Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün292
DünənDünən1617
Bu həftəBu həftə9291
Bu ayBu ay40834
Bu günə qədərBu günə qədər7529051

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Mübariz Mənsimov “İlin iş adamı“ seçildi

alt

"GQ Türkiyə" jurnalının "Men of The Year" ("İlin adamı") mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə Türkiyədə 2013-cü ilin ən yaxşıları bəlli olub.

Mükafatçılar arasında azərbaycanlı iş adamı Mübariz Mənsimov da yer alıb.

"Palmali" Şirkətlər Qrupunun sahibi Türkiyədə "İlin təşəbbüskar iş adamı" adına layiq görülüb. 

Tədbirin ən çox diqqət çəkən qonaqlarından biri "Qalatasaray"lı futbolçu Didye Droqba olub. 

İştirakçılardan bir çoxu "İlin idmançısı" titulunu alan kot-d’ivuarlı ilə şəkil çəkdirib. Kənan İmirzalıoğlu "İlin aktyoru", "Kelebeğin rüyası" ("Kəpənəyin yuxusu") filmi ilə gündəmə gələn Yılmaz Erdoğan isə "İlin rejissoru" mükafatını qazanıb.

Gecəyə aktyor Kadir İnanır, müğənni və aktyor Orxan Gəncəbay kimi tanınmış simalar da qatılıb.

Tbilisidə Heydər Əliyevin anım mərasimi keçirilib

altGürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyevin adına olan parkındakı büstü önündə anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstadakı səfiri Azər Hüseyn, Milli Məclisin deputatları Hacı Rəcəbli, Rauf Əliyev, Gürcüstan parlamentinin deputatları, bu ölkədəki QHT-lərin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucaldılan abidənin önünə əklil qoyub və ruhunu dərin ehtiramla yad ediblər. Bundan sonra Tbilisidəki M. F. Axundovun adına muzeydə tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Haci Rəcəbli,Rauf Əliyev,Gürcüstan Parlamentinin deputatları Azər Süleymanov,Mahir Dərziyev,Gürcüstan Prezidentinin müşaviri Quram Marxulia və digərləri çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin keçdiyi ömür yolu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara göstərdiyi qayğıdan bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyev daim Gürcüstanda yaşayan soydaşlarımıza da diqqət göstərib. O, Azərbaycanın iştirakı ilə reallaşan bütün böyük layihələrin də məhz Gürcüstanı, bu ölkədə yaşayan soydaşlarımızı daim diqqətdə saxlayıb.

Hacı Rəcəbli  Heydər Əliyevin Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.

Sonda idea və ssenari müəllifi Azərbaycan Televiziyasının Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun ‘’Heydər Əliyev və Gürcüstan’’ filmi gürcü və Azərbaycan dilində nümayiş etdirilib.

Rövşən Lənkəranskinin adamını Ukraynadan qovdular-VİDEO

alt

Ukrayna paytaxtı Kiyevdə 36 yaşlı gürcü “qanuni oğru” Mamuka Oniani saxlanılıb. 

Ukrayna vətəndaşlığının olmasına baxmayaraq o, profilaktik söhbətdən sonra könüllü olaraq ölkəni tərk edib. 

Bundan əvvəl iki dəfə odlu silah saxlamaqda ittiham edilən gürcü Mamuka Oniani kriminal aləmin xaç atası hesab edilmiş Ded Xasana düşmən klanın rəhbərlərindən hesab edilən, azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ilə bu məsələdə həmfikir olan Tariel Onianinin qohumudur. 

Hazırda İtaliyada həbs çəkən T.Onianinin qohumu Mamuka nəhayət ki, bu il “oğru ailəsi”nə qəbul edilib. İstanbulda keçirilən “sxodka”da taclandırılan M.Oniani ilə bərabər daha bir neçə nəfər “oğru” adı alıb. 

alt

Ancaq daha sonra qruplar arasında qarşıdurma yeni “qanuni oğru”ların səlahiyyətinin qəbul edilib-edilməməsi ilə bağlı mübahisələr yaradıb. Həmin “sxodka”da taclandırılan şəxslərin dəqiq sayı və tam siyahısı hələ də açıqlanmır. 

Qeyd edək ki, Ded Xasan əleyhdarları olan “qanuni oğru”ların fəaliyyət üçün seçdikləri ölkələr arasında Ukrayna xüsusi yer tutur. Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Ded Xasanın düşməni kimi tanınan Rövşən Lənkəranski də 2009-cu ilin dekabrında Ukraynada həbs olunmuşdu. Həmin vaxt Azərbaycana ekstradisiya olunan R.Lənkərnaski 2 il 10 ay 19 gün həbs cəzası verilmişdi. Bəzi məlumatlara görə, Rövşən Lənkəranski hazırda ilin müəyyən hissəsini Ukraynada yaşayır. Lakin onun Ukraynada Rövşən Əliyev adına verilmiş pasportdan istifadə etdiyi bildirilir.

Orxan Zeynalovun həbs müddəti uzadıldı- Yenilənib

alt

Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxılıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hakim Tatyana Vasyuçenko 25 yaşlı Yeqor Şerbakovun təqsirləndirilən Orxan Zeynalovun həbs müddətinin aprelin 10-dək uzadılması barədə istintaq orqanının vəsatətini təmin edib.

Müstəntiq qərarını müttəhimin telefon danışıqlarının yoxlanması, dörd şahidin yerinin müəyyənləşdirilməsi və ekspertizanın nəticələrinin alınması zərurəti ilə izah edib: “İstintaq müddətində azadlığa buraxılacağı təqdirdə, Orxan Zeynalovun qaçıb gizlənməsi ehtimalı böyükdür. Çünki o, başqa ölkənin vətəndaşıdır”.

Orxan Zeynalovun vəkil vəsatətə etiraz edib və etirazını müdafiə etdiyi şəxsin saxlanılarkən zorakılıqla üzləşməsi ilə əlaqələndirib. Müstəntiq bu məsələ ilə bağlı araşdırmaların aparıldığını, lakin hələlik nəticə əldə olunmadığını deyib.

Yeni planet tapıldı

alt

Günəş sisteminin ən böyük planeti olan Yupiterdən 11 dəfə böyük yeni planet tapılıb. "HD 106906 b" adlandırılan nəhəng göy cismi bir ulduzun sistemindədir.

ABŞ-ın Arizona universitetinin elm adamlarının araşdırmasına görə, "HD 106906 b" Dünyadan 299 işıq ili uzaqlıqdadır. "HD 106906 b" nəhəngliyi və ulduzu ilə arasındakı böyük məsafəyə görə təəcüb yaradıb. Belə ki, bu məsafə yerlə günəş arasındakından 650 dəfə çoxdur. 

4,5 milyard il yaşı olan dünya ilə müqayisədə yeni planet gəncdir. Onun cəmi 13 milyon il yaşı var. "HD 106906 b" yaranması mərhələsindəki hərarətin bir hissəsini qoruyur. İsti səhtə sahib olan planet ətrafına gözəgörünməz qızılı işıq saçır.

Tiflisdə "Cənubi Qafqaz ölkələrində maarifləndirmə vasitəsilə insan alverinin riskləri haqqında biliklərin artırılması" mövzusunda konfransa yekun vurulub

altBu gün Gürcüstan paytaxtında BMT-nin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə iki gün davam edən regional konfransın işinə yekun vurulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, regional konfrans “Cənubi Qafqaz ölkələrində maarifləndirmə vasitəsilə insan alverinin riskləri haqqında biliklərin artırılması” mövzusunda olub.

Tədbirə Azərbaycan, Gürcüstan və Ermənistandan gələn nümayəndə heyətləri qatılıb. Konfransda Azərbaycanı 12 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.

Konfransda Beynəlxalq Miqrasiya təşkilatının Gürcüstandakı missiyanın rəhbəri İliana Derilova, Gürcüstan elm və təhsil nazirinin müavini Lia Qiqauri, İsveç səfirliyinin Cənubi Qafqaz üzrə inkişaf və əməkdaşlıq agentliyinin regional direktoru Rudolf Şox, Azərbaycan Təhsil Nazirliyinin uşaqların müdafiəsi və institutlaşdırılması departamentinin rəhbəri Cəmilə Tağıyeva, Beynəlxalq Miqrasiya Təşkilatının proqram koordinatoru Səltənət Məmmədova və başqaları çıxış edib. Tədbirdə eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin insan alveri ilə mübarizə idarəsinin nümayəndəsi Fuad Əliyev, habelə Azərbaycan QHT-lərinin rəhbərləri çıxış edib. Azərbaycanın nümayəndə heyətinin üzvləri insan alverinə qarşı mübarizədə Azərbaycanda görülən müsbət işlər haqqında ətraflı məlumat verib.

Konfransda Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizədə təhsilin rolu barədə videoçarxın təqdimatı da keçirilib. Bundan başqa tədbir iştirakçıları dövlət idarələri ilə birlikdə insan alverinə qarşı mübarizədə əldə edilən təcrübə ilə bağlı mübadilə aparıblar. Sonra işçi qruplarında sual-cavab şəkilində disskusiya təşkil olunub.

Konfransın yekununda Gürcüstan, Azərbaycan və Ermənistandakı Beynəlxalq Miqrasiya təşkilatının missiyalarının rəhbərləri çıxış edib.

Tədbirə Gürcüstan Ədliyyə Naziri, İnsan alveri ilə mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının sədri Tea Tsulukiani yekun vurub.

Gürcüstanda Beynəlxalq Miqrasiya Missiyasının proqram koodinatoru Natela Mjavanadze APA-ya açıqlamasında insan alveri ilə mübarizə proqramının artıq 5 ildir ki, Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərdiyini bildirib: “Bizim məqsədimiz müəllimləri, məktəbliləri və valideynləri bu mövzuda maarifləndirməkdir. Biz müəllimlər üçün BMT-nin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri: Təhlükələr və qabaqlayıcı təşəbbüslər” adlı medodiki vəsait hazırlamışıq. Gürcü, Azərbaycan və erməni dillərində dərsliklər nəşr etdirmişik. Bu vəsait IX-XI siniflərdə bütün Cənubi Qafqaz ölkələrində tədris olunur. Biz Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Tsalka bölgələrində azərbaycanlı müəllimlərlə bu mövzuda treninqlər təşkil edirik”.

“Euronews” kanalında “BakuTel-2013” sərgisi ilə bağlı süjet yayımlanmışdır

Azərbaycan paytaxtında keçirilən “BakuTel-2013” XIX Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi artıq bir neçə gündür ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Dünyanın nüfuzlu televiziya kanallarından olan “Euronews”un sərgi haqqında geniş süjet hazırlaması bunu bir daha təsdiq edir.
AzərTAc xəbər verir ki, reportajın müəllifi - “Euronews”un müxbiri Qalina Polonskaya “BakuTel”in dünyada ildən ilə daha böyük maraqla qarşılandığı xüsusi vurğulayaraq Azərbaycan paytaxtında bu sərginin keçirilməsinin telekommunikasiya bazarında mühüm hadisə olduğunu bildirmişdir. Müəllif diqqətə çatdırmışdır ki, “BakuTel-2013”ə müxtəlif ölkələrdən mütəxəssislər, ekspertlər gəlirlər. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün yaxşı platformadır.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”un müxbirinə müsahibəsindən aşağıdakı fikirlər də yer almışdır: “Bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır”.
Videosüjetdə su və işıqla təchiz olunmuş “Ağıllı ev”ə, eləcə də digər funksiyalara və sistemlərə smartfon vasitəsilə nəzarət edildiyi vurğulanmışdır. Bildirilir ki, sistemin köməyi ilə evi açmaq və bağlamaq olar, hətta qəhvədanı və paltaryuyan maşını da işə salmaq mümkündür.
“Azercell” şirkətinin böyük mütəxəssisi Günay Məmmədli deyir: “Təsəvvür edin ki, bir adam başqa qitədədir, tamamilə başqa yarımkürədə yerləşən evini mobil telefon vasitəsilə idarə edir.
Yəni, bu, ilk növbədə təhlükəsizlikdir. Həmin adam evdə nə baş verdiyindən xəbər tutur”.
Bildirilir ki, sərgidə israilli mühəndislər yeni ixtiralarını nümayiş etdirirlər. Bədənin hərarətini, qanda şəkərin səviyyəsini və digər parametrləri ölçən mobil telefon həkimə xəstələrin səhhəti barədə diaqnoz qoymağa imkan yaradır.

Azərbaycan türkiyəli iş adamını axtarışa verdi

alt

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 60 yaşlı Mete Yüce vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

Mete Yüce Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

Qatar relsdən çıxdı: ölənlər var

alt

ABŞ-ın ən böyük şəhəri hesab edilən Nyu-Yorkda “Metro-North” şirkətinə məxsus olan sərnişin qatarı relsdən çıxıb.

Nəticədə 3 nəfər ölüb, onlarla sərnişin isə zədələnib.

Bir neçə vaqon suya düşüb. “Sky News” telekanalı məlumatı yerli polis idarəsinə istinadən yayıb. Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları və xilasedicilər cəlb edilib.

Metro xətti olan gəmi inşası planlaşdırılır

alt

50 min nəfər sərnişin üçün nəzərdə tutulan "Freedomship" adlı gəmi-şəhərin inşası planlaşdırılır.

Böyüklüyünə görə heç bir limana sığmayacaq gəmi-şəhər hər iki ildən bir dünyanı səyahət edəcək. 25 mərtəbəli gəminin inşası üçün ilkin olaraq 1 milyard, inşanın bitməsi üçün isə 10 milyard dollar lazımdır. "Freedomship"də kazino və incəsənət qalereyası da olacaq.

 2,7 ton ağırlığında olan gəminin yuxarı hissəsində 40 nəfərlik təyyarələr üçün uçuş zolağı və gəminin daxilində hərəkəti asanlaşdırmaq üçün bir metro xətti də nəzərdə tutulub.

Qeyd edək ki, "Freedomship" elektrik təminatı üçün günəş enerjisi panellərindən və dalğa enerji sistemlərindən istifadə edəcək.

İvanişvilinin ağ akulası ölüb

altGürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin biznes mərkəzinin həyətindəki böyük akvariumda saxladığı  ağ akula ölüb.Bu haqda Gürcüstan KİV-nə hüquq müdafiəçisi Nikoloz Mjvanadze məlumat yayıb. Onun sözlərinə görə, İvanişvili hadisədən hiddətlənib və mütəxəssislərı akulanın ölümünə səbəb ola biləcək suyun yoxlanılması haqda göstəriş verib. 
“Bidzina İvanişvilinin akulası noyabrın əvvəllərində ölüb. Buna səbəb suyun keyfiyyətsizliyi olub”, - Mjavanadze bəyan edib.

Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir? - VİDEO

alt

Tağı Əhmədovla bağlı ANS-in efirində gedən süjet sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib. 

Yanaşmalar müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten rəhbərinin davranışını eynilə bizim kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır. 

“ANS Tağı Əhmədovu vurdu” şəklində. Əslində, ANS heç kimi vurmur və bu haqqı ANS-ə heç kim də verməyib. Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Öz təbirincə desək, ağa davranışları, kobud qaba rəftarı, ölçüsüz-biçimsiz hərəkətləriylə. 

Əgər o, bu hərəkətləri son bir ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz Tağı Əhmədovun xidmətlərindən azdırmı? Hansı ki, o, bu xidməti uzun illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri metropolitendəki ticarət obyektlərnidən qazanılan milyonlardır ki, bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi ödədiyi haqda məlumat belə yoxdur. 

Bir-iki il bundan əvvəl Tağı Əhmədov bu haqda radio müsahibələrindən birində ona ünvanlanan dinləyici sualına belə cavab vermişdi- “Heç bir qəpik də ödəmirəm”. 

Bunu o sualı verən yoldaşa heç bir aidiyyatı yoxdur. Buyurun. Ənənəvi tərz. Və yaxud, başqa bir misal. Metro kartlarına qoyulan depozitlərin taleyi kart sisteminə keçəndən hələ də açıq qalır. Nəzərə alsaq ki, metropoliten kart sisteminə 2006-cı ildən keçib, 7 ildə bu depozitlərin hara sərf edildiyi, onlardan gələn gəlirin aqibəti ilə bağlı bir dənə də hesabat ortalıqda yoxdur. Nəqliyyatın vahid kart sisteminə keçilməsiylə bağlı Nəqliyyat Nazirliyinin təklifini isə Tağı Əhmədov ümumiyyətlə yaxın buraxmır. 

Halbuki dünyanın metro sistemləri məhz belə işləyir. Bu yerdə deyə bilərsiz ki, dünyanın metro rəisləri də Tağı Əhmədov kimi kresloya yapışıb qalmayıblar. Hətta ən çox vəzifədə qalan Rusiyanın metropoliten rəhbərləridir ki, heç onları da Tağı Əhmədovla müqayisə etmək olmaz. Onlar bu vəzifəni maksimum 7-8 il daşıyıblar. Vaşiqtonda nəqliyyat sektorunun başına keçən şəxs bu il seçilib, amma 2015-ci ildə postu təhvil verməlidir. Qardaş Türkiyənin təcrübəsini də bilsək pis olmaz. 

Dünyanın ən qədim metrosu sayılan İstambuldakı Tunel Metrosu 1875-də inşa edilib. Burada metro rəisləri vaqonlardan tez dəyişir. Təsəvvür edin, hər 8 ildən bir vaqonlar, hər beş ildən bir, yəni hər bələdiyyə seçkilərində metro rəhbərləri dəyişir. Bizim Tağı Əhmədov isə nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini. Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır. 

Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir. Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may stansiyasından yığışdırır. 

Deməli, prezident Rəsulzadəyə ehtiram göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?

Saytda Axtarış

Son xəbərlər