Dalga Televiziyasi Dəhşətli qətl - Biznesmen uşaqlarını, arvadını, sonra isə özünü öldürdü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün977
DünənDünən859
Bu həftəBu həftə3324
Bu ayBu ay52020
Bu günə qədərBu günə qədər7479354

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dəhşətli qətl - Biznesmen uşaqlarını, arvadını, sonra isə özünü öldürdü

Rusiyanın Krasnoyarsk diyarında 39 yaşlı kişi uşaqlarını və arvadını, sonra isə özünü güllələyib.

Dalga Tv APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Region üzrə İdarəsinin saytında yanvarın 24-də yerləşdirilən məlumatda bildirilir ki, kişinin, onun 38 yaşlı hamilə arvadının, 17 və 9 yaşlı övladlarının meyitləri Artyomovsk şəhərində fərdi yaşayış evlərindən birində yanvarın 23-də qohumları tərəfindən aşkarlanıb.

İstintaqın versiyasına görə, iş adamı olan ev sahibi yaxınlarını yatdıqları yerdə güllələyib. Ballistik, genetik və məhkəmə-tibbi ekspertizalar təyin olunub. Ehtimal olunur ki, kişi ailə üzvlərinə 16 mm çaplı qoşalülə tüfəngdən atəş açıb.

Bəzi məlumatlara görə, cinayətin səbəbi meşəçilik sahəsində bizneslə məşğul olan kişinin külli miqdarda kredit borcunu qaytara bilməməsi və maddi çətinlik çəkməsi ola bilər.

Saytda Axtarış

Son xəbərlər