Dalga Televiziyasi Orxan Zeynalovla bağlı daha bir bəyanat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün40
DünənDünən1090
Bu həftəBu həftə40
Bu ayBu ay42749
Bu günə qədərBu günə qədər7530966

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Orxan Zeynalovla bağlı daha bir bəyanat

alt

MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli idarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyasındakı Azərbaycan nümayəndə heyəti bəyanatla çıxış edib.

Azərbaycan parlamentinin deputatları Arif Rəhimzadə, Fəzail Ağamalı və Ərəstun Cavadovun imzaladığı bəyanatda bildirilir ki, Moskvanın Biryulevo rayonunda baş verənlər və Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirləndirilən şəxs kimi saxlanılması Azərbaycanda ciddi narahatlıq yaradıb.

Baş verənlərdən təəssüfləndiyini bildirən və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verən deputatlar hesab edirlər ki, günahkar qanunla cəzalandırılmalıdır: “Bununla belə, KİV-də aparılan kampaniya, Biryulevodakı iğtişaş və talanlar ciddi problemlər yaradır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır. Onlar Rusiya vətəndaşları kimi zəhmətlə yaşayır, Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edir, iqtisadiyyatın inkişafına müəyyən töhfələr verirlər”.

Azərbaycan Milli Məclisinin üzvləri hesab edir ki, son hadisələrdə təqsirsizlik prezumpsiyasının pozulması, şübhəli şəxsin təpiklənərək ciddi xəsarətlər alması və bunun telekanallarda göstərilməsi cavabsız qalmamalıdır: “Dövlət orqanları və MDB-nin müvafiq orqanları bu faktlardan ciddi nəticə çıxarmalıdır. Biz Rusiya ilə Azərbaycan arasındakı ənənəvi dostluq əlaqələrini qoruyub saxlamalı, müəyyən qüvvələrin təsiri altında hərəkət edən siyasi baxımdan savadsız adamların bu münasibətlərə təsir etməsinə imkan verməməliyik”.

Saytda Axtarış

Son xəbərlər