Dalga Televiziyasi Digər
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3680
DünənDünən4506
Bu həftəBu həftə29598
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər2516139

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Biri bıçağı götürdü, başqası jurnalistə hücum etdi…

Azərbaycan I divizionunun XII turu çərçivəsində bu gün keçirilən "Bakılı" - "Energetik" görüşündə xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az bildirir ki, həm matçın gedişində, həm də oyundan sonra iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb.

Hər şey meydan sahiblərinin futbolçusu Vurğun Həsənzadə ilə mingəçevirli həmkarı Vahid Rostami arasında baş verən mübahisə ilə başlayıb. Tərəflərin söz davası daha sonra bir-birilərini itələmək, ardınca isə "Bakılı"nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bu isə hər iki komandanın oyunçuları arasında kütləvi davaya səbəb olub. Hakimlər briqadası, həmçinin hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub.

Lakin oyun başa çatdıqdan sonra "Energetik"in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an "Bakılı"nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, "bıçaq götürdü" deyib və daha ağır münaqişənin qarşısını almağı xahiş edib.

Hadisəni videolentə almaq istəyən "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra həmin oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.

Çox maraqlıdır ki, baş verən bu hadisələrdən oyunun hakim-inspektoru İlham Əliyevin xəbəri olmayıb. Həm də AFFA nümayəndəsi vəzifəsini icra edən Əliyev apasport.az saytına açıqlamasında qarşıdurmadan xəbərsiz olduğunu söyləyib: "O oyunda elə ciddi bir hadisə baş verməyib axı. Nə olub ki orda? Matçdan sonra hamımız - həm biz, həm hakimlər, həm də komandalar içəri girdilər. Mən də çıxıb polislərə dedim ki, komandalar paltardəyişmə otağından çıxıb evə gedənə qədər dəhlizdə dayansınlar. Onların da hamısını yola salıblar. Sonra orda nə olub, kim nə edib, onu biz görməmişik. Görsəydik, yazardıq. Mən hakimlərlə birgə olmuşam".

Qeyd edək ki, "Bakılı" - "Energetik" görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə nəticələnib.

Marneulidə azərbaycanlının evi yandı - Foto

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli sakini olan azərbaycanlıya dəyən zərər hesablanır.

Gürcüstan parlamentinə yeni seçilən majoritar deputat Tamaz Naveriani evi yanan ailəyə baş çəkib. O, zərərçəkən ailənin bundan sonra onun tərəfindən kirayə haqqı ödəniləcək evdə yaşayacağı bildirilib. Qeyd edək ki, 3 azyaşlının yaşadığı Əliyevlər ailəsinin sosial vəziyyəti qənaətbəxş deyil.

Ərdoğan aktyor üçün qız istədi - “Facetime” ilə... + Foto

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə “facetime” ilə qız istəyib.

Qafqazinfo” xəbər verir ki, prezident məşhur aktyor Murat Yıldırım və mərakeşli sevgilisi İman El Bani ilə bir araya gəlib.

Qısa söhbətdən sonra Ərdoğan “Facetime” ilə El Baninin ailəsiylə görüntülü şəkildə danışıb.

Prezident mərakeşli gözəli Murat üçün ailəsindən istəyib. Ailənin Ərdoğana cavabı isə müsbət olub.

Qeyd edək ki, Murat ikinci dəfə ailə həyatı qurur. 

Dünyanın “səkkizinci möcüzəsi” sayılan GÖYDƏLƏN - Foto

Rio-de-Janeyro göydələni dünyanın “səkkizinci möcüzəsi”nə namizəddir.

Braziliyanın Rio-de-Janeyro şəhərində Solar City Tower (göydələn-şəlalə) inşa olunub.
Publika.az “art-veranda.ru” saytına istinadla bildirir ki, layihə İsveçrənin məşhur “RAFAA Architecture and Design” memarlıq bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Göydələn dünyanın “səkkizinci möcüzəsi”nə namizədlərdən biri sayılır.
Binanın 105 metr hündürlüyündə kafe və mağazalar yerləşir. Damında isə şəhərin mənzərəsini seyr etmək üçün baxış meydançası var.

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Aktrisa Ancelina Colinin analıq hüququndan məhrum edilməsi barədə xəbərlər yayılıb.

AzNews.az xarici mətbuata istinadən verdiyi məlumata görə, Coliyə qarşı səsyazısı aşkarlanıb və bu səsyazısı məhkəməyə təqdim olunsa, uşaqlar onun əlindən alına bilər. Səsyazısının nədən ibarət olması barədə məlumat verilmir.

Xatırladaq ki, ötən gün Ancelina Coli Bred Pittin uşaqlara qarşı kobud rəftarı ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. O, iddia edir ki, Pitt, hətta, bir dəfə Meddoks adlı oğuna əl də qaldırıb.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib. 

Bred Pitt Ancelina Colini məhkəməyə verdi - Uşaqlarına görə

Hollivudun məşhur cütlüyü yenidən dünya mətbuatının gündəminə gəlib.

Dalga TV  xəbər verir ki, aktyor Bred Pitt uşaqlarına himayədarlıq etmək niyyəti ilə həyat yoldaşı,6 uşağının anası, aktrisa Ancelina Colini məhkəməyə verib.

Ancelina Coli 20 sentyabr tarixində məhkəməyə boşanma ərizəsini təqdim edib. Bundan sonra uşaqlar üzərində himayə məsələsi boşanma prosesinin əsas mövzusuna çevrildi. Hazırda hüquq-mühafizə orqanları Bred Pittin övladlarına qarşı zorakılıq edib etməməsini araşdırır. Buna görə də, aktyora öz uşaqlarını xüsusi nəzarət altında görməyə icazə verilib.

Ancelina Coli və Bred Pitt cütlüyü boşanmalarına səbəb kimi “şiddətli keçimsizliyi” göstəriblər.

Bir erməninin Bakı gəzintisi...

Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıda qonaq olmağına icazə verilib.

Qafqazinfo”nun məlumatına görə, Sarkisyan rejiminin tənqidçisi bu gün Bakının mərkəzini gəzib. O, paytaxtda “erməni kilsəsi” kimi tanınan abidədə olub, erməni dilində kitablarla tanış olub.

İçərişəhərdə dolanan Vahe Avetyan tarixi abidələrə baş çəkib, onların fotolarını çəkərək paylaşıb.

Qeyd edək ki, Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir.

Nənə-baba da onlardan imtina etdi - Ata analarının başını kəsmişdi...

alt

“Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir”.

Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, komitə hazırda həmin uşaqların gələcək taleyi ilə məşğul olur: “Onlara birinci növbədə psixoloji dəstək lazımdır. Zərdabda Uşaq və Ailələrə Dəstək Mərkəzimiz var və oranın psixoloqları azyaşlılarla məşğul olur. Onlarla görüşür və reabilitasiya işləri aparırlar”.

T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər:

“Uşaqlar çox güman ki, dövlət himayəsinə veriləcək. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edir. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər”.

Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Mini yubkaya görə 40 qamçı və 5 gün həbslə cəzalanmışdı - İndi isə...

alt

15 yaşında olarkən dostlarından birinin evində verdiyi partidə mini yubka geyindiyi üçün 40 qamçı və 5 gün həbslə cəzalandırılan 35 yaşlı iranlı modelyer Tala Raassi yeni addımı ilə ölkə gündəminə düşüb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 20 il öncə yaşadığı pis günləri unutmayan gənc qadın ABŞ-a köçərək orda xəyallarını gerçəkləşdirib. Belə ki, o, “Dar Be Dar” adını verdiyi “kupalnik” kolleksiyası ilə ABŞ moda aləmində məşhurlaşıb.

“Müsəlman bir qadın olaraq çimərlik paltarı kolleksiyası hazırladığım üçün məni bir çox qalmaqallara ortaq etmək istədilər və insanlar düşünmədən məni tənqid etməyə başladılar. Mənə deyirlər ki, hansı cəsarətlə belə bir şey etmisən? O insanlar bilsin ki, mən “kupalnik” hazırlayıram, çünki bu işi sevirəm və moda dünyasında bu sahədə formalaşmaq istəyirəm.

Azadlıq nə geyim, nə də hər hansı bir hərəkətlə deyil, həyatda nə etmək istədiyinə dair seçimini etməkdir. Bir qadın çimərlik paltarı və ya burkini geyinsə, fərq etməz. Bu, sizin öz seçiminizdir və seçiminiz sizə güc verir”, - deyə T. Raassi “Mail Online”a verdiyi reportajda bildirib.

Qeyd edək ki, Tala Raassi 2010-cu ildə “Miss Universe” Gözəllik Müsabiqəsinin sponsoru olub və ABŞ-da böyük satış uğuru əldə edib. 2012-ci ildə “Newsweek” tərəfindən Hillari Klintonla “Dünyanın ən qorxusuz qadını” seçilib. Onun eyni ildə “Fashion is Freedom” (“Moda azadlıqdır”) adlı kitabı dərc olunub.

Tatlısəs Ərdoğanla xanımından üzr istədi

alt

Bu gün Türkiyə Cumhuriyyətinin yaranmasının 93-cü ildönümüdür.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, bu münasibətlə Prezident Sarayında tədbir təşkil olunub. Dəvət olunan qonaqlar sırasında sənətçi İbrahim Tatlısəs də var. Lakin o, qrip olduğuna görə prezident Rəcəb Tayyib Ərdoğanın dəvətindən imtina etməli olub. Bu barədə müğənni “İnstagram” hesabında yazıb.

“Cumhuriyyətimizn 93-cü ili mübarək olsun. Türkiyə Cumhuriyyətinin qurulmasında və dimdik bugünlərə qədər gəlməsində canından keçən bütün şəhidlərimizi hörmətlə anıram.

İldönümü münasibətilə cənab prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın təşkil etdiyi 29 oktyabr tədbirinə ağır qripə tutulduğuma görə qatıla bilməyəcəyəm. Başda prezidentimiz və xanımı olmaqla dövləti təmsil edən bütün şəxslərdən üzr istəyirəm. Allah sizi başımızın üstündən əskik etməsin, xainlərə fürsət yaratmasın”.

Tutuquşu sahibini satdı - Xəyanətin üstünü açdı

Küveytdə qadın ərinin ona xəyanət etdiyini ev işçisi kimi danışan tutuquşudan öyrənib. 

Adı açıqlanmayan qadın ev quşundan seksual yaxınlıq çağırışı edən fikirlər eşidib. Əri isə heç vaxt ona belə sözlər deməyib. Ona görə qadın belə qərara gəlib ki, kişi bu formada evində işləyən qulluqçuya müraciət edib.

Küveytdə ərlə-arvadın xəyanəti cinayət hesab olunur. Tutuquşunun sözləri hüquq-mühafizə orqanlarının əməkdaşları üçün dəlil olub. Ancaq iş üzrə məhkəmə araşdırması zamanı quşun ifadəsindən istifadə etmək mümkün olmayıb. Nəticədə kişi həbsxanaya göndərilməkdən canını qurtarıb.

İki başlı tısbağa hamını heyrətə gətirdi

İranın Yezd əyalətində iki başlıl tısbağa dünyaya gəlib.

AzNews.az “Tehran Times”a istinadən xəbər verir ki, İranda qeyri-adi bir hadisə baş verib. Yezd əyalətinin Ətraf Mühit İdarəsinin sədri Sabər Afhami, iki başlı bir tısbağanın dünyaya gəldiyini bildirib. 

Tısbağanın səhhətinin yaxşı olduğunu bildirən Afhami, alimlərin hadisənin baş vermə səbəbini araşdıracağını deyib. 

Saytda Axtarış

Son xəbərlər