Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün145
DünənDünən957
Bu həftəBu həftə9346
Bu ayBu ay47084
Bu günə qədərBu günə qədər7474418

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Pişik balaları metronu iflic etdi

altİki pişik balası Nyu-York metrosunda qatarların hərəkətində ciddi problemlər yaradıb.

Metronun əməkdaşları relslərin arasında qaçışan iki pişik balasını tutmaq üçün saatlarla çalışıblar.

İki pişik balasını Bruklindəki stansiyanın işçisi görüb.

Bundan sonra Nyu-York metropoliteninin rəhbərliyi həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

"Hansısa pişikləri xilas etmək üçün qatarların hərəkətinin dayandırılması barədə elanı eşitdim. Etiraf edirəm, təbii, evə daha tez çatmaq istərdim. Amma əsas məsələ bu zavallıları xilas etməkdir", - metronun sərnişini Sandra Polel deyib.

Pişik balalarını tutmağa çalışan metro əməkdaşlarına Bruklin sakinləri də qoşulublar.

Sonucda iki polis zabiti balaca dəcəlləri tuta bilib.

“Lotu Quli”nin adamlarından Gürcüstan hökumətinə xəbərdarlıq: “Qulini Azərbaycandan alın”

altKriminal aləmin tanınmış nümayəndəsi, “Lotu Quli” ləqəbli Nadir Səlifovun avtoritet dostları Gürcüstan hökumətinə qeyri-rəsmi formada xəbərdarlıq edib.

Bu barədə  N.Səlifova yaxın mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, avqustun 28-də “Lotu Quli”nin 41 yaşının tamam olması münasibətilə Gürcüstanda bir araya gələn avtoritetlər bu ölkənin hökumət rəsmilərinə N.Səlifovun Azərbaycandan alınması üçün verdikləri külli-miqdarda rüşvətlərin nəticəsiz qalması barədə iradlarını çatdırıb və bir sıra nazirlərə xəbərdarlıq mesajı göndərərək, bu prosesi sürətləndirməyi tələb ediblər.

Qeyd edək ki, “Lotu Quli”nin Gürcüstana ekstradisiya edilməsi məsələsi bir neçə aydır gündəmdədir. N.Səlifovun qohumları bununla bağlı Gürcüstan hökumətinə müraciət etmiş, onun Azərbaycandan alınaraq, cəzasını vətəndaşı olduğu ölkədə çəkməsinə şərait yaradılması xahiş edilmişdi.

Bu barədə əldə etdiyimiz yeni məlumatlarda deyilir ki, məhz bu iş üçün “Lotu Quli”nin Gürcüstanda və Azərbaycanda olan mülklərinin əhəmiyyətli hissəsi satılıb və İvanaşvili hökumətindəki nazirlərdən bəzilərinə rüşvət verilib. Mənbənin sözlərinə görə, avtoritetlərin tələbi də məhz rüşvət verdikləri nazirlərdən olub. Kriminal aləm təmsilçiləri verdikləri pulun qarşılığında tələb edirlər ki, “Lotu Quli”nin ekstradisiya məsələsi sürətləndirilsin. Xatırladaq ki, “Lotu Quli”nin həbs müddətinin bitməsinə 7 ildən çox qalıb. Onun Gürcüstana ekstradisiya olunması prosesinin sürətlənməsini istəməsinin səbəblərindən biri də məhz budur.

Gənc Vüsalın ölüm işində təqsirləndirilən şəxs DİN-in polkovniki imiş

altXəbər verildiyi kimi, mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin ölümündə günahlandırılan Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb və hazırda onun ölkəyə ekstradisiyası ilə bağlı məsələlər həll olunur.

Alman vətəndaşının qətlinin sifarişçisi olduğu iddia edilən X.Əlizadə ilə bağlı  maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni olan Xəyal Əlizadə Qaradağ rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi olub. X.Əlizadə polkovnik-leytenantdır. Onun atası Məzahir Əliyev isə 1990-cı illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun son illərə kimi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilir. Polkovnik rütbəli M.Əliyevin, həmçinin, Bakı-Sumqayıt yolundakı Neapol restoranının da sahibi olduğu qeyd edilir. 
 Qaradağ RPİ-dən Xəyal Əlizadənin həqiqətən bu idarədə şöbə rəisi olduğunu, lakin şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi üçün işdən azad edildiyini bildiriblər. Əldə etdiyimiz məlumata görə, Xəyal Əlizadə Qaradağ RPİ-də rəsmi olaraq şöbə rəisi vəzifəsində çalışsa da, aylarla işə gəlmirmiş. Onun ailəsi ilə birlikdə Dubayda yaşadığı bildirilir.

Xatırladaq ki, Vüsal Şilderin anası Mətanət xanım da oğlunun ölümündə X.Əlizadəni ittiham etmiş, eyni zamanda onun Dubayla olan əlaqəsinə də toxunmuşdu. Onu da bildirək ki, ailə-məişət zəminində baş verən cinayət hadisəsində indiyə qədər şübhəli şəxs qismində Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov, həmçinin, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Qeyd edək ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin.Günahkarların tezliklə cəzalarını alacağı ümidi ilə ailəsinə səbr diləyirik.

Azərbaycan İstanbulda keçirilən dünya stomatoloqları konqresində təmsil olunur-

Türkiyənin İstanbul şəhərində dünya stomatoloqlarının 101-ci konqresinin açılış mərasimi olmuşdur.
 Toplantıda Azərbaycan Stomatoloqlar Assosiyasiyasının prezidenti, professor Rəna Əliyevanın başçılığı ilə ölkəmizin stomatoloqlarından ibarət nümayəndə heyəti də iştirak edir. 
Tədbirdə Avropa və Amerika qitəsinin 113 ölkəsindən 7 min diş həkiminin 1300 elmi məruzəsi dinləniləcəkdir.
Açılış mərasimində Türkiyə Stomatoloqları Birliyinin prezidenti Tanel Yücəl, Dünya Stomatoloqları Birliyinin prezidenti Orlando Monteiro da Silva, Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu çıxış edərək 4 gün davam edəcək konqresin işinə uğurlar arzulamışlar.
Bildirilmişdir ki, konqres bu il Avropada keçirilən ən böyük tədbirdir. Konqres çərçivəsində 71 konfrans, 7 panel iclası, 29 kurs, 16 mütəxəssislə görüş təşkil olunacaqdır. Qeyd edilmişdir ki, tədbir çərçivəsində Dünya Ağız Diş Sağlamlığı Forumu, Dünya Qadın Stomatoloqları Forumu, III Qonşu Ölkələr Stomatoloqları Birlikləri Əməkdaşlıq Platformu və 300 xarici şirkətin qatılacağı stomatologiya sərgisi keçiriləcəkdir. Bundan əlavə, stomatologiya sahəsində ən son texnoloji və elmi yeniliklər müzakirə ediləcəkdir.
Konqresin sonunda ağız və diş sağlamlığı ilə ümumi sağlamlıq arasındakı əlaqənin əhəmiyyətinə dair İstanbul Bəyannaməsi qəbul olunacaqdır.

Uşaq valideynini hansı hallarda məhkəməyə verə bilər?

Azərbaycanda uşaq hüquqları beynəlxalq konvensiyalar, Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Qanunla və digər normativ hüquqi aktlarla qorunur.
Ailədə uşaqların malik olduğu hüquqlar barədə danışan Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Vasif Həsənov qeyd etmişdir ki, həm beynəlxalq konvensiyalar, həm də Azərbaycan qanunvericiliyi ilə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin tələbinə görə, hər bir uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır.
Vəkil bildirmişdir ki, uşağın valideynləri olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, onun ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməlidir.
Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər.
V.Həsənov bildirmişdir ki, qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Köçəryan Göyçə gölündə istirahət edir - VİDEO

alt

Ermənistanın ikinci prezidenti Robert Köçəryan istirahət üçün məşhur Göyçə gölünü seçib. 

Erməni mətbuatı bu məlumatı eks-prezidentin rəsmi saytına istinadən yayıb. 

Məlumatla bərabər Köçəryanın göldəki sitirahətindən fotoşəkillər və video da yayılıb. 

Bolnisi rayon icra hakimiyyətinin azərbaycanlı müavini və bələdiyyənin sədri işdən azad edilib

altAPA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya açıqlamasında rayon icra hakimiyyəti başçısını əvəz edən Murman Kuraşvili bildirib. Onun sözlərinə görə, əmrin icrası sentyabrın 1-dən qüvvəyə minəcək. “Mən Xələddin İsmayılov ilə dostam və dost olaraq qalacam və biz onunla bir işləyəcəyik. Bir az vaxt keçdikdən sonra bilinəcək ki, bu oyun deyil. Biz qanunla iş görürük. Bütün sivilizasiyalı ölkələrdə dövlət vəzifələrində çalışan insanlar dövlət dilini bilməlidirlər. Bunu qanun tələb edir. Mən çox təəssüflənirəm, amma mənim borcum qanuna tabe olmaqdır”.

Azərbaycan Cənubi Koreyadan 3 milyard dollarlıq silah alacaq

alt

Azərbaycan Cənubi Koreyadan böyük partiya müasir silah almaq niyyətindədir.


Bu barədə Cənubi Koreya parlamentindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, müasir hərbi texnika almaq arzusu Cənubi Koreya parlament heyətinin Azərbaycana səfərinin gedişində səsləndirilib. Azərbaycan tərəfi Cənubi Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən sürətli “T-50” təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 millimetrlik K-9 özüyeriyən artilleriya qurğusu, vertolyotlar, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq arzusunu ifadə edib.

Bu təkliflər Cənubi Koreya hökumətinin nəzərinə çatdırılsa da, Koreya tərəfi hələlik bu sazişə razılıq verməyib.

Nəşrin yazdığına görə, rəsmi Seul bu silah satışının bölgədə qüvvələr balansını dəyişəcəyindən ehtiyatlanır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını nəzərə alaraq Cənubi Koreya XİN Müdafiə Nazirliyinə bu barədə qərar qəbul edərkən ehtiyatlı və təmkinli olmağı tövsiyə edib. 

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

altBu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.


APA-nın məlumatına görə, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Azərbaycanda dörd ayın əsgəri faciəli şəkildə ölüb

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.


Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

“Apple“elastik noutbuklar istehsal edəcək

alt"Apple" korporasiyası bərk materialların emalı texnologiyasını patentləyib, onların köməkliyi ilə yığcam texnikanın (məsələn, noutbuk) detallarının hissələrini elastik hazırlamaq olar.

Müvafiq patent ərizəsi ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosunun rəsmi saytında yerləşdirilib .

Yeni texnologiya "Interlocking flexible segments formed from a rigid material" adlanır. Amerika şirkəti bərk materiallar dedikdə metal, ərinti və plastmas nəzərdə tutur.

"Apple" sözügedən ərizəni 2013-cü ilin fevralın ortalarında ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosuna göndərib. Cümə axşamı büro ərizə ilə bağlı müsbət qərar verib.

Gürcüstan prezidentinin dayısı: «Saakaşvili çox çətin adamdır»

alt«Mixail Saakaşvili çox çətin adamdır». APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün prezidentliyə namizəd Nino Burcanadze ilə birlikdə Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində azərbaycanlılarla görüşdə iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin dayısı, akademik Elizbar Cavelidze APA-ya açıqlamasında bildirib.


Akademik E.Cavelidze türk dilinin öyrənilməsi sahəsində çalışdığını, bir neçə kitabın müəllifi olduğunu qeyd edib: «Mən bir neçə kitab yazmışam. Yunis Əmra haqqında, o cümlədən Füzulinin həyatı və yaradıcılığı, şeirləri, Cəlaləddin Rumi barədə, Aşıq Paşa haqqında kitablar yazmışam, hazırda sufiliklə bağlı tədqiqatla məşğulam. Mən Azərbaycan xalqını və onun mədəniyyətini çox sevirəm».


Akademik APA-ya açıqlamasında Gürcüstan prezidentinin dayısı olduğunu təsdiqləyib və «prezidentin çox fəna bir adam» olduğunu bildirib.

Saytda Axtarış

Son xəbərlər