Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün269
DünənDünən1617
Bu həftəBu həftə9268
Bu ayBu ay40811
Bu günə qədərBu günə qədər7529028

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Tbilisidə TRACECA layihəsi çərçivəsində regional konfrans keçirilir

alt Gürcüstan paytaxtında TRACECA nəqliyyat dəhlizi çərçivəsində “LOGMOS” layihəsi - logistik proseslər və II dəniz magistralı” mövzusunda regional konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda 10 dövlətdən nümayəndə heyəti iştirak edir. Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyi idarəsi təmsil edir.

Avropa Birliyinin maliyyə dəstəyi ilə iki gün davam edəcək konfransda Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Türkiyə nümayəndə heyətlərinin üzvləri müxtəlif mövzularda hazırladıqları layihələrin təqdimatını keçirəcəklər.

Yekunda TRACECA-ya üzv ölkələrin işçi qrupunun birgə iclası keçiriləcək və “LOGMOS” layihəsinə aid tövsiyələr müzakirə ediləcək.

Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov jurnalistlərə açıqlamasında konfransın məqsədi barədə məlumat verib: “Bu konfransda TRACECA-ya üzv ölkələr arasında yükdaşımalarda qarşıya çıxan problemlər və təkliflər müzakirə edilir. Tədbirdə eyni zamanda konteynerləri daşıyan TRACECA-ya üzv ölkələrin yükdaşıma tariflərinin uyğunlaşdırılması məsələsi və dəniz magistrallarında qarşıya çıxan problemlərin həlli məsələləri müzakirə edilir”.

Ə.Qasımov APA-ya açıqlamasında TRACECA-ya üzv ölkə kimi Azərbaycanda böyük layihələrin həyata keçirildiyini bildirib: “Bu layihələrdən ən böyüyü Bakı-Tiflis-Qars və Bakı Beynəlxalq Dəniz limanının tikintisidir. Bu tikililər TRACECA-ya üzv ölkələr arasında daşımaların daha da inkişaf etdirilməsinə səbəb olacaq.”

Fövqəladə hallarla mübarizəyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Azərbaycanın təcrübəsini maraqla qarşılanmışlar

altGürcüstan paytaxtında fövqəladə hallara qarşı mübarizədə fəaliyyətin üstün aspektlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Konfransda 10-dək ölkədən 45 nümayəndə iştirak edir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarəetmə mərkəzi “112” çevik reaksiya idarəsinin rəisi Yalçın Xələfov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, ölkəmiz konfransda üç nəfərlik heyəti ilə təmsil olunur. Konfrans iştirakçıları ilə fövqəladə hallarla mübarizədə qazanılmış təcrübə barədə fikir mübadiləsi aparılır, gələcək fəaliyyətin prioritetləri müəyyənləşdirilir.
Y.Xələfov Azərbaycanda bu sahədə qazanılmış müsbət təcrübənin iştirakçıların marağına səbəb olduğunu vurğulamış, onlardan bəzilərinin əməkdaşlığa maraq göstərdiklərini qeyd etmişdir. Onun sözlərinə görə, ölkəmizdə fövqəladə hallar üzrə ayrıca nazirliyin fəaliyyət göstərməsi də diqqəti çəkmiş və nümayəndə heyəti Azərbaycan Prezidentinin bu strukturun daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsi barədə də iştirakçılara geniş məlumat çatdırmışdır.
Vurğulanmışdır ki, həm təcrübə mübadiləsi, həm də böhran vəziyyətində səfərbərlik və başqa məqamlar baxımından konfrans mühüm əhəmiyyət kəsb edir.
Gürcüstan Daxili İşlər Nazirliyi fövqəladə hallar xidməti “112”-nin direktoru Georgi Bicaşvili də AzərTAc-ın müxbiri ilə söhbətində konfransın fövqəladə hallara qarşı mübarizə xidmətləri sistemində həyata keçirilən yeniliklər və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır. G.Bicaşvili qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstanın böhran vəziyyətində daim bir-birinə yardım etdiyini, bu sahədə əməkdaşlığa dair rəsmi sənəd imzalandığını qeyd etmişdir. O sözünə davam edərək demişdir: “Ölkələrimizin bu sahədə müsbət təcrübəsi vardır və biz onu öz aramızda paylaşırıq. İndi isə bu təcrübəni beynəlxalq konfransın iştirakçıları ilə də bölüşmək imkanı qazanmışıq”.
Konfrans öz işini noyabrın 26-da başa çatdıracaqdır.

ABŞ-ın qərbində güclü fırtına 8 nəfərin ölümünə səbəb olub

altABŞ-ın qərbində tüğyan edən güclü qar fırtına 8 nəfərin ölümünə səbəb olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, avtomobil qəzaları, elektrik dirəklərin və ağacların aşması insanların ölümünə səbəb olub.

Güclü qar fırtınası gecə saatlarında Kaliforniya, Nevada, Arizona və Nyu-Meksiko ştatlarına müşahidə olunub. Sinoptiklər hava şəraitinin bundan sonra daha da sərtləşəcəyini proqnozlaşdırırlar.

Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

altZaqatala rayonunda silahlı insident baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.


Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Ukraynadakı qarşıdurmanın təfərrüatları məlum olub

alt

Ukraynada azərbaycanlı tələbə ilə yerlilər arasında ölümlə nəticələnən qarşıdurmanın təfərrüatları məlum olub. Odessa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Odessa Milli Rabitə Akademiyasının müəllimi Mətin Hacıyevin APA – ya verdiyi məlumata görə, hadisə bu şəhərdə baş verib və azərbaycanlı tələbə Yevlax şəhər sakini Məhəmməd Arzu oğlu Abdullayevdir.

M. Abdullayevin özünün də dərs dediyi Akademiyanın 2 – ci kurs tələbəsi olduğunu deyən M. Hacıyev hadisənin təfərrüatını danışıb: “Ümumiyyətlə M. Abdullayev də daxil olmaqla onlar mənim dərs dediyim qrupda 8 azərbaycanlıdırlar, amma cəmisi iki nəfər dərslərdə iştirak edir. Mən şəxsən onların müəllimi, bu Akademiyanın 30 illik əməkdaşı kimi çox narazıyam. Bu hadisə də noyabrın 18-i axşam saatlarında azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verib. M. Abdullayev iki - üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzində qayıdırmış. Yataqxananın qarşısında taksidən düşdükdən sonra üç nəfər yerli millətdən olan orta yaşlı sərxoş halda onlara nəsə deyib, bunlar da onlara cavab veriblər və nəticədə dava düşüb. Bu zaman M. Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan birini bıçaqlayıb və bıçaq ürəyə işlədiyi üçün həmin yerli (ukraynalı) millətdən olanın biri yerindəcə ölüb”.

Həmin gecə şəhər milisi tərəfindən M. Abdullayevin saxlanıldığını deyən M. Hacıyev bildirib ki, artıq məhkəmə onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib, istintaq gedir, qəsdən adam öldürmə maddəsi ilə M. Abdullayevə cinayət işi qaldırılıb: “Amma ən təhlükəlisi də odur ki, bu hadisə burada elə rezonans doğurdu ki, buna görə Akademiyada və şəhərdə ciddi narahatlıqlar yaşanır. Akademiya rəhbərliyi azərbaycanlılar da daxil olmaqla bütün xarici tələbələri yığıb dərs buraxdıqları, gecə yataqxanalara gec gəldikləri təqdirdə kütləvi qovulacaqları barədə rəsmi xəbərdarlıq etdi. Bundan başqa əsasən də azərbaycanlı tələbələrin qaldığı yataqxanaların ətrafı olmaqla şəhərin müxtəlif yerlərində yerli millətçi gənclər azərbaycanlılara hücum edir, tez – tez əlbəyaxa dava düşür. Yataqxananın ətrafında bizim millətdən olan tələbələrə hücumlar edirlər. Ona görə də hazırda burada gərgin anlar yaşanır”.

Bomba yüklü iki maşın partladıldı - 12 ölu, 57 yaralı

altİraqı yeni partlayış dalğası bürüyüb. Tuzhurmatu şəhərində bomba yüklü maşın partladılıb. Nəticədə 10 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Hadisədə yaralananlar Kərkükdəki xəstəxanalara yerləşdirilib.
Telafer şəhərində polis bölməsi yaxınlığında bomba yüklü maşının partladılması nəticəsində isə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Ölənlərdən birinin polis olduğu bildirilir.

Xankəndidəki qohumu ilə Tiflis otelində görüşən azərbaycanlı kimdir?

altAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bir neçə azərbaycanlı qalıb.


Belə bir iddia ilə İrina Kovalçuk adlı müəllif seqodnya.ua saytında Qarabağa səfərinin nəticələrinə həsr etdiyi məqalədə çıxış edib.

Müəllif iddia edib ki, Qarabağda 60 yaşlı azərbaycanlı qadınla görüşü təşkil olunub:

“Xahiş etdilər ki, adını açıqlamayım. 60 yaşlı qadın Xankəndidə qalıb, müharibənin ilk günlərində onun erməni olan əri ölüb. Qadın özünü erməni hesab edən övladlarına görə burdan getməyib”.

Müəllif yazısında iddia edib ki, qadın hərdən azərbaycanlı olduğunu unutduğunu deyib:

“Çoxdan vətənimdə olmamışam. Öz xalqını sevməyən və hörmət etməyən şəxs başqa milləti də sevə bilməz” deyə qadın bildirib.

Müharibədən söhbət düşəndə o, göz yaşlarını saxlaya bilmirdi. Deyirdi ki, o zaman təkcə ona yox, hamıya çətin idi.

“Mən özümüzünküləri başa düşürəm. Amma indi vəziyyət elə gətirib ki, Qarabağın müstəqilliyinə nail olmaq lazımdır. Mənim üçün ən əsas övladlarımdır, Burda onlara görə qalmışam. Qızımın və oğlumun bir saçını bütün millətimə dəyişmərəm” deyə o bildirirdi”.

Müəllif bildirib ki, qadın 1980-ci ilə qədər müəllim işləyib: “Onun Bakıda qohumları var. Onlarla 18 illik ayrılıqdan sonra 2 il əvvəl Tbilisidə görüşüb. Qohumlarını internet vasitəsilə tapan qadın ata, anası və qardaşının öldüyünü eşidib. Qohumları ilə Tbilisidə görüşən qadına vətəndən valideynlərinin məzarından bir ovuc torpaq gətirilib. Həmçinin ona verilən, üzərində “Azərbaycan” yazılan xalçanı indi o, xatirə kimi saxlayır”.

Azərbaycanda qadın 6 m dərinliyində kanalizasiya quyusuna düşüb

Şəkidə 52 yaşlı qadın 6 m dərinliyində olan kanalizasiya quyusuna düşüb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi, ev 49 A ünvanında baş verib.

1961-ci il təvəllüdlü, Səlimova Şərqiyyə Valəddin qızı yaşadığı evin həyətyanı sahəsində kanalizasiya sistemi üçün qazılmış 6 m dərinliyində quyunun yanında gəzərkən qəfildən ayağı sürüşərək quyuya düşüb. Onu kanalizasiya quyusundan çıxarmaq üçün hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan Şərqiyyə Səlimovanı quyudan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, Ş. Səlimova hər iki ayağının topuq nahiyəsindən sınıq xəsarətləri alıb, hazırda vəziyyəti orta stabil hesab edilir.

“Walt Disney”in qızı vəfat etdi

alt

Məşhur “Walt Disney” şirkətinin yaradıcısı Wolter Eliasın qızı Diana Disney Miller bu gün dünyasını dəyişib.

 Diana Disney bu gün səhər saatlarında 79 yaşında ABŞ-ın San-Fransisko şəhərindəki evində vəfat edib.

Təyyarədə 24 külçə qızıl tapıldı

altTaylanddan Hindistana uçan təyyarədə 24 külçə qızıl tapılıb.

Taylanddan Hindistana uçan təyyarənin ayaq yolunda təxmini dəyəri 1 milyon dollar olan 24 külçə qızıl tapılıb.

Lakin iki ayrı bağlamada tapılan qızılın sahibi ortaya çıxmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.

Gülər Əhmədovaya 4 il həbs istənildi

alt

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror Gülər Əhmədovanın 4 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Erməni hərbçiləri “Sarı gəlin” oxudu - Video

alt

Milli musiqi incilərimizdən sayılan, Azərbaycan- Türk xalq mahnısı kimi dünyada tanınan "Sarı gəlin" mahnısı növəti dəfə erməni oğurluğuna məruz qalıb. 

Bu yaxınlarda YouTube-də yayılan videodan görünür ki, "Sarı gəlin" Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda xidmət edən erməni hərbçiləri tərəfindən səsləndirilib. 

Erməni hərbçilərinin ifasını sizlərə təqdim edirik.

Saytda Axtarış

Son xəbərlər