Dalga Televiziyasi Fövqəladə hallarla mübarizəyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Azərbaycanın təcrübəsini maraqla qarşılanmışlar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün62
DünənDünən1090
Bu həftəBu həftə62
Bu ayBu ay42771
Bu günə qədərBu günə qədər7530988

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Fövqəladə hallarla mübarizəyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Azərbaycanın təcrübəsini maraqla qarşılanmışlar

altGürcüstan paytaxtında fövqəladə hallara qarşı mübarizədə fəaliyyətin üstün aspektlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Konfransda 10-dək ölkədən 45 nümayəndə iştirak edir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarəetmə mərkəzi “112” çevik reaksiya idarəsinin rəisi Yalçın Xələfov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, ölkəmiz konfransda üç nəfərlik heyəti ilə təmsil olunur. Konfrans iştirakçıları ilə fövqəladə hallarla mübarizədə qazanılmış təcrübə barədə fikir mübadiləsi aparılır, gələcək fəaliyyətin prioritetləri müəyyənləşdirilir.
Y.Xələfov Azərbaycanda bu sahədə qazanılmış müsbət təcrübənin iştirakçıların marağına səbəb olduğunu vurğulamış, onlardan bəzilərinin əməkdaşlığa maraq göstərdiklərini qeyd etmişdir. Onun sözlərinə görə, ölkəmizdə fövqəladə hallar üzrə ayrıca nazirliyin fəaliyyət göstərməsi də diqqəti çəkmiş və nümayəndə heyəti Azərbaycan Prezidentinin bu strukturun daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsi barədə də iştirakçılara geniş məlumat çatdırmışdır.
Vurğulanmışdır ki, həm təcrübə mübadiləsi, həm də böhran vəziyyətində səfərbərlik və başqa məqamlar baxımından konfrans mühüm əhəmiyyət kəsb edir.
Gürcüstan Daxili İşlər Nazirliyi fövqəladə hallar xidməti “112”-nin direktoru Georgi Bicaşvili də AzərTAc-ın müxbiri ilə söhbətində konfransın fövqəladə hallara qarşı mübarizə xidmətləri sistemində həyata keçirilən yeniliklər və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır. G.Bicaşvili qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstanın böhran vəziyyətində daim bir-birinə yardım etdiyini, bu sahədə əməkdaşlığa dair rəsmi sənəd imzalandığını qeyd etmişdir. O sözünə davam edərək demişdir: “Ölkələrimizin bu sahədə müsbət təcrübəsi vardır və biz onu öz aramızda paylaşırıq. İndi isə bu təcrübəni beynəlxalq konfransın iştirakçıları ilə də bölüşmək imkanı qazanmışıq”.
Konfrans öz işini noyabrın 26-da başa çatdıracaqdır.

Saytda Axtarış

Son xəbərlər