Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün277
DünənDünən859
Bu həftəBu həftə2624
Bu ayBu ay51320
Bu günə qədərBu günə qədər7478654

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Mona Lizanın sirri açılır

alt

Bu gün italiyalı arxeoloqlar 15-ci əsrdə Florensiyada yaşamış Liza Qerardininin qəbrini açacaq.

Tarixçilər Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərində məhz bu qadını təsvir etdiyinə əmindirlər.

Bu günə qədər gəlib çatmış məktubda Leonardo da Vinçinin
məhz Liza Qerardinini təsvir etdiyi qeyd olunur. O, Leonardo da Vinçinin evinin yaxınlığında yaşayıb.

Arxeoloqlar əvvəlcə cəsədin qalığını eksqumasiya edəcək. Daha sonra isə Liza Qerardininin xarici görkəmini bərpa etmək üçün çalışacaqlar.

Əlil qızın yuxusu ailəsinə cek-pot qazandırdı

alt

Gəncə şəhər sakini Əliyev Sahib Adil oğlu Azərbaycanın lotereya oyunları tarixində udulan ən böyük məbləğə sahib olub.

Rekord məbləğ “Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində “Cek Pot” uduşu bir neçə gün əvvəl öz sahibinə təqdim edilib.

55 yaşlı Sahib Əliyev Gəncənin Muxtar Hacıyev küçəsində yaşayır. Bir qızı, bir oğlu var. Sahib kişi və onun bütün ailə üzvləri danışma və eşitmə qabiliyyətindən məhrum əlildirlər.

Əvvəllər Gəncə tekstil fabrikində fəhlə işləyən cek-pot sahibi son illər işsiz imiş. Onun işarələrini başa düşən qonşularının dediyinə görə, o, cavan vaxtlarından lotereya oyunlarına maraq göstərsə də, hər dəfə uğursuzluqla rastlaşıb. Lakin bu il iyulun 14-də Sahib kişinin 25 yaşlı qızı Şəfaqət yuxuda lotereya rəqəmləri görür. Oyandıqdan sonra onları yazıb atasına verir. Əvvəlcə rəqəmləri yazdırmağa tərəddüd edən Sahib Əliyev bir neçə gündən sonra həmin rəqəmləri yazmaqla “5/36” lotereyasına qeydiyyata düşür və oyunun keçirilməsini gözləyir.

Oyun vaxtı həmin 10, 13, 20, 24 və 28 rəqəmləri ailənin taleyinə xoşbəxt gün gətirir. 161 490 manat Əliyevlər ailəsinə qismət olur. Sahib Əliyev bildirib ki, qazandığı pullardan yaxın qohum-əqrəbasına yardım edib. Böyük bir hissə məbləği - 100 min manatı isə ailəsinin gələcəyi üçün banka qoyub. Ən böyük arzusu bu qisməti ona bəxş edən qızının toyunu etməkdir.

Möcüzə uşağın başının yarısı kəsildi

altHindistanda hidrosefali xəstəliyinə tutulan və bu səbəbdən də başı sürətlə böyüyən Roona Begum adlı 18 aylıq uşağın əməliyyatı uğurla keçib.

Dehlidəki xəstəxanada 4 ay davam edən müalicənin sonunda uşağın başının böyüklüyü 94 sm-dən 58 sm-ə düşüb. Qızın həkimi Sandep Vaishya Roona ilə bağlı açıqlama verərək hələlik müalicənin ev şəraitində davam edəcəyini bildirib. Roonanın anası 25 yaşlın Fatimə Xatun və 18 yaşlı atası Abdul Rəhman bütün dünyanın diqqətini cəlb edən övladlarının vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.

Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurasının yeni sədri seçilmişdir

altGürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurasının yeni sədri seçilmişdir.
Qəyyumlar şurası üzvlərinin səs çoxluğu ilə bu vəzifəyə Emzar Qoquadze seçilmişdir. O, bu vəzifədə Levan Qaxaladzeni əvəz edəcəkdir.

Kosmosda qəbristanlıq tapıldı

alt

Kolumbiyalı astronomlar Mars və Yupiterin orbitləri arasında kometa "qəbristanlığı" aşkar ediblər. 

Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin məkana düşən "quyruqlu əcinnələrin" qalıqları zamanla canlanır və yenidən kometaya çevrilir. Məlumatı "Monthly Notices of the Royal Astronomical Society" jurnalı yayıb. 

"Biz kometa qəbristanlığı tapmışıq. Təsəvvür edin - bütün bu asteroidlər Günəş ətrafında dövr edir və artıq milyon illərdir ki, heç bir aktivlik göstərmirlər. Biz onu da aşkar etdik ki, onların bəziləri ölü deyil, sadəcə "yatıblar", heç bir aktivlik göstərmirlər. Onların üzərinə düşən Günəş enerjisinin həcmi bir neçə faiz artsa, oyanacaqlar", - Antiokiya vilayətindəki Medelin şəhərinin universitetinin əməkdaşı İqnasio Ferrin bildirib. 

Səhər saatlarında dəhşətli intihar

alt

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən verilən məlumata görə, saat 08 radələrində Babək prospekti 95 ünvanında 1964-cü il təvəllüdlü Rəhimova Kifayət Tofiq qızı özünü 5-ci mərtəbənin eyvanından atıb. Qadın hadisə yerindəcə keçinib.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.

Gürcüstan iyun ayında ən çox dizel yanacağını Azərbaycandan idxal etmişdir

altGürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqından verilən məlumata görə, iyun ayında ölkəyə ən çox dizel yanacağı Azərbaycandan gətirilmişdir. Sonrakı yerləri müvafiq olaraq Rusiya, Rumıniya və Bolqarıstan tuturlar.
Məlumatda iyun ayında Gürcüstana 58,2 min ton neft məhsulları idxal edildiyi və bunun may ayındakına nisbətən 15,7 min ton az olduğu bildirilir.
2013-cü ilin altı ayında isə ölkəyə 354 min ton neft məhsulları idxal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 24,3 min ton azdır.

Facebook BMT-nin təklifini rədd etdi

alt

Facebook sosial şəbəkəsi, BMT-nin Somalidəki dəniz quldurlarının fəaliyyətini izləmək təklifini rədd edib. 

BMT-nin Somali və Eritreya İzləmə Qrupunun bu ay yaydığı hesabatda bildirilir ki, bir çox xüsusi şirkət və qrup tərəfindən Facebooka edilən təklif qəbul edilməyib. 

Təklifdə bildirilirdi ki, quldurlarla, Əl-Qaidə terror təşkilatı əlaqəli insanlarla və hökümətlərdə təmsil olunan bəzi məmurlarla bağlı araşdırmaların aparılması bu sosial şəbəkə vasitəsi ilə həyata keçirilsin. 

Hesabatda qeyd olunur ki, Facebook isə e-poçt vasitəsilə, BMT-nin onlara belə bir təklif vermək üçün qanuni bir səlahiyyəti yoxdur və buna görə də onların tələbi qəbul edilmir.

İslam dünyasında həyəcan: Zühur əlaməti – FOTO

alt

Kufə məscidinin divarı çatladı 

İslam dünyasında ən böyük dörd məsciddən biri olan Kufə Məscidinin divarı çatlayıb. İraqın Kufə şəhərində yerləşən eyni adlı məscidin divarları çatlayan zaman ətrafa qorxulu səs də yayılıb. 

Qeyd edək ki, bu məscid Nəcəf şəhərindən 12 kilometr şimalda yerləşir. 40 min nəfərlik olan bu məscid dünyanın ən qədim məscidlərindən biridir. Dini mənbələrdə Kufə məscidinin divarının xarab olması qiyamət əlamətlərindən biri kimi təqdim edilir: “İmam Sadiq (ə) buyurub ki, Kufə məscidinin divarı xarab olduğu zaman həmin qövmün hakimiyyəti sona çatacaq və Qaimimiz zühur edəcək". 

Məhz bu səbəbdən də məscidin divarının çatlaması müsəlmanlar arasında böyük əks-səda yaradıb. 

Killer hücumuna məruz qalan biznesmen erməni olub

alt

Rusiyanın Stavropol şəhərində killer hücumu nəticəsində 2 övladı öldürülən biznesmen erməni əsilli olub. Xaçatur Kazaryan adlı erməni iş adamının evinə maskada hücum edən killerin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. 

Hücum nəticəsində biznesmenin 11 yaşlı qızı və 16 yaşlı oğlu öldürülüb. Biznesmenin 44 yaşlı arvadının vəziyyəti isə ağırdır. 

Biznesmen özü hadisə zamanı hamam otağında olduğundan xəsarət almayıb.

Anası eşşək, atası zebra, özü isə Zedonk - Fotolar

alt

Dünyaya gələn yeni zebra görənləri heyrətləndirir. Buna balaca heyvanın bədəninin eşşək, ayaqlarının isə zebra kimi zolaqlı olmasıdır. 

ABŞ-dakı bir zooparkda saxlanılan heyvan eşşək və zebranın cütləşməsi nəticəsində dünyaya gəlib. 

Mütəxəssislər zebralarla eşşəklər arasında belə əlaqənin qəribə olduğunu, amma bəzən belə halların baş verdiyini bildiriblər. 

Yarı eşşək, yarı zebra olan bu yeni növ heyvana Zedonk deyilir.

alt

Futbolçunun arvadı lezbiyan olduğunu etiraf etdi

alt

Türkiyənin “Qalatasaray” futbol klubunun ulduzu Uesli Sneyderin həyat yoldaşı hamını şoka salıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə Yolante Kabau həftəlik jurnal olan “Grazia Beach Special”da şok açıqlamalarla çıxış edən model əvvəllər lesbiyan olduğunu etiraf edib.

Sneyderlə çox xoşbəxt olduğunu deyən qadının sözlərinə görə, futbolçu ilə tanışlığından əvvəl bir qadınla birlikdə olub: “Bir qızla əlaqəm olmuşdu. Bundan utanmıram. Həmin qıza qarşı dərin duyğularım yox idi. Sadəcə sərxoş olanda birlikdə olurduq. O qızı unutdum.

Saytda Axtarış

Son xəbərlər