Dalga Televiziyasi Digər
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2668
DünənDünən4506
Bu həftəBu həftə28586
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər2515127

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Ərdoğan Gülün qayınatasını çiyinlərində yola saldı

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin sabiq prezidenti Abdullah Gülün qayınatası Ahmet Özyurt vəfat edib.

AzNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu gün mərhumun Mərmərə Universiteti İlahiyyət Fakültəsinin məscidində dəfn mərasimi keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan sabiq prezidenti və həyat yoldaşı Hayrünnisa Gülü çətin günlərində tək qoymayıb.

Qeyd edək ki, mərasimdə baş nazir Əhməd Davudoğlu və digər dövlət rəsmiləri də iştirak edib.

Ölü körpəni morqa qoydular - 23 saat sonra ayıldı

Çində, həkimlərin öldüyü bildirilən, yeni doğulmuş körpə kremasiyasına bir neçə dəqiqə qalmış ayılıb.

Bu barədə AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Uşaq Çjençzyan vilayətində yanvarın 8-də dünyaya gəlib (iki ay vaxtından əvvəl). Həkimlər onu inkubatora yerləşdiriblər. Köroə burada 23 gün qaldıqdan sonra, həkimlərin məsləhətlərinə baxmayaraq, valideynləri onu evə aparmağa qərara alıblar. Onlar birlikdə Yeni ili qeyd edtmək istəyirdilər (Çin təqvimi ilə fevralın 8-də).

İki gün sonra uşaq xəstələnib və onu yenidən xəstəxanaya gətiriblər. Fevralın 4-də həkimlər uşağın öldüyünü açıqlayıblar. Körpənin cəsədi 23 saat mənfi 12 dərəcə soyuqda meyitxanada qalıb.

Bir gün sonra onun meyitini kremasiya üçün çıxardanda, körpə qəfildən ağlamağa başlayıb. Tibb bacıları dərhal uşağın valideynləri ilə əlaqə yaradıblar. Bundan sonra körpəni intensiv terapiya bölməsinə yerləşdiriblər.

Uşağın öldüyün qeydə alan həkim Çen təəcübləndiyini gizlətməyib:

“Mən həqiqətən də başa düşə bilmirəm ki, belə bir möcüzə necə baş verib”.

 

Yazıçı arvadını öldürüb - Şəklini facebookda paylaşdı

Fevral ayının 5-də 33 yaşlı Derek Medina arvadını öldürdüyü üçün ömürlük həbs cəzası alıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir, kişi cinayəti törətdikdən dərhal sonra Facebookda “Nur içində yat Alonso” şərhini yazaraq arvadının meyitinin şəklini paylaşıb.

Məhkəmədə Medina sona qədər qətlin özünü müdafiə çərçivəsində törədildiyini iddia edirdi. O, Ceniferin onu mütəmadi olaraq döydüyünü, son gün isə bıçağa əl atdığını, bu səbəbdən də ona atəş açmağa məcbur qaldığını bildirib.

Amma hakim bu ifadələrə inanmayıb, belə ki, arvadının meyitinin şəklini paylaşan Medina ona bir daraq güllə atıb, halbuki, müdafiə üçün havaya açılan xəbərdarlıq atəşi də bəs edərdi.

Son sözündə Medina hər şeydə Barak Obamanı və korrupsiyanı günahlandırıb.

Medina, həmçinin “Ünsiyyət vasitəsilə Ailə problemlərini həll edərək nikahımı necə xilas etdim” kitabının müəllifi kimi də məşhurdur. Bu kitabı indi də amerikan internet-mağazalarında almaq olar.

Bu hadisədən sonra “Amazon” nəşriyyatına “Bu kitab düz hədəfə dəyib” kimi ifadələrin olduğu çoxsaylı istehzalı şərhlər gəlib.

Təyyarə quş sürüsünə çırpılıb- Foto

İstanbul-San-Paolo reysi ilə hərəkət edən “Türk Hava Yolları” (THY) aviaşirkətinə aid təyyarə quş sürüsü ilə toqquşub. Modern.az saytı Report-a istinadən xəbər verir ki, TK 05 səfər saylı “Boeing 300 ER” tipli təyyarə Yunanıstanın hava məkanında quş sürüsü ilə rastlaşıb.

Nəticədə təyyarənin uc hissəsində əzilmələr meydana gəlib, radar sıradan çıxıb. Yaranmış təhlükəli vəziyyəti nəzərə alan pilot təyyarəni İstanbula problemsiz şəkildə endirməyə nail olub. 

 

.

Ölümü tezləşdirən - 6 vərdiş

Sağlam şəkildə uzun ömürə malik olmaq - hər bir insanın arzusudur.

Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən 6-nı tanıyaq:

1. 7 saatdan çox əyləşmək. Mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, o insanlar ki, gün ərzində 7 saatdan çox əyləşirlər, az fəaliyyət göstərirlər - daha çox ölüm riskində qərar tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.

2. 8 saatdan çox yatmaq. Yuxu bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən verdiyi enerjini bərpa etmək üçün faydalı olduğu kimi, çox yatmaq sağlamlığı təhlükəyə salar. Mütəxəssislər bir neçə il ərzində keçirtdikləri tədqiqatdan bu qənaətə gəlib çatıblar ki, o insanlar ki, gecəni 8 saatdan çox yatırlar, beyin insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.

3. Hərəkətsiz olmaq. Tədqiqatçılar bu nəticəyə gəlib çatıblar ki, saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda xərçəng, parkinsun, qaraciyər xəstəlikləri riski daha çoxdur.

4. Alkohol içmək. Bu 6 adət içərisində alkohol içmək ölüm riski üçün birinci sırada durur. Alkohol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.

5. Siqaret çəkmək. Mütəxəssislər 96 kişi üzərində tədqiqat aparıb bu nəticəyə gəliblər ki, siqaret çəkmək ölüm riskinin mühüm amilidir. Tütün bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.

6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır ki, həddi aşmasın. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.

Piyada qayda pozdu, sürücü cərimələndi - Foto

Qaydanı piyada pozur, cərimə sürücüyə gəlir.

Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib. Protokolda 50 manat cərimənin qərarı çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir. Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir.

Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, "Hyundai Santafe" markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.

15 yaşlı uşaq qocaldı - FOTO

Hindistanın Mumbay şəhəri ətrafında yaşayan 15 yaşlı gənc nadir xəstəlikdən əziyyət çəkir.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat AFP-də yer alıb.

Onun orqanizmi adi insanlara nisbətən 8 dəfə tez qocalır. Ümumiyyətlə, belə xəstələr 14 ildən artıq yaşamır. Amma bu gənc bu yaxında 15 yaşını qeyd edib.

Gənc Nixal Bitlanın tutulduğu genetik xəstəlik Getçinsona-Gilforda sindromu adlanır. Dünyada 80 nəfərədək insan bu xəstəlikdən əziyyət çəkir.

Cəlal Əliyev vəfat etdi

Bu gün Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə haqqın.az saytına akademikin köməkçilərindən biri məlumat verib.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvanda anadan olub. Onun qardaşlarından biri -Heydər Əliyev Azərbaycan prezidenti, digər iki qardaşı Həsən Əiyev və Aqil Əliyev isə Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

Tbilisidə gürcü bəstəkarı Vaja Azaraşvilinin “Vaqif” mahnısına çəkilmiş klipin təqdimatı olub

Yanvarın 30-da Tbilisidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış gürcü bəstəkarı Vaja Azaraşvilinin “Vaqif” mahnısına çəkilmiş klipin təqdimatı olub.

Muzeyin direktoru Leyla Əliyeva deyib ki, bəstəkar V.Azaraşvili Azərbaycan şairləri Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, Məhəmməd Füzulinin şeirlərinə mahnı bəstələyib. “Vaqif” musiqisi Gürcüstan paytaxtında azərbaycanlı qız ilə gürcü gəncin məhəbbətinə həsr olunub.

Bəstəkar V.Azaraşvili deyib ki, yaradıcılığında Azərbaycan şairlərinin şeirləri xüsusi yer tutub. Bu günədək Nizami Gəncəvinin altı əsərinə musiqi bəstələyib. Molla Pənah Vaqifin şeirləri də onun repertuarında xüsusi yer tutub. Musiqinin “Vaqif” adlandırılması da təsadüfi deyil. Tbilisidə azərbaycanlı qızın sevdiyi gürcü oğlana Vaqifin şeirləri ilə cavab verməsi onu belə bir mahnı bəstələməyə sövq edib.

“İnanıram ki, “Vaqif”in gürcü dilində səsləndirilməsi və bu mahnıya klip çəkilməsi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə bəstəkar vurğulayıb.

Görkəmli gürcü şairi Cansuq Çarkviani Gürcüstanda Azərbaycan şairlərinin, bəstəkarlarının şeir və bəstələrinin çox sevildiyini, Qara Qarayev, Rəşid Behbudov, Bülbül, Fikrət Əmirov, Müslüm Maqomayev və digər görkəmli sənətkarlın əsərlərinin dünya mədəni irsinin incilərindən olduğunu bildirib.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili deyib ki, Azərbaycan musiqisi təkcə azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə deyil, bütün Gürcüstanda sevgi ilə qarşılanır.

Digər çıxış edənlər gürcü bəstəkarın Azərbaycanın söz ustalarının yaradıcılığına müraciət etməsini yüksək qiymətləndirib, bunu xalqlarımız və ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Sonra “Vaqif” mahnısına çəkilmiş klip nümayiş etdirilib.

Gürcüstan-Azərbaycan dostluğuna həsr olunmuş klipdə mahnını Tbilisidə yaşayan azərbaycanlı xanım, bir neçə beynəlxalq mükafatın laureatı Aysel Məmmədova ifa edib.

Tədbirdə Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin əməkdaşları, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi, ziyalılar, Gürcüstan və Azərbaycanın şou biznes nümayəndələri iştirak ediblər.

Azərbaycan məmurunun arvadı Türkiyədə 20 milyon dollara villa alıb - ŞOK FAKTLAR -

Virtualaz.or saytı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinə daxil olan şəxslərdən birinin həyat yoldaşının Türkiyədə 16 milyon dollarlıq villalar almasını əks etdirən sənədləri yayıb.

Sayt qeyd edir ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Belə başa düşülür ki, öz növbəsində türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.

Görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısında öz öhdəliklərini yerinə yetirməyib, beləliklə də onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.

Heyrət doğuran məsələ Azərbaycanın pullarının necə talan edilməsi və həmin məmurun korrupsioner fəaliyyətini əks etdirən təkzibedilməz faktlardır.

Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Virtualaz.or saytı bəyan edib ki, redaksiyanın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri dövlət neft şirkəti SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.

Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbətdə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. İndi maraqlıdır, hüquq-mühafizə orqanları, ilk növbədə Baş prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını araşdıracaqmı? Və yazıda adları çəkilən şəxslərin məsləyə reaksiyası necə olacaq?

Dəhşətli qətl - Biznesmen uşaqlarını, arvadını, sonra isə özünü öldürdü

Rusiyanın Krasnoyarsk diyarında 39 yaşlı kişi uşaqlarını və arvadını, sonra isə özünü güllələyib.

Dalga Tv APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Region üzrə İdarəsinin saytında yanvarın 24-də yerləşdirilən məlumatda bildirilir ki, kişinin, onun 38 yaşlı hamilə arvadının, 17 və 9 yaşlı övladlarının meyitləri Artyomovsk şəhərində fərdi yaşayış evlərindən birində yanvarın 23-də qohumları tərəfindən aşkarlanıb.

İstintaqın versiyasına görə, iş adamı olan ev sahibi yaxınlarını yatdıqları yerdə güllələyib. Ballistik, genetik və məhkəmə-tibbi ekspertizalar təyin olunub. Ehtimal olunur ki, kişi ailə üzvlərinə 16 mm çaplı qoşalülə tüfəngdən atəş açıb.

Bəzi məlumatlara görə, cinayətin səbəbi meşəçilik sahəsində bizneslə məşğul olan kişinin külli miqdarda kredit borcunu qaytara bilməməsi və maddi çətinlik çəkməsi ola bilər.

Azərbaycanlı prodüser böyrəyini satır - Bank borcuna görə

Prodüser Mikayıl Hüseynov böyrəyini satır.

AzNews.az xəbər verir ki, bu haqda axşam.az-a prodüserin özü xəbər verib:

"Banka 8900 manat kreditim var, ödəyə bilmirəm. Maşınımı əlimdən alırlar. Böyrəyimi satıram. 15 min manata satacam. Dolana bilmirəm, başqa əlacım yoxdur. Bu pulla bütün borclarımı ödəməyi düşünürəm".

Qeyd edək ki, M.Hüseynov bir müddət əvvəl xalq artisti Nazpəri Dostəliyeva ilə işləyirdi.

Saytda Axtarış

Son xəbərlər