Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün426
DünənDünən1299
Bu həftəBu həftə8670
Bu ayBu ay46408
Bu günə qədərBu günə qədər7473742

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Dəmiryol keçidində qəza: xəsarət alanlar var

alt

Azərbaycanda drezinlə minik avtomobili toqquşub.

Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 9 km aralı) “MPT-4” markalı drezin Bərdə-Yevlax istiqamətində hərəkət edərkən dəmiryol keçidində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ilə toqquşub. 

Nəticədə, avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb. Drezinin yanacaq çənindən dəmiryol xəttinə dağılan yanacaq FHN-İN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yuyulub. Əməliyyat saat 09:30-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

608 əcnəbi Azərbaycanda yaşama qaydalarını pozub

altDövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 608 əcnəbi aşkar edilib.

DMX-nin mətbuat xidmətindən  verilən məlumata görə, 24.06.2013-28.06.2013-cü il tarixlərdə Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 84 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa, 494 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 29 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin, 1 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Azərbaycanda yeni internet TV

alt

İyulun 1-də “Visiontv.az” internet televiziyası fəaliyyətə başlayıb.

Televiziyanın təsisçisi və prezidenti Elvin Abbasov “Media forum” saytına deyib ki, “Visiontv.az”da 5 departament fəaliyyət göstərəcək: “Televiziyada 30-a yaxın işçi çalışır.

İcraçı direktor və baş redaktor Şöhrət Eldəniz, baş məsləhətçi Cəfər Dal, baş rejissor Natiq Axundov, xəbərlər departamentinin direktoru Zöhrab İbrahimov, müəllif verilişləri departamentinin direktoru Babək Göyüşov, əyləncəli verilişlər departamentinin direktoru Nicat Əlibəyli, reklam departamentinin direktoru Raci Quliyev, baş operator Mirtofiq Mirəlioğludur”.

Elvin Abbasov qeyd edib ki, “Visiontv.az” internet televiziyası reklamlardan əldə olunan gəlirlə, verişlərin sponsorları vasitəsilə maliyyələşir: “Biz heç kimə bağlı olmayan, obyektiv televiziya olmaq niyyətindəyik. “Visiontv.az” açılış etmədən xeyli izləyici toplayıb. Hazırda saytımıza gündəlik 1000-dən çox giriş var”.

Elvin Abbasov 10-a yaxın verilişin efirə çıxdığını vurğulayıb: “Geopolitika”, “Mövqe”, “Neft axar”, “Ellər”, “Şou” və başqa həftəlik verişlər efirə çıxır. “Xəbərlər” proqramı hər gün saat 17-də və 22-də efirə çıxacaq.

Hazırda Rusiya, Türkiyə, Şimali Kipr, Almaniyada rəsmi nümayəndəliyimiz yaradılır. Həmin ölkələrdə bizim üçün ofis və işçilər ayrılır. Ola bilsin, digər ölkələrin televiziyaları ilə də əməkdaşlığımız qurulsun. Rayonlarda çalışan jurnalistlərlə də əməkdaşlığımız var. Bölgələrdə baş verən hadisələr haqda materiallar hazırlayıb bizə göndərirlər”.

Mütəxəssislər Çində dəhşətli mənzərə ilə qarşılaşdılar

altÇində sahəyə işləməyə gedən gənc qadın yoxa çıxıb. Qadının evə gəlmədiyini görən ailəsi və kənd sakinləri onu axtarmaq üçün işlədiyi sahəyə gəliblər.Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman kənd sakinləri iş yerinin yaxınlığında hərəkət etməkdə çətinlik çəkən ilanla (anakonda) rastlaşıblar. Onun hərəkətindən şübhələnən sakinlər dərhal polisə xəbər veriblər. İlanı zərərsizləşdirdikdən sonra onu yaran mütəxəssislər dəhşətli mənzərəylə qarşılaşıblar. İtkin düşən gənc qadın bütöv bir şəkildə sürünənin qarnından çıxıb. Amma qadının həyatını xilas etmək mümkün olmayıb.

Qarabağı dövlət kimi təqdim edən jurnalist mükafat aldı

altİsveçrəli jurnalistlər Andreas Şnayder və Maynrad Şadenin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı yazdıqları məqalə beynəlxalq müsabiqədə qalib gəlib.

“Reportagen” da dərc olunan məqalə ən yaxşı mətnə görə qalib olub. Məqalədə Andreas Şnayeder Qarabağı müstəqil dövlət kimi təqdim edib. Həmçinin fotoqraf Maynrad Şadenin Qarabağda çəkdiyi şəkillər də müsabiqədə qalib olub.

Mükafatlandırma mərasimi Berlindəki “Yaşlı salon” İncəsənət Evində keçirilib.

Qeyd edək ki, işğal olunmuş Azərbaycan torpaqlarında çəkilən şəkillər 2014-cü ildə “Müharibədən əvvəl və sonra” adlı kitabda yer alacaq.

Erməni etirafı: Zəngəzur dağları məhv olur

alt

Erməni qeyri-hökumət təşkilatları yaranan vəziyyətin ciddiliyini nəzərə alaraq hökumətdən təcili tədbirlər görülməsini tələb edirlər. Söhbət Zəngəzur mis və molibden kombinatının istehsalı artırması ilə bağlı qarşısına qoyduğu məqsəddən gedir. 

Belə ki, rəsmi məlumatlarda kombinatın filiz emalını yaxın 1 ildə 25 milyon ton artırmağı planlaşdırdığı bildirilir. Buna etiraz edən “EkoLur” qeyri-hökumət təşkilatı Ekologiya Nazirliyinə ünvanladığı məktubda dağların məhv olmaq təhlükəsi ilə üzləşdiyini vurğulayıb.

Azərbaycan paketi “Azerspace-1” peykinə ötürüləcəkdir

alt İyulun 1-dən Azərbaycan paketinə daxil olan TV və radio kanallarının “Türksat 3A” peyki üzərindən yayımı dayandırılacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları “Azerspace 1∕ Africasat-1a”, “460 E” peykinə keçirilmişdir.
Hazırda paketə daxil olan TV və radio kanallar (AzTV, İdman Azərbaycan, Mədəniyyət TV, İctimai TV, ATV İnt., Xəzər TV, Azad Azərbaycan TV) “Azerspace 1∕ Africasat 1a” peykindən yayımlanır.

Günün fotosu: “Göy“də hovuz

alt24 iyun günün fotosu- bir neçə ildir Sinqapurda fəaliyyət göstərən "Marina bay Sands" otelində çəkilib.
Dünyanın ən bahalı otellərindən olan "Marina bay Sands" həm də qeyri-adi dizaynı ilə fərqlənir.

5,7 milyard avroya başa gələn bu otelin ən özəl cəhəti damında uzunluğu 200 m-ə yaxınlaşan hovuzunun olmasındadır. Hovuzdan şəhərə açılan mənzərə insanı öz gözəlliyi ilə heyran qoyur. Otel sahibinin sözlərinə görə, turistlərin çoxu məhz həmin hovuza müşahidə etmək üçün "Marina bay Sands" a təşrif buyururlar.

Çində quyruqlu uşaq

alt

Çində quyruqlu uşaq olduğu aşkarlanıb.


Uşağın anası həkimlərdən yardım istəyir. 7 aylıq körpənin üç düymlük quyruğu var. O "bel bifidi" (onurğanın parçalanması) defekti ilə dünyaya gəlib. Uşaq yaşa dolduqca quyruq da uzanır. Ana deyir ki, quyruğun götürülməsi xahişi ilə dəfələrlə həkimlərə müraciət edib, lakin həkimlər izah edirlər ki, bu elə də sadə deyil.

Cərrah Çuanpinq Xuan deyir ki, quyruğun uzunluğu artıq 10 santimetrə çatıb: "Əgər biz onu indi kəssək, yenidən uzanacaq. Əməliyyatdan öncə biz onurğa beyni kanalını bərpa etməliyik. Onurğa beynindəki defekt aradan qaldırıldıqdan sonra quyruq kəsilə bilər".

Qadınların şərəfinə şağlıq demək qadağan olundu

altBöyük Britaniyanın hərbi-dəniz qüvvələrində qulluq edənlər ənənəvi sağlıqlarından məhrum edilib.

Belə ki, dənizçilər bu vaxta qədər xanımlarının və sevgililərinin şərəfinə dedikləri sağlığı bundan sonra deyə bilməyəcəklər.

Hərbi-Dəniz Qüvvələrinin rəhbərliyi bu qərarı son 20 ildə qadınların hərbi-dəniz qüvvələrinə marağının artması ilə izah edib. Kişi dənizçilər həyat yoldaşı və ya sevgililərinin şəfərinə dedikləri sağlıq bundan sonra ailələrin şərəfinə söylənəcək.

Həmçinin cinslər arasında bərəbərliyi təmin etmək üçün indiyə qədər istifadə edilən “bizim kişilərin sağlığına” sözlərini də söyləmək qadağandır. Bunun əvəzində yeni “bizim dənişçilərin şərəfinə” sağlığı söylənəcək.

Gəncədə polis döyülüb

alt

 Samux rayon Polis Şöbəsi əməkdaşı Gəncədə döyülüb. Hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən “Bərəkət” kafesində baş verib. Məlumata görə, Samux rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının sıravi polisi, 1986-cı il təvəllüdlü Tural Hüseynov xidmətdən kənar vaxtda tanışı, 1987-ci il təvəllüdlü Qurban Səfərovla bir yerdə yemək yeyib. Sonra Q. Səfərov polis nəfərini təhqir edərək onu döyməyə başlayıb. Tural Hüseynov onu döyən tanışı barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

Bazar günü Ay Yerə ən yaxın məsafəyə çatacaq

Bazar günü Yer kürəsinin sakinləri qeyri-adi kosmik hadisənin şahidi olacaqlar. 

İyunun 23-də insanlar Super (Nəhəng) Ayı görə biləcəklər. Azərbaycanda bu hadisə təxminən saat 15:00 radələrində müşahidə ediləcək.
Həmin gün Ay öz orbiti üzrə Yerə ən yaxın nöqtəyə çatacaq. Hər il təkrar olunan bu hadisə növbəti dəfə 2014-cü ilin avqust ayında baş verəcək. Yerin peyki-Ay Bazar günü Yer kürəsinə yaxınlaşaraq 356 min 991 kilometr məsafədə olacaq. İki həftədən sonra, iyulun 7-də Ay Yerdən 406 min 490 kilometrədək uzaqlaşacaq. Bəzi fərziyələrə görə, hesab edilir ki, “Super Ay” adlandırılan bu kosmik hadisə sunami, qasırğa, zəlzələ və s. kimi böyük miqyaslı təbii fəlakətlərə səbəb ola bilər. Lakin NASA bu və ya digər fərziyələri təkzib edir.

Saytda Axtarış

Son xəbərlər