Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün278
DünənDünən1617
Bu həftəBu həftə9277
Bu ayBu ay40820
Bu günə qədərBu günə qədər7529037

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Heydər Əliyev Mərkəzinin binasının yeni fotosessiyası

altaltaltaltXatırladaq ki,noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektor təqdimat mərasimi keçiriləcəkdir.

Beynəlxalq narkoticarət şəbəkəsinin rəhbəri həbs olundu

alt

Yunanıstan polisi Latın Amerikasından kokain gətirən narkokartelin 16 üzvünü həbs edib, 146,5 kq narkotik götürülüb.

Bundan başqa, saxlanan şəxslərdən 352 min nağd avro, bank hesabından isə 500 min avro müsadirə edilib. 

“Qar uçqunu” əməliyyatı eyni vaxtda ölkənin bütün ərazisində aparılıb. Əməliyyatda 100-dək polis, iqtisadi cinayətkarlığa qarşı mübarizə xidmətinin 10 əməkdaşı, kinoloqlar öyrədilmiş itlərlə iştirak ediblər.

Əməliyyata ABŞ-ın Narkotiklərlə Mübarizə Agentliyi (DEA) dəstək verib.

Həbs olunanlar arasında Gürcüstan əsilli yunan da olub. O, cinayətkar şəbəkənin rəhbərlərindən biridir. Gürcüstanda narkotik alveri və ölümə sui-qəsd cinayətləri törətdiyinə görə həmin şəxs barəsində “İnterpol” tərəfindən “qırmızı xət”lə axtarış elan edilib. O, Azərbaycanda da aldatma və dələduzluq əməlləri törətməkdə ittiham olunur. 

Təşkilatın daha iki rəhbəri də həbs edilib. Onlardan biri Albaniyadan olan emiqrant, 33 yaşlı yunan, digəri isə 42 yaşlı İspaniya vətəndaşıdır. Saxlanılanlar arasında Venesuela və Ukraynanın 1, Albaniyanın 4 vətəndaşı da var. 

Araşdırmalara 2012-ci ilin noyabrında başlanılıb, Latın Amerikası ölkələrindən (Kolumbiya, Ekvador və Venesuela) Yunanıstana böyük partiyalarla kokain gətirən bir neçə cinayətkar şəbəkə aşkarlanıb. 

Maliyyə qurumlarında şübhə yaratmamaq üçün narkotik satışından əldə olunan vəsait xeyli sayda insanın vasitəsilə az-az olmaqla, müxtəlif hesablara köçürülüb.

Polis bildirib ki, oktyabrın 24-də Salonikidə banan yüklənmiş konteynerdə 119 kq həcmində 108 bağlama aşkarlanıb. 

Günəşdə dəhşətli partlayışlar

alt

Dünən və bu gün Günəşdə iki güclü alışma qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, çox da güclü olmayan alışmalar dünən gecə saat 04:00 və bu gün saat 12:00 radələrində qeydə alınıb.

Onun sözlərinə görə, Günəşdə nisbətən güclü alışmaların olmasına baxmayaraq, yerin maqnit sahəsində böyük təlatümlər gözlənilmir.

N. Cəlilov qeyd edib ki, Günəş alışmaları yerin maqnit sahəsini müəyyən qədər silkələyə bilər: “Günəşdə alışmalar hər gün baş verir. Lakin dünən və bu gün qeydə alınan alışmalar nisbətən güclü olub. Günəşdən kütlə atılırsa, 3-4 gün ərzində yerə çatır.

Hələlik alışma nəticəsində plazmanın atılması, onun yerə tərəf gəlib-gəlmədiyi barədə məlumat yoxdur. Alışmaların yerə təsiri olsa da, bu çox cüzi olacaq. Çünki hər 2 alışma orta gücdə qeydə alınıb. Rusiya geofiziklərinin də yer maqnit sahələrinin təlatümə gələcəkləri haqqında verdiyi proqnozlara əsasən hər şey qaydasındadır”. 

Bu ağaclarda qızıl yetişir – Sensasiya

 

alt

Elm adamları evkalipt ağaclarının yarpaqlarında qızıl hissəciklərini aşkarlayıblar.

Avstraliyalı elm adamları evkalipt ağaclarının yarpaqlarında qızıl parçaları tapıb.
“Nature Communications” jurnalında dərc olunan məqalədə bildirilir ki, elm adamları evkalipt yarpaqlarında ölçüsü 8 mikrometrə çatan qızıl hissəcikləri təsbit edib. 

Qızılın torpaqdan ağacın kökləri vasitəsi ilə çəkildiyi və suyun köməyi ilə yarpaqlara qədər çatdığı bildirilir. 

Alimlər araşdırmalarını Qərbi Avstraliyanın Freddo bölgəsində intensivləşdirib. Buradakı evkalipt yarpaqlarının qızıl nisbətinin digər bölgələrdəkinə nisbətən 800 dəfə çox olduğu məlum olub. Lakin yarpaqlardan qızıl əldə etməyin çətin olduğunu da vurğulanıb. Çünki, 100 ton evkalipt yarpağından yalnız, 8 qram qızıl əldə etmək mümkündür. 

Orxan Zeynalovla bağlı daha bir bəyanat

alt

MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli idarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyasındakı Azərbaycan nümayəndə heyəti bəyanatla çıxış edib.

Azərbaycan parlamentinin deputatları Arif Rəhimzadə, Fəzail Ağamalı və Ərəstun Cavadovun imzaladığı bəyanatda bildirilir ki, Moskvanın Biryulevo rayonunda baş verənlər və Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirləndirilən şəxs kimi saxlanılması Azərbaycanda ciddi narahatlıq yaradıb.

Baş verənlərdən təəssüfləndiyini bildirən və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verən deputatlar hesab edirlər ki, günahkar qanunla cəzalandırılmalıdır: “Bununla belə, KİV-də aparılan kampaniya, Biryulevodakı iğtişaş və talanlar ciddi problemlər yaradır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır. Onlar Rusiya vətəndaşları kimi zəhmətlə yaşayır, Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edir, iqtisadiyyatın inkişafına müəyyən töhfələr verirlər”.

Azərbaycan Milli Məclisinin üzvləri hesab edir ki, son hadisələrdə təqsirsizlik prezumpsiyasının pozulması, şübhəli şəxsin təpiklənərək ciddi xəsarətlər alması və bunun telekanallarda göstərilməsi cavabsız qalmamalıdır: “Dövlət orqanları və MDB-nin müvafiq orqanları bu faktlardan ciddi nəticə çıxarmalıdır. Biz Rusiya ilə Azərbaycan arasındakı ənənəvi dostluq əlaqələrini qoruyub saxlamalı, müəyyən qüvvələrin təsiri altında hərəkət edən siyasi baxımdan savadsız adamların bu münasibətlərə təsir etməsinə imkan verməməliyik”.

Günün fotosu: Məhəbbət tuneli

alt

23 oktyabr günün fotosu Ukraynanın Rovenski vilayətində çəkilib. 

"Məhəbbət tuneli" adlanan bu yol bir kilometrə yaxın məsafədə əsil gözəllik nümunəsidir. 

Dünyanın ən bahalı maşını - FOTO

alt

Dünyanın ən bahalı maşınlarından biri nümayişə çıxarılıb.Rodster "Lamborghini Veneno" eksklüziv modeldir. Maşının internetdə cəmi 3 fotosu yayılıb. 
Yenilik üstü istisna olmaqla, kupe kimi xarici görüşə malikdir. 

Avtomobilin qiyməti nə az, nə çox düz 4,4 milyon dollardır. Onun 750 at gücündə, 6,5 litrlik V12 gücündə mühərriki mövcuddur. 
Avtomobil 100 km sürəti 2,8 saniyəyə yığır. Onun maksimal sürəti isə 350 km saatdır. 

altaltalt

Orxan Zeynalovun vəkili danışdı

alt

“Hələ də müvəkkilimlə görüşə bilməmişəm” 


Bunu açıqlamasında Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlər yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib.

Onun sözlərinə görə, istintaq orqanları hələ də Orxan Zeynalovla görüşünə icazə verməyiblər.

Vəkil bu gün Presnenski Rayon Məhkəməsinin Orxan Zeynalov barəsində həbs-qətimkan tədbiri seçilməsi qərarından apelyasiya şikayəti verdiyini də bildirib: “Bu gün şikayətimi Moskva Şəhər Məhkəməsinə təqdim etdim”.

V.Anikuşkin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Rusiya Federasiyanın baş prokuroru Yuri Çaykaya şikayət məktubu yazdığını da söyləyib: “Şikayət məktubu Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən ona qarşı göstərilən təzyiqlərlə bağlıdır. O, saxlanılan zaman təqsirsizlik prezumpsiyasının tələbləri ciddi şəkildə pozulub”.

Vəkil Orxan Zeynalovun ilkin ifadələri haqqında da danışıb. Onun sözlərinə görə, Orxan Zeynalov ilkin ifadəsində qətli özünü müdafiə etmək məqsədilə törətdiyini bildirib: “Orxan bildirdi ki, özünü müdafiə edib. Şerbakovu öldürmək fikri olmayıb”.

Gülər Əhmədova ilk məhkəmə iclasına gətirildi

alt

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı ilk məhkəmə iclası keçirilib.


 Penitensiar Xidmətin xüsusi avtomobili ilə məhkəməyə gətirilən Gülər Əhmədova geyimi ilə iclasa gələn insanları təəccübləndirib. Belə ki, həbsdə olan sabiq deputat məhkəməyə qapalı libasda gəlib. G.Əhmədova topuğuna qədər uzanan don geyinib. Başını isə bağlayıb. Sabiq deputatın iri eynək taxması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.

Sumqayıtdakı yanğında Quran yanmadı - Video

alt

Dünən Sumqayıtın "Karvan" ticarət mərkəzində baş verən və bir çox satıcının mallarının kül olması ilə nəticələnən yanğında maraqlı məqam yaşanıb. 

Dəhşətli yanğında Qurani Kərim yanmayıb. Bununla bağlı çəkilmiş video YouTube videoportalına yüklənib. Videonu sizə təqdim edirik: 

Valideynlər iPhone almaq üçün uşaqlarını satdı

alt

Çində cavan cütlük öz qızlarını satdığına görə məhkəməlik olub. 

Valideynlər alıcını internetdən tapıblar. 

Uşağı satdıqdan sonra əldə edilən pulun yarısına iPhone, yarısına isə uşağın anasına paltar alınıb. 

Uşağı satan valideynlər bunu tamahkarlıq məqsədi ilə etmədiklərini iddia ediblər. Satılan qız uşağı ailədə 3-cü qız olub. Polis uşağın neçəyə satıldığını deməsə də, yerli KİV-in məlumatına görə, məbləğ 30-50 min yuan arasında bir qiymət olub. 

Ermənistan ordusunun əsgəri intihar etdi

alt

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz silahı ilə özünü vurub.

Həqiqi hərbi xidmətdə olan 18 yaşlı Ruben Davtyan odlu silahdan özünə atəş açıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Saytda Axtarış

Son xəbərlər