Dalga Televiziyasi Rusiyanın əlil yerli sakini Azərbaycan vətəndaşını güllələdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün202
DünənDünən2223
Bu həftəBu həftə7584
Bu ayBu ay39127
Bu günə qədərBu günə qədər7527344

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyanın əlil yerli sakini Azərbaycan vətəndaşını güllələdi

alt

Rusiya Federasiyasının Samara şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı güllələnib. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə sentyabrın 27-də baş verib. Adı açıqlanmayan 33 yaşlı Azərbaycan vətəndaşı yaşadığı evdə - Buyanova küçəsi 106 ünvanında güllələnib. Onu dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayan şəxs saxlanılıb. Onun 56 yaşlı ikinci qrup əlil, əvvəllər məhkumluq həyatı yaşamış biri olduğu bildirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə baş verməzdən əvvəl hər iki şəxs evdə oturub yeyib-içirmişlər. Sonra onların arasında mübahisə düşüb. Nəticədə ikinci qrup əlil Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər