Dalga Televiziyasi “Euronews” kanalında “BakuTel-2013” sərgisi ilə bağlı süjet yayımlanmışdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün69
DünənDünən1090
Bu həftəBu həftə69
Bu ayBu ay42778
Bu günə qədərBu günə qədər7530995

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Euronews” kanalında “BakuTel-2013” sərgisi ilə bağlı süjet yayımlanmışdır

Azərbaycan paytaxtında keçirilən “BakuTel-2013” XIX Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi artıq bir neçə gündür ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Dünyanın nüfuzlu televiziya kanallarından olan “Euronews”un sərgi haqqında geniş süjet hazırlaması bunu bir daha təsdiq edir.
AzərTAc xəbər verir ki, reportajın müəllifi - “Euronews”un müxbiri Qalina Polonskaya “BakuTel”in dünyada ildən ilə daha böyük maraqla qarşılandığı xüsusi vurğulayaraq Azərbaycan paytaxtında bu sərginin keçirilməsinin telekommunikasiya bazarında mühüm hadisə olduğunu bildirmişdir. Müəllif diqqətə çatdırmışdır ki, “BakuTel-2013”ə müxtəlif ölkələrdən mütəxəssislər, ekspertlər gəlirlər. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün yaxşı platformadır.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”un müxbirinə müsahibəsindən aşağıdakı fikirlər də yer almışdır: “Bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır”.
Videosüjetdə su və işıqla təchiz olunmuş “Ağıllı ev”ə, eləcə də digər funksiyalara və sistemlərə smartfon vasitəsilə nəzarət edildiyi vurğulanmışdır. Bildirilir ki, sistemin köməyi ilə evi açmaq və bağlamaq olar, hətta qəhvədanı və paltaryuyan maşını da işə salmaq mümkündür.
“Azercell” şirkətinin böyük mütəxəssisi Günay Məmmədli deyir: “Təsəvvür edin ki, bir adam başqa qitədədir, tamamilə başqa yarımkürədə yerləşən evini mobil telefon vasitəsilə idarə edir.
Yəni, bu, ilk növbədə təhlükəsizlikdir. Həmin adam evdə nə baş verdiyindən xəbər tutur”.
Bildirilir ki, sərgidə israilli mühəndislər yeni ixtiralarını nümayiş etdirirlər. Bədənin hərarətini, qanda şəkərin səviyyəsini və digər parametrləri ölçən mobil telefon həkimə xəstələrin səhhəti barədə diaqnoz qoymağa imkan yaradır.

Saytda Axtarış

Son xəbərlər