllı qız idi. O, səkkiz dildə sərbəst danışırdı, ancaq məncə, 10-a yaxın dil bilirdi” - deyə E.Vəlibəyovanın iş yoldaşı və dostu Dunkan Boyd bildirir.

D.Boyd deyir ki, E.Vəlibəyova yoxa çıxmazdan əvvəl C.Castenqaunun onun mənzilində təmir işi apardığını və mənzilin açarını ona verdiyini danışmışdı. Mənzildə qızla tək qalmasından istifadə edən seksual manyak isə onu zorlayıb və qəddarlıqla qətlə yetirib.
Məqalədə bildirilir ki, E.Vəlibəyova yoxa çıxmazdan bir gün əvvəl Azərbaycanda yaşayan anası ilə skype ilə videoəlaqə yaratmağa hazırlaşırdı, ancaq bu, baş tutmayıb.
Azərbaycanlı qızın yoxa çıxdığı haqda onun işlədiyi restoranın işçiləri polisə xəbər veriblər. Qızın həmin gün növbəyə çıxmamasından narahat olan iş yoldaşları polisi bu barədə məlumatlandırıblar. Polis qızın yaşadığı mənzilin qapısının açıq olduğunu, E.Vəlibəyovanın şəxsi əşyalarının, o cümlədən bir sıra mühüm sənədlərinin yoxa çıxdığını, içəridə hər yerdə qan izlər olduğunu müəyyən edib.

D.Boyd deyir ki, polis bütün xəstəxanaları və morqları axtarıb, qızın cəsədini heç yerdə tapmayıb.

“Evelin öz mənzilində öldürülmüşdü və onun cəsədi oğurlanmışdı” - deyə D.Boyd bildirir.
Müstəntiqlər daha sonra qızın bəzi əşyalarını, o cümlədən əl çantasını, pul qabını, mobil telefonunu Dorçester ətrafında tapıblar. Ancaq cəsədin axtarışı heç bir nəticə verməyib. İndi prokurorlar bildirirlər ki, cəsədin tapılmayacağı təıqdirdə C.Castenqauya qətl ittihamı irəli sürmək problemli olacaq.

Məlum olub ki, C.Castenqau şərti azadlığa çıxma şərtlərini pozduğu üçün ötən ilin noyabrında yenidən həbs olunub. Seksual manyak hazırda Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasında saxlanılır.

E.Vəlibəyovanın işlədiyi restoranın sahibi Kristian Tornton deyir ki, azərbaycanlı qızın bu cür qətlə yetirilməsi və cəsədinin oğurlanması onun həyatını da dəyişdirib.
“Vəlibəyova restoranda işləməklə yanaşı həm də mənim iki uşağıma dayəlik edirdi. O, olduqca gözəl, ağıllı, savadlı və gənc qadın idi. Sadəcə olaraq dəhşətdir, olduqca dəhşətdir. Elə gün olmaz ki, mən onun haqqında düşünməyəm” - deyə K.Tornton bildirir.
Hazırda bu hadisə ilə bağlı vaxtilə 9 yaşlı qızı zorlayıb qətlə yetirmiş manyakın niyə minimal cəzaya məhkum edilməsi, üstəlik vaxtından əvvəl azadlığa buraxılması müzakirə olunur.

ABŞ baş prokurorunun keçmiş köməkçisi Brayan Kelli deyir ki, azyaşlı uşağı oğurlayan və zorlayaraq qətlə yetirən təhlükəli cinayətkarın həbsxanadan buraxılması “tamamilə ağılsızlıq” idi. 

Mixail Saakaşviliyə növbəti ittiham irəli sürülüb

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı növbəti ittiham itəli sürülüb.

Dalgatv-nin  “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyi iddia olunur.

Bildirilir ki, M. Saakaşvilinin tapşırığı ilə Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən 8,8 milyon lari dövlət vəsaiti aşpazlara, massajçılara, xarici qonaqların qaldığı otellərə, İtaliyada yaxta icarəsinə və digər yerlərə xərclənilib.

Təqsirli bilindiyi halda M. Saakaşvilinin 7-11 il müddətinə həbs cəzasına məhkum edilməsi gözlənilir. Hazırda o, ölkədə yoxdur.

Prezidentlərin ifa məharəti - onların oxuduqları təkcə himn deyil - MARAQLI

Oxumaq müğənni işidir. Amma bəzən bu sənətin sahibi olmayanlar da insanlar qarşısında öz məharətlərini nümayiş etdirmək qərarına gəlirlər. Hətta prezidentlər də yeri düşəndə siyasi çıxışlarını mahnı ilə əvəzləməyə üstünlük verirlər və onların oxuduqları təkcə dövlət himnləri olmur.

Modern.az saytı prezidentlərlə bağlı növbəti yazıda dövlət başçılarının ifa məharətinə toxunub.


Braziliya prezidenti Dilma Russef ölkəsinin vətəndaşlarının sonsuz kədərinə və həmçinin hiddətinə az da olsa sakitlik gətirmək üçün mahnı oxuyub. Braziliya futbolçularının Almaniya yığmasına ağılasığmaz top fərqi ilə məğlub olduğu məqamda prezident başqa çıxış yolu tapmayıb. Dilma Russef məşhur braziliyalı bəstəkar Paolo Vanzolininin ən populyar mahnılarından birini ifa etməklə məğlubiyyətdən üzüntü küçirən braziliyalılara dəstək olduğunu nümayiş etdirib.


altAmerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama seçiciləri ilə gürüşü zamanı tədbirə gələnləri öz ifası ilə təəcübləndirib. Obama çıxışını qəfil kəsərək Ela Qrinanın məşhur “Birlikdə olaq” mahnısını ifa etməyə başlayıb.


Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Topkapı sarayında ifa etdiyi mahnı auditoriyanı o qədər təəcübləndirib ki, mahnıya heyranlıqla qulaq asanlar ifanı bəyəndiklərini sürəkli alqışlarla deyil, sükutla ifadə ediblər.


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun müsiqiyə həvəsi arabir onu studiyalarda pult arxasına keçməyə vadar edir. O buradan nəinki sevdiyi mahnıları səsləndirir, yeri gəldikcə özü də oxuyur. Prezidentin repertuarı olduqca zəngindir. Hətta bu repertuarda Rəqsanənin oxuduğu mahnı da özünə yer tapıb.


Qazaxıstan prezidenti Nursultan Nazarbayev seçkilərdə qazandığı qələbədən sonra Qazaxstanın xalq artisti Roza Rımbayeva ilə səhnəni bölüçüb. Nazarbayevin ən çox sevdiyi əyləncələrdən biri milli müsiqilərə qulaq asmaq və arada ifa etməkdir.


Şimali Koreya lideri oxumur. Amma istədiyi adamı oxuda bilir. Öz ad gününü həyat yoldaşı Li Sol Çju ilə birlikdə basketbol oyununu izləməklə keçirən gənc siyasətçini oyundan sonra məşhur basketbolçu, beşqat NBA çempionu Dennis Rodman “Ad günün mübarək” mahnısını ifa etməklə təbrik edib.


SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov da müsiqiyə laqeyd olmayıb. Qorbaçov çox sevdiyi “Maşina vremeni” qrupunun lideri Andrey Makareviç ilə “Qaranlıq gecə” mahnısını ifa edib.


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ifa sənətinə peşəkarlıqla yanaşıb. Bu sahədə yeni imic formalaşdırmaq istəyən Yanukoviç tanınmışlara üstünlük verərək səhnəyə İosif Kobzonla birgə çıxmağa qərar verib.


altQarabağlı olsa da bunun səsi yoxdur. Əvvəllər arabir olsa da zəhlətökən zümzümələr edirdi. Azərbaycanlı həmkarı onu bu zümzümələrdən də məhrum edib və tapşırıb ki, oxumaqdansa, Azərbaycan mahnılarına diqqətlə qulaq assın.

Prezidentlərin hansı dildə, hansı janrda oxumasına baxmayaraq arzu edək ki, dövlət başçılarının ifaları bəşəriyyəti sülhə aparsın.

Meşədə azan 4 yaşlı qız 12 gün sonra sağ tapıldı - FOTO

alt

Rusiyanın Saxa respublikasında 4 yaşlı qızcığaz itdikdən 12 gün sonra meşəlik ərazidə sağ tapılıb.

anspress-in məlumatına görə, Karina adlı qızcığaz iyulun 29-da Yakutiyanın Olom kəndindəki evlərinin yaxınlığında öz iti ilə gəzərkən itmişdi. Qızın anası onun atası ilə səyahətə yollandığını zənn edərək onu axtarmayıb və yalnız avqustun 2-də onun itməsi barədə polisə məlumat verilib.

Balaca qızın axtarışına cəlb olunmuş xilasedicilər və axtarış itləri günlərlə yaxınlıqdakı meşəni ələk-vələk edib. İtmiş qızın iti kənddə peyda olduqda xilasedicilər onun ayaq izləri ilə geri qayıdaraq qızı tapıblar.

4 yaşlı Karina otlardan düzəltdiyi yuvanın içində oturarkən tapılıb və onun 12 gün ərzində meşədəki giləmeyvələrlə qidalandığı məlum olub.

Azərbaycanlı qadın dünyanın ən böyük mükafatlarından birini aldı

altAzərbaycan əsilli İran vətəndaşı riyaziyyatçı Məryəm Mirzəxani “Nobel mükafatı”na bərabər tutulan “Filds” beynəlxalq medalını alan ilk qadın olub.

Beynəlxalq Riyaziyyat Birliyi ABŞ-ın Kaliforniya ştatında Stanford universitetində dərs deyən Məryəm Mirzəxanini Filds medalı ilə təltif edib.

"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Ümid edirəm gələcəkdə bu mükafatı alan xanımların sayı artacaq", deyə xanım riyaziyyatçı bildirib

Qeyd edək ki, "Filds" medalı 1936-cı ildə Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən təsis olunub. Medal Nobel mükafatı ilə müqayisə edilir. Bu günə qədər "Filds" medalı 56 nəfərə verilib. Lakin Məryəm Mirzəxani mükafatı olan ilk qadındır.

Hərbi Hava Qüvvələri təlimlərə başladı

altHərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.

Saytda Axtarış

Son xəbərlər