Dalga Televiziyasi İranda həbsdə olan 3 Azərbaycan vətəndaşı Bakıya qaytarılır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün816
DünənDünən2998
Bu həftəBu həftə816
Bu ayBu ay95784
Bu günə qədərBu günə qədər8457415

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İranda həbsdə olan 3 Azərbaycan vətəndaşı Bakıya qaytarılır

altBu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi ilə aparılmış danışıqların nəticəsi olaraq bu ölkədə həbsdə olan Kamal Qədirov, Eyvaz Məmmədov və Zamin Həsənov adlı şəxslərin Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Qərarla bağlı Azərbaycanın Tehrandakı səfirliyinə məlumat verilib. Yaxın günlərdə həmin şəxslər vətənə göndəriləcək.

«Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Azərbaycan vətəndaşlarının maraqlarını müdafiə etməkdə davam edəcək. Bizim də başlıca vəzifəmiz dövlətimiz tərəfindən qarşımıza qoyulan hədəfləri yerinə yetirməkdir», - deyə E. Abdullayev vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər