Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün996
DünənDünən1348
Bu həftəBu həftə4691
Bu ayBu ay53387
Bu günə qədərBu günə qədər7480721

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstanda silahlı Azərbaycan vətəndaşı tutulub

altGürcüstanın paytaxtı Tiflisdə Azərbaycan vətəndaşı saxlanılıb.


APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, polis patrulu içərisində bir neçə nəfər olan BMW markalı avtomobili saxlayıb.

Avtomobildəkilərdən biri, Süleyman A. adlı şəxsin davranışı şübhə doğurduğundan polis əməkdaşları ondan avtomobildən düşməyi xahiş ediblər.

Axtarış zamanı onun üzərində “Makarov” tipli tapança aşkarlanıb. Avtomobildən isə 8 güllə tapılıb.

Faktla bağlı qanunsuz odlu silah saxlama və gəzdirmə üzrə cinayət işi başlanıb.

İnterpol tərəfindən axtarılan Azərbaycan Respublikasının vətəndaşı Gürcüstanda yaxalanmışdır

Barələrində İnterpol tərəfindən axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Cavid Məhərrəmov və Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Mustafa Ayaz Türkiyə-Gürcüstan sərhədinin Sarp nəzarət-keçid məntəqəsində yaxalanmışlar.
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Türkiyə vətəndaşı Almaniya, Azərbaycan Respublikasının vətəndaşı isə Azərbaycan tərəfin müraciəti əsasında İnterpol tərəfindən axtarılırdı.
Hazırda hər iki şəxsin ekstradisiyası ilə bağlı danışıqlar aparılır.

Təxliyyə üçün göndərilmiş təyyarə Bakıya gəlib

alt

Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyə edilməsi üçün göndərdiyi xüsusi təyyarə Bakıya qayıdıb.

Təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.

Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb. 

İlham Əliyevin oğlu qızıl medal aldı

alt

Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, 238 XI sinif məzunu qızıl medalla təltif olunublar. 

Onların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Modern.az saytına bəlli olub ki, siyahıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin də adı var. Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirən yeniyetmə Əliyevin də adı bu təhsil ocağının “Şərəf kitabı”na yazılacaq.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev bu il ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. 1997-ci il təvəllüdlü Heydər Əliyev tələbə adını qazanmaq üçün imtahanı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında verib. O, artıq tələbə adını da qazanıb.

Azərbaycanın “Bulla-dəniz” yatağında yanğın baş verib

Azərbaycanın “Bulla-dəniz” yatağında yanğın baş verib.

Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 90 №-li kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə ötən ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi – 26,5 metr).

Avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.

“Hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanacaq. Baş vermiş hadisənin səbəbləri araşdırılır”, - deyə Dövlət Neft Şirkətindən bildirilib.

Gəncədə güclü yanğın

alt

Gəncə şəhərində avqustun 17-dən 18-nə keçən gecə bir neçə mağazada yanğın olub.

FHN-in saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 700 kv.m olan birmərtəbəli mağaza binasında vətəndaşa məxsus, ümumi sahəsi 30 kv.m olan ətir mağazasının yanar konstruksiyaları və içərisindəki ətriyyat malları, vətəndaşa məxsus, ümumi sahəsi 50 kv.m olan pərdə mağazanın lambirdən ibarət tavanı və içərisindəki mallar, vətəndaşa məxsus, ümumi sahəsi 50 kv.m olan inşaat malları mağazasının lambirdən ibarət tavanı 5 kv.m sahədə, vətəndaşa məxsus, ümumi sahəsi 550 kv.m olan mebel mağazasının lambirdən ibarət tavanı 7 kv.m sahədə (ümumi 92 kv.m) yanıb.

Mağazaların qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Prezident İlham Əliyev Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir - VIDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin prioritetləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur.
Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin ən yüksək standartlar səviyyəsində qurulmasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xüsusi qeyd edilməlidir. Fondun bu kompleks proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən təhsil müəssisələrindən biri də Zaqatala rayonunun Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbidir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

İnsanları depressiyaya salan sosial şəbəkə

alt

Ən depressiv sosial şəbəkə məşhur instaqram sosial şəbəkəsidir. 

İnstaqramda çoxlu sayda yad insanların səyahətdə və ya hər hansı bayramlarda çəkdirdikləri şəkillərinə baxmaq imkanı insanları depressiyaya salır. Yəni gördükləri bahalı istirahətlərə getmək üçün maddi imkanı olmayan insanlar öz həyatlarından şıkayət etməyə başlayır və depreisyaya düşür.

Bunadan başqa İnstoqram şəkil yerləşdirilməsinə yönəldiyi üçün insanların emosiyalarına mətni mesajlarla müqayisədə güclü təsir edir.
Psixoloqlar isə deyirlər ki, insanlar şəkildə gördükləri hər şeyə inanmamalıdır. Çünki həmin şəklin arxasında əslində nəyin gizləndiyi məlum olmur.

Azərbaycanda özəl detektivliyə icazə verilə bilər

altMilli Məclisdən APA-ya verilən məlumata görə, növbəti sessiyada “Detektiv fəaliyyəti haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Layihə bir qrup hüquqşünas millət vəkillərinin təşəbbüsü ilə ABŞ və Avropa təcrübəsi milli-mənəvi dəyərlərlə uzlaşdırılaraq hazırlanır.

Layihənin hazırlanmasında məqsəd ölkə ərazisində müxtəlif səbəblərdən itkin düşənlərin, ailədaxili məsələlərlə bağlı kritik durumların araşdırılması və digər məsələlərdə özəl detektivlərin fəaliyyətindən yararlanmaqdır.

Sənədin yeni formada işlənmiş variantının hazırlanması ilə bağlı artıq müvafiq qurumların müsbət rəyi alınıb.

Qeyd edək ki, belə bir layihə ötən il də Milli Məclisə təqdim olunub. Lakin sənəddə milli-mənəvi dəyərlərə zidd məqamlar olduğu üçün geri qaytarılıb.

“İnstagram Azərbaycan” üzr istədi

altİnstagram Azərbaycanın yeni manatı ilə bağlı yayılan informasiyaya görə üzr istəyib.

Bu barədə “İnstagram Azərbaycan”ın rəsmi Facebook səhifəsində məlumat yer alıb: “Əziz dostlar, bir qədər əvvəl yerləşdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir. Heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik.”

Müsavat fəalı həbs edildi

alt

Müsavat Partiyasının Sabirabad rayon fəalı Azər İsmayıl həbs edilib. 

Bu barədə AzNews.az-a Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli məlumat verib. O bildirib ki, A.İsmayıl dünən axşam polis tərəfindən saxlanılaraq, şöbəyə aparılıb. M.Hacıbəylinin sözlərinə görə, yaxın saatlarda A.İsmayılın məhkəməsi keçiriləcək.

Polis tərəfindən saxlanılan Azər İsmayılın məhkəməsi başa çatıb. Məhkəmə qərarı ilə ona 5 sutka həbs verilib.

“...əsir düşən erməni hərbçi qayıtmaq istəsə, qaytarılacaq“

altAvqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycan Ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Bakıya gətirilib.

Bu barədə APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Ş. Sailov əsirin hansı səbəbdən təmas xəttini keçdiyinin araşdırıldığını bildirib: “Üzərində heç bir sənəd olmayıb. Özü ad və soyadının Gevork İnciqulyan olduğunu bildirib. Lakin bəzi saytlarda onun ad və soyadını düzgün yazmırlar. Hazırda Bakıda Müdafiə Nazirliyində saxlanılır”.

Ş. Sailov Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının əsirlə yaxın vaxtlarda görüşəcəklərini söyləyib: “Azərbaycanda bayram günləri olduğundan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi işləmir. Bunun üçün də hələlik əsirlə görüşməyiblər. Yəqin ki, komitənin əməkdaşları ilə görüşdə həmin şəxsin öz ölkəsinə qaytarılması məsələsi də müzakirə olunacaq. Azərbaycan tərəfinə əsir düşmüş erməni hərbçi Ermənistana qayıtmaq istəsə, qaytarılacaq. Hər şey onun istəyindən asılı olacaq. Komitə əməkdaşları əsirlə görüşəndə onun arzusunu nəzərə alırlar”.

Saytda Axtarış

Son xəbərlər