Dalga Televiziyasi Durmuş ürək 20 dəqiqədən sonra yenidən döyündü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün977
DünənDünən2847
Bu həftəBu həftə977
Bu ayBu ay59138
Bu günə qədərBu günə qədər7486472

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Durmuş ürək 20 dəqiqədən sonra yenidən döyündü

altDünyada ilk dəfə olaraq döyünməyən ürəyin köçürülməsi uğurla keçərək, transplantologiya sahəsində yeni imkanlar açıb.


ANS PRESS-in məlumatına görə, Avstraliya cərrahları dünyada ilk dəfə olaraq döyünmə fəaliyyətini dayandırmış ürəyin uğurlu köçürülmə əməliyyatını ediblər.

Tibb işçiləri hesab edirlər ki, Avstraliyada döyünməyən ürəyin köçürülmə əməliyyatı orqanların transplantasiyası sahəsində yeni imkanlar yaradır. Bu vaxta kimi cərrahlar yalnız beyin ölümü qeydə alınmış donorun döyünən ürəyindən istifadə edə bilirdilər.

Avstraliyanın Müqəddəs Vinsent xəstəxanasının həkimləri döyünməyi dayandırmış ürəyi 20 dəqiqə sonra yenidən həyata qaytarmağa müvəffəq olublar. Bu da orqanların köçürülməsi sahəsində bir növ yeni inqilab olub.

Fəaliyyətini dayandırmış ürəyi həmişə edildiyi kimi soyumağa qoymayıblar. Adət olunan üsulun əvəzində orqan əməliyyatdan əvvəl “qutuda ürək” adı altında yeni mərhələ keçib. Bu zaman ürək əvvəlki üsul olan bədəndə deyil, qidalandırıcı maddələrin olduğu məhlulda qızdırılıb.

Saytda Axtarış

Son xəbərlər