Dalga Televiziyasi Keçmiş prezidentin təyyarəsinin sirri çözüldü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1252
DünənDünən2847
Bu həftəBu həftə1252
Bu ayBu ay59413
Bu günə qədərBu günə qədər7486747

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Keçmiş prezidentin təyyarəsinin sirri çözüldü

alt2010-cu ilin aprelində göyərtəsində Polşa prezidenti Lex Kaçinski və bri sıra dövlət xadimlərinin  olduğu təyyarə qəzası ilə bağlı yeni faktlar üzə çıxıb.  

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polşalı istintaqçıların pilot kabinəsindəki danışıqlarının yeni səs yazısı pilotlara Polşa Hərbi Hava Qüvvələrinin komandanı Anjey Blasikin ciddi təzyiq göstərdiyini üzə çıxarıb. Səs yazısında prezident çevrəsindəki şəxslər duman və pilotların etirazına baxmayraq, Rusiyanın Smolensk şəhərində yerləşən aerodroma eniş edilməsini tələb edirlər.

Yeni fraqmentlər pilotların dəfələrlə kənar şəxslərin pilot kabinəsini tərk etməsini tələb etdiyini, həmin vəzifəli şəxslərin isə etirazlara məhəl qoymayaraq pivə içməkdə davam etmələrini təsdiqləyir. Qəzadan 20 dəqiqə əvvəl kabinədə “məni rahat buraxın” ifadəsinin və bəzi söyüşlərin işlədildiyi səs yazısından aydın olur.  

2010-cu il aprelin 10-da “Tu-154M” təyyarəsinin Smolensk aerodromunun bir neçə metrliyində qəzaya uğraması nəticəsində Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı daxil olmaqla 96 nəfər həlak olmuşdu. Qəzanın araşdırılması ilə bağlı istintaq həm Polşa, həm də Rusiya prokurorluğu tərəfindən davam etdirilir.    

Saytda Axtarış

Son xəbərlər