Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1420
DünənDünən1348
Bu həftəBu həftə5115
Bu ayBu ay53811
Bu günə qədərBu günə qədər7481145

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Oğul anasını oxla vurub öldürdü

altAmerikanın Florida ştatında 42 yaşlı kişi anasını xüsusi qəddarlıqla öldürüb. ANS PRESS-in məlumatına görə, kişi əvvəlcə 65 yaşlı qadını güllə ilə yaralayıb, daha sonra onun başına bir neçə ox atıb, ən sonda isə qətli bıçaqla tamamlayıb.

Qadının 42 yaşlı oğlunun iddiasına görə, anası onun brilyantlarını oğurlayıb və atasını xərçəngə yoluxdurub. O həmçinin qeyd edib ki, anası onu öldürmək istəyib.

Qətl baş verən gün qonşuluqdakı qadın arxa həyətdən qışqırıq səsləri eşidib və polis çağırıb. Polislər gələndə qadının başında oxlar var idi. Polislərin bildirdiyinə görə, qadın sürünərək divana otura bilib, lakin sonra ölüb.

Polisə fişəng atmaq istədi, öz əli parçalandı

altHadisə Türkiyədə baş verib. 
Belə ki, Mardində bir qrup gənc icazəsiz aksiyalar keçirib, molotof kokteylləri və fişənglərlə polislərə hücum ediblər.Onlardan biri polisə fişəng atmaq istərkən, fişəng əlində partlayıb. Onu təcili xəstəxanaya çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, partlayış nəticəsində həmin şəxsin əli parçalanıb.

Facebook-da yazışan ögey qızını ürəyindən vurdu

altBursada ögey ata 17 yaşlı qızı ürəyindən bıçaqlayaraq ağır yaralayıb.

AzNews.az xəbər verir ki, 37 yaşlı C.K ögey qızını Facebook sosial şəbəkəsində oğlanlarla yazışdığı üçün vurduğunu deyib.

İşdən evə gələn ögey ata A.S-nın çatda oğlanlarla yazışdığını görüb əsəbiləşib və mətbəxdən götürdüyü bıçaqla qızı ürəyindən vurub.

Gənç qız reanimasiyaya yerləşdirilib. Şahid qismində dindirilən ana, ərindən şikayətçi olmadığını bildirib.

Polis hirsli ögey atanı həbs edib. İfadəsi alınmaq üçün polis İdarəsinə götürülən kişi, ögey qızına dəfələrlə xəbərdarlıq etdiyini söyləyib.

Ögey atanın ardınca polis idarəsinə gətirilən 3 uşaq anası Ş.K şahid qismində dindirilib. Şöbəyə uşaqları ilə birlikdə gələn qadın, ərinin dediklərini təsdiqləyib və qızının Facebook-da yazışdığı üçün hadisənin baş verdiyini deyib.

Polis körpəsini yerə atıb, oğru dalınca qaçdı

altQucağında üç aylıq körpə olan polis silahlı soyğunçunun evinin qabağına yaxınlaşdığını görən kimi uşağı yerə ataraq cinayətkarı tutmağa çalışıb.

ANS PRESS-in məlumatına görə, Brazilyada San-Pauloda baş verən hadisə zamanı soyğunçu son anda polisdən gizlənməyi bacarıb.

Polisin arvadı və atası ağlayan körpəni qaldıraraq evə aparıb. Körpə yüngül zədələr alıb. Oğru polisdən qaçmağa imkan tapsa da sonra xəstəxanalardan birində tapılılıb və həbs edilib.

Xəstələrin yeməyi beton qarışdıran maşında hazırlanırmış

altDanimarkada xəstəxanalar və qocalar evləri üçün yeməyi beton qarışdıranın köməyi ilə hazırlayan “Nordic Ingredients” şirkətinin fəaliyyəti dayandırılıb.

ANS PRESS-in məlumatına görə, yerli mətbuatın bu haqda yazması ölkədə böyük səs küyə səbəb olmuşdu.

Danimarkanın Baytarlıq və Ərzaq Nəzarətinə Dövlət Xidməti şirkətin gigiyena qaydalarının pozulması faktını aşkar edib. Şirkət pasiyentlər üçün jeleyə bənzər qida istehsal edirmiş.

"Bu inşaatçıların istifadə etdiyi narıncı rəngdə olan beton qarışdıran idi. Onun içində əvvəlki istifadələrdən qalan qatlar var idi ki, bu da bakteriyaların və başqa mikroorqanizmlərinyayılmasına xidmət edə bilərdi", - deyə xidmətinin əməkdaşı Qenriyett Minster bildirib.

“Nordic Ingredients”-ə xəstələr üçün qidanı dövlətqurumları sifariş edib.
Mənbə

Oğlunu öldürən ata hamını şoka saldı

altTürkiyədə oğlunu öldürən atanın istintaqa ifadəsi hamını şoka salıb.

ANS PRESS-in məlumatına görə, Sarıçam Mahalında baş verən qətl hadisəsi zamanı ata Mustafa Küçük oğlu Gökhanın ona bıçaqla hücum edib, öldürmək istədiyini bildirib.

Ailə münaqişəsi səbəbindən yaşanan hadisəni nəql edən Mustafa Küçük deyib ki, əsəbiləşən oğlunu sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib:

"Məni görüncə sinəsini əliylə açaraq "Vur" deyə qışqırırdı. Əlindəki bıçaqla üzərimə gəlincə balkona qaçdım. Üzərimə gəlməyə davam etdi. Qorxutmaq üçün ayaqlarına doğru tüfəngdən atəş açdım. O, yıxılmadı və üzərimə bıçaqla gəlməyə davam etdi. "Ardını gətir. Yoxsa mən səni öldürəcəyəm" dedi. Bundan sonra üzümü yana çevirib baxmadan atəş açdım".

Prokuror məhkəmədən Mustafa Küçükə ömürlük həbs cəzası istəyib.

78 uşaq həbs edildi

alt16 yaşından aşağı 78 uşağa 2 ildən 5 ilədək həbs cəzası verilib.

AzNews.az xəbər verir ki, bu qərar Misirin şimalında yerləşən İskəndəriyə şəhər cəza məhkəməsi tərəfindən verilib.

Uşaqların vəkili Əhməd əl-Gamri deyib ki, onlar "Müsəlman Qardaşları” təşkilatına üzv olduqlarına görə həbs ediliblər.

Gamri uşaqların hamısının bu ilin yanvar-may aylarında nəzarətə alındığını bildirib.

Gəlin toyunda 400 min avroluq qızıl taxdı (FOTO)

altHindistanda şirniyyat istehsalı ilə məşğul olan ata qızının toyunda ona 400 min avro (təxminən 389 min manat) dəyərində zinət hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, 400 min avroya alınan zinət əşyalarını taxan qız, sözün əsl mənasında, qızıla bürünüb.

Lakin toyda diqqəti çəkən tək gəlinin üzərindəkilər olmayıb. Gəlinin atası da boynundakı qızıllarla gəlin qədər diqqəti cəlb edib. Toyda ləl-cəvahirat təhlükəsizliyini təmin etmək üçün Hindistanın Tirupati şəhərində xeyli polis səfərbər edilib.

Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Hindistanda baş verən bu hadisə bir çox insanların qınağına səbəb olub.

Valideynləri başqa təbəqədən olan oğlanla evlənən qızı boğdular

altHindistan cəmiyyətini “şərəf ölümü” adlandırılan cinayət ayağa qaldırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə arvad digər sosial qrupdan olan oğlanla nikaha girən 21 yaşlı qızlarından intiqam aldıqların etiraf edib. Dehli universitetinin tələbəsi Bxavna Yadavı valideynləri nikah bağlanandan üç gün sonra boğublar.

Polisdən verilən məlumata görə, qıza divan tutulmasında dayısı da iştirak edib. Bxavnanın qohumları onun digər sosial təbəqəni təmsil edən 24 yaşlı proqramçı sevgilisi Abxişeka Setaya ərə getməsindən məmnun qalmayıblar. Set Pəncab ştatından olub, Yadav isə Radjastxanada böyüyüb.

Qızın valideynləri oğlanın başqa təbəqəyə mənsub olduğunu bildiklərindən evliliyə razılıq verməyiblər, sevgililər isə gizli hikaha giriblər. Bunun səhəri günü, noyabrın 13-də Bxavna valideynlərinə atdığı addım haqda məlumat verib. Djaqmohan və Savitri Yadav cütlüyü bundan sonra qızla söhbət etmək üçün görüş təyin ediblər. Noyabrın 16-da gecə onlar qızı döydükdən sonra boğublar.

Bununla kifayətlənməyən valideynlər onun meyitini Dehlidən Alvar kəndsinə gətirərk yandırlıblar. Abxişekanın sözlərinə görə, yarım il əvvəl Bxavnanın valideynlərinə gələcək ərini göstərərək söhbət edib. Ancaq onlar dərhal qızın seçiminə düşməncəsinə yanaşıblar. “Sən - pəncəblisən və bizdən uzaq durmalısan. Sizin əlaqənizdən hen nə alınmayacaq”, - qızın valideynləri deyiblər.
Valideynlərinin öldürdüyü qız paytaxt universiteti nəzdindəki Venkateswara kollecində sanskrit ədəbiyyatını öyrənirdi.
Modern.az

44 milyon dollarlıq çiçək

altSon dövrlər incəsənət dünyası milyon dollarlıq alışlarla gündəmə gəlir. Bu dəfə qadın bir sənətçinin satılan ən bahalı əsəri gündəmdədir.

Dalgatv Marja-ya istinadən xəbər verir ki, hərrac evi “Sotheby’s”, Georgia O’Keeffe-nin əfsanəvi rəsm əsəri “Jimson Weed/White Flower No. 1”i 44, 4 milyon dollara satıb.

Bu, bir hərracda qadın bir sənətçinin əsərinə verilən ən yüksək rəqəmdir. Daha əvvəl bu sahədəki rekord, digər bir hərrac evi “Christie’s”in 2014-cü ilin May ayında satdığı Joan Mitchellin “Başlıqsız” adlı əsəri idi.

O’Keeffe’nin çiçək mövzusunda olan əsərləri bütün dünyada tanınır.

Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib

altBu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzeni qəbul edib.

QMİ-dən APA-ya verilən xəbərə görə, görüşdə Şeyx Azərbaycanla Gürcüstanın dostluq və səmimiyyət əsasında qurulan münasibətlərinin getdikcə daha da inkişaf etdiyini bildirib və bu işdə iki ölkənin dövlət başçılarının, eləcə də Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın xüsusi xidmətlərini vurğulayıb.

Onun sözlərinə görə, qonşu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan Respublikasının vətəndaşları olaraq Gürcüstana xidmət etdikləri kimi, Azərbaycanda yaşayan gürcülər də eyni dərəcədə vətənləri Azərbaycana xidmət etməlidirlər: “Yalnız bu yolla iki dövlət arasında olan qardaşlıq və mehriban qonşuluq münasibətlərinin daha dərin və davamlı olmasını təmin etmək olar”.

Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze öz növbəsində səmimi qəbula görə A.Paşazadəyə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıları ölkə ictimaiyyəti namuslu, zəhmətkeş, eləcə də layiqli insanlar kimi görür və tanıyır.

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, QMİ-nin Nəşriyyat şöbəsinin müdiri Zülfüqar Fərzəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və başqaları iştirak ediblər.

Supermodelin qızı anasını kölgədə qoydu (FOTO)

altMəşhur supermodel Sindi Kroftun 13 yaşlı qızı ilk dəfə olaraq ən məşhur jurnallardan olan “Teen Vogue”ya çəkilib.

ANS PRESS-in məlumatına görə, Sindi Kroftun qızı Kayya Qerber ilk dəfə olaraq dəb çəkilişində iştirak edib. Kayya çoxdandır ki, anası Sindi Krofla birgə müxtəlif tədbirlərdə iştirak edir.

Qeyd edək ki, Kayya hələ 10 yaşı olanda ilk müqaviləsini “Versace” markası ilə bağlayıb və “Young Versace”ın reklam kampaniyasında çəkilib.

Saytda Axtarış

Son xəbərlər