Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1194
DünənDünən3828
Bu həftəBu həftə8824
Bu ayBu ay58958
Bu günə qədərBu günə qədər3795330

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Donetskdə qurultayda partlayış: yaralananlar var

Donetskdə yerli kommunist partiyasının qurultayında partlayış baş verib. 

Partlayış nəticəsində ən azı üç nəfər yaralanıb. 

Bildirilir ki, qurultay keçirilən binada mənşəyi məlum olmayan partlayıcı qurğu işə salınıb. 

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 384-ə çatdı

İndoneziyada dünən baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384-ə çatıb.

Bu barədə İndoneziya rəsmiləri məlumat veriblər.

Bir müddət əvvəl 48 ölü, 356 xəsarət alan barədə məlumat verilmişdi. Rəsmilər sadəcə Palu şəhərində ölən və yaralananlar barədə məlumat olduğunu dəqiqləşdirmişdilər.

 

Sulavesi adası sahillərində 6.1 bal gücündə zəlzələ olub. Qısa müddət sonra isə 7.4 bal gücündə yeraltı təkanlar meydana gəlib.  Bu zəlzələdən sonra Paluda 2 metr hündürlüyü olan sunami baş verib. Hazırda hava limanı bağlanıb.

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranda spirtli içkidən kütləvi zəhərlənmə olub. 

Hadisə ölkənin cənubunda, Bəndər-Abbas şəhərində baş verib. 

Ev şəraitində hazırlanan spirtli içkidən 11 nəfər zəhərlənərək ölüb. Daha 123 nəfər xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki, 52 nəfər dializə qoşulub. 

Polis saxta spirtli içki hazırlayan ər-arvadı, habelə məhsulu satan şəxsi saxlayıb.

İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu

İndoneziyanın Sulavesi adasında 7,4 maqnitudalı zəlzələdən sonra güclü sunami əmələ gəlib. 

Hündürlüyü iki metrə çatan dalğa sahildəki tikililəri dağıdıb, kiçik gəmini okeana aparıb. 

Bununla belə zərərçəkən olmayıb. 

Qeyd edək ki, Sulavesidə zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla adam xəsarət alıb.

Əhalinin təxliyə edilməsi prosesi davam edir.

https://youtu.be/VpSGvN6xnSY

İllərin araşdırması nəticə verdi — Dünyanın ən böyük quşu

İngiltərədə alimlər dünyanın ən böyük quşunun 3 metr hündürlükdə, 800 kq ağırlıqda olan nəsli kəsilmiş bir quş növü olduğunu kəşf ediblər.

Londonun Zoologiya institutunun tədqiqatçıları uzun illər davam edən araşdırma nəticəsində belə qənaətə gəliblər.

Məlum olub ki, "Vorombe titan" adlandırılan quşun hündürlüyü 3 metr, çəkisi 800 kq olub.

Bu günə qədər dünyanın ən böyük quşu Madaqaskarda yaşayan 400 kq çəkisi olan fil quşları sayılırdı. Son tədqiqatlar zamanı isə Madaqaskarda yaşayan və nəsli kəsilmiş bir quşun isə dünyanın ən böyük quş olduğu üzə çıxdı.

Zoologiya institununun baş elmi işçisi Ceyms Hansford bildirib ki, "Vorombe titan" Madaqaskarda 1200 il əvvələ qədər yaşayıb. Bu quşlar bitki, meyvə, toxum və yarpaqla qidalanıb.

 

Tədqiqatın nəticələri "Royal Society Open Science" jurnalında yayımlanıb.

Nepalda sel 117 can aldı

alt

Nepalda son 5 ayda yağan şiddətli yağışlar güclü selə səbəb olub.

Sel nəticəsində 117 nəfər həlak olub. Bu barədə Nepalın daxili işlər nazirliyindən məlumat verilib.

Açıqlamaya əsasən, aprel ayından sentyabr ayına qədər yağan şiddətli yağışların səbəb olduğu sel 117 nəfərin ölümünə, 183 nəfərin xəsarət alması ilə nəticələnib.

 

Açıqlamada qeyd edilib ki, sözügedən dövr ərzində 310 torpaq sürüşməsi, 80 sel qeydə alınıb. Sel və torpaq sürüşmələri 2.200 ailəyə təsir edib.

İnsanlığın ölmədiyini sübut edən görüntülər — Bataqlığa düşən maral belə xilas edildi

Rusiyanın Sibir vilayətindəki Yamal şəhərindən keçən Mordyaha çayında bataqlığa düşən maral xilas edilib.

Ərazidən keçən iki nəfər uzun müddət əlləşərək maralı xilas edə biliblər.

Yamal şəhərindəki çaya bir maral düşüb. Maral getdikcə daha dərinə batıb və ölüm təhlükəsi ilə üz-üzə qalıb. Təsadüfən ərazidən keçən iki nəfər yerli sakin maralı xilas etmək üçün irəli atılıblar. Onlar maralın buynuzuna ip bağlayıblar. İplə maralı dartsalar da, onu bataqlıqdan çəkib xilas edə bilməyiblər. Bundan sonra iki nəfərdən biri maralın yanına yaxınlaşaraq buynuzlarından dartmağa başlayıb. 10 dəqiqəlik əziyyət bəhrəsini verib. Maral bataqlıqdan xilas olub.

 

Nəhəng balinanın cəsədini dalğalar sahilə vurdu — FOTO

Avstraliyanın Royal Milli Parkının sahillərinə dalğalar nəhəng balinanın cəsədini atıb.

Hər gün minlərlə yerli sakin balina cəsədinə tamaşa etmək üçün əraziyə axışır.

18 metr uzunluğu, 40 ton çəkisi olan balinanın ölüm səbəbi araşdırılır. Mütəxəssislər ölü balinanın regiondakı köpək balıqlarının sayını artıracağını ehtimal edirlər. Bu səbəbdən çimərlikdə çimmək qadağan edilir.

Dünyanın ən təhlükəli şəhərləri məlum oldu

Dünyanın ən təhlükəli şəhərləri məlum olub. 

Numbeo araşdırma portalının ekspertləri müvafiq siyahı tərtib ediblər. 

Bu il ilk "beşlik"də Karakas (Venesuela), Port-Morsbi (Papua Yeni Qvineya), Fortaleza (Braziliya) və Durban (Cənubi Afrika Respublikası) yer alıb. 

327 şəhərin yer aldığı siyahıda Moskva 144-cü yer tutub. 

Abu-Dabi (BƏƏ), Doha (Qətər) və Bazel (İsveçrə) isə dünyanın ən təhlükəsiz şəhərləri hesab olunur. 

İranda hərbi parad vaxtı terror aktı törədildi — Ölənlərin sayı 24-ə çatdı

İranda hərbi parad zamanı törədilən terror aktında ölənlərin sayı 24-ə çatıb.

53 nəfər yaralanıb. Onların arasında qadınlar və uşaqlar da var.

Agentliyin məlumatına görə, terror aktına görə məsuliyyəti “Əhvazdakı patriot ərəb demokratik hərəkatı” qruplaşması öz üzərinə götürüb. Qeyd edək ki, bu qruplaşmanın Səudiyyə Ərəbistanı ilə əlaqəsi var.

Tanzaniyada dəhşətli qəza — 86 ölü

Tanzaniyanın Viktoriya gölündə dəhşətli qəza baş verib.

300-dən çox sərnişini olan gəmi batıb. Qəza nəticəsində ən azı 86 nəfər həlak olub. 37 nəfər xilas edilsə də, yüzlərlə insan itkin düşüb.

Gəmi göldəki ən böyük ada sayılan Ukereve sahillərində batıb. Rəsmilər bildiriblər ki, gəmidə sərnişin həddindən artıq çox olub. Mvanza bölgə polisinin rəisi Conatan Şana bildirib ki, 86 nəfər həlak olub.

Şana axtarış-xilasetmə işlərinin davam etdiyini, ən azı 200 nəfərin itkin düşdüyünü bildirib. Eyni zamanda isə ölü sayının artacağından da narahat olduqlarını qeyd edib.

ABŞ-da silahlı atışma nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb

ABŞ-da silahlı toqquşma baş verib.

Hadisə Merilend ştatının Harford dairəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər arasında baş verən atışma nəticəsində 3 nəfər olub, 5 nəfər yaralanıb.

Saytda Axtarış

Son xəbərlər