Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün855
DünənDünən957
Bu həftəBu həftə10056
Bu ayBu ay47794
Bu günə qədərBu günə qədər7475128

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Qocalar evində yanğın: 10 ölü

alt

Çinin şimal-şərqindəki Heylongciang əyalətindəki qocalar evindən birində çıxan yanğında 10 nəfər yanaraq ölüb.

Yanğının gecə xəstələrin qaldığı binada çıxdığı və ölənlərin hamısının yaşlı olduğu bildirilib.

Yanğın baş verən zaman yanan binada 32 nəfərin olduğu, ümumilikdə isə 7 min kvadrat metrlik nəhəng qocalar evində 283 yaşlının yaşadığı qeyd olunub.

Yanğının qəsdən törədildiyi ehtimal edilir. 

“Təhsil krediti haqqında” qanun layihəsi payızda müzakirə edilə bilər

alt


“Azərbaycanda qiyabi təhsil alan elə şəxslər var ki, əyani oxuyanlardan da savadlıdır”

Bunu Qubada səfərdə olan millət vəkili Vahid Əhmədov jurnalistlərə açıqlamasında deyib. O, ölkədə qiyabi təhsilin ləğv olunmasını düzgün hesab etməyib. Millət vəkili hətta axşam təhsilinin də bərpa olunması qənaətində olduğunu vurğulayıb. 

Tələbələrə təhsil kreditinin verilməsi ilə bağlı qanunun qəbulunun vacib olduğunu da qeyd edən millət vəkili layihənin Milli Məclisin payız sesiyasında müzakirəyə çıxarılmasına çalışacağını qeyd edib. 

Maşın körpüdən aşdı: ölən var

alt

İyulun 24-də Gədəbəy rayonunda ağır yol qəzası baş verib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 17.00 radələrində rayonun Başkənd kəndinin ərazisində Turşsu kənd sakini Tapdıq Qələndərov idarə etdiyi “VAZ-2121” markalı avtomaşını körpüdən aşırıb. Nəticədə T.Qələndərov aldığı xəsarətdən hadisə yerində ölüb.

Qarabağda hərbi hissələrin birində əsgər ölüb

alt

İyulun 23-də Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində hərbçi dünyasını dəyişib. 

Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, əsgər ürək tutmasından ölüb.

Hərbçinin adı və ölümün baş vermə səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Xatırladaq ki, iyulun 22-də Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində 19 yaşlı əsgər Narek Ovsepyan bədbəxt hadisə nəticəsində ölmüşdü.

Yuxarı Qarabağ kanalında meyit tapılıb

alt

Yuxarı Qarabağ kanalında boğulmuş Bərdə rayon sakini Ceyhun Mirzə oğlu Nadirovun axtarışları sona çatıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları onun cəsədini batdığı yerdən 15 kilometr aralıda, Yuxarı Qarabağ kanalının Bərdənin Hacallı kəndi ərazisindən keçən hissəsində aşkarlayıblar.

Xatırladaq ki, Bərdə rayonu, Füzuli küçəsində yaşayan 1977-ci il təvəllüdlü Ceyhun Nadirov həyat yoldaşına kanala çimməyə getdiyini deyib və geri qayıtmayıb.

Bununla əlaqədar onun ailə üzvləri polisə müraciət ediblər. Aparılan axtarışlar zamanı Ceyhunun paltarları Yuxarı Qarabağ kanalının rayonun Hüseynbəyli kəndi ərazisindən keçən hissəsində tapılıb.

Nicat Dağlardan yeni xəbər var

alt

Leykoz xəstəliyinə tutulmuş jurnalist Nicat Dağlar Almaniyaya iyulun 26-na keçən gecə yola düşür. 

Məlumatı “Media forum” saytına jurnalistin qayını Məqsəd Rəhimov verib. 

Məqsəd Rəhimov bildirib ki, Frankfurt şəhərində müalicənin istiqaməti müəyyənləşəcək: “Həkimlər əməliyyata ehtiyac olub-olmadığına qərar verəcəklər. Nicatla Almaniyaya mən gedirəm. Orada nə qədər qalacağımız həkimlərin verdiyi qərardan asılı olacaq. Mənə məlumat verdilər ki, Frankurtda bizi Azərbaycan səfirliyin nümayəndələri qarşılayacaq. Çatan kimi Nicat klinikaya yerləşdiriləcək”.

Nicat Dağların müalicəsini prezident İlham Əliyevin tapşırığı ilə dövlət öz üzərinə götürüb. 

Tanınmış teleaparıcı İlham Mirzəyev bıçaqlandı – ÖZƏL

alt

“Space” televiziyasının tanınmış teleaparıcısı İlham Mirzəyev bıçaqlanıb.
Bu barədə AzNews.az-a “Space” kanalından məlumat veriblər. 

Məlumatda bildirilib ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.
Məlumata görə, hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.

Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.

Qeyd edək ki, İ.Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, aparıcının nömrəsinə zəng çatmadı.

Gürcü yazıçılar Azərbaycan xalqından üzr istədilər

altGürcü yazıçısı Avto Çxaidze Gürcüstanın “Literaturuli Sakartvelo” qəzetində 19 iyul 2013-cü il tarixdə yazdığı məqaləsində bir sıra vacib məsələlərə toxunub. Başlıca olaraq Gürcüstanın Yazıçılar İttifaqının sədri xanım Mağvala Qonaşvilinin ermənilərin Qarabağda keçirdikləri gənclik festivalına qatılmasını pisləyib və ona çox hiddətlə yanaşıb.

Avto Çxaidze bu faktın hətta iki dost ölkə - Azərbaycan və Gürcüstan arasındakı ədəbi və mədəni münasibətlərin korlanmasına da gətirib çıxardığına işarə edib. Məqalə əsasən Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvilinin “Reytinq” jurnalına müsahibəsindəki sitatlara bir növ cavab olaraq yazılıb.

Müsahibədə Gürcüstanın Yazıçılar İttifaqının sədri deyib ki, “ Azərbacanla, eləcə də Ermənistan (!) ilə məni dostluq əlaqələri bağlayıb və indi də belədir!.. Məni QARABAĞDA keçirilən gənclik festivalına dəvət etdilər. Bu məsələnin azərbaycanlılar üçün nə qədər ağrılı (?) olduğunu bilirdim və Azərbaycan Yazıçılar İttifaqına məktub göndərdim. Qarabağda gördüyüm sevgiyə görə XOŞBƏXT idim. Bu addımım gürcülər arasında mənfi reaksiyaya səbəb oldu. Mən sadəcə olaraq Qarabağa getmişdim. Azərbaycan dövlətinin qanunlarını pozduğumu bilmirdim”.

Onun bu sözlərinə cənab Çxaidze yazdığı məqaləsində bildirib: “Sən ağılsız hərəkətinə görə, Gürcüstan-Azərbaycan arasında doğrudan da mehriban qonşuluq münasibətlərinə necə kölgə saldığını bir dəfəlik dərk et!”.
Avto Çxaidze gürcü yazıçılarının adından Azərbaycandan üzr istəyib

74 metr uzunluqda desert hazırlandı

alt

Türkiyənin Hatay vilayətində qeyri-adi aksiya baş tutub. 

Yerli mətbuatın xəbərinə görə, bu vilayətin Türkiyə Cümhuriyyəti hüdudlarına daxil edilməsinin 74 illiyi münasibətilə, 74 metr uuzunluqda Hataya məxsus künefe adlı şirniyyat hazırlanıb. Məlumata görə, 1 ton ağırlığı olan şirniyyat üçün 500 kq riştə, 375 kq şəkər və 250 kq pendirdən istifadə olunub. 

Qeyd edək ki, tədbirdə Hatay valisi, vilayət jandarma komandiri, bəzi dövlət rəsmiləri ilə yerli sakinlər iştirak ediblər. 

Bərdə sakinini Qarabağ kanalında axtarırlar

alt

Bərdə sakini suda boğulub. Dünən axşam saatlarında sərinləmək üçün Qarabağ kanalına üz tutan 36 yaşlı Ceyhun Nadirov kanalın Bərdə rayonun Alpout kəndi ərazisindəki nəzarətsiz hissədə çimərkən boğulub.

Ceyhun evdən çıxarkən çimərlik üçün bəzi əşyalar da götürüb. Bu da onun məhz kanalda boğulduğunu iddia etməyə əsas verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Hazırda suda axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakı sakinini qatar vurub

alt

Bakı şəhər sakinini sərnişin qatarı vurub. 

Nəqliyyatda Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə Dəmir Yolu Stansiyasının ərazisində qeydə alınıb. 

Bakı-Gəncə sərnişin qatarı ilə Bakı şəhər sakini Amanxan Qəhrəmanov vurulub. Nəticədə xəsarət alan A.Qəhrəmanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nazir gəlini Safura sənəti ilə vidalaşdı

altMüğənni "Facebook" hesabında fanatları ilə sağollaşıb.

Sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva da sənəti ilə vidalaşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Evrovision” təmsilçimiz özünün "Facebook" səhifəsində məlumat verib:

“Axşamınız xeyir, mənim əziz fanatlarım, dostlarım. Necəsiniz? Sizin hamınız üçün çox darıxmışam. Mən artıq işlərimə son qoydum. Lakin mən həmişə sizinlə olacam. Sizin hamınızı sevirəm”.

Qeyd edək ki, Safura Əliyevanın toyu iyulun 5-də Bodrumda baş tutmuşdu. Bu, Fərhad Əliyevin ikinci evliliyi idi.

Onu da xatırladaq ki, Azərbaycana "Eurovision-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə də Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra sənətdən uzaqlaşdı.

Saytda Axtarış

Son xəbərlər