Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1742
DünənDünən3361
Bu həftəBu həftə11101
Bu ayBu ay60231
Bu günə qədərBu günə qədər3410897

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Tramp Emin Ağalarovu işdən necə “qovdu”?

Bu günkü praymerizdəki qələbəsi ilə Respublikaçılar Partiyasından prezidentliyə əsas namizədə çevrilən Donlad Tramp hələ 2013-cü ildə azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun klipində çəkilibmiş.

Həmin il müəlliflik hüquqları Donald Trampa məxsus olan Dünya Gözəllik yarışması (Miss Universe 2013) Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində baş tutmuşdu.

Yarışmanın keçirildiyi məkan kimi isə Emin Ağalaraovun atası Araz Ağalarova məxsus “Crocus City Hall” seçilmişdi.

Gözəllik yarışmasının keçirilməsində təşkilati dəstək göstərməklə yanaşı, Emin Ağalarov öz “İn Another Lide” (“Başqa həyatda”) klipinin çəkilişlərində yarışmaya qatılmış dünya gözəllərini və hətta milyarder Donald Trampın şəxsən iştirakını təmin edə bilmişdi.

“İn Anotjer Life” klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış müğənni dünya gözəllərinin çevrəsində təsvir edilir.

Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp meydana çıxır. Ssenariyə görə, şirkətin prezidenti olan Tramp “Emin ayıl, sənə nə olub?!” deyə onun iclas vaxtı fikrinin başqa yerdə olmasına acıqlanır və öz məşhur “Sən qovuldun!” (“You are fired!”) ifadəsini işlədərək, müğənnini “cəzalandırır”.

Müğənninin oğlunun törətdiyi qətlin - Təfərrüatı

Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsinin səbəbi məlum olub.

Mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Qız atasına görə adam bıçaqladı

Paytaxtda və Gəncədə bıçaqlanma faktları qeydə alınıb. Balakəndə isə 23 yaşlı oğlanı bıçaqlayan qız tutulub.

Bakıda münaqişə bıçaqlanma ilə sona çatıb. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunan 44 yaşlı Azər Zeynalov həmyerlisi 36 yaşlı Elnur Göyüşova bıçaqla xəsarət yetirib. Aparılan əməliyyat tədbirləri nəticəsində Azər Zeynalov tutularaq istintaqa təhvil verilib.

Gəncədə də bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini 38 yaşlı Seymur Quliyev yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi zamanı ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub. Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində olan xəstənin vəziyyəti orta-ağırdır.

Balakəndə isə 23 yaşlı oğlanı bıçaqlayan şəxs məsuliyyətə cəlb olunub. Rayonun Gərəkli kənd sakini, Vüsal Mustafayevin Qullar kənd sakini 19 yaşlı Xədicə Qarayeva tərəfindən bıçaqlandığı məlum olub. Şübhəli şəxs qismində saxlanılan Xədicə Qarayeva hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə gəlib və onun atası Nəsib Qarayevlə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bakı-Qazax-Gürcüstan sərhədi yolunda qatı duman avtomobillərin hərəkətinə problem yaradıb

Bu gün səhər saatlarından başlayaraq Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunda güclü duman müşahidə olunur.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, duman yolun Şəmkir və Tovuz rayonları ərazisində daha qatıdır.

Görmə məsəfəsinin təxminən 20 metr olduğu yolla hərəkət edən sürücülər avtomobillərin sürətini azaltmağa məcbur olublar.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol boyu avtomobillərin hərəkətinə nəzarət edir, qəzaların baş verməməsi üçün sürücülərə ehtiyatlı olmağı məsləhət görürlər. 

11 yaşlı uşaq niyə intihar edib? - Prokurorluqdan açıqlama

Neftçala Rayon Prokurorluğu 11 yaşlı Xədicə Kazımovanın intihar olayına münasibət bildirib.

Prokuror köməkçisi Əfəndiyev Zaur Abdulməcidoviç AzNews.az-a açıqlamasında bildirib ki, hazırda X.Kazımovanın ölümü ilə əlaqədar istintaq başlanılıb:
“Xədicə özünü həyətdəki tövlədən asıb. Onun ölümü bizə də qəribədir. Azyaşlının nə üçün intihar etməsinin səbəbi ilə bağlı versiyalar deyə bilmirik. Ona görə ki, ailə üzvləri də deyə bilmir. Bu, ancaq istintaqın gedişində məlum olacaq”.

Z.Abdulməcidoviç X.Kazımovanın heç bir psixoloji problemi olmadığını deyib: “Valideynləri onun problemsiz bir uşaq olduğunu deyirlər”. 

Xatırladaq ki, ötən gün axşam saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə özünü ip ilə asaraq intihar edib.

Kaxa Kaladzenin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir

Kaxa Kaladzenin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir
 
 

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə münasibətlərinin olduğu iddia olunur.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.

Q. Tarqamadze deyib ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyiEnergetika Nazirliyinə 1,1 mln. dollar köçürüb.

Məsələyə K. Kaladze münasibət bildirib: "Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. Lakin Qivi Tarqamadzenin belə əlaqələri mövcuddur. Özündən soruşun və o sizə detallı şəkildə hər şeyi izah edəcək. Onun kriminal avtoritetlərlə birbaşa əlaqələri var. Onun mənim barəmdə dedikləri böyük yalandır. Energetika Nazirliyinin heç bir əlavə bank hesabı yoxdur. Düzdür, mənim özümün bankım olub. Bildiyiniz kimi, mən "Progress Bank"ı təsis etmişdim, lakin oradakı payımı satdım".

 

Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib

"Vahid Milli Hərəkat" partiyasını (sabiq prezident Mixeil Saakaşvilinin partiyası) dəstəkləyən "Azad zona" təşkilatı Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlara etiraz əlaməti olaraq Tbilisidə aksiya keçirib.

"Dalga TV"nin "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları "Qazprom"un Gürcüstana nəql etdiyi qazın həcminin artırılmasına etiraz edib.

Aksiya iştirakçılarından biri deyib ki, "Qazprom" Rusiya rəhbərliyinin siyasi silahıdır: "Biz 2006-cı ilin qış aylarında "Qazprom"un bütün Gürcüstanı qazsız qoymasını yaxşı xatırlayırıq. Hadisələr təkrarlana bilər".

Etirazçılar əllərində "Qazproma yox", "Bidzina get!" yazılmış plakatlarla sabiq baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündən də keçiblər.

Ərdoğan Gülün qayınatasını çiyinlərində yola saldı

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin sabiq prezidenti Abdullah Gülün qayınatası Ahmet Özyurt vəfat edib.

AzNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu gün mərhumun Mərmərə Universiteti İlahiyyət Fakültəsinin məscidində dəfn mərasimi keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan sabiq prezidenti və həyat yoldaşı Hayrünnisa Gülü çətin günlərində tək qoymayıb.

Qeyd edək ki, mərasimdə baş nazir Əhməd Davudoğlu və digər dövlət rəsmiləri də iştirak edib.

Ölü körpəni morqa qoydular - 23 saat sonra ayıldı

Çində, həkimlərin öldüyü bildirilən, yeni doğulmuş körpə kremasiyasına bir neçə dəqiqə qalmış ayılıb.

Bu barədə AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Uşaq Çjençzyan vilayətində yanvarın 8-də dünyaya gəlib (iki ay vaxtından əvvəl). Həkimlər onu inkubatora yerləşdiriblər. Köroə burada 23 gün qaldıqdan sonra, həkimlərin məsləhətlərinə baxmayaraq, valideynləri onu evə aparmağa qərara alıblar. Onlar birlikdə Yeni ili qeyd edtmək istəyirdilər (Çin təqvimi ilə fevralın 8-də).

İki gün sonra uşaq xəstələnib və onu yenidən xəstəxanaya gətiriblər. Fevralın 4-də həkimlər uşağın öldüyünü açıqlayıblar. Körpənin cəsədi 23 saat mənfi 12 dərəcə soyuqda meyitxanada qalıb.

Bir gün sonra onun meyitini kremasiya üçün çıxardanda, körpə qəfildən ağlamağa başlayıb. Tibb bacıları dərhal uşağın valideynləri ilə əlaqə yaradıblar. Bundan sonra körpəni intensiv terapiya bölməsinə yerləşdiriblər.

Uşağın öldüyün qeydə alan həkim Çen təəcübləndiyini gizlətməyib:

“Mən həqiqətən də başa düşə bilmirəm ki, belə bir möcüzə necə baş verib”.

 

Yazıçı arvadını öldürüb - Şəklini facebookda paylaşdı

Fevral ayının 5-də 33 yaşlı Derek Medina arvadını öldürdüyü üçün ömürlük həbs cəzası alıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir, kişi cinayəti törətdikdən dərhal sonra Facebookda “Nur içində yat Alonso” şərhini yazaraq arvadının meyitinin şəklini paylaşıb.

Məhkəmədə Medina sona qədər qətlin özünü müdafiə çərçivəsində törədildiyini iddia edirdi. O, Ceniferin onu mütəmadi olaraq döydüyünü, son gün isə bıçağa əl atdığını, bu səbəbdən də ona atəş açmağa məcbur qaldığını bildirib.

Amma hakim bu ifadələrə inanmayıb, belə ki, arvadının meyitinin şəklini paylaşan Medina ona bir daraq güllə atıb, halbuki, müdafiə üçün havaya açılan xəbərdarlıq atəşi də bəs edərdi.

Son sözündə Medina hər şeydə Barak Obamanı və korrupsiyanı günahlandırıb.

Medina, həmçinin “Ünsiyyət vasitəsilə Ailə problemlərini həll edərək nikahımı necə xilas etdim” kitabının müəllifi kimi də məşhurdur. Bu kitabı indi də amerikan internet-mağazalarında almaq olar.

Bu hadisədən sonra “Amazon” nəşriyyatına “Bu kitab düz hədəfə dəyib” kimi ifadələrin olduğu çoxsaylı istehzalı şərhlər gəlib.

Təyyarə quş sürüsünə çırpılıb- Foto

İstanbul-San-Paolo reysi ilə hərəkət edən “Türk Hava Yolları” (THY) aviaşirkətinə aid təyyarə quş sürüsü ilə toqquşub. Modern.az saytı Report-a istinadən xəbər verir ki, TK 05 səfər saylı “Boeing 300 ER” tipli təyyarə Yunanıstanın hava məkanında quş sürüsü ilə rastlaşıb.

Nəticədə təyyarənin uc hissəsində əzilmələr meydana gəlib, radar sıradan çıxıb. Yaranmış təhlükəli vəziyyəti nəzərə alan pilot təyyarəni İstanbula problemsiz şəkildə endirməyə nail olub. 

 

.

Ölümü tezləşdirən - 6 vərdiş

Sağlam şəkildə uzun ömürə malik olmaq - hər bir insanın arzusudur.

Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən 6-nı tanıyaq:

1. 7 saatdan çox əyləşmək. Mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, o insanlar ki, gün ərzində 7 saatdan çox əyləşirlər, az fəaliyyət göstərirlər - daha çox ölüm riskində qərar tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.

2. 8 saatdan çox yatmaq. Yuxu bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən verdiyi enerjini bərpa etmək üçün faydalı olduğu kimi, çox yatmaq sağlamlığı təhlükəyə salar. Mütəxəssislər bir neçə il ərzində keçirtdikləri tədqiqatdan bu qənaətə gəlib çatıblar ki, o insanlar ki, gecəni 8 saatdan çox yatırlar, beyin insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.

3. Hərəkətsiz olmaq. Tədqiqatçılar bu nəticəyə gəlib çatıblar ki, saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda xərçəng, parkinsun, qaraciyər xəstəlikləri riski daha çoxdur.

4. Alkohol içmək. Bu 6 adət içərisində alkohol içmək ölüm riski üçün birinci sırada durur. Alkohol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.

5. Siqaret çəkmək. Mütəxəssislər 96 kişi üzərində tədqiqat aparıb bu nəticəyə gəliblər ki, siqaret çəkmək ölüm riskinin mühüm amilidir. Tütün bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.

6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır ki, həddi aşmasın. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.

Saytda Axtarış

Son xəbərlər