Dalga Televiziyasi Valideynləri başqa təbəqədən olan oğlanla evlənən qızı boğdular
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2867
DünənDünən3410
Bu həftəBu həftə6277
Bu ayBu ay15813
Bu günə qədərBu günə qədər7504030

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Valideynləri başqa təbəqədən olan oğlanla evlənən qızı boğdular

altHindistan cəmiyyətini “şərəf ölümü” adlandırılan cinayət ayağa qaldırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə arvad digər sosial qrupdan olan oğlanla nikaha girən 21 yaşlı qızlarından intiqam aldıqların etiraf edib. Dehli universitetinin tələbəsi Bxavna Yadavı valideynləri nikah bağlanandan üç gün sonra boğublar.

Polisdən verilən məlumata görə, qıza divan tutulmasında dayısı da iştirak edib. Bxavnanın qohumları onun digər sosial təbəqəni təmsil edən 24 yaşlı proqramçı sevgilisi Abxişeka Setaya ərə getməsindən məmnun qalmayıblar. Set Pəncab ştatından olub, Yadav isə Radjastxanada böyüyüb.

Qızın valideynləri oğlanın başqa təbəqəyə mənsub olduğunu bildiklərindən evliliyə razılıq verməyiblər, sevgililər isə gizli hikaha giriblər. Bunun səhəri günü, noyabrın 13-də Bxavna valideynlərinə atdığı addım haqda məlumat verib. Djaqmohan və Savitri Yadav cütlüyü bundan sonra qızla söhbət etmək üçün görüş təyin ediblər. Noyabrın 16-da gecə onlar qızı döydükdən sonra boğublar.

Bununla kifayətlənməyən valideynlər onun meyitini Dehlidən Alvar kəndsinə gətirərk yandırlıblar. Abxişekanın sözlərinə görə, yarım il əvvəl Bxavnanın valideynlərinə gələcək ərini göstərərək söhbət edib. Ancaq onlar dərhal qızın seçiminə düşməncəsinə yanaşıblar. “Sən - pəncəblisən və bizdən uzaq durmalısan. Sizin əlaqənizdən hen nə alınmayacaq”, - qızın valideynləri deyiblər.
Valideynlərinin öldürdüyü qız paytaxt universiteti nəzdindəki Venkateswara kollecində sanskrit ədəbiyyatını öyrənirdi.
Modern.az

Saytda Axtarış

Son xəbərlər