Dalga Televiziyasi Hələ belə hədiyyə görünməyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1261
DünənDünən2847
Bu həftəBu həftə1261
Bu ayBu ay59422
Bu günə qədərBu günə qədər7486756

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Hələ belə hədiyyə görünməyib

altBelə hədiyyə nə eşidildi, nə də görüldü. Almaniyada eşidənləri heyrətə salan bir hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Baden-Vürttemberq əyalətində Lörrach şəhərində 21 yaşlı gənc həyatının hədiyyəsini alıb. Ona bu hədiyyəni verən isə küçədən keçən bir qadın olub.

"Bild" qəzetinin məlumatına görə, gəncin qarşısına çıxan qadın "sizə öz maşınımı bağışlaya bilərəm?" deyə sual verib. 53 yaşlı hannoverli qadın xaricə getdiyini, həyatında yeni səhifə açmaq istədiyini deyib.
"Volkswagen Polo" markalı maşınını gəncə bağışlayan qadın bütün sənədləri də ona təqdim edib.

Əlində sənədlər və maşının açarı ilə heyrətə düşən gənc dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis qadını yoxlayıb onun ağlının başında olduğunu müəyyən edəndən sonra gəncə istəsə hədiyyəni qəbul edə biləcəyini deyib.

Bundan sonra Florian adlı oğlan 10 min avro qiyməti olan hədiyyəni qəbul edib.

Saytda Axtarış

Son xəbərlər