Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün566
DünənDünən1299
Bu həftəBu həftə8810
Bu ayBu ay46548
Bu günə qədərBu günə qədər7473882

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Baba 12 yaşlı nəvəsini zorladı

alt

Türkiyədə 67 yaşlı kişi 12 yaşlı nəvəsini zorlayıb.

Hacı Ahmet baba nəvəsini hər gün tarlaya işləməyə aparırmış. 

Amma sonuncu səfərdə acgöz baba hislərinə hakim ola bilməyib. O, nəvəsini soyundurmaq istəyib. Nəvə qışqırıb. Tarlada işləyənlər səsə gəlib. Azyaşlı qızı babanın əlindən alıb və polisə şikayət ediblər 

18 yaşlı qız 1 aylıq körpəsi ilə evdən qaçdı- Bakıda

alt

Bakıda ana və 1 aylıq körpəsi itkin düşüb. 

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Birinci Alatava yaşayış massivində yaşayan 1994-cü il təvəllüdlü Əhmədova Fərqanə Omar qızı 1 aylıq körpəsi Bayramov Əli Elvin oğlunu da götürərək evdən gedib. Bir neçə gün ailə üzvləri onu axtarsa da, tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.

Yaxınları onların xarakterik əlamətlərini bildiriblər və gedərkən F.Əhmədovanın sənədlərini və vacib əşyaları götürdüyünü də əlavə ediblər.

Hazırda ana və körpəsinin tapılması istiqamətində iş aparılır.

Əri Rusiyaya gedən gənc qadın Bakıda dilənçilik edir – Ailə dramı

alt

Həyat yoldaşı tərəfindən tərk edilən gənc qadın dilənçilik etməyə məcbur qalıb. 

Hadisə Bərdədə baş verib. Həyat yoldaşı 22 yaşlı gənc qadını övladı ilə bərabər qoyaraq Rusiyaya gedib. 

Bir müddət sonra oğlunun geri dönmədiyini görən ana gəlini 2 yaşlı övladı ilə bərabər evdən qovub. Çıxış yolunu Bakıya gəlməkdə görən gənc qadın paytaxt küçələrində uşağı ilə birgə dilənçilik etməyə məcbur qalib. 

Sonra o, “Təmiz dünya” İctimai Birliyinə müraciət edib. 

Təşkilatdan verilən məlumata görə sığınacaqla təmin edilən gənc qadın 20 günə yaxın müddətdə övladı ilə bərabər burada qalıb: “Əsas problem qadının həyat yoldaşının baş verənlərə münasibətidir. Ancaq onunla əlaqə yaratmaq mümkün olmur”. 

Vampir qəbiristanlığı tapıldı - Polşada

alt

Polşanın Gilvice qəsəbəsində tapılan vampir qəbiristanlığı hər kəsi şoka salıb. 

Arxeoloqlar məzarları gördükləri zaman onların adi insanlara deyil, vampirlərə məxsus olduğunu anlayıblar. Çünki ölülərin başları kəsilərək ayaqlarının üstünə qoyulmuşdu. Yəni onlar başları kəsildikdən sonra dəfn edilib. 

Vampirlərin belə dəfn edilməsinin səbəbi isə olduqca maraqlıdır. İnsanlar vampirlərin dirilməsindən qorxduqları üçün onların başlarını kəsirmişlər. Tarixdə vampir olduqları üçün öldürülən onlarla adam var. Xristianlığa keçiddən sonra bir çox ölkələrdə bu adət davam etdirilirdi. Lakin sonuncu vampirin harada yaşadığı hələ də bəlli deyil .

“Cəhənnəm“ə bənzər planet tapıldı

alt

Astronomlar ilk dəfə Yerə bənzər uzaq planetin rəngini müəyyən ediblər. 

Amma ilkin bənzərlik aldadıcıdır - bu planetin temperaturu min dərəcələrlə ölçülən atmosferində güclü küləklər əsir, qaynar şüşədən yağışlar yağır. 

Yerdən cəmi 63 işıq ili aralıqda yerləşən və öz ulduzunun ətrafında fırlanan ulduzun atmosferində metan tapılıb. Həm də orada karbon qazı da var. 

Onun rəngi mavidir və ölçüsü təxminən Yupiterinkinə yaxındır. Həmçinin öz ulduzuna çox yaxındır və başına cəmi iki günə fırlanır.

Ölü uşaq 3 saat sonra dirildi

altHəkimlər uşağı morqa göndərməyə hazırlaşandada balaca Yasmin Qomes nəfəs almağa başlayıb.

Braziliyanın cənubundakı Londrina şəhərindəki "Lincoln Graca hospital"da uşağı tibb bacısı xilas edib.

Həmin qadın uşağı morqa yollamağa cəsarət etməyib və nəfəs almayan körpəni xəstəxana ərazisindəki balaca kilsəyə aparıb.

Üç saat sonra uşağın nənəsi Elza Silva hospitala gəlib və körpəni morqa aparmaq istəyib. O, kilsəyə girəndə qızı sağ görüb.

Balaca qız əl-ayaqlarını tərpədirdi.

"Bunun baş verdiyinə əvvəlcə inana bilmirdim. Sonra əmin olduq ki, uşaq nəfəs alır. Ətrafdakı insanlarla qucaqlaşdıq, "O sağdır, sağdır!" qışqırmağa başladıq", - Elza Silva deyib.

Balaca Yasmin Qomes normal doğulsa da, dünyaya gələndən az sonra onun tənəffüsü dayanıb. Həkimlərin bütün səylərinə rəğmən, tənəffüs bərpa olmayıb. Belədə uşağın valideynlərinə balacanın ölümü ilə bağlı arayış verilib.

22 yaşlı ana Cennifer da Silva Qomes deyir: "Həmin an dünya başıma fırlandı. Bütün arzularım puç olmuşdu".
Tibb bacısı Ana Klaudia Oliveyra isə and-aman edir ki, balaca Yasmin ölmüşdü.

"Göz bəbəkləri işığa reaksiya vermirdi. Bütün göstəricilər uşağın öldüyünü göstərirdi. Bədəni gömgöydü, nəfəs almırdı. And olsun Tanrıya ki, ölü idi. Hər şeyə rəğmən o, balaca mələyə oxşayırdı və buna görə də qızı morqdan əvvəl kilsəyə apardım", - Oliveyra deyib.

“Microsoft“ ABŞ-ın casusu imiş

altHalbuki kampaniyanın yeni şüarı belə idi: «Sizin gizliliyiniz bizim üçün vacibdir»

Microsoft öz istifadəçilərinin izlənməsinə və Milli Təhlükəsizlik Agentliyinə (MTA) öz şifrə kodlarından keçməyə imkan yaratmaqla Amerika xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir. FaktXəbər-in verdiyi məlumata görə, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden bununla əlaqədar olaraq sübut kimi sənədlər də göstərib.

Bu materiallarda Silikon vadi ilə xüsusi xidmət orqanlarının əməkdaşlarının son üç illik əməkdaşlıqları geniş təsvir olunub. Sənəddə çox məxfi PRİSM proqramının işinə də müəyyən aydınlıq gətirilib. Qeyd edək ki, bu proqram iri saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

Sənədlərə əsasən, Microsoft Outlook.com portalının çatına və məktublarına giriş üçün MTA-ya öz kriptoqrafik müdafiəsindən keçməyə imkan yaradıb. Bundan əlavə, bütün dünyada 250 milyon istifadəçiyə sahib olan SkyDrive servisinin gizli fayl anbarına birbaşa giriş üçün xüsusi xidmət orqanlarına izn verib.

The Guardian ABŞ Baş prokurorluğunun Microsoft kompaniyasına əməkdaşlıq barədə direktiv təqdim etdiyini bildirib.

May ayında Snoudenin PRİSM proqramı barədə məlumatları dərc edərkən Microsoftun da adı hallanmışdı. O zaman kampaniya ancaq müəyyən müştərilər barədə və hökumətin sorğusu əsasında məlumatlar verdiyini, xüsusi xidmət orqanların onların servisinə birbaşa girişi olmadığını demişdi.

Qeyd edək ki, istifadəçilərin dinlənilməsi və izlənilməsi qalmaqalı ən çox Microsoft-a təsir edib. Çünki kompaniyanın aprel ayında başlayan yeni kampaniyasının şüarı belə idi: «Sizin gizliliyiniz bizim üçün vacibdir».

Qaxda ağır qəza baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

altYevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.


Qəza bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının 96-cı  km-də, Qax rayonunun Qorağan kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu istiqamətində hərəkətdə olan, Zərdab rayon sakini, 1978-ci il təvəllüdlü Hacızadə Kamal Əyyub oğlunun idarə etdiyi “Hyundai-Elantra” markalı, 63 BB 610 nişan dövlət nömrəli avtomobil idarəetməni itirərək yolun kənarındakı qoz ağacına çırpılıb.

Qəza zamanı avtomobildə yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. 

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü İsmayılov Rauf Kamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

R. İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb, K. Hacızadə isə Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qax MRX-dan verilən məlumata görə, K. Hacızadənin vəziyyəti orta-stabil hesab edilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Azərbaycanlı rejissorun filmi İrəvan festivalında

altBu il Ermənistanda keçirilən “Qızıl ərik” beynəlxalq kino festivalında azərbaycanlı rejissor Elmar İmanovun müəllifi olduğu qısametrajlı film də nümayiş olunacaq. 

Festivalın proqram direktoru Mixael Stambolçyan bildirib ki, Almaniya istehsalı olan film festivalın mqəsədinə uyğundur: “ “Bizim devizimiz “Mədəniyyətlərin kəsişməsi” , proqramımız isə “Sərhədsiz rejissorlar”dır. Buna görə də bu, bizim üçün heç bir əhəmiyyət daşımır. Biz o qədər axmaq deyilik ki, filmin hansı ölkədən olduğuna baxaq. Biz filmin yaxşı və ya pis olmasına baxırıq”.

İnsanlar bir gün kişi, bir gün qadın olacaq - Araşdırma

alt

Elm xadimləri 2163-cü ildə dünyanın hansı vəziyyətə gələcəyinə dair araşdırma aparıb. 

“Discovery News”da yer alan xəbərə görə, gələcəkdə insanlar 150 il yaşaya biləcəklər. Ancaq bunun üçün insan hələ dünyaya gəlməmişdən əvvəl bəzi müayinə kursu keçməsi tələb ediləcək.

Tibb inkişaf edərək hələ doğumdan əvvəl bir çox xəstəliklərin aradan qalxmasına təkan olacaq.

100 il sonra insanlar artıq xərçəngə və bir çox xəstəliklərə yoluxmayacaqlar. 

Kök hücrəsi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq insanlar “yenilənəcək”. Yəni hansısa səbəbdən itirilən qol və ya ayaq kimi bədən üzvünün yerini yenisi tutacaq.

ABŞ-ın Kaliforniya Universitetinin professoru Antoni Bornoskiyin fikrincə, 300 il içində dünyada yaşayan məməlilərin sinfinə aid olan nümayəndələrin 75-i məhv olacaq. Başqa sözlə, gələcəkdə 150 il yaşaya biləcək insan fil, pələng, şimpanze kimi bir çox heyvanlar barədə ancaq oxuya biləcək. Onları görməsi mümkün olmayacaq. 
Başqa bir mütəxəssis, füturist Ceyms Kasionun fikrincə, gələcəkdə insanlar çox inkişaf etsələr də yaşam maraqsız olacaq. 

Gəlcəkdə insanlarin bioloji dəyşikliyi sadəcə saçlarını düzəltdirmək kimi olmayacaq. Yeni insan çox qəribə görünəcək. Bir gün kişi, bir gün qadın olacaq.

Qızları Dubaya aparan kişi saxlanılıb

alt

Bakı qızlarını Dubaya apararaq fahişəliyə məcbur edən kişi tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətiə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tağı Məmmədov gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.

19 yaşlı gənc bıçaqlandı- Gəncədə

alt

A+  A-
Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Maqsud Quliyev döş qəfəsinin kəsilmiş-deşilmiş və baş nahiyəsinin yarası diaqnozu ilə xəstəxanaya daxil olub. 19 yaşlı gənc əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağır hesab edilir. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi aşılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Saytda Axtarış

Son xəbərlər