Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün377
DünənDünən1617
Bu həftəBu həftə9376
Bu ayBu ay40919
Bu günə qədərBu günə qədər7529136

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Norveçdə maralların buynuzuna işıqsaçan yapışdırılacaq

alt

Norveç hakimiyyəti yerli maralların buynuzlarına işıqsaçan  qolluq keçirməyi planlaşdırır.

Hakimiyyət həmin yapışqan işıqsaçanların yardımı ilə maralların avtomobil qəzasında ölməsini azaltmaq istəyir.

Oxşar sınaq 2010-cu ildə həyata keçirilib. Bundan sonra həmin tədbiri tammiqyaslı gerçəkləşdirmək niyyətindədirlər.

Mənbə xatırladıb ki, Norveçdə 200 minə yaxın marala var. Onların on minə yaxının iqtisadi baxımdan qeydiyyata alına bilər.

Skandinaviya ölkələrində sığın və marallar birdən avtomobil yoluna çıxır. Bu isə həm sürücülərin, həm də heyvanların həyatı üçün təhlükə yaradır. 

Ölkə prezidentin gizli sevgilisi ilə çalxalanır - FOTOLAR

alt

Fransa, prezident Fransua Hollandın gizli sevgi macərası iddiaları ilə çalxalanır.

Ötən ilin Mart ayında ortaya çıxan dedi-qodular nümayiş olunan fotoşəkillərlə daha da alovlanıb. Jurnalın iddiasına görə Holland tez-tez aktrisa Julie Çox ilə görüşür, hətta cütlük yeni il gecəsini də bərabər keçiriblər.

Sözügedən xəbərin şəxsi həyatna müdaxilə olduğunu bildirən Holland məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, 59 yaşındakı prezidenti, təxminən 8 ildir jurnalist Valerie Trierveiler ilə birlikdədir.

Azərbaycan Filippinə 200 min dollar məbləğində maddi yardım edib

alt

Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.


Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının ödənməsinə sərf ediləcək.

Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş verib. Təbii fəlakət Filippində minlərlə insanın ölümünə və yüzlərlə evin tamamilə dağılmasına səbəb olub, ölkədə qida, su və digər ilkin ehtiyac məhsullarına kəskin ehtiyac yaranıb.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.

“iPhone”un doğum günüdür

alt2007-ci il yanvarın 9-da Stiv Cobs San-Fransiskoda ictimaiyyətə birinci “iPhone” “ağıllı” telefonunu təqdim edib.

 “Apple” şirkətinin həmtəsisçisi Cobsun sözlərinə görə, telefon özündə 3 cihazın – "iPod", "inqilabi mobil telefon" və "sıçrayış etmiş internet-smartfon"un funksiyalarını birləşdirmişdi. 2007-ci ildə “Time” jurnalı Stiv Cobsun “biz telefona ikinci həyat verdik” sözlərini təsdiq edərək bu telefonu ilin ixtirası adlandırmışdı.

Təbrizdə bir azərbaycanlı edam edilib

altİranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Abdullah Əcəmlu qətldə günahlandırılaraq dara çəkilib.

Təbriz şəhərinin yaxınlığındakı Seyidabad qəsəbəsindən olan məhbus 19 yaşında olarkən bir kütləvi dava zamanı həbs edilib və həmyerlisini qətlə yetirməkdə ittiham olunaraq edam cəzasına məhkum edilib.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub. A.Əcəmlu 11 il həbs cəzası çəkdikdən sonra 30 yaşında asılıb. Ancaq valideynləri onun qatil olmadığını və qətli başqasının törətdiyini bildirirlər. Onlar həmçinin qətlin A.Əcəmlunun boynuna qoyulduğunu və övladlarının da işgəncələr altında bunu etiraf etmək məcburiyyətində qaldığını söyləyiblər.

20 milyard sərvətlə bu maşını sürür

alt

20 milyard dollar sərvətlə dünyanın ən zəngin insanları siyahısında olan "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberq sadə avtomobil istifadə edir.

Gənc milyarder 30 min dollar dəyərində "Volkswagen GTI" markalı avtomobil istifadə edir. Bu sadəliklə yanaşı, bir müddət əvvəl Zukerberg qonşulardan xilas olmaq üçün evinin ətrafındakı evləri 30 milyon dollara satın almaqla gündəmə gəlmişdi.

Foto nümunədir.

Google barədə bilmədiyiniz yeddi fakt

altTürkiyənin "Veteknoloji" texnologiya və elm saytı Google haqqında yeddi faktın açıqlandığı siyahı hazırlayıb.

- Tarix boyu yazılı saxlanılan bütün məlumatların cəmi 50 petabayt həcmindədir. "Google"un gündəlik istifadə etdiyi məlumatların həcmi isə 20 petabaytdır.
- İnternetdən istifadə edən hər kəs ən azı gündə bir dəfə "Google"a daxil olur.
- "Google"un ana səhifəsi 88 fərqli dildə mövcuddur. Bura Latın və Klingon dilləri də daxildir.
- "Google"un indekslədiyi 50 milyard web səhifəni insan gücüylə axtarmaq üçün, dəqiqədə bir səhifə axtarılsa 95,116 il çəkərdi.
- "Google"un "Did you mean?" sistemi axtarış tarfikini iki qat artırıb.
-"Google" istifadəçi tələbi 20%-dən aşağı olan xidmətlərini  saxlamaq istəmir.  "Seçimlər" bölməsindəki xidmətlər həyatda qala bilmək üçün istifadəçilərin ən azı 20% tərəfindən istifadə olunmalıdırlar.
- "Google"un gündəlik ziyarətçi sayı 620 milyondur.

Çəkisi 5 ton olan “Əjdaha” motosikleti “Ginnesin rekordlar kitabı”na düşmüşdür

alt

“Ginnesin rekordlar kitabı”nın nümayəndələri rəsmən dünyanın ən böyük motosikletin adını qeyd etmişlər.
Bu, Fabio Reggianinin istehsalı olan “Regio Design XXL Chopper” motosikletidir. Nəhəng nəqliyyat vasitəsinin uzunluğu 9,8 metr, hündürlüyü 4,9 metr, eni 2,5 metr, çəkisi 5 tondan çoxdur.
Onun 5,7 litrlik 8 silindrli mühərrikinin gücü isə 280 at gücünə bərabərdir. Model 2 təkər üstündə sərbəst dura bilmədiyindən arxaya əlavə təkər cütü artırılmışdır. Motosikletin yığılması 7 ay çəkmişdir.

Hülya Avşar Yeni ili azərbaycanlı milyarderlə qarşıladı - FOTO

Türkiyənin tanınmış aktyor-müğənnisi Hülya Avşar yeni il gecəsi türkiyəli paparatsilərin foto-kameralarına tuş gəlib.

Məlumatına görə, Hülya 2014-cü ili azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşkil etdiyi ziyafətdə qarşılayıb. Gecəyə bacıları Leyla Avşar, Helin Avşar və əmisi professor Erol Avşarla qatılan Hülya yaxınları ilə səhər saatlarına qədər əylənib.

Kraliçadan şok iddia: “Ölürəm, 6 ay ömrüm qalıb” (FOTO)

alt

“Ölən kraliçanın son milad bayramı” başlğı ilə yayılan xəbərdə Uilyam və Keytin çox kədərli olduğu bildirilib

Böyük Britaniya kraliçası 87 yaşlı Yelizaveta 6 aylıq ömrü qaldığını deyib. 
Dərginin xəbərinə görə, Londonda keçirilən milad bayramı mərasimləri zamanı II Yelizaveta nəvəsi Uilyamı və onun həyat yoldaşı Keyt Middeltonu yanına çağıraraq onlarla gizli söhbət edib. İddialara görə kraliça, “Ölürəm, sadəcə 6 aylıq ömrüm qalıb” – deyib. 

Məlumata görə, “Ölən kraliçanın son milad bayramı” başlğı ilə yayılan xəbərdə Uilyam və Keytin çox kədərli olduğu bildirilib. 

Suriyadakı daha iki azərbaycanlı öldürülüb.

alt

Suriyada daha iki azərbaycanlı öldürülüb. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Həlak olanlar “Əl-Qaidə”yə bağlı olan “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı azərbaycanlılardır. Mücahidlərə məxsus saytlar ölən azərbaycanlıların fotolarını da yayıb.

Qeyd edək ki, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə yüzlərlə azərbaycanlının iştirak etdiyi bildirilir. Onlarla azərbaycanlı bu döyüşlərdə həlak olub.

 

Hakerlər "Skype" hesablarını dağıtdılar

Xidmətdən verilən rəsmi açıqlamada sosial şəbəkəyə nəzarətin yenidən bərpa edildiyi bildirilir

alt

“Skype” haker hücumuna məruz qalıb. “Suriya elektron ordusu” (SEA) skype sosial şəbəkəsində hesabları dağıdıb. Onlar bir sıra “skype”, o cümlədən “facebook” və “tvitter” səhifələrinə də çıxış əldə ediblər. 

“Skype” xidmətindən verilən rəsmi açıqlamada sosial şəbəkəyə nəzarətin yenidən bərpa edildiyi bildirilir: “Skype hakerlər tərəfindən hücumlara məruz qalıb. Lakin bizim nəzarətimiz tezliklə yenidən edilib. Bizim müştərilər haqqında məlumatlarda heç bir problem qeydə alınmayıb”.

Hakerlərin Suriya prezidenti Bəşər Əsəd tərəfindən dəstəkləndiyi bildirilir. Kibercinayətkarlar məşhur insanların və təşkilatların “twitter” hesablarına və eləcə də müxtəlif media saytlarına hücumlar təşkil edirlər.

Saytda Axtarış

Son xəbərlər