Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün312
DünənDünən1617
Bu həftəBu həftə9311
Bu ayBu ay40854
Bu günə qədərBu günə qədər7529071

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Biznesmen Ben Ladenə görə 25 milyon dollar mükafat istəyir

alt

Amerikalı biznesmen Tom Li “Əl-Qaidə” lideri Üsame Ben Ladenin öldürülməsi üçün mükafat tələb edir. Biznesmen bu tələbini hələ 2003-cü ildə Ben Ladenin gizləndiyi yeri xüsusi xidmət əməkdaşlarına söyləməsi ilə əsaslandırır.

25 milyon dollar mükafat istəyən amerikalı biznesmen Federal Təhlükəsizlik Bürosuna bu xidməti müqabilində 25 milyon dollar istəməsini tam ədalətli hesab edir.

AzNews.az xəbər verir ki, “Associated Press” amerikalı biznesmen Tom Linin hüquqlarını müdafiə edən “Loevy & Loevy” hüquq firmasının FTB-nün rəhbəri Ceyms Komiyə məktubunu yayıb.

Məktubda bildirilir ki, qiymətli daşların ticarəti ilə məşğul olan Tom Li 2003-cü ildə “Əl-Qaidə” liderinin Pişəvərdən Abbotabada getdiyi barədə məlumat alıb. Ona bu məlumatı Ben Ladeni müşayət edən Pakistan xüsusi xidmət orqanlarının əməkdaşı verib. Bundan sonra Tom Li məlumatı FTB-na ötürüb. FTB məsələ ilə bağl hələlik açıqlama verməyib.

Qeyd edək ki, 1998-ci ildən dünyanın ən təhlükəli terrorçuları sırasında yer alan Ben Laden 2011-i ildə Abbortabadda öldürülüb. Əməliyyatda pakistanlı həkim Şakil Afridinin xüsusi rolu olub. O, ərazidə peyvəndləmə apararkən Ben Laden barədə topladığı məlumatları ABŞ kəşfiyyatına ötürüb.

Ben Laden öldürüldükdən sonra Şakil Afridi dövlətə xəyanətdə ittiham edilərək 33 il azadlıqdan məhrum edilib.

Facebook 155 milyon istifadəçi ilə birincidir

alt"Facebook" 1 milyard 155 milyon aylıq fəal istifadəçisi ilə siyahıda birinci, “Youtube” video portalı 1 milyard istifadəçisi ikinci yerdə qərarlaşıb.

Çinin ən böyük sosial şəbəkəsi olan "Qzone" isə üçüncüdür. Bu şəbəkədə 712 milyon aktiv istifadəçi var. Qeyd edək ki, bu rəqəm yalnız çinlilərin sosial şəbəkəyə girişidir.

Sonrakı yerlərdə isə "Sina Weibo" (aylıq istifadəçi sayı 500 milyon), "Whatsapp" (aylıq istifadəçi sayı 350 milyon), "Google+" (aylıq istifadəçi sayı 327 milyon), "Tumblr" (aylıq istifadəçi sayı 300 milyon), "LINE" (aylıq istifadəçi sayı 275 milyon), "Twitter" (aylıq istifadəçi sayı 240 milyon) və "WeChat" (aylıq istifadəçi sayı 236 milyon) şəbəkələri qərarlaşıb.

Kabusa çevrilən xilasetmə əməliyyatı

alt

ABŞ-da aşan avtomobilinin qurtarılması üçün evakuator çağıran qadın kömək istədiyinə peşiman olub.

AzNews.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, əvvəl normal başlayan qurtarma əməliyyatı qısa müddət sonra kabusa çevrilib. Avtomibil qurtarıldıqdan sonra yoldakı dərəyə yuvarlanıb.

İki ölkə arasında narkotik tuneli aşkarlandı

alt

ABŞ - Meksika sərhəddində narkotik alverçiləri tərəfindən istifadə olunan “super tunel” aşkarlanıb.


AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 10 metr dərinlikdən çəkilən tunel aşkarlandıqdan sonra 3 nəfər nəzarətə alınıb.

Meksikanın Tijuana sərhəd bölgəsindən başlayaraq, San Dieqo şəhərindəki bir deponun içində başa çatan tuneldə narkotik qaçaqmalçılığı üçün elektron relsli sistemin qurulduğu, tunelin içinin işıqlandırma və havalandırma sistemlərinin yüksək səviyyədə olduğu bildirilir.

Yaşayış binasında partlayış: xəsarət alan var

altYasamalda yanğın hadisəsi qeydə alınıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb. Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri alıb və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.

“Bakı Caz festivalı - 2013” çərçivəsində növbəti konsert proqramı təqdim olunmuşdur

Oktyabrın 31-də Bakı Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Bakı Caz festivalı - 2013” çərçivəsində növbəti konsert proqramı təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, konsert proqramında Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin vibrafon ifaçısı Allahyar Vəzirov səhnəyə çıxmışdır.
Bakı Caz festivalında ilk dəfə iştirak edən Allahyar Vəzirov C.Jobimin “How İnsensative”, Carlos Sontananın “Maria” və “Şokaladın tamı” adlı caz musiqilərini improvizasiyada ifa etmişdir.
Azərbaycanda yeganə vibrafon ifaçısı olan A.Vəzirov əcnəbi caz musiqiləri ilə yanaşı, özünün “Çikaqo” əsərini də cazsevərlərə təqdim etmişdir.
Müxtəlif kompozisiyalar ifa edən Allahyar Vəzirovun çıxışı tamaşaçıların gurultulu alqışları ilə qarşılanmışdır.

Azərbaycanda ilk dəfə ömürlük məhkumun həbsxanada nikah mərasimi keçirilib

altBu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasimi keçirilib.


APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov, jurnalistlər, məhkumun ailə üzvləri iştirak edib. Mərasimdə çıxış edən R. Ramazanov Sergey Strelyayevlə Lüdmila Alenikovaya xoşbəxtlik arzu edib. O, bildirib ki, Azərbaycanda məhkumların saxlanılması üçün hər bir şərait yaradılıb: “Məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Hər zaman Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”.

Milli Məclisdə biabrçı olay- VİDEO (Fotolar)

alt

Bu gün Milli Məclisin növbəti plenar iclasında kuryoz hadisə baş verib.

Qanunların qəbulu zamanı deputatlardan bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.

Gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkilib. Həmin fotolardan da aydın görünür ki, qanunlar qəbul edilərkən deputatlar zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər. Başqasının yerinə səs verən deputatlardan birinin Ceyhun Osmanlı olması dəqiq müəyyən edilib. Digərlərinin də adlarını öyrənməyə çalışacağıq.

altaltaltalt

Maykl Ceksonun həkimi azadlığa çıxdı

alt

Qəsdən adam öldürmə maddəsiylə 4 il həbs cəzasına məhkum olan, pop ulduğu Maykl Ceksonun həkimi Murray azadlığa buraxılıb.

2009-cu ildən M.Ceksonun yanında işə başlayan Murray, müğənninin yuxusuzluq problemini müalicə etmək üçün “Propofol” adlı dərmandan istifadə etdiyini bildirib. 

Prokuror M.Ceksonun həyatını itirdiyi gün həkimin müğənniylə maraqlanmadığını irəli sürüb. 

Qeyd edək ki, Maykl Ceksonun ailəsi həkimə verilən cəzanın az olduğunu bildirərək, ikinci dəfə məhkəməyə müraciət edib. 

“Günəşdə aktivlik getdikcə azalır”

alt

"Günəşdə aktivlik getdikcə azalır. Əvvəllər, yəni 50-60-70-ci illərdə olan aktivlik indi günəşdə müşahidə olunmur. Onun səbəbi isə məlum deyil”.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.

O bildirib ki, günəşin içərisində nüvə reaksiyası eyni sürətlə getdiyi üçün aktivliyin həddi və səviyyəsi sabit qalmalı idi. Amma burada azalmanın qeydə alındığını deyən N.Cəlilov qeyd edib ki, bunun səbəbləri hələlik müəyyən edilməyib: “Bu proseslərin müsbət nəticələri var. Alışmalar zəifdirsə və atılan kütlələr intensiv deyilsə yerdə rahat yaşaya bilərik ki, Günəşdən bizə qorxu yoxdur”.

Günəşdə baş verən alışmalar barədə də məlumat verən N.Cəlilov qeyd edib ki, dünən daha bir alışma qeydə alınıb: “Bu da əvvəlkilər kimi orta səviyyəli alışmadır. İndi Günəş aktivliyinin maksimum həddində olduğumuzdan, belə alışmalar tez-tez olur. Demək olar k, həftədə bir dəfə qeydə alınan belə alışmalar çox güclü deyillər. Onlar yerə yönəlsə də, biz onları hiss etmərik. Günəş aktivliyinin maksimum həddi 2014-cü ilin ortalarınadək davam edəcək. Bundan sonra isə Günəş aktivliyi minimuma doğru gedəcək”. 

Gülər Əhmədovanın səhhəti pisləşdi

alt

Məhkəmə təxirə salındı 


Məhkəmədə Gülər Əhmədovanın səhhətində problem yaranıb. O, danışa bilməyib, fikirlərini ifadə etməkdə çətinlik çəkib, dərman qəbul edib. 

Həkimlərin müttəhhimə tibbi yardım göstərməsi üçün hakim yarım saatlı fasilə elan edib. 

Daha sonra məhkəmə təxirə salınıb və onun oktyabrın 31-də saat 10.30-da davam etdirilməsi qərara alınıb. 

Azərbaycan CAREC ölkələrinin XII Nazirlər Konfransında iştirak edib

alt22-24 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) XII Nazirlər Konfransı keçirilib, Konfrans çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitənin və Yüksək Vəzifəli Rəsmilərin iclasları təşkil olunub. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə CAREC ölkələrinin 2020-ci ilədək Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası, 2013-2017-ci illər üzrə Ticarət Siyasətinin Strateji Fəaliyyət Planı, enerji sektoru üzrə məsələlər, İnkişafın Səmərəliliyinin Qiymətləndirilməsi Metodologiyası üzrə İlkin İcmal, CAREC İnstitutunun yaradılması məsələləri müzakirə olunub.

Konfransın sonunda CAREC ölkələri nazirlərinin Birgə Bəyanatı qəbul edilib. Bəyanatda CAREC proqramının uğurla davam etdiyi, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyi vurğulanıb, enerji sektorunda yeni layihələrin təqdim edilməsi təklif olunub, əməkdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələrin səmərəliliyini təmin etmək məqsədilə CAREC İnstitutunun yaradılması təşəbbüsü dəstəklənib.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.

Saytda Axtarış

Son xəbərlər