Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün946
DünənDünən2716
Bu həftəBu həftə6384
Bu ayBu ay3662
Bu günə qədərBu günə qədər7491879

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Bu gecə ay tutulacaq

alt

Yer kürəsinin kölgəsi Ayın üzərinə düşəcək 


Cümədən şənbəyə keçən gecə Ay tutulması müşahidə olunacaq 

Yer kürəsinin kölgəsi Ayın üzərinə düşəcək. Bu təbiət hadisəsi ən çox cənub yarımkürəsində müşahidə olunacaq. 

Hadisə Bakı vaxtı ilə saat 02:48-də müşahidə olunacaq. Saat 4:50-də Ay tutulmasının aktiv fazası müşahidə olunacaq. 6:52-də isə Yerin kölgəsi Ayın üzərindən tamamilə çəkiləcək.

Azərbaycanda nazir müavininə ağır itgi

alt

Ədliyyə nazirinin müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərova ağır itgi üz verib. Iki gün əvvəl nazir müavinin anası rəhmətə gedib. Mərhumun 3 mərasimi bu gün Bakı şəhərində keçirilib.

Azərbaycanda vəzifəli şəxsin oğlu qətlə yetirilib

altBinəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Orxan Zeynalovla bağlı yeni iddialar: “Hadisə başqa cür olub“ - Video

alt

Rusiyada Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun tanışı və həmyerlisi Əli Məmmədov məsələyə münasibət bildirib. O, Yeqor Şeybakovu təxribatda ittiham edib. Rusiya mətbuatı xəbər verir ki, Əli Məmmədov Pokrov bazarında işləyir, o Orxangilin qonşu kəndi olan Seyfəli kəndinin sakinidir. 
Məmmədov Şerbkovun ölümü ilə bağlı rəsmi versiyanın əksini iddia edib. Bildirib ki, hadisə heç də indiyə qədər deyilən kimi olmayıb: “Rəsmi versiyaya görə, Şeybakov sevgilisini evə ötürüb və Orxan onunla tanış olmaq istəyib. Ancaq bizə məlum olana görə, Zeynalov bu qızla gedib, evin qarşısında onları qızın əvvəl görüşdüyü oğlan görüb. Oğlan qızın qolundan tutaraq onu kənara itələyib. Orxan qızı müdafiə etməyə çalışıb. Ölüm də iki nəfər arasında başlayan mübahisə nəticəsində baş verib”.

“Skinhed”lər azərbaycanlıların bazasına hücuma hazırlaşır

altBazaya meyvə-tərəvəz gətirən azərbaycanlı: “500 min ABŞ dolları dəyərində malım tələf olub gedir. İndi də xəbər verdilər ki, skinhedlər bura hücuma hazırlaşır. Qalmışıq pis vəziyyətdə!”

Bir qrup rus milliyətçisi “skinhed”lər bu satlarda Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücum etməyə hazırlaşır. Bu barədə APA-nın Moskva müxbirinə paytaxtın “Prajskiy” metrosu yaxınlığında yaşayan həmyerlilərimiz bildirib. Onların sözlərinə görə, bir qrup “skinhed” Prajski metrosu tərəfdən Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” bazasına yürüş etməyə hazırlaşır. Həmyerlilərimizin bildirdiklərinə görə, skinhedlərin əksəriyyəti alkoqollu içki qəbul ediblər.

Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biyulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. “Rospotrebnadzor” bazanın bağlanması iddiası ilə məhkəməyə müraciət edib. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub.

Moskvada qətldə şübhəli bilinən azərbaycanlı saxlanıldı

altRusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun Moskva ətrafı vilayətdə saxlanıldığı bildirilib.

Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.

İranda həbsdə olan 3 Azərbaycan vətəndaşı Bakıya qaytarılır

altBu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi ilə aparılmış danışıqların nəticəsi olaraq bu ölkədə həbsdə olan Kamal Qədirov, Eyvaz Məmmədov və Zamin Həsənov adlı şəxslərin Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Qərarla bağlı Azərbaycanın Tehrandakı səfirliyinə məlumat verilib. Yaxın günlərdə həmin şəxslər vətənə göndəriləcək.

«Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Azərbaycan vətəndaşlarının maraqlarını müdafiə etməkdə davam edəcək. Bizim də başlıca vəzifəmiz dövlətimiz tərəfindən qarşımıza qoyulan hədəfləri yerinə yetirməkdir», - deyə E. Abdullayev vurğulayıb.

Moskvada 100 mindən çox müsəlman birlikdə bayram namazı qılıb

altRusiya paytaxtında Qurban bayramı qeyd edilib. APA-nın Moskva müxbiri xəbər verir ki, paytaxtın ən böyük məscidində bayram namazı qılınıb.


“Sülh” prospektində yerləşən Mərkəzi Məscidin əhatəsindəki bütün küçələrdə 100 mindən çox müsəlman birlikdə bayram namazı qılıb.

İnşaatı davam edən Mərkəzi Məscidin həyətində bayram çadırı qurulub. Paytaxt meriyası müsəlmanların dini inanclarını yerinə yetirməsi üçün bütün tədbirləri görüb. Məscidə yaxın ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb. Asayişi və təhlükəsizliyi təmin etmək üçün əraziyə çoxlu sayda polis dəstələri cəlb olunub.

Yerli və xarici mətbuatın böyük marağına səbəb olan Mərkəzi Məsciddəki bayram namazında Moskvada yaşayan tatar, azərbaycanlı, çeçen, inquş, qırğız, özbək və taciklər birlikdə dua ediblər.

Qeyd edək ki, paytaxt polisi oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşlardan ehtiyat edərək, bayram namazının qılındığı yerlərdə təhlükəsizliyi təmin etmək üçün geniş barrikadalar qurub.

Azərbaycan paytaxtında yeni yeraltı avtomobil dayanacağı istifadəyə verilib

alt

Bu gün Bakının Neftçilər prospektində, Hökumət Evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib.


“APA-Economics”in xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək bildirib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir.

Dövlət başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirib.

Qurban bayramı münasibətilə turlar təşkil edilmişdir

“Turizm.az” şirkəti müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycanın bir neçə turizm potensiallı regionlarına səfərlər təklif edir.
Şirkət tərəfindən oktyabrın 15-də Qəbələ, ayın 16-da Masallı-Yardımlı turları təşkil olunacaqdır. Bayram günlərində şirkət tərəfindən, həmçinin Dubaya da turlar təklif ediləcəkdir.
Oktyabrın 19-20-də isə Şəki şəhərinə tur nəzərdə tutulmuşdur. Tur iştirakçıları üçün Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəki rayonu ərazisindəki bir sıra tarixi-mədəni abidələrə - Şəki xanlarının sarayı, Aşağı və Yuxarı karvansaralar, Kiş kəndindəki qədim alban kilsəsi, Kiş çayının sahilində, Qaratəpə dağının zirvəsində “Gələrsən - görərsən” qalasının xarabalıqlarına ekskursiya təşkil ediləcəkdir.

Rus deputat təyyarədən endirildi

alt

Rusiyada iqtidaryönlü Birləşmiş Rusiya Partiyasından Dumaya seçilən millət vəkili Andrey İsayev dava saldığı üçün təyyarədən endirilib. 

Təyyarə ekipajı ilə mübahisə edən İsayevin təyyarədən endirilməsində sərnişinlərin də onun reaksiya göstərməsi rol oyanayıb. Rus deputatın hadisə baş verən sərxoş olduğu iddia edilir. 

Birləşmiş Rusiya Partiyasının baş katibi Sergey Neverov məsələyə münasibət bildirərkən “İsayevin hadisəsi partiyamız üçün çox pis bir vəziyyətdir. Araşdırma aparılacaq və partiya ciddi şəkildə reaksiya verəcək”deyib. 

Birləşmiş Rusiya Partiyasının digər millət vəkili Nikolay Bulayev də “Partiyamızda müqəddəs inəklər yoxdur. Qüsuru olan hər kəs mövqesindən məhrum edilə bilməz” deyə vurğulayıb. 

İsayev özü isə məsələyə belə aydınlıq gətirib: “ “Müavinim səbəbindən təyyarəni tərk etdim. Müavinim xuliqanlıq etdiyi üçün 100 rubl pul cəzası da aldım. Mən partiya rəhbərliyinə vəziyyətlə bağlı hesabat verəcəyəm”.

Qeyd edık ki, deputatın təyyardən endirilməsinə səbəb onun öz müavinini biznes-klasda əyləşdirmək istəməsi olub. 

Gənc qızın qışqırığı Bakını qarışdırdı – VİDEO

alt

Dünən günorta saatlarında paytaxtın Bakıxanov körpüsünün yaxınlığındakı ərazidə qəribə hadisə baş verib. Adı məlum olmayan gənc qız küçədə sevgilisi ilə gəzərkən gözlənilmədən huşunu itirib. Özünə gəldikdən sonra isə qışqırmağa və bərkdən ağlamağa başlayan gənc qızı sakitləşdirmək mümkün olmayıb. 

Sevgilisi yoldan keçənlərin yardımı ilə gənc qızı özünə gətirməyə çalışsa da bu, mümkün olmayıb. Hadisə yerinə təcili yardım çağırılıb və qız xəstəxanaya aparılıb. 

Gənc qızın spirtli içki və ya hansısa maddənin təsiri altında olduğu güman edilir.

Saytda Axtarış

Son xəbərlər