Dalga Televiziyasi Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1336
DünənDünən2998
Bu həftəBu həftə1336
Bu ayBu ay96304
Bu günə qədərBu günə qədər8457935

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

altZaqatala rayonunda silahlı insident baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.


Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Saytda Axtarış

Son xəbərlər