Dalga Televiziyasi İllərin araşdırması nəticə verdi — Dünyanın ən böyük quşu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün932
DünənDünən957
Bu həftəBu həftə10133
Bu ayBu ay47871
Bu günə qədərBu günə qədər7475205

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İllərin araşdırması nəticə verdi — Dünyanın ən böyük quşu

İngiltərədə alimlər dünyanın ən böyük quşunun 3 metr hündürlükdə, 800 kq ağırlıqda olan nəsli kəsilmiş bir quş növü olduğunu kəşf ediblər.

Londonun Zoologiya institutunun tədqiqatçıları uzun illər davam edən araşdırma nəticəsində belə qənaətə gəliblər.

Məlum olub ki, "Vorombe titan" adlandırılan quşun hündürlüyü 3 metr, çəkisi 800 kq olub.

Bu günə qədər dünyanın ən böyük quşu Madaqaskarda yaşayan 400 kq çəkisi olan fil quşları sayılırdı. Son tədqiqatlar zamanı isə Madaqaskarda yaşayan və nəsli kəsilmiş bir quşun isə dünyanın ən böyük quş olduğu üzə çıxdı.

Zoologiya institununun baş elmi işçisi Ceyms Hansford bildirib ki, "Vorombe titan" Madaqaskarda 1200 il əvvələ qədər yaşayıb. Bu quşlar bitki, meyvə, toxum və yarpaqla qidalanıb.

 

Tədqiqatın nəticələri "Royal Society Open Science" jurnalında yayımlanıb.

Saytda Axtarış

Son xəbərlər