Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün248
DünənDünən1617
Bu həftəBu həftə9247
Bu ayBu ay40790
Bu günə qədərBu günə qədər7529007

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Ermənilər direktoru qaçırıb...cinsiyyət orqanını kəsdilər

alt

Amerikanın Kaliforniya ştatında ağır cinayətdə ittiham edilən 4 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib. Onların arasında iki erməni də var. 

Cinayətkarlar narkoloji dispanserin direktorunu qaçıraraq ona işgəncə ediblər. Belə ki, ermənilər direktorun cinsiyyət orqanını kəsiblər. 

33 yaşlı Rayan Gevorkyan və onun dostu, 34 yaşlı Naomi Gerokyan artiq Frenzo şəhərində həbs edilib. 

Emin Ağalarov kainat gözəli ilə

alt

Tanınmış müğənni Emin Ağalarovun noyabrın 9-da başa çatan “Kainat gözəli 2013” müsabiqəsinin birinci yerinin qalibi Qabriela İslerlə fotosu yayılıb.

Foto müsabiqənin qalibi elan edildikdən sonra çəkilib.

Tanınmış jurnalist Savaş Ay vəfat edib

altTürkiyənin tanınmış jurnalisti Savaş Ay uzun sürən müalicədən sonra bu gün xəstəxanada dünyasını dəyişib. Media duayeni bir il yarım İstanbul Tədris və Araşdırma Xəstəxanasında həkim nəzarəti altında olsa da, onun həyatını xilas edə bilməyiblər.

1954-cü il təvəllüdlü Savaş Ay 1974-cü ildə “Dünya” qəzetində müxbirliyə başlayıb. Türkiyənin bir çox qəzetlərində işləyib və televiziya kanallarında "A takımı" adlı müəllif proqramı ilə çıxış edib. O yoxsul insanlara yardım proqramları da həyata keçirib.

Tanınmış jurnalist 15 il idi ki, qırtlaq xərçəngi ilə mübarizə aparırdı. Onun xəstəliyi 1999-cu ildə canlı efirdə həkim tamaşaçı tərəfindən aşkarlanmışdı.

Bəy TOY GÜNÜ QAÇIRILAN NİŞANLISININ ailəsindən təzminat istəyir!

altToy günü qaçırılan gəlinin nişanlısı ailəsinə dəyən 8 min manat ziyanın ödənilməsini istəyir. Toyu yarımçıq qalan bəy yeni qız tapdığını və yaxın vaxtlarda yenidən toy edəcəyini deyir. Bəybala Əliyevin ailə üzvləri baş verənlərlə bağlı APA TV-yə verdiyi müsahibədə bildirib ki, toydan sonra nişanlısının yaxınları tərəfindən qaçırılmasından şoka düşsə də, artıq yeni həyatı barədə düşünür. Keçmiş nişanlısı Pünhanəyə xoşbəxtlik arzulayan Bəybala Pünhanə ilə bir-birini sevsələr də, valideynlərinin və dayısıgilin onların xoşbəxtliyinə mane olduğunu deyir. İndi keçmişini silib atmaq istəyən keçmiş bəy yenidən bəy olmağa hazırlaşır.

“Özümə qız da tapmışam. Məhərrəmlikdən sonra evlənəcəyik. Bilirsiniz keçmişi keçmişdə buraxdım. Yeni həyata davam edirəm”.

Balabəy Əliyevin ailə üzvləri deyir ki, polis şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulması üçün araşdırma aparılmasını və onlara dəyən maddi ziyanın ödənilməsini tələb edəcəklər.

“Toy məclisinin keçirilməsi, qızıl-zinət və geyim əşyalarının alınması üçün xərclədiyimiz 8 min manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy evindən cehizlərin aparılmasını istəyirik. Onların cehizi mənə lazım deyil”.

Bu görüntülər isə gəlinin qaçdığı toyundandır. İndi ailə bu kadrlara acı bir xatirə kimi baxır.

Amerika gəmiləri geri qayıdır

alt

ABŞ Orta Şərqdə olan iki donanma gəmisini geri çəkir. 

Amerikanın Müdafiə Nazirliyinin sözcüsü “USS Nimitz” və “USS Graveley” adlı iki gəminin geri qayıtdığını bildirib. 

Süveyş kanalından keçən gəmilərin yeni ildən əvvəl ABŞ-a geri dönməsi gözlənilir. Donanma gəmisi “USS Graveley”in də Aralıq dənizindən ayrıldığı və ABŞ-a dönməkdə olduğu qeyd edilib. 

Obama administrasiyası avqust ayında Suriyanın kimyəvi silah istifadəsinə qarşı bölgədə hərbi gücünü artırıb. 

ABŞ-ın 3-ü Aralıq dənizidə olmaqla bölgədə hələ də 4 gəmisi var. 

Atatürkün məzarının görüntüləri yayıldı - VİDEO

alt

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının indiyə qədər yayımlanmayan görüntüləri yayımlanıb. Məzarın olduğu otaqdan indiyə qədər bəzi fotolar olsa da, ilk dəfə olaraq videogörüntülər yayımlanıb. 

Məzarın olduğu otağa böyük qapı açılır. Bu otaq ziyarətçilər üçün bağlıdır. Otağın yeri və divarları qara, ağ və qırmızı mərmərlə örtülüb. Mərmər sandığın ətrafında 81 bölgədən, Selanikdəki Atatürk evindən, türk şəhidliyindən, Kiprdən və Süleyman Şahın məzarından gətirilən torpaqların saxlandığı vazalar var. 

Məzar otağının görüntüləri Genəl Kurmay Başqanlığı tərəfindən yayılıb.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadədən

Cənab Prezident,
İlk növbədə biz, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edir və buna çox sevindiyimizi bildiririk. Biz, Sizə - hörmətli Azərbaycan Prezidentinə dünya azərbaycanlılarının möhkəm arxası, ümidi və sevimlisi olan bir rəhbər kimi həmişə inanmışıq, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyiniz qayğı və diqqətə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Gürcüstanda çalışan azərbaycanlı jurnalistlər bildirirlər ki, Sizin prezident seçkilərində ədalətlə, azad və şəffaf, demokratik və beynəlxalq standartlara uyğun parlaq qələbə qazanmağınız doğma Azərbaycanımızın, eyni zamanda, doğulduğu və məskunlaşdığı yerdən asılı olmayaraq harada yaşasalar da – azərbaycanlıların uğurlu gələcəyidir.
Hörmətli Prezident, əminik ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət biz azərbaycanlıların xoşbəxt gələcəyini həmişəlik təmin edəcəkdir. Biz jurnalistlər də bu həqiqətə həmişə inanmışıq və biz öz məqsədyönlü fəaliyyətimizlə Azərbaycan həqiqətlərini, onun Prezidentinin siyasi kursunu dəstəkləyir və təbliğ edirik.
Bu il keçirilən 9 oktyabr prezident seçkiləri də tarixə qızıl hərflərlə yazıldı. Biz jurnalistlərin istəyi odur ki, Sizin rəhbərliyiniz ilə Dağlıq Qarabağ problemi də birdəfəlik həll edilsin və Azərbaycanın bu yolda qələbəsi də tarixə qızıl hərflərlə yazılsın. Biz Sizin apardığınız müdrik siyasətin uğur qazanacağına inanırıq. Əminik ki, Azərbaycan qüdrətli və çiçəklənən bir ölkə kimi bu ağrılı problemi həll edəcəkdir.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, xalqımıza gözaydınlığı verir və qeyd edirik ki, Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz, Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlər Sizin uğurlarınıza həmişə sevinir, möhtəşəm və məqsədyönlü fəaliyyətinizdən qürur hissi duyuruq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik.
Dərin hörmətlə,
Nizami Məmmədzadə
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri

Polis Castin Biberi saxladı

alt

Kanadalı məşhur müğənni Castin Biber konsert vermək üçün getdiyi Rioda polis tərəfindən saxlanılıb. 

Buna səbəb müğənninin divara şəkil çəkməsi olub. 

Bir paparazzinin çəkdiyi şəkillər Braziliyanın məşhur xəbər portalı “Globo”da yayımlanıb. 

Bundan sonra müğənninin qaldığı otelə gedən polis Biberi yerində tapa bilməyib. Sonradan saxlanılan Biber günahını boynuna almasa da, polis orqanları şəkillər vasitəsilə günahını ona sübut ediblər. Biber pul cəzası ödəməli olub. 

Ermənistan vətəndaşı olan qadın Gürcüstana narkotik keçirmək üçün anadan təzə olmuş uşağıdan istifadə edib

Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları narkotik vasitənin sərhəd-buraxılış məntəqəsindən keçirmək məqsədi ilə anadan təzə olmuş uşaqdan istifadə faktını qeydə alıblar.


Xidmətdən verilən məlumata əsasən, Ermənistan-Gürcüstan sərhədindəki “Sadaxlı”  nəzarət-buraxılış məntəqəsində Ermənistandan gəlmiş qadının üzərinə baxış keçirilərkən onun anadan təzə olmuş uşağının şalvarının cibində marixuana aşkarlanıb.  Narkotik həmçinin qadının əynindəki gödəkçənin cibində də aşkarlanıb.

Götürülmüş narkotikin ümumi çəkisi 51 qram təşkil edib.  

Saakaşvilinin ofisi qarət olundu

alt

Gürcüstanın Qori şəhərində Mixail Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkatın ofisi qarət olunub. 

Ofisdən televizor, videokamera, notbuk aparılıb. 

Polis artıq qarətçini saxlayıb. Bu, yerli sakin Georq P-dir. Saxlanan şəxs oğurluğu etiraf edib və oğurladığı əşyalar onun evində tapılıb. 

Bakıda dəniz üzərində körpü- Video

alt

Paytaxt Bakıda dəniz üzərindən salınan yeni körpünün inşasında işlər artıq yekunlaşmaq üzrədir. Yeni yol Abşeron yarımadasından Pirallahı adasına qədər uzanacaq. Yeni körpü paytaxtın tıxac yükünü biraz da azaltmış olacaq. Körpünün bir sıra üstünlükləri də var.
Adada təmir işlərinin bir hissəsi başa çatıb. Körpünün uzunluğu 421,45 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq. 

Körpünün tikilməsinə 2012-ci ilin oktyabr ayında start verilib. Körpünün tikilməsində məqsəd gediş-gəlişin asanlaşdırılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Yanaşma yolları ilə birgə körpünün uzunluğu 700 metrdir. Sahilbərkitmə işlərinin artıq 35-40%-i yerinə yetirilib.
Körpü bir sıra üstünlüklərə də malik olacaq. Tikinti işləri isə 2014-cü ildə yekunlaşacaq.

Dənizdə faciə: göyərtəsində gürcülər olan gəmi batdı

alt

Egey dənizində Yunanıstanın sahillərində “Stella” adlı kiçik yük gəmisi batıb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Türkiyədən Kiprə istiqamət götürən gəmi Karpatos adası yaxınlığında SOS siqnalı verib. Hadisə yerinə dərhal sahil mühafizə xidmətinin katerləri və 1 helikopter cəlb olunub.

Xilasedicilər qəza yerində göyərtəsində 5 dənizçinin olduğu qayıq aşkarlayıblar. Batan gəminin kapitanı onların arasında olmayıb. Onun axtarışları davam edir.

Xilas olunmuş dənizçilərin milliyyətcə gürcü olduqları bildirilir. Gəmi Syerra-Leone bayrağı altında üzüb.

Saytda Axtarış

Son xəbərlər