Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün338
DünənDünən1617
Bu həftəBu həftə9337
Bu ayBu ay40880
Bu günə qədərBu günə qədər7529097

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Polis 19 yaşlı oğlanı güllələyib

alt

Misirin paytaxtı Qahirədə “Müsəlman qardaşları” tərəfdarları ilə toqquşma zamanı polis 19 yaşlı oğlanı güllələyib.

Dekabrın 28-də fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının üzvləri “Əl-Əzhər” Universitetinin binasını zəbt edərək yandırıblar.

Hadisə yerinə gələn polislər tələbə şəhərciyinə daxil olublar və tələbələrlə toqquşma zamanı, ilkin məlumatlara əsasən, “Müsəlman qardaşları”nın gənc tərəfdarı güllələnib.

Bir gün əvvəl Qahirənin şimalı-şərqində yerləşən Nəsr Sitidə “Əl-Əzhər” İslam Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. Bu, yerli sakinlərin narazılığına səbəb olub. Yaranmış münaqişə zamanı tərəflər arasında atışma baş verib, polis iğtişaş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

Xatırladaq ki, dekabrın 25-də Misir hökuməti rəsmi olaraq “Müsəlman qardaşları” hərəkatını terror təşkilatı elan edib.

Bu ilin iyulunda hərbçilər tərəfindən devrilmiş Məhəmməd Mursinin tərəfdarları kütləvi aksiyalar keçirir və liderlərini dövlət başçısı postuna qaytarmağı tələb edirlər. Nəticədə toqquşma və iğtişaşlar zamanı yüzlərlə insan həlak olub.

ATV binasından çıxarılır

alt

"Yaxın vaxtlarda "Azad Azərbaycan" Teleradio Şirkəti (ATV) hazırda fəaliyyət göstərdiyi binadan çıxarılacaq", - bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, sözügedən binanın boşaldılması üçün ATV-nin rəhbərliyinə də müraciət edilib: "Amma dəqiq nə zaman binanın boşaldılacağını deyə bilmərəm. Biz kanal rəhbrliyi binanın boşaldılması barədə danışmışıq".

"Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu açıqlamasında bu barədə onlara rəsmi məktubun daxil olmadığını deyib:“Televiziyanın binasının boşaldılması ilə əlaqədar olaraq bizə AMEA-dan hər hansı müraciət daxil olmayıb. Yalnız rəsmi məktub daxil olduqdan sonra, onun əsasında cavab verə bilərik”.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən və hazırda ATV-nin fəaliyyət göstərdiyi bina AMEA-nın balansındadır.

Ebru Gündeş: “Rza Bakıda doğulub və orda çoxlu dostları var“- Müsahibə

alt

Türkiyədə dekabrın 17-də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində başlanan genişmiqyaslı həbslər zamanı tutulanlardan biri də məşhur müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab oldu. Bu hadisə səbəbindən psixoloji problemlərlə üzləşən Ebru Gündəş səssizliyini ilk olaraq “O Səs Türkiyə” yarışmasında pozdu.

Bu verilişdən sonra isə o, R.Zərrabın həbsiylə bağlı Azərbaycan və Türkiyə mətbuatında ilk müsahibəsini Axşam.az saytı üçün verdi.

Tanınmış telejurnalist Məhsəti Şərifin aldığı müsahibəni təqdim edirik.

- Əvvəlcə keçmiş olsun diləklərimizi qəbul edin. “O Səs Türkiyə”də verdiyiniz açıqlama insanları çox kövrəltdi.


- Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə, neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün Acun bəy (“O Səs Türkiyə” yarışmasının müəllifi Acun Ilıcalı – red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu üçün təşəkkür edirəm.

Əslində indiyədək dost dediyim, bağrıma basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu. Mənim doğrudan da acı çəkdiyimi anladı.

- Çoxları deyərkən kimləri nəzərdə tutursunuz? Dostlarınız yanınızda deyilmi?


- Yanımda olan, məni dəstəkləyən, telefon açıb mənəvi dəstək olan insanlar, etibarlı dostlarım var. Amma bu 9 gün ərzində bir çoxlarının da simasını gördüm. Həyatın reallıqları ilə üz-üzə qaldım. Dar günümdə sevinən insanlar var, onlara baxıram, “yazıqlar olsun” deyirəm. On gün öncəyə qədər mənimlə göz-gözə gəlməkdən şərəf duyanlar bu gün Rza və mənimlə bağlı uydurma şeylər danışırlar. Onlar özlərinin çəkilərinin nə qədər olduqlarını göstərdilər.

- Amma nədənsə ad çəkmirsiniz... Kimdi bu insanlar?


- Bilirsiniz, mən gözləyirəm. İnsanın həyatı enişli-yoxuşludur. Hər qaranlıqdan sonra bir aydınlıq var. O aydınlığı gözləyirəm. İndi qoy onlar danışsın, mən baxım. Sonra mən danışacam, onlar rəzil olacaq.

- Çox solğun görsənirsiniz. Hətta bir neçə dəfə halınızın pisləşdiyi və xəstəxanaya düşdüyünüz xəbəri yayıldı.


- Bu, çox ağır bir dönəmdir. Sevdiyim insan, həyat yoldaşım, övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu olanların övladıma təsir etməsini istəmirəm.

- Bu həbsdən sonra həyat yoldaşınızın sizə aldığı hədiyyələrin də müsadirə olunacağı bildirilir.


- Çox şey deyilir. Hər kəs bir şey söyləməyə, durumdan faydalanıb məni üzməyə çalışır. Heç bilməzdim ki, bu qədər sevməyənimiz var. Çünki olaydan öncə hər kəs dost idi, bizə sevgi ilə yanaşırdı. Nə Rza, nə də mən heç bir şeyi gizlətməmişik.

Əgər çəkinəcək bir şey olsaydı, heç vaxt media qarşısında o hədiyyələr haqda açıqlama verməzdik. Rza iş adamıdır, zəhməti ilə bu yerə gəlib. İndi bütün iş adamlarını arasınlar, kimdə sərvət yoxdu? Bu məsələlərə çox girmək istəmirəm, gec-tez həqiqət ortaya çıxacaq. Hazırda istintaq getdiyi üçün bəzi şeyləri deyə bilmirəm.

- İndiyədək siz Azərbaycan gəlini kimi tanınırdınız. Amma indi Rza bəyin azərbaycanlı olmadığı da iddia olunur.


- Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır? Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi?

Bu cür açıqlamalar utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki, Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa, söyləyəcək.

- Rza bəyin Bakı ilə əlaqələri hansı formada idi? Orada dostları vardımı?


- Rzanın Bakıda və bir çox ölkədə yaxın dostları var. Hər zaman onlarla əlaqə saxlayır, işlə bağlı danışıqlar aparırdı.

- Həyat yoldaşınızın Türkiyədə daha bir iş adamı Mübariz Mənsimovla yaxın olduğu bildirilirdi. Amma Mənsimov bu xəbərləri təkzib edib.


- Mən Rzanın iş adamları ilə münasibətlərinin olduğunu bilirdim. Amma onları tanımırdım. Bu, mümkün də deyildi. Biz ikimiz də məşğul insanlar idik. Rza mənə kimlə nə iş gördüyünü demirdi. Heç mən də maraqlanmırdım. O, bir iş adamıdır. Rzanın işlərinə qarışmamağa çalışmışam. O ki qaldı birilərinin onu təkzib etməsinə, buna təəccüblənmədim. İndi hamı Rza ilə münasibəti təkzib edir.

- Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva isə Rza bəyin onun dostlarını aldatdığını deyib.


- O zaman mən soruşuram ki, niyə indiyədək bu barədə polisə, prokurorluğa məlumat verməyiblər? Bu, indimi yadlarına düşdü? Allah xatirinə, mənə bu insanların nə dediklərini söyləməyin.

- Rza bəyin xəstə olması xəbəri də həbsindən sonra çıxdı.


- Həbsindən əvvəl də onun xəstəliyi vardı, müalicə alırdı. Rza çox xəstədi. İnsanın səhhəti ilə bağlı məsələ şouya çevrilməz. Həkimin qoyduğu diaqnoz var. İndi də tez-tez həkim nəzarətindən keçirilir.

- Ən son nə zaman görüşmüsünüz?


- Bir gün əvvəl Metris cəza evində görüşmüşük. Rza özünü çox pis hiss edirdi. Dünən səhər isə ailəsi, vəkili görüşdü.

- Bundan sonra nə etməyi planlaşdırırsınız?


- Ədalətin yerini tapmasını gözləyəcəm. Mən çox sınaqlardan keçmişəm, bu da onlardan biridir. Bu sınağı da keçəcəm. Mən hər zaman sevərək evləndiyim insanın yanında olacam.

- Bu hadisə yaradıcılığınıza da təsir edib?


- Təbii ki. Mənim üzüntümü kimsə anlaya bilməz. Çox çətin bir dönəmdən keçirik. Amma işimi görməliyəm. Mən sənətçiyəm. Rzadan əvvəl də mahnı oxuyurdum, evləndikdən sonra da. Kimsə Ebrunu yıxılmış görməyəcək. Biz Rza ilə yenə bərabər xoş günlər keçirəcəyik. O zaman bu gün danışanlar susacaq, mən danışacam və danışdıqlarım daha tutarlı olacaq.

Ərdoğana at hədiyyə etdilər

alt

 
Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğana at hədiyyə ediblər.

Pakistanın Lahor şəhərində at sərgisini izləyən Baş nazir Rəcəp Tayyip Ərdoğana at hədiyə edilib. 

Ərdoğan Pəncap vilayətinin baş naziri Şahbaz Şəriflə birliktə faytona da minib. Şahbaz Şərifin Ərdoğana hədiyyə etdiyin atın adı “Last Orlant”, yaşı isə 10-dur. 

Ərdoğan isə hədiyyəyə görə, Şahbaz Şərifə təşəkkür edib. Hədiyyə olunan atı əzizləyən Ərdoğan, daha sonra Pakistanın baş nazırı Navaz Şəriflə görüşməyə gedib. 

Güneldən keçmiş sevgilisinin tutulmasına Reaksiya

alt

Müğənni Azəri qızı Günelin keçmiş sevgilisi Rza Zərrab ilə qalmaqallı ayrılması çoxlarına məlumdur.


Mövqe.az-ın məlumatına görə, son günlər iş adamı Rza bəyin rüşvət üstündə həbs olunması da diqqət mərkəzində olan məsələdir. Bu məsələlərdən sonra elə hər kəsi də maraqlandıran bir sual var.

Görəsən, Günel bu duruma necə reaksiya verəcək? Azəri qızı səssizliyini qorumağa çalışsa da, son vaxtlar sosial şəbəkələrdə paylaşdığı stastuslar diqqətimizdən qaçmayıb. Həmin ibrətamiz, lakin çox dərin məzmuna malik statusları sizin diqqətinizə çatdırırıq: “Qılıncın açdığı yaralar sağalar, amma dilin açdığı yara sağalmaz. Niyə xoşbəxtəm? Çünki heç kimə qarşı kin saxlamaram. İnsanların məndən daha yaxşı olmağına qısqancla yanaşmaram”.

Xatırladaq ki, Rza Zərrab o vaxtlar müsahibələrinin birində Güneldən ayrılmasının səbəbini də açıqlayaraq belə bildirib: "Məndən əvvəl Günel Ramin adlı bir nəfərlə 3 il sevgili olub. Günellə münasibətimizin 4-cü ili idi, anası da bizimlə oturmuşdu. Birdən onun telefonuna SMS gəldi, özü də bilmədən telefonu əlindən aldım. Telefonda "Aşkım, səni seviyorum” məzmunlu mesaj vardı. Mesajı göndərən Günelin məndən əvvəlki sevgilisi idi. Dərhal Ramini aradım və telefonun səsini ucaltdım”-deyə bəyan edib. Rza Zərrabın bildirdiyinə görə, Ramin ona bir ay əvvəl Günelə görə həyat yoldaşı Ulduzdan boşandığını söyləyib: "Ramin dedi ki, Günel tez-tez ona zəng edərək, sevdiyini deyib və həyat yoldaşı da bunu öyrəndiyi üçün boşanıblar. Günel bütün bunlara bir cavab vermədi. Mən sonradan Ulduzu Azərbaycanda tapdım və bunun həqiqət olduğunu öyrəndim. Amma mən Günelin bu səhvini də əfv etdim” - deyə bildirib.

Rza Zarrabın rəisi İranın ən məşhur milyarderi imiş-FAKT

altİran mətbuatı Türkiyədə rüşvət və korrupsiya ittihamları ilə həbs olunan azərbaycanlı işadamı Rəza Zarrabın İrandaki iş ortağının kimliyi barədə maraqlı məlumatlar yayıb. AzNews.az xəbər verir ki, məlumatlara görə, həmin şəxs ölkənin ünlü milyardəri Babək Zəncanidir. İranın ən zəngin işadamı olduğu söylənilən Zəncani, təkcə keçən həfta İran Mərkəz Bankına 2.8 milyard dolar pul yatırıb.

Prezident İlham Əliyev “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir.
Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırmışdır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər reallaşdırılır. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.
Dünyada mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Quba da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda 2011-ci ilin aprelində tikintisinə başlanmış və artıq istismara hazır olan “Rixos Quba Azerbaycan” otel kompleksi də həmin istiqamətdə atılan addımlardan biridir. Prezident İlham Əliyev bu ilin sentyabrında Qubaya səfər edərkən bu otelin mükəmməl infrastruktura və müasir xidmət şəbəkəsinə malik bir kompleks kimi formalaşması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdi. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaycan” oteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.

Rza Zərrabdan alınan rüşvət ayaqqabı qutusunda- 4,5 milyon dollar

alt

Adı azərbaycanlı iş adamı Rza Zərrabla rüşvət qalmaqalında hallandırıldığı üçün saxlanılan “Halk Bank”ın müdiri Süleyman Aslanın evindən 4,5 milyon dollar tapılıb. 

Bank müdiri pulları ayaqqabı qutularının içində gizlədib. 

Bank müdirinin xanımı bir telefon danışığında “yaşıllar gəldi” ifadəsi işlədib. Bununla da bank müdirinin pulları evində saxladığı təxmin edilib.

Evdə aparılan axtarış zamanı kitabxanada saxlanılan ayaqqabı qutularının içindən 4,5 milyon dolaar tapılıb.

Qeyd edək ki, S.Aslanın rüşvət müqabilində R.Zərraba İrana külli miqdarda çirkli pul transfer etməyə kömək etdiyi bildirilir.

Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

Dekabrın 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 45 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 19 nəfər tutulmuşdur.

Nazir model sevgilisini öpdü; müxbirlər utandı

alt

Danimarka hökumətindəki son dəyişiklikdən sonra qida naziri vəzifəsini tutan Dan Jörgensen mətbuata model sevgilisini tanıdıb.

Vəzifəsinə təyinatdan sonra evinə gedən naziri qapının qarşısında anası və sevgilisi qarşılayıb. Nazir model sevgilisini mətbuatın gözü qarşısında öpərək “Bu mənim sevgilimdir” deyib. 

Naziri model sevgilisini mətbuatın gözü qarşında öpərkən müxbirlər üzlərini kənara çeviriblər. 

Hökumət üzvünün alt paltarları tanıtımı ilə məşğul olan sevgilisi nazirin onu öpməsindən danışmaq istəməyib.

Çin “dovşan“ını Aya endirdi - Video

alt

Çinin “Yuytu” (Nefrit dovşan) adlı lunaxodu bazar günü səhər onu daşıyan moduldan ayrılaraq yarım saat sonra Ayın səthinə çıxıb. ​ "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, proses bütünlüklə videoya çəkilib. “Nefrit dovşa”nı şənbə günü Bakı vaxtıyla 18.11-də “Çanye-3” təhqiqat aparatının bortunda ayın səthinə enib. Bazar günü səhər isə yerin süni peykinin səthinə çıxıb. Bu, Çin kosmik aparatının Aya ilk enişi kimi tarixə keçib. Lunaxod saatda 200 metr sürətlə hərəkət edə bilir. Onun əsas məqsədi Ayın geoloji quruluşu və səthindəki cismləri öyrənməkdir. “Nefrit dovşan”ın yerin süni peykində üç ay qalması nəzərdə tutulur. Lunoxod ilahə Çanyeyə məxsus mifik dovşanın şərəfinə belə adlandırılıb. 

Nelson Mandelaya görə bayraq endirildi- FOTO

alt

BMT-nin Azərbaycandakı Nümayəndəliyi Cənubi Afrika Respublikasının (CAR) lideri Nelson Mandelanın vəfatı münasibətilə BMT bayrağını endirib.

Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən məlumat verilib. 

Qeyd edək ki, Cənubi Afrika Respublikasının lideri, sabiq prezident Nelson Mandela cari ilin iyun ayında kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Noyabrda CAR hökuməti onun səhhətinin stabil kritik vəziyyətdə olduğunu təsdiqləyib. N. Mandela dekabrın 5-də dünyasını dəyişib. Hazırda onunla vida mərasimləri davam edir. CAR lideri dekabrın 15-də dəfn olunacaq.

N. Mandela CAR tarixində ilk qaradərili prezident olub. O, 1994-cü ilin may ayından 1999-cu ilin iyununadək ölkəni idarə edib. Aparteid rejiminə qarşı fəal mübarizə apardığına görə ömrünün 27 ilini həbsxanada keçirib. 1993-cü ildə N. Mandela Nobel sülh mükafatına layiq görülüb.

Saytda Axtarış

Son xəbərlər