Dalga Televiziyasi Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadədən
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün60
DünənDünən1090
Bu həftəBu həftə60
Bu ayBu ay42769
Bu günə qədərBu günə qədər7530986

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadədən

Cənab Prezident,
İlk növbədə biz, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edir və buna çox sevindiyimizi bildiririk. Biz, Sizə - hörmətli Azərbaycan Prezidentinə dünya azərbaycanlılarının möhkəm arxası, ümidi və sevimlisi olan bir rəhbər kimi həmişə inanmışıq, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyiniz qayğı və diqqətə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Gürcüstanda çalışan azərbaycanlı jurnalistlər bildirirlər ki, Sizin prezident seçkilərində ədalətlə, azad və şəffaf, demokratik və beynəlxalq standartlara uyğun parlaq qələbə qazanmağınız doğma Azərbaycanımızın, eyni zamanda, doğulduğu və məskunlaşdığı yerdən asılı olmayaraq harada yaşasalar da – azərbaycanlıların uğurlu gələcəyidir.
Hörmətli Prezident, əminik ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət biz azərbaycanlıların xoşbəxt gələcəyini həmişəlik təmin edəcəkdir. Biz jurnalistlər də bu həqiqətə həmişə inanmışıq və biz öz məqsədyönlü fəaliyyətimizlə Azərbaycan həqiqətlərini, onun Prezidentinin siyasi kursunu dəstəkləyir və təbliğ edirik.
Bu il keçirilən 9 oktyabr prezident seçkiləri də tarixə qızıl hərflərlə yazıldı. Biz jurnalistlərin istəyi odur ki, Sizin rəhbərliyiniz ilə Dağlıq Qarabağ problemi də birdəfəlik həll edilsin və Azərbaycanın bu yolda qələbəsi də tarixə qızıl hərflərlə yazılsın. Biz Sizin apardığınız müdrik siyasətin uğur qazanacağına inanırıq. Əminik ki, Azərbaycan qüdrətli və çiçəklənən bir ölkə kimi bu ağrılı problemi həll edəcəkdir.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, xalqımıza gözaydınlığı verir və qeyd edirik ki, Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz, Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlər Sizin uğurlarınıza həmişə sevinir, möhtəşəm və məqsədyönlü fəaliyyətinizdən qürur hissi duyuruq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik.
Dərin hörmətlə,
Nizami Məmmədzadə
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri

Saytda Axtarış

Son xəbərlər