Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün495
DünənDünən1299
Bu həftəBu həftə8739
Bu ayBu ay46477
Bu günə qədərBu günə qədər7473811

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Azərbaycan ilin sonuna qədər “Azərspace-1” peykindən 10 mln. dollar gəlir əldə etməyi planlaşdırır

alt“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 9 ayın yekununa dair müsahibəsində deyib.

Nazir bildirib ki, ölkədə internetin əlçatanlığı daha da asanlaşıb və bu kateqoriya üzrə Azərbaycan 20-ci mövqedə durur.

“Həmçinin biz Dövlət Neft Fondu ilə geniş optik internetin infrastrukturunun yaradılması üçün işləri davam etdirdik və həmin işlər yekunlaşıb. Çox güman ki, gələn ildən onun reallaşmasına başlayacağıq”, - deyə Ə. Abbasov bildirib.

Rəqəmsal televiziyanın yayımına toxunan nazir əlavə edib ki, bu hədəfə artıq 96% nail olublar. Proses bu sürətlə davam edərsə, ilin axırına qədər efir 100% rəqəmsallaşdırılacaq: “Bu müddət ərzində elektron hökumət sahəsində xeyli iş görülüb, 340 min elektron xidmət alınıb və bu rəqəm getdikcə artır. “Azərspace-1” peykinin orbitə çıxarılması ən böyük nailiyyətimiz oldu. Artıq ilin axırına qədər “Azərspace-1” peykinin göstərdiyi xidmət sayəsində təxminən 10 mln. dollar gəlir əldə etməyi planlaşdırırıq. Həmçinin yerüstü stansiyalarının genişləndirilməsi, müşahidə peykinin orbitə çıxarılması üçün işlər davam edir. Azərbaycan kosmik ölkələr sırasında yox, dünyanın kosmik bazarında da mövqeyini möhkəmləndirməyə başlayıb. Yekun olaraq isə qeyd etmək istərdim ki, BMT Baş Assambleyasının verdiyi qərara görə, Azərbaycan Avrasiya regionunda Rabitə İttifaqının yaradılması üçün müəyyən tövsiyələr alıb. Bununla da, Azərbaycan burada öz koordinatorluğunu həyata keçirəcək”.

Əfv Komissiyasının iclası keçirildi

alt

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Komissiyadan verilən məlumata görə, iclasda əfv məsələləri ilə bağlı bir sıra vacib məqamlar müzakirə olunub.

Qeyd edək ki, Əfv Komissiyasının iclasları sentyabr ayının əvvəlindən mütəmadi olaraq keçirilir. Bugünkü iclasın sonuncu olduğu ehtimal edilir.

Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.

Yaxın vaxtlarda ölkə başçısının əfv fərman verməsi gözlənilir.

Türk-Rus əlaqələrindən bəhs edən filmin yayımı dayandırılır

altRusiyada Türkiyənin məşhur seriallarından olan “Mühteşem Yüzyıl”a rəqib olması gözlənilən “Yasmin” ekranlardan yığışdırılır.

Rusiyanın dövlət kanallarından olan “Perviy Kanal” belə qərara gəlib. Serialın yayımının dayandarılmasına səbəb isə, onun tamaşaçılar tərəfindən sevilməməsi olub.

Qeyd edək ki, “Yasmin” serialında Türk-Rus əlaqələrindən bəhs edilirdi.

Emin Ağalarovun restoranı yandı - Video

alt

Rusiyanın paytaxtı Moskvada bir neçə yanğınsöndürən maşın Rose Bar restoranının dam örtüyündə baş vermiş yanğın barədə siqnalla hərəkətə keçiblər.

İlkin məlumata görə yanğına binanın damında ağac örtüyün alışması səbəb olub.

“Yanğının sahəsi bir neçə kvadrat metr təşkil edir. Açıq yanma müşahidə olunmur, lakin közərən materiallardan güclü tüstü çıxır” – deyə, yanğınsöndürənlər bildiriblər.

Rusiya FHN-nin Moskva üzrə mətbuat xidmətindən faktı təsdiqləyiblər.

“Restorana bitişik tikili yanıb, alışma yeri dam örtüyündə olub. Zərərçəkmiş yoxdur, təxliyyə aparılmayıb. Yanğın yerli vaxtla saat 11:50-də söndürülüb” – deyə, FHN-nin Moskva üzrə Baş idarəsinin növbətçi zabiti Sergey Vlasov bildirib.

Qeyd edək ki, adı çəkilən Rose Bar restoranı məşhur azərbaycanlı müğənni Emin Ağalarova məxsusdur.

Baş nazirin ofisi qarşısında təkər yandırıldı

alt

Belçika paytaxtı Brüsseldə yanğınsöndürənlər təşkilatlarına daha çox büdcə vəsaiti ayrılması tələbi ilə etiraz aksiyaları keçirilib. 

Baş nazirin ofisi qarşısında keçirilən aksiyada 70 yanğınsöndürən və 15 yanğınsöndürən maşın iştirak edib. 

Hökumətdən təşkilatlarına daha çox büdcə ayrılmasını tələb edən yanğınsöndürənlər diqqəti çəkmək üçün aksiyada öz peşələrini də icra ediblər. 

Yanğınsöndürənlər əvvəl baş nazir Elio Di Ruponun ofisinin olduğu prospektdə təkər yandırıblar. 

Belçika Yanğınsöndürənlər Federasiyası və hökumət səlahiyyətlilərinin sabah bu mövzunu müzakirə edəcəyi bildirilir. 

iPhone 5S- 194 dollar

alt

Mütəxəssislər iPhone 5S-in 649 dollara olan 16 Gb-lıq versiyasının real qiymətini öyrənməyə cəhd ediblər.

Bunun üçün onlar telefonun hazırlanmasında istifadə olunan bütün detallarının qiymətini araşdırıb. Telefonun ən bahalı hissəsi onun prosesorudur. Onun dəyəri 36 dollar, 50 sentdir. Telefonun növbəti bahalı hissəsi 29 dollar civarında olan displeyi və sensorudur. Telefonun Qualkom çipi isə 25 dollar 50 sent dəyərində qiymətləndirilir. iPhone 5S-in çox satılmasında böyük rol oynayan telefonun arxa və ön kamerasının birgə dəyəri isə 15 dollardır. 16 Gb-lıq yaddaş kartı isə cəmi 9 dollardır. Telefonun digər detalları olan batareya, wifi, blutuz və GPS-in birgə dəyəri 13 dollar dəyərində qiymətləndirilir. 5S-in elektron olmayan cihazlarının birgə dəyəri isə 66 dollardır. Bütün bunları topladıqda iPhone 5 S-in əsl dəyərinin 194 dollar olduğu aşkar olur. Apple şirkətinin xalis gəliri isə 455 dollardır.

2013-cü ilin ilk Nobel mükafatçıları bəlli oldu

alt

2013-cü ilin fizioligiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Amerikalı Ceyms Rotman və Rendi Şekman, eləcə də alman alimi Tomas Zyudofa bu nüfuzlu mükafat veriləcək. Bu barədə Stokholmdakı Kral İnstitutunun Nobel komissiyası məlumat yayıb. 

“The New York Times” xəbər verib ki, 53 yaşlı Ceyms Rotman Harvard Universitetində və Massaçuset Texnologiya institutunda işləyib. Rendi Şekman isə Kaliforniya Universitetinin elmi heyətinin üzvü olub. Tomas Zyudof 2008-ci ildən Stendfort Universitetinin professorudur. Bundan əvvəl də nüfuzlu mükafatların sahibi olan alimlər Nobel mükafatı qalibləri arasında olmağı sevinc hissi ilə qarşılayıblar. 

2013-cü ilin ilk Nobel mükafatı laureatlarının mükafatlandırma mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. 

Psixologiya və ya tibb üzrə Nobel mükafatçısı bəlli oldu

alt

2013-cü il Nobel mükafatlarının verilməsi həftəsi bu gündən başladı. 

Nobel Komitəsi və İsveç Akademiyası 2013-cü ilin Nobel mükafatçılarının adlarını 7-14 oktyabr tarixləri arası açıqlayacaq. 

Bu gün, bir neçə dəqiqə əvvəl isə Psixologiya və ya Tibb üzrə Nobel ödülçüsünün adı elan edildi.

Bundan sonra başqa sahələr üzrə mükafatın verilmə ardıcıllığı isə belədir:

Fizika: Çərşənbə axşamı, 8 oktyabr

Kimya: Çərşənbə, 9 oktyabr

Sülh: Cümə, 11 oktyabr

İqtisadiyyat: Bazar ertəsi, 14 oktyabr

Ədəbiyyat: Vaxtı hələ elan olunmayıb.

Ənənəyə uyğun olaraq İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel Mükafatının qalibinin elan edilməsi tarixini hələ açıqlamayıb. Bu tarix cümə axşamı İsveç Akademiyası tərəfindən elan olunacaq.

Hər bir Nobel mükafatının dəyəri 1 milyon dollardır. Psixologiya və ya Tibb üzrə Nobel mükafatı İsveçin paytaxtı Stokholm şəhərində təqdim olundu.

Ödülü Nobel komitəsinin katibi Goran K.Hansson təqdim etdi.
Beləliklə, Nobel mükafatının Psixologiya və ya Tibb üzrə qalibi Rendi Şekmən oldu. Rendi Şekmən 1948-ci ildə doğulub, indilər Kaliforniya Universitetində çalışır.

Baş leytenant 3 dəqiqəyə mayor olur- VİDEO

alt

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Milli Ordunun əsgərləri ilə görüşünü əks etdirən video kadrlar sosial şəbəkələrdə yayılıb. 

Həmin görüntülərdə Milli Ordunun baş leytenantını təltif edilərkən onlar arasında baş tutan dialoq böyük maraqla qarşılanıb. Həmin dialoqda baş leytenantın çıxışından sonra Heydər Əliyev ona mayor rütbəsi verilməsi haqda göstəriş verir. 

3 yaşlı İmran Almaniyada növbəti dəfə əməliyyat olunub

Almaniyanın "Şarite" Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsinə yerləşdirilən 3 yaşlı İmran Cəfərzadə yeni müayinə əməliyyatı keçirib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barəədə APA TV-yə danışıb.

İmranın müalicəsi davam etdirilir, hələlik onun nə qədər müddətdə orada qalacağı bilinmir. Azərbaycanın Almaniyadakı Səfirliyi "Şarite” klinikası ilə mütəmadi əlaqə saxlayır.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir. İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

"Skype" qadağan edildi

alt

Pakistanda "Skype" proqramındanşmaq istifadə qadağan edilib.

Proqrama giriş 3 aylıq əngəllənib. "Skype" ilə yanaşı "Viber" və "Whats App" kimi proqramlar da qadağan edilib. Təhlüksəzilik məsələlərinə görə bağlanan tətbiq edilən qadağa ölkənin Sindh əyalətindəki gizli mesajlaşmanın təmin edilməsindən sonra tətbiq edilib. 

Ölkə rəsmiləri təhlükəsizlik xidmətlərini səbəb göstərdikləri qadağada vurğulayıblar ki, bu cür xidmətlərdən terrorist qruplar öz məqsədləri üçün istifadə edirlər.

Aşıq Kamandarın ev muzeyinə status verilib

altGürcüstanda Aşıq Kamandar Əfəndiyevin ev muzeyinə status verilib.

Bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müşaviri Giorgi Qeqoçkori bildirib.

Onun sözlərinə görə, bu hadisə gürcü və Azərbaycan xalqları üçün böyük əhəmiyyət kəsb edir: “Nazirimiz Quram Odişariya iki həftə əvvəl Aşıq Kamandarın yaşadığı kənddə olub və onun öz əli ilə tikdiyi evdə aşığın ev muzeyinin və heykəlinin açılışını keçirib. Aşıq Kamandar istedadlı aşıq olub. Mədəniyyətlərimizin inkişafı hər iki milləti sevindirir. Gürcüstanda azərbaycanlıların heç bir problemi yoxdur. Mən iki həftədən sonra Bakıya gedəcəyəm. Azərbaycan Rəssamlıq Akademiyası ilə əməkdaşlıq barədə memorandum imzalayacağıq”.

Tiflisdəki “Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramilə Əliyeva  Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin Azərbaycan aşıqlarının festivalını keçirəcəyini bildirib: “Bu tədbiri nazir Quram Odişariya ilə müzakirə etmişik. Festivala 6 ölkədən türkdilli aşıqlar dəvət olunacaq”.

Saytda Axtarış

Son xəbərlər