Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün241
DünənDünən1595
Bu həftəBu həftə6043
Bu ayBu ay50742
Bu günə qədərBu günə qədər7421216

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Formula 3-də qadın sürücü dəhşətli qəza törətdi – Foto

altAlmaniyalı Formula 3 pilotu Sofiya Flerş mövsümün sonra yarışı olan Makao Qran Prisində dəhşətli qəza törədib.

17 yaşlı Sofiya sıx baryerlərin, dar trekin olduğu yarışda dördüncü dövrədə bolidində idarəetməni itirib. Təhlükəsizlik baryerlərini belə aşaraq, fotoqrafların olduğu kabinəyə uçub.

Qəza nəticəsində sürücülərdən biri də yarışı dayandırmalı olub. Qırmızı bayraq qaldırılıb. Yarışa fasilə verilib.

FİA-nın yaydığı məlumata görə, qəzadan sonra Sofiya huşunu itirməyib. Onu yaxınlıqdakı tibbi mərkəzə aparıblar.

Rəsmi məlumatlara görə, 4 nəfər ağır yaralanıb – 3 fotoqraf və 1 marşal.

Bir saatlıq fasilədən sonra yarışa restart verilib. Yarışın qalibi Motorpark komandasının britaniyalı pilotu Den Tiktum olub.

https://www.youtube.com/watch?time_continue=18&v=g7Do6C0hlKo

Poroşenko böyük qardaşını öldürüb - Ukrayna prezidenti qətldə ittiham olundu

alt

Publisist apardığı xüsusi təhqiqat nəticəsində bəzi sənədlərin nüsxəsini əldə edib

Rusiyanın "Zvezda" telekanalında yayımlanan "Açıq efir" proqramında publisist Konstantin Dolqov Ukrayna prezidenti Petr Poroşenkonun Moldovada mütəşəkkil cinayətkarlarla əlaqəsi ehtimalından söz açıb.

Dolqov əminliklə bildirib ki, Poroşenkonun böyük qardaşı Mixailin sirli şəkildə qətlə yetirilməsində əli var.

Publisist apardığı şəxsi istintaqı nəticəsində bəzi sənədlərin nüsxəsini əldə edib. Həmin sənədlərdə deyilir ki, Poroşenko və Petr Madan adlı bir nəfərlə Moldovada çalışan zaman qeyri-qanuni yolla bir sıra müəssisələrin istiqrazlarını ələ keçirib. Həmin mütəşəkkil cinayətkar qrupa qarşı 4 istintaq işi açılıb.

Həmin vaxt Moldovada 50 min vətəndaş bu qrupun "fəaliyyəti" nəticəsində zərər görüb.

Dolqov hesab edir ki, Poroşenkonun böyük qardaşı Mixail o qrupun üzvü olub. Ancaq o, 1997-ci ildə sirli şəkildə ölüb. Rumıniya daxili işlər nazirliyindən alınan hesabata görə, Ukrayna liderinin qardaşı Kiprdə çimən zaman batıb.

Deyilənə görə, guya qardaşlar arasında mübahisə yaranıb və onlar əldə etdikləri qazancları bölə bilməyiblər. Bu informasiyanı Moldova hüquq mühafizə orqanları yayıb.

Publisist Dolqov Petr Poroşenkonun Moldovadakı biznes fəaliyyətini araşdıran ilk şəxs deyil. Belə araşdırmanı Moldovanın "Doğma partiya" müxalif partiyasının lideri Renato Usatıy və ukraynalı jurnalist Aleksandr Dubinski aparıb. Onların verdikləri informasiyaya görə Poroşenko haqda cinayət işinə yüksək vəzifəyə keçməsindən sonra xitam verilib.

Rambler nəşri yazır ki, bütün bunlar müəllifin öz düşüncələridir və redaksiyanın fikri ilə üst-üstə düşməyə bilər.

Tramp təlimat verdi, ABŞ Güləni Türkiyəyə qaytarır - SON ANDA

alt

Donald Tramp FTB, Ədliyyə və Daxili İşlər Nazirliyinə Gülənin ekstradisiyasını təmin edəcək hüquqi yolların tapılması üçün göstəriş verib.

ABŞ rəhbərliyi FETÖ başçısı Fətullah Gülənin ekstradisiyası üçün nazirliklərə göstəriş verib.

Donald Tramp FTB, Ədliyyə və Daxili İşlər Nazirliyinə Gülənin ekstradisiyasını təmin edəcək hüquqi yolların tapılması üçün təlimat verib.

Tramp adminstrasiyası və Türkiyə rəsmiləri Gülənin Türkiyəyə ekstradisiya edilməyəcəyi halda Cənubi Afrikaya göndərilməsi mövzusunda da müzakirələr aparıb.

Avropanın ən çirkli və təmiz şəhərlərinin adları açıqlanıb

Avropanın ən çirkli və təmiz şəhərlərinin adları açıqlanıb. 

Qitənin üç ən çirkli şəhəri Tetovo (Makedoniya, 97,57 indekslə), Napoli (İtaliya, 84,61) və Skopye (Makedoniya, 82,17) olub.

Ən təmiz şəhərlər isə Helsinki (Finlandiya, 13,49), Reykyavik (İslandiya, 15,57) və Sürix (İsveçrə, 16,42) hesab edilib.

Mixeil Saakaşvili Azərbaycanlılarla bağlı yeni açıqlamalar verdi

Bildiyiniz kimi ölkəmizdə baş tutan seçkilərdə Azərbaycanlıların olduğu bir çox bölgələrdə Vaşadze qalib gəldi.

Bu hal isə M.Saakaşvilini danışmağa məcbur etdi.

Baş verənlərlə bağlı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müsahibəsini sizə təqdim edirik:

- Cənab Saakaşvili, Gürcüstandakı prezident seçkisinin ilk mərhələsini necə dəyərləndirərdiniz? Bu seçki həqiqətən demokratik idimi?

- Seçki ictimaiyyət tərəfindən demokratik idi. Hakimiyyət onların səslərini saxtalaşdıra bilmədi. Müxalifət fenomenal qələbə qazandı. Ona görə ki, müxalif namizədlərin hamısı birlikdə 60%-dən çox səs topladı. Bu, o partiyalardır ki, ikinci turda birləşiblər və hökuməti yekun məğlubiyyətə apara bilərlər.
Buna görə də bu seçki gürcü xalqının cəsarətini, demokratik mentalitetin inkişafını, Gürcüstanda hər hansı hakimiyyət tərəfindən ictimai fikrin manipulyasiya edilə bilmədiyini ifadə edir. Buna görə də mən öz xalqımla qürur duyuram.

- Bu qələbəni Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə dönüşünün ilkin mərhələsi saymaq olarmı?

- Vahid Milli Hərəkat Partiyası klassik formada hakimiyyətə qayıtmayacaq. Ona görə ki, “Güc Birlikdədir” 11 partiyadan ibarət olan koalisiyadır və üstəlik, biz Avropa Gürcüstanı Partiyası, eləcə də Respublikaçılar Partiyası ilə koordinasiya şurası yaratmışıq. Yəni bu əvvəllər bir-birinə qarşı müxalif olan, bir-birini sevməyən fərqli qüvvələri birləşdirən genişmiqyaslı koalisiyadır. Bu seçki göstərdi ki, ayrı-ayrılıqda yox, yalnız vahid qüvvə ilə ən güclünü belə məğlub edib situasiyanı daha yaxşıya doğru dəyişmək olar.

- Bidzina İvanişvili seçki bitdikdən dərhal sonra sizi və sizin partiyanızı kütləvi iğtişaşlar hazırlamaqda ittiham etdi. Hakimiyyətin sizə və sizin partiyanıza qarşı hansısa provokasiyalar hazırlaması mümkündürmü?

- İvanişvili və onun hakimiyyəti hazırda milçək toxunuşu kimidir. Onlar dişləyir, amma onların tamamilə nə qüvvələri, nə də imkanları var. Gürcüstanda hansısa iğtişaşlar üçün heç bir resurs yoxdur. Onlar Axalkalakidə, etnik ermənilərin yaşadığı regionlarda eksçeslər etməyə cəhd etdilər, amma bu onların iğtişaşları törətməyi bacardıqları yeganə yer oldu. Məncə, bu, təcrid olunmuş insidentdir və burada da onlar heç nəyə nail olmayacaqlar. Onlar çalışdılar ki, azərbaycanlıların yaşadıqları regionlarda nəsə etsinlər, amma burada heç bir şey bacarmadılar. Pis odur ki, onlar bizim etnik azərbaycanlı aktivistlərimizə hücum etdilər. Məsələn, Kaspi şəhərində. Ona görə ki, onlar azərbaycanlıların hakim partiyaya səs verməməsini özləri üçün böyük təhqir hesab edirdilər. Mən onlarla danışmışam. İnsanlar qorxmurlar, onlar öz prinsiplərində və fikirlərində cəsarətlə dayanmağa davam edirlər.

- Dekabrın 2-də prezident seçkisinin ikinci turu baş tutacaq. Qriqol Vaşadze növbəti dəfə qalib gələ bilərmi?

- Qriqol Vaşadze qalib gələcək. Mənim təxminimə əsasən, haradasa, 73% səs toplayacaq...

- Yəni siz hökumətin prezident kreslosunu belə rahatlıqla əldən verəcəyini düşünürsünüz?

- Onların başqa variantları yoxdur. Əgər prezident seçkisindən sonra onlar müqavimət göstərsələr, hər şeyi itirəcəklər. Biz Gürcüstanın bütün böyük şəhərlərində böyük üstünlüklə qələbə qazanmışıq. Belə nəticəni hətta mən də gözləmirdim. Müxalifət bir sıra böyük şəhərlərdə 2,5-in 1 nisbətində qələbə qazanıb.

İkincisi, tarixdə ilk dəfədir ki, etnik azərbaycanlıların olduğu regionlarda əhali hökumətə yox, müxalifətə səs verdi. Bu, bir tərəfdən hökumətin tam uğursuzluğunun nəticəsidir, digər tərəfdən isə bizim azərbaycanlı vətəndaşlarımızın cəsarətidir. Bunun özü də vacib siqnaldır. Əgər azərbaycanlılar belə mütəşəkkil formada hökumətə qarşı səs veriblərsə, demək ki, Gürcüstanda vətəndaş cəmiyyəti formalaşıb və insanlar Gürcüstan cəmiyyətinin bir parçası olmaq istəyirlər. Bu, hər kəsə - həm etnik gürcülərə, həm də etnik azərbaycanlılara aiddir. Məncə, fərqli bölgələrin, rayonların və millətlərin belə konsolidasiyasını hökumət, nə tətbiq etməsindən asılı olmayaraq, ikinci turda üstələmək gücündə deyil.

- Budəfəki seçkidə azərbaycanlılar arasında aktivlik yüksək həddə olub və onların böyük əksəriyyəti sizin partiyanızı dəstəkləyiblər. Hətta eks-deputat, sizin qızğın tərəfdarınız Ramin Bayramov Qardabanidə böyük təzyiqlərə məruz qalmağına rəğmən azərbaycanlılar arasında sizin partiyanızın mövqelərini möhkəmlədə bildi. Azərbaycanlıların aktivliyini necə dəyərləndirərdiniz?

- Mən bizim azərbaycanlılara hədsiz dərəcədə minnətdaram. Mən Skayp vasitəsilə demək olar ki, azərbaycanlıların yaşadığı bütün şəhərlər və kəndlərlə əlaqə qurmuşam. Düşünürəm ki, Ramin böyük cəsarət göstərib. Eyni cəsarəti Samirə İsmayılova və digər bizim yerli liderlərimiz nümayiş etdiriblər. Ən vacib olanı odur ki, azərbaycanlılar arasında çoxlu sayda yaxşı gənclər var. Bu o insanlardır ki, artıq yaxşı təhsil alıblar və artıq öz ölkələrinin tamhüquqlu sahibi olmaq istəyirlər. Onlar istəmirlər ki, onlar üçün ənənəvi formada ayrılmış rol çərçivəsində haqlara sahib olsunlar. Əgər Gürcüstan üçün savaşır, onun üçün qanlarını tökürlərsə, onun quruluşunda iştirak edirlərsə, onlar Gürcüstanın idarəetməsinin bir hissəsi olmaq istəyirlər. Bu, çox normaldır. Onlar Gürcüstan cəmiyyətinin təbii hissəsidir. Onların səsləri eşidilməlidir. Bu seçkidə isə onların səsi eşidildi. Bu, çox vacib idi. Mən bunu həm də özümün şəxsi nailiyyətim sayıram. Belə ki, biz cəmiyyəti elə bir formada konsolidasiya edə bildik ki, hətta konflikt salaraq cəmiyyəti parçalamaq istəyən Gürcü Arzusu belə etnik gürcülərlə etnik azərbaycanlılar arasında birliyi parçalaya bilmədi. Azərbaycanlıların Gürcüstanda böyük gələcəyi var. Digər tərəfdən təbii ki, bu gələcək həm də bizim Azərbaycan Respublikası ilə münasibətlərimizin gələcəyindən asılıdır. Son illərdə bütün ağır maneələrə rəğmən, Azərbaycanın rəhbərliyi özünü çox möhtəşəm, çox müdrik apardı. Onlar Gürcü Arzusundan olan zərəri minimallaşdırmağı bacardılar, ona görə ki, Gürcü Arzusu lap əvvəldən Azərbaycanla münasibətləri pozmaq məqsədiylə hakimiyyətə gəlmişdi və yalnız Azərbaycan rəhbərliyinin sayıqlığı, müdrikliyi sayəsində gürcü hökuməti buna nail ola bilmədi.

Gürcüstan hökuməti marixuana ilə bağlı hazırladığı qanun layihəsini parlamentdən geri götürəcək

alt

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Patriarx II İlya ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əsasən də marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalını, ixracını nəzərdə tutan qanun layihəsi barədə fikir mübadiləsi aparılıb.

İrakli Kobaxidze görüşdən sonra jurnalistlərə bildirib ki, əvvəlcədən də elan olunduğu kimi, bu qanun layihəsi geniş konsensusla qəbul oluna bilərdi. Cəmiyyətdə bu məsələ ilə bağlı yaranan fikir ayrılığından sonra onu dini liderimizlə də müzakirə etdik. Bu görüşdə qanunun müzakirələrdən geri çağırılması barədə razılıq əldə olundu.

“Qanunun əsas müəllifi hökumətdir. Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək”, - deyə o, əlavə edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılamışdı.

Prezident İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilən səsvermənin nəticələri açıqlanıb

Ötən gün Gürcüstanın Azərbaycandakı səfirlyinidə prezident seçkiləri üzrə keçirilən səsvermənin yekun nəticələri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, Bakıda səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin dəstəkləyib.

Diplomatik nümayəndəlikdə fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə Q.Vaşadze 88, müstəqil namizəd Salome Zurabişvili isə 39 səs toplayıb.

Bakıda səsvermənin aparıldığı üç seçki məntəqəsi üzrə nəticələr aşağıdakı kimidir:

4 saylı seçki məntəqəsi: Q.Vaşadze 35 səs, S.Zurabişvili 13 səs. Məntəqədə ümumilikdə 54 seçici səs verib.

5 saylı seçki məntəqəsi: Q.Vaşadze 36, S.Zurabişvili 12 səs. Məntəqədə səs vermiş seçicilərin ümumi sayı 53 nəfər təşkil edib.

6 saylı seçki məntəqəsi:Q.Vaşadze 17, S.Zurabişvili 14 səs. Məntəqədə ümumilikdə 40 seçici səsvermədə iştirak edib. 

Qeyd edək ki, Gürcüstanda keçirilmiş prezident seçkisi üzrə 41 ölkədə 55 seçki məntəqəsi açılıb. İlkin nəticələrə görə, xaricdə yaradılan seçki məntəqələrində ümumilikdə Q.Vaşadze qalib gəlir.  

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

alt

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq.

Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində birinci oxunuşda müzakirə olunub və dəstəklənib.

Qanuna təklif olunan dəyişikliklərə əsasən, ölkədə iş icazəsi və daimi yaşayış yerinin əldə edilməsi, habelə qeyri-qanuni miqrasiyaya aid şərtlərin sərtləşdirilməsi nəzərdə tutulur.

Parlamentdən bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra Gürcüstanda 6 il müddətinə müvəqqəti yaşayışa verilmiş icazə daimi yaşayış üçün kifayət etməyəcək. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini bilməsi zəruri hesab ediləcək. Həmçinin əcnəbilər Gürcüstana 200 min ABŞ dolları həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır.

İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir.

Müğənni müsəlmanlığı qəbul etmək barədə qərarını "Twitter"də bildirib. O, hicabla şəkillərini də yayıb.

"Bu, istənilən ağıllı ilahiyyatçının yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır və bu o deməkdir ki, bütün digər dini kitablar artıqdır. Mənim yeni adım Şuhadədir", - deyə müğənni yazıb.

Nəşr həmçinin qeyd edib ki, O Konnor ötən cümə günü videogörüntü yayıb. O, videogörüntüdə azan oxuyur.

Hindistanda qatar izdihamı əzib — 50 nəfərdən çox insan ölüb

Hindistanda qatar dəmir yolunun üstündə toplaşan izdihamı əzib.

Hadisə Pəncab ştatındakı Əmritsar şəhəri yaxınlığında qeydə alınıb. 

Qəza nəticəsində 50 nəfərdən çox insanın öldüyü bildirilir.

 

Faciəyə səbəb kimi hinduistlərin qədim Dəşəhra bayramı münasibətilə xeyli sayda sakinin ənənəyə uyğun olaraq müqəvvalar yandırmaq üçün dəmir yolu üzərinə toplaşması göstərilib.

Hələbdə toqquşma: 85 nəfər öldü

Suriyada rejim qüvvələrinə sadiq Şebbiha milisləri ilə İranın nəzarətində olan şiə döyüşçülər arasında Hələbdə toqquşma baş verib. 

Toqquşma zamanı ümumilikdə 85 nəfər ölüb, 110 nəfər yaralanıb. 

Məlumatlara görə, Əsəd rejimi insidentə müdaxilə etməyib. 

Azad Suriya Ordusunun birləşmələrindən sayılan "Ceyş-ul Mücahid”in sabiq sözçüsü Zəkəriyyə Mollahafçı toqquşmanı "İran və Rusiya arasındakı nüfuz mübarizəsi" kimi qiymətləndirib.

Saytda Axtarış

Son xəbərlər