Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4070
DünənDünən4506
Bu həftəBu həftə29988
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər2516529

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

ABŞ-da dəşhət — Tələbə valideynlərini güllələdi

ABŞ-ın Miçiqan universitetində dəhşətli qətl törədilib.19 yaşlı tələbə Ceyms Erik Devis universitet binasında silaha əl atıb. O, tətil günlərində onu evə aparmaq üçün yataqxanaya gələn valideynlərini qətlə yetirib.

Məlumata əsasən, Ceyms Erik hadisə yerindən qaçıb. Polis onu axtarır. Cinayətin motivləri araşdırılır. Devis 1 mart tarixində narkotik maddə aludəçisi kimi saxlanılaraq Maunt-Plezant şəhərindəki xəstəxanaya aparılıb. Növbəti gün o yataqxanaya qayıdıb.

Türk ordusu daha iki kəndi azad etdi

Türkiyə Silahlı Süvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin ən strateji  məntəqələrindən olan Raco bölgəsinə daxil olublar.

Raco və Cinderes bölgəsi Afrinin mərkəzinə daxil olmaq üçün ən mühüm mənqələrdəndir.

Qeyd olunur ki, həmin məntəqələrin ələ keçirilməsi, terrorçulardan təmizlənməsindən sonra Afrinin mərkəzinə doğru irəliləmək daha asan olacaq.

Hazırda Racoda şiddətli döyüşlər gedir.

Qeyd olunur ki, Raco ətrafında yerləşən iki kənd PKK, PYD, YPG və İŞİD-çi terrorçulardan təmizlənib.

Misirdə sərnişin qatarları toqquşdu — 19 ölü - YENİLƏNİB

Misirdə iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

Sərnişin qatarı yük qatarı ilə toqquşub.

38 nəfər yaralı var. Onlardan bəzisinin vəziyyəti ağırdır. Səhiyyə nazirliyindən verilən açıqlamaya əsasən, ölənlərin sayının artacağı istisna edilmir.

Dünya əhalisinə xəbərdarlıq: şəkər qəbulu azaldılsın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisini şəkər qəbulunu azaltmağa çağırıb.

Bu barədə BMT-nin Twitter səhifəsində  məlumat yayılıb.

ÜST ekspertləri hesab edir ki, normal çəki indeksi olan insan gün ərzində 6 çay qaşığından çox şəkər qəbul etməməlidir.

Səhiyyə ekspertlərinin təbirincə, "şəkər" şirin sayılmayan məhsulların belə tərkibində "gizlənir". Məsələn bir xörək qaşığı miqdarında ketçupun tərkibində bir çay qaşığı şəkər olur. Şirin qazlı su bankasında isə 10 çay qaşığı miqdarında şəkər yer alır.  

ÜST tövsiyələri təkcə şəkərə deyil, eyni zamanda bal, sirop, meyvə şirələri və konsentratlara şamil olunur.

Kiyevdə Ali Rada qarşısında toqquşma — Xəsarət alan var

Kiyevin mərkəzində, Ali Rada binası qarşısında etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma olub.

İnsident nəticəsində 13 polis əməkdaşı xəsarət alıb. Bu barədə Ukrayna DİN-in nümayəndəsi Artyom Şevçenko məlumat verib.

"9 polis əməkdaşı xəsarət alıb. 9 nəfər saxlanılıb. Polislərdən eşitdiyim məlumata görə, dinc aksiya keçirən şəxslər təkər yandırmaq istəyiblər. Bundan sonra təxribatlar başlayıb", - deyə Şevçenko bildirib.

Şevçenko qeyd edib ki, toqquşmalarda onlarla insan iştirak edib. O, Rada binası qarşısında baş verənləri təxribat adlandırıb.

Britaniyada quzu özünü it sayır

Britaniyada qəribə hadisə baş verib.

Elison və Adam Voqan cütlüyü yeni evə köçüblər və ey heyvanı saxlamaq qərarına gəliblər. Voqanların artıq Cessa adlı labradorları var idi. Ailə Marli adlı quzunu həyətə gətirib. Tezliklə Marli özünü it kimi aparmağa başlayıb. Quzu gecə tövlədə yatmaqdan imtina edir və Cesslə eyni qabdan yemək yeyir.

Marli ailə tərəfindən evə gətiriləndə infeksiya tutub. Bu səbəbdən quzunu evdə daş sobanın qarşısında, Cessin yanında saxlayıblar. Marli labradorla dostlaşıb və onun vərdişlərini götürüb. İt və quzu hər şeyi birlikdə edir və gəzintiyə çıxırlar. Marli böyüyəndə onu evdən tövləyə aparmaq istəyiblər. Amma quzu buna qəti etiraz edib. Ot çeynəmək və tək qalmaq onun xoşuna gəlməyib.

 

Voqanlar Mişka adlı dişi qoyun alaraq problemi həll etməyə çalışırlar.

Britaniyada partlayış: Ölənlər var

Britaniya polisi fevralın 25-də, axşam saatlarında İngiltərənin Lester şəhərində yerləşən kiçik ərzaq mağazasında baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib.

"Lesterdə gecə baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyirik", – deyə bəyanatda deyilir.

Partlayış nəticəsində ikimərtəbəli bina tamamilə dağılıb. Binanın birinci mərtəbəsində mağaza fəaliyyət göstərib. Hadisə baş verən vaxt mağazada və ya yuxarı mərtəbədə yerləşən mənzillərdə nə qədər insanın olduğu barədə dəqiq məlumat yoxdur.

Lester polisi yerli yanğın mühafizə xidməti ilə birgə fakt üzrə araşdırma aparır.  Hüquq-mühafizə orqanları, insidentlə terror arasında hər hansı əlaqənin ortaya çıxmadığını açıqlayıb.

Bombalı toy hədiyyəsi — 2 nəfər öldü

Hindistanın Odişa əyalətində yeni evlənən bir cütlüyə göndərilən toy hədiyyəsi partlayıb.

18 fevralda evlənən Soumya Sekhar və Reema Sahu cütlüyünə dəhşətli "hədiyyə" göndərilib. İçərisində bomba olan hədiyyə qutusunun partlaması nəticəsində bəy Reeam Sahu və 85 yaşındakı nənəsi Jemamani Sahu ölüb, gəlin Soumya Sekhar isə ağır yaralanıb.

Polis hədiyyə paketinin kimin tərəfindən göndərilməsini araşdırır.

 

ABŞ-da fırtına — 2 nəfər ölüb, 12 ev dağılıb

ABŞ-ın Kentukki ştatında güclü fırtına iki nəfərin ölməsinə səbəb olub.

Ölənlərdən biri pis hava şəraiti nəticəsində körpüdən suya düşən avtomobilin sürücüsü olub. Daha bir nəfər isə tornado nəticəsində çökmüş evdə ölüb.

Ölkənin bəzi yerlərində fırtınalı hava tornado ilə müşayiət edilib. Azı 12 evə ziyan dəyib, 30 nəfər hava şəraiti səbəbindən evini tərk etməli olub.

Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində daha beş yaşayış məntəqəsini terrorçulardan təmizlənib.

 Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Söhbət Afrinin şimal-qərbində yerləşən Şeyx Məhəmmədli, Dudu, Semalık, Vəlikli və Kavanda yaşayış məntəqələrindən gedir. 

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2018-ə çatıb.

Yəməndə terrorçu-kamikadzelər silsilə partlayışlar törədib

Yəmənin Ədən şəhərində terrorçu- kamikadzelər tərəfindən iki avtomobil partladılıb. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, terakt nəticəsində onlarla insan yaralanıb.

Məlumata görə, antiterror qüvvələrin şəhər ərazisində yerləşən düşərgəsi terrorçuların hədəfi olub.  

Somalidə iki partlayış nəticəsində 38 nəfər ölüb

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb, 20 nəfər yaralanıb.  

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, mina quraşdırılmış iki avtomobil insanların  sıx cəmləşdiyi ərazidə partladılıb. Məlumata görə, avtomobillərdən biri prezident sarayı yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlardan sonra hadisə yerində atəş səsləri eşidilib.

 

"Əş Şəbab" qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Saytda Axtarış

Son xəbərlər