Dalga Televiziyasi Tbilisidə TRACECA layihəsi çərçivəsində regional konfrans keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün69
DünənDünən1090
Bu həftəBu həftə69
Bu ayBu ay42778
Bu günə qədərBu günə qədər7530995

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə TRACECA layihəsi çərçivəsində regional konfrans keçirilir

alt Gürcüstan paytaxtında TRACECA nəqliyyat dəhlizi çərçivəsində “LOGMOS” layihəsi - logistik proseslər və II dəniz magistralı” mövzusunda regional konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda 10 dövlətdən nümayəndə heyəti iştirak edir. Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyi idarəsi təmsil edir.

Avropa Birliyinin maliyyə dəstəyi ilə iki gün davam edəcək konfransda Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Türkiyə nümayəndə heyətlərinin üzvləri müxtəlif mövzularda hazırladıqları layihələrin təqdimatını keçirəcəklər.

Yekunda TRACECA-ya üzv ölkələrin işçi qrupunun birgə iclası keçiriləcək və “LOGMOS” layihəsinə aid tövsiyələr müzakirə ediləcək.

Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov jurnalistlərə açıqlamasında konfransın məqsədi barədə məlumat verib: “Bu konfransda TRACECA-ya üzv ölkələr arasında yükdaşımalarda qarşıya çıxan problemlər və təkliflər müzakirə edilir. Tədbirdə eyni zamanda konteynerləri daşıyan TRACECA-ya üzv ölkələrin yükdaşıma tariflərinin uyğunlaşdırılması məsələsi və dəniz magistrallarında qarşıya çıxan problemlərin həlli məsələləri müzakirə edilir”.

Ə.Qasımov APA-ya açıqlamasında TRACECA-ya üzv ölkə kimi Azərbaycanda böyük layihələrin həyata keçirildiyini bildirib: “Bu layihələrdən ən böyüyü Bakı-Tiflis-Qars və Bakı Beynəlxalq Dəniz limanının tikintisidir. Bu tikililər TRACECA-ya üzv ölkələr arasında daşımaların daha da inkişaf etdirilməsinə səbəb olacaq.”

Saytda Axtarış

Son xəbərlər