Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün312
DünənDünən1617
Bu həftəBu həftə9311
Bu ayBu ay40854
Bu günə qədərBu günə qədər7529071

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

 

alt
 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yanvarın 2-də saat 20:22-də Qaladan 90 km şimal-şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.20 olan, 60 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Ordusu olmayan ölkələr - Foto

Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var.

Bu ölkələrin əsgəri və ordusu olmasa da onların təhlükəsizliyini güclü dövlətlər təmin edir.

alt

Vatikan - Polis səviyyəsində xidmət edən İsveçrəli mühafizəçilər tərəfindən qorunur.

alt

İslandiya - ölkədə 1869-cu ildən ordu yoxdur. Birləşmiş Krallıq ilə təhlükəsizlik müqaviləsi var.

alt

Monako - Bu ölkənin qorunması Fransaya məxsusdur.

alt

Kosta Rika - Konstitusiyaya görə, 1949-cu ildən ölkədə ordu yaratmaq qadağan olunub.

alt

Andorra - 1993-cü ildə imzalanmış müqaviləyə görə, təhlükəizliyi İspaniya və Fransa təmin edir.

alt

Lixtenşteyn - Çoxlu xərc tələb etdiyi üçün 1868-ci ildə ordu ləğv edilib. İsveçrə tərəfindən qorunur.

alt

Marşal Adaları - Amerika Birləşmiş Dövlətləri tərəfindən qorunur.

alt

Palau - Heç vaxt ordusu olmayıb.

alt

Solomon Adaları - Ölkədə ordu yoxdu.

alt

Tuvalu - İngiltərədən 1978-ci ildə ayrıldıqdan sonra ordu yoxdur. Ölkədə kiçik bir polis təşkilatı var.

alt

Qrenada - 1983-cü ildə ABŞ tərəfindən işğal olunandan sonra ölkədə ordu yoxdur.

 

 

Berlində Türkiyə diplomatlarının avtomobilləri yandırılıb

alt

Türkiyənin Almaniyadakı səfirliyində çalışan iki diplomatın avtomobili yandırılıb.

Hadisə yanvarın 1-də gecə saat 23:30 radələrində baş verib.

Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb.

 

Bu il Gürcüstandan Azərbaycana 369 milyonluq maşın gətirilib

2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 369,82 milyon dəyərində 41,16 min minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında bildirilir. Hesabatda göstərilir ki, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 57,15 faizini təşkil edib.  Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 16,48 faiz, say nisbətində isə 7,89 min ədəd artıb.  Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 317,5 milyon dollar həcmində 33,27 min avtomobil ixrac edilib.

2013-ci ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 23,11 milyon dəyərində 3,59 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,22 faiz aşağıdır (say nisbətində isə 20,1 faiz yuxarıdır).  

Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 26,63 milyon dəyərində 2,85 min yük maşını idxal edilib.Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 647,06 milyon dollar və ya qeyd edilən dövrdə ölkənin ümumi ixracının həcminin 24,7 faizini təşkil edib.

2012-ci ilin müvafiq dövrünə nisbətən Azərbaycana ixracat 11,8 faiz artıb. Müqayisə üçün ötən ilin yanvar-noyab aylarında Azərbaycana 578,18 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.

Avtomobillər Gürcüstana xaricdən gətirilir

 

Günün fotosu: Yeraltı məktəb

alt

1 yanvar günün fotosu İtaliyanın Bolsano şəhərində lentə alınıb.

"Cleaa Claudio Lucchin & architetti associati" bürosu şəhərdəki "Hanna Arendt " məktəbinə yeraltı əlavənin layihə müəllifidir.

Qeyd edək ki, bu layihə 6,42 milyon avroya başa gəlib.

İtaliyada Yeni İl faciəsi: 1 ölü, onlarla yaralı

alt
İtaliyada ənənəvi Yeni il atəşfəşanlığında təxminən 100 nəfər yaralanıb. Onların arasında İtaliyada yeni ili keçirməyə gələn müxtəlif millətlərin nümayəndələri var. 
  
Yaralıların bəzilərinə yerindəcə yardım göstərilsə də, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Təkcə Romada Yeni illə bağlı təcili yardım xidmətinə 296 çağırış daxil olub. 23 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır. Yeni il gecəsi atəşfəşanlıq zamanı bir əlil isə dünyasını dəyişib.Bayram günü ən çox yanğın hadisələri isə Napolidə baş verib. Bu şəhərdə 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yeni il lotoreyasıyla milyonçu oldu

alt

Təhlükəsizliyə görə adı və soyadı açıqlanmayan Belçika sakini yeni il lotoreyasında 13 milyon avro qazanıb.

Bu son yeddi ildə Belçikadakı ən böyük udduşdur. Ölkədəki rekord mükafat - 100 miilyon dollar isə 2007-ci ildə qazanılıb.

Ukraynada azərbaycanlı polkovnik öz qardaşının ailəsini öldürdü

alt

Bununla kifayətlənməyərək qardaşı arvadının başını da kəsib”.

Ukraynanın Luqansk şəhərində evinə silahlı basqın nəticəsində öldürülən azərbaycanlı iş adamı Vidadi Məmmədov və həyat yoldaşı Yavər Məmmədovanın qətli ilə bağlı şübhəli qismində saxlanılan var. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Akif Hümbətov bildirib ki, saxlanılan şəxs Vidadi Məmmədovun qardaşı Telman Məmmədovdur.

A.Hümbətov deyib ki, Ukraynanın böyük həbsxanalarından birinin rəisi olmuş və bu yaxında ehtiyata buraxılan polkovnik rütbəli Telman Məmmədov hadisəni qardaşı ilə aralarında iri məbləğdə pul mübahisəsinə görə törədib. O qeyd edib ki, artıq T.Məmmədov polisə əməlini etiraf edib: 

“Telman Məmmədov polisə izahatında bildirib ki, həmin gün qardaşının övladının məktəbə getməsindən, evdə ər-arvadın tək olmasından xəbər tutan kimi onlara gedib və tapançadan qardaşı Vidadiyə 5 güllə, onun arvadı Yavərə isə 4 güllə vurub. Lakin bununla kifayətlənməyərək qardaşı arvadının başını da kəsib”.

A.Hümbətovun sözlərinə görə, polis hadisənin motivinin sadəcə pul mübahisəsi olduğunu düşünmür və bu barədə araşdırma başa çatdıqdan sonra məlumat veriləcək. Bundan başqa, T.Məmmədovun yerli prokurorluq orqanlarında çalışan keçmiş dostlarından birinin ona kömək etməsi və hadisəni törədəcəyi təqdirdə onu həbs olunmaqdan xilas edəcəyi barədə vəd verməsi haqda da məlumat var və bu, araşdırma başa çatdıqdan sonra açıqlanacaq: 

“Hətta onların meyitlərinin Azərbaycana göndərilməsi üçün sənədlər toplayarkən yerli prokurorluq orqanları bizə maneələr yaratdılar. Sonradan bizə dedilər ki, bunlar, məhz qətli törədən şəxs və ya şəxslərə dəstək verən adamlardır”.

Öldürülən azərbaycanlı iş adamının və həyat yoldaşının meyitləri artıq Rusiya ərazisi vasitəsilə Azərbaycana göndərilib. Onlar doğulduqları Zərdab rayonunda dəfn olunacaqlar.

Qeyd edək ki, dekabrın 24-də yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnərək vəhşicəsinə qətlə yetirilib. V.Məmmədov Ukrayna vətəndaşıdır və restoran biznesi ilə məşğul olub.

Tiflis aeroportunda Azərbaycan vətəndaşı saxlanıldı

alt

Tiflis beynəlxalq hava limanında Azərbaycan vətəndaşından gömrük bəyannaməsində göstərilməyən 18 805 dollar dəyərində mal aşkarlanıb.

 

 

Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətindən bildirilib.

 

Məlumata görə, dekabrın 28-də Dubay-Tiflis reysi ilə Gürcüstan paytaxtına uçan  Azərbaycan vətəndaşı F.G.-nin baqajında və əl yükündə axtarış zamanı gömrük bəyannaməsində qeyd olunmamış iki kamera, iki noutbuk və 27 mobil telefon aşkar edilib.

 

Malların ümumi dəyəri 18 805 dollar təşkil edib. Sonda aşkarlanan mal sənədləşdirilib və ölçü götürmək üçün Gürcüstan Maliyyə Nazirliyinə təhvil verilib.

 

ŞOK: İndi öləcəyimiz saatı dəqiq biləcəyik

  İsveçli ixtiraçı Fredik Koltinq insanların həyatını sonuna qədər hesablaya bilən qol saatı ixtira edib.


Fredik Koltinqin sözlərinə görə, “Tikker” adlı qol saatını atasının şərəfinə ixtira edib: “Atamı əbədi itirən zaman çox məyus oldum. Həyatın nə qədər qısa olduğunu anladım. Lakin insanların bu qısa zaman kəsiyində bəzən unutqan olduqları onların həyatda boş yaşamalarına səbəb olur. İnsanlara hər an ölümü xatırlatmaq üçün xüsusi saat kəşf etmək qərarına gəldim. Qoy insanalr bu saat vasitəsilə öləcəkləri günü bilsinlər və yarımçıq qalan işlərini tamamlasınlar”.

Qeyd edək ki, “Tikker” saatını taxıb, xüsusi məlumatları dolduran şəxs insan ürəyilə enerji alır. Bu saat vasitəsilə məlumatlara cavab 

olaraq insanın öləcəyi gün tarixinə qədər dəqiqliyi ilə göstərilir

 

Vəhşi gül- VİDEO

alt

Asiya meşələrində mütəxəssislərdə maraq doğuran vəhşi həşarata rast gəlinib. 

“Peyğəmbər dəvəsi” həşaratı ilk baxışdan cəlbedici gülə bənzəyən bu vəhşi həşarat özündən kiçik heyvanlar üçün çox təhlükəlidir. 
Bu həşaratı “orxideya” gülünə də bənzədilir. 

Bənzərsiz gözəllikdə rənglərə sahib olan “Peyğəmbər dəvəsi”ni görənləri həm heyran edir, həm də çaşdırır. 

Paytaxt Bakı Yeni ilə hazırlaşır- FOTOLAR

altaltaltaltaltaltalt

Saytda Axtarış

Son xəbərlər