Dalga Televiziyasi Tiflisdə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün603
DünənDünən2998
Bu həftəBu həftə603
Bu ayBu ay95571
Bu günə qədərBu günə qədər8457202

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib

altGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə Tiflisdə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə GMİ şeyxi Ramin İgidov, GMİ-nin müftisi Beqlyar Kamanidze, GMİ-nin Şərqi Gürcüstan müftisi Yasin Əliyev, Dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşadze, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə məsləhətçisi Nəbi Gümüş, İranın Gürcüstanda fəaliyyət göstərən Əl-Mustafa Universitetinin rektoru Davud Qəşəmli, Gürcüstan-Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Əl-Mustafa Universitetinin nümayəndəsi Elnarə Cəfərli çıxış edərək qadına zorakılığa qarşı fikirlər səsləndiriblər. Konfransda İslam və Qurani-Kərimdə zorakılığa aid ayələr olmadığı, əksinə İslamın barış, məhəbbət, dostluğu və sevgini təbliğ etdiyi bildirilib. Çıxışçılar mənəvi dəyərlərin qorunub saxlanmasını, istər İslam, istərsə də xristianlıq və pravoslav dinlərinin eyni dəyər daşıdığı qeyd ediblər.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında GMİ-yə bu konfransı təşkil etdiyinə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, müasir zamanda insanlar dini həlledici amil kimi görürlər. Dövlət naziri zorakılığa qarşı mübarizədə maarifləndirmə təbliğatının daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Saytda Axtarış

Son xəbərlər