Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün249
DünənDünən1617
Bu həftəBu həftə9248
Bu ayBu ay40791
Bu günə qədərBu günə qədər7529008

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Ölkələrin İQ səviyyələri

alt

Almaniyanın "Bild" qəzeti ölkələrin İQ səviyyəsinə görə adlarını açıqlayıb.

Siyahını :

1.İtaliya 102

2.Kanada 99

3.ABŞ 98

4.Nigeriya 84

5.Türkiyə 90

6.Kamerun 64

7.Mozambik 64

8.İspaniya 98

9.Fransa 98

10.Misir 81

11.London 100

12.Hollandiya 100

13.norveç 100

14.İsveç 99

15.Yaponiya 105

Dünyanın ən soyuq kəndi - Foto

Rusiya Federasiyasında yerləşən Oymyakon kəndi dünyanın ən soyuq yaşayış məskəni kimi tanınır. Kiçik kəndin cəmi bir mağazası və bir yanacaqdoldurma məntəqəsi var. Oymyakonda yanvar ayı ərzində hava temperaturu mənfi 500C ətrafında olur. Kənddə ən soyuq hava  mənfi 71,20C temperaturda qeydə alınıb. Həmin kəndin fotoları:

alt

 

alt

alt

alt

 

İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi? - Səbəb

altXəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatından imtina edib:

“Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.

İsmayıllıda 3-cü sinif şagirdi özünü asıb

altİsmayıllı rayonunda məktəbli intihar edib.


İsmayıllı rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Quşəncə kəndində baş verib. Kənd sakini, 2003 təvəllüdlü Cəbiyev Vüqar Natiq oğlunun meyiti yaşadıqları həyətdəki ağacların birində asılı vəziyyətdə tapılıb. V. Cəbiyevin anası su gətirməkdən qayıdarkən bu mənzərə ilə qarşılaşıb.

Mərhum orta məktəbin 3-cü sinifində oxuyurmuş. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanlı müğənninin 7 minlik libası- FOTO

alt

Müğənni Günay İbrahimli “Onlar” verilişinə açıqlamasında libasının qiymətini söyləyib.

Geyim tərzini xeyli dəyişən Günay açıq-saçıq geyinməyə pis baxmadığını deyib:

“Əslində bu libas çox da açıq deyil. Aşırı dərəcədə kobud və cəzbedici görünmür. Müğənniyəm, bu geyimlərə normal baxıram. Qiymət demək istəmirəm. Paltarın bahalığı önəmli deyil. Əsas onun sənə yaraşmağıdır. Dəyəri 6-7 min manat arasıdır. Sırğamı isə anam hədiyyə edib, qızıldır”.

Moskvada “Quran”ı yandıran gənc həbs edildi

alt

Moskva metrosunda “Quran”ı yandıran gənclərdən biri saxlanılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Xuliqanlıq” maddəsi üzrə açılan cinayət işi çərçivəsində bir neçə şübhəli şəxs dindirilib.

Axtarış aparılıb və gənclərdən biri saxlanılıb. Saxlanan şəxs 23 yaşlı Tver sakinidir. Həmin şəxs bundan əvvəl soyğunçuluqda ittiham edilib.

Qeyd edək ki, metroda gənclərin “Quran”ı yandırmasını əks etdirən kadrlar internetdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb.

ANS-in işdən çıxarılan əməkdaşları ilə bağlı yeni MƏLUMAT

alt

ANS-in kütləvi şəkildə işdən uzaqlaşdırılan bölgə müxbirlərindən bəzisinə bir ay vaxt verilib.

AzNews.az-a daxil olan məlumatlara görə, işdən çıxarılmaları ilə bağlı xəbərlərin yayılmasından sonra bəzi əməkdaşlarla əlaqə saxlanılıb və onlara yanvarın sonuna qədər işə davam etmək tapşırığı verilib.

Həmin əməkdaşlarla bağlı qərarın ayın sonunda qəbul ediləcəyi və işdən azad edilmənin rəsmən həmin tarixdən hesablanacağı bildirilir. Lakin işdən azad edilən əməkdaşların heç də hamısına yanvarın sonuna qədər zaman verilməyib.

AzNews.az-a açıqlamasında ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov kanalla əməkdaşlığını dayandırdığını bildirib. O həmçinin operator Fərid Əliyevin də işdən azad edildiyini təsdiqləyib.

Xatırladaq ki, AzNews.az yanvarın 14-də ANS-in Göyçay müxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılması haqqında xəbər yaymışdı.

Ruslar ən çox müdafiə naziri Sergey Şoyqunu sevirlər - SORĞU

alt

Rusiyadakı VTİOM sosialoji sorğu mərkəzi ölkə əhalisi arasında maraqlı rəy sorğusu keçirib.

Vətəndaşlara hökumət üzvlərini 5 ballıq sistem üzrə qiymətləndirmələri təklif olunub. Ən yüksək bal müdafiə naziri Sergey Şoyquya verilib - 4,06 bal. Xarici işlər naziri Sergey Lavrov 3,84 bal və səhiyyə naziri Vladimir Puçkova isə 3,48 bal verilib.

İlk onluğa düşənlər bunlardır:

Baş nazirin müavini Dmitri Roqozin - 3,25 bal
İdman naziri Vitali Mutko - 3,22 bal
Baş nazirin müavini Dmitri Kozak 0 3,2 bal
Daxili işlər naziri Vladimir Kolokoltsev - 3,17 bal
Kommunikasiya və nəqliyyat naziri Nikolay Nikiforov - 3,11 bal
Baş nazirin müavini İqor Şuvalov - 3,07
Baş nazirin müavini Aleksandr Xloponin - 3,03 bal

Sorğunun nəticələrinə əsasən, müdafiə naziri Sergey Şoyqu ruslar tərəfindən ən çox sevilən nazir olub.

11 yaşlı haker həbs olunub

alt

İranın Mazandaran əyalətinin Babul şəhərində 11 yaşlı haker həbs olunub.

Bu barədə Mazandaran əyalət polisinin kibercinayətlər üzrə idarəsinin rəisi Əhmədrza Rüstəmi deyib.

Onun sözlərinə görə, 11 yaşlı haker bir istifadəçinin şəxsi e-mail ünvanının parolunu əldə edib və həmin şəxsin bank hesabından öz hesabına pul köçürüb.

Həbs olunmuş haker barəsində cinayət işi açılıb.

Suriyada 14 yaşlı azərbaycanlı döyüşçü öldürülüb - ŞOK

altYanvarın 10-da Suriyada daha bir azərbaycanlı öldürülüb. Qəribəsi isə odur ki, bu dəfə öldürülən məktəb yaşlı yeniyetmədir.

Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oglu Suriyadakı döyüşlərdə öldürülüb. Bu haqda Teleqraf.com-a Suriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva bildirib.

Məlumata görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb.

Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra Sabuncu rayonunda yaşayıb.

Yeri gəlmişkən, Namiq Kərimovun “Allah yolunda döyüşlərdə” iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb.

O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır.

Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.

ABŞ-da quş qripi şoku

alt

ABŞ - da ilk dəfə olaraq quş qripi aşkarlanıb. AzNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, xəstəliyin simptomları Çindən qayıdan amerikalı qadında müəyyən edilib.

ABŞ Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə ölkə üçün bir ilkdir. Ümumdünya səhiyyə təşkilatının əməkldaşlarının xəbərinə görə təkcə dekabr ayında 648 belə xəstə müəyyən edilib. Xəstələrin çoxu Asiyada qeydə alınıb. 381 fakt öldürücü olub.

Saakaşvilinin uşaqlıq - Fotoları

alt

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili postuna vida etsə də sosial şəbəkələrdə yenə də aktivliyi ilə seçilir.
Saakaşvili bu gün səhər facebook hesabında özünün uşaqlıq və hərbi xidmət illərində çəkdirdiyi fotolarını paylaşıb.

alt

 

alt

Saytda Axtarış

Son xəbərlər