Dalga Televiziyasi Gənc Vüsalın ölüm işində təqsirləndirilən şəxs DİN-in polkovniki imiş
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1571
DünənDünən2716
Bu həftəBu həftə7009
Bu ayBu ay4287
Bu günə qədərBu günə qədər7492504

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gənc Vüsalın ölüm işində təqsirləndirilən şəxs DİN-in polkovniki imiş

altXəbər verildiyi kimi, mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin ölümündə günahlandırılan Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb və hazırda onun ölkəyə ekstradisiyası ilə bağlı məsələlər həll olunur.

Alman vətəndaşının qətlinin sifarişçisi olduğu iddia edilən X.Əlizadə ilə bağlı  maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni olan Xəyal Əlizadə Qaradağ rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi olub. X.Əlizadə polkovnik-leytenantdır. Onun atası Məzahir Əliyev isə 1990-cı illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun son illərə kimi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilir. Polkovnik rütbəli M.Əliyevin, həmçinin, Bakı-Sumqayıt yolundakı Neapol restoranının da sahibi olduğu qeyd edilir. 
 Qaradağ RPİ-dən Xəyal Əlizadənin həqiqətən bu idarədə şöbə rəisi olduğunu, lakin şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi üçün işdən azad edildiyini bildiriblər. Əldə etdiyimiz məlumata görə, Xəyal Əlizadə Qaradağ RPİ-də rəsmi olaraq şöbə rəisi vəzifəsində çalışsa da, aylarla işə gəlmirmiş. Onun ailəsi ilə birlikdə Dubayda yaşadığı bildirilir.

Xatırladaq ki, Vüsal Şilderin anası Mətanət xanım da oğlunun ölümündə X.Əlizadəni ittiham etmiş, eyni zamanda onun Dubayla olan əlaqəsinə də toxunmuşdu. Onu da bildirək ki, ailə-məişət zəminində baş verən cinayət hadisəsində indiyə qədər şübhəli şəxs qismində Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov, həmçinin, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Qeyd edək ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin.Günahkarların tezliklə cəzalarını alacağı ümidi ilə ailəsinə səbr diləyirik.

Saytda Axtarış

Son xəbərlər